Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

 
38 
kosmosa əks olunur, 100 kkalorisi isə yer səthinə göndərilir. 
Beləliklə,  atmosfer  yerin  istilik  balansını  sistemləşdirən  əsas  hava 
kütləsidir.  Atmosferin  müxtəlif  qatlarında  temperaturun  dəyişməsi 
aşağıdakı cədvəldə verilmişdir. 
 
Zonalar 
Dəniz səviyyəsindən 
aşağı və yuxarı həd, 
km-lə 
Temperatur, 
0

Aşağı sərhəd 
Yuxarı sərhəd 
Troposfera  
0-(8-18) 
15 
-56 
Stratosfera  
(8-18)-(50-55) 
-56 
-2 
Mezosfera  
(50-55)-(80-85) 
-2 
-90 
Termosfera  
(80-85)-1000 
-92 
1200 
 
Atmosfer  təbəqəsində  temperatrur  rejimlərini  ilk  dəfə  1899-cu 
ildə Fransız geofiziki Teyseran de Boru öyrənmişdir. 
Atmosferin  kimyəvi  tərkibi  və  quruluşu  müxtəlif  alimlər 
tərəfindən tədqiq edilmişdir. 
A.Lavuazye  ilk  dəfə  havanın  mürəkkəb  tərkibə  malik  olması 
ideyasını  irəli  sürərək,  azotun  və  oksigenin  miqdar  faizlərini 
vermişdir. 
U.Ramzay  1884-1896-cı  illərdə  atmosferdə  təsirsiz  qazların 
varlığını kəşf etmişdir. 
Atmosferin  əsas  göstəricilərindən  biri  «atmosfer  təzyiqidir». 
Atmosfer  təzyiqi  atmosferin  Yer  səthinə  və  cisimlərə  etdiyi  təzyiq 
olub,  hər  bir  nöqtədə  atmosferin  üst  sərhəddinə  qədər  olan  hava 
sütununun ağırlığı ilə müəyyən edilir. 
Atmosfer  təzyiqinin    yüksəklikdən    asılı    olaraq  dəyişməsini  ilk 
dəfə  B.Paskal  (1648)  kəşf  etmişdir.  E.Torriçelli  atmosfer  təzyiqini 
ölçmək  üçün  1643-cü  ildə  barometri  kəşf  etmişdir.  Alim  Pere  isə 
atmosfer təzyiqinin dəyişməsini təcrübi yolla təsdiq etmişdir. 
Atmosfer  təzyiqini  ölçmək  üçün  təzyiq  vahidi  olaraq  bar  qəbul 
edilmişdir. Beynəlxalq vahidlər sistemində atmosfer təzyiqi n/m
2
-lə 
ölçülür.  Normal  atmosfer  təzyiqi  olaraq  760  mm  civə  sütunu= 
1013,25  Pa  qəbul  edilmişdir.  5  km  hündürlükdə  atmosfer  təzyiqi 
Yer  səthindəki  təzyiqin  yarısına,  22  km  hündürlükdə  isə  4%-nə 


 
39 
bərabərdir. 
 
Sual və tapşırıqlar 
 
1.Atmosferin əsas tərkib qazlarını kim tədqiq etmişdir? 
2.Atmosfer təzyiqi nədir və necə ölçülür? 
3.Atmosfer təzyiqi hündürlükdən asılı olaraq necə dəyişir? 
_________________ 
 
 
ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN ƏSAS MƏNBƏLƏR 
 
Atmosfer havasının təbii kimyəvi tərkibi çox az dəyişikliyə məruz qalır 
və bu dəyişiklik biokütləyə əhəmiyyətli dərəcədə təsir etmir. 
Lakin,  bəşəriyyətin  təsərrüfat  və  istehsalat  fəaliyyəti  nəticəsində 
atmosfer havasının daha çox tərkib dəyişikliyinə uğradır ki, bu da ətraf 
mühitin çirklənməsi kimi ekoloji problemlər yaradır. 
Atmosferin  antropogen  yolla  bu  cür  çirklənməsi,  onun  tərkibində 
olan əlavə qaz qarışıqlarının artması hesabına baş verir. Bu zaman SO
2

NO,  NO
2
,  CO,  CO
2
,  CH
4
  qazlarının  faiz  miqdarı  artır,  eləcə  də  digər 
istehsalat  tullantıları  toz  halında  atmosferə  yayılaraq  aerozolların 
əmələ gəlməsinə şərait yaradır. 
Atmosferin daha çox çirklənməsi böyük şəhərlərdə müşahidə edilir. 
Nəqliyyatın  intensiv  hərəkət  etdiyi  şəhərlərdə  dəm  qazı  ilə  çirklənmə 
hadisəsi tez-tez müşahidə edilməkdədir. 
Atmosferin  antropogen  yolla  çirkləndirilməsində  istilik  elektrik 
stansiyaları,  nəqliyyat  vasitələri,  dağ-mədən  sənayesi,  kimyəvi 
zavodlar,  neft  emalı  sənayesi  və  s.  əsas  rol  oynadığından  onlar 
üzərində ayrılıqda dayanmaq lazımdır. 
 
ĠSTĠLĠK ENERGETĠKASI 
 
Yanacaqların  yandırılması  bəşəri  tələbat  olub,  mətbəxdən 
başlayaraq  sənaye  sahələrini  əhatə  edir.  İstilik  elektrik  stansiyaları 


 
40 
(İES),  kommunal  müəssisələri,  zavod  və  fabriklər  yanacaqla  işlədiyi 
üçün istilik energetika sistemləri adlanır.  
Bu  müəssisələr  atmosferin  texnogen  çirklənməsinə  səbəb  olurlar. 
Dünyada istehsal olunan elektrik enerjisinin 65% İES-nın payına düşsə 
də,  atmosfer  çirkləndiricilərin  25%-də  bu  müəssisələr  tərəfindən 
atmosferə buraxılır. 
İstilik  elektrik  stansiyalarında  yanacaq  olaraq-daş  kömür,  mazut, 
təbii  qaz,  bəzəndə  neft  və  yanan  şistlərdən    istifadə    olunur.  İES-nın  
faydalı  iş əmsalı 40% ətrafında olur. Deməli İES-ı yanacağın 60%-ni 
itirərək  ətraf  mühiti  korlayır.  Hesablamalar  göstərmişdir  ki,  ən  son 
texnologiya ilə işləyən İES-ı qazla işlədikdə faydalı  iş əmsalını 60%-ə 
qaldırmaq  mümkündür.  İES-na  yanacaqdan  başqa  təmiz  su  da  la-
zımdır. Məsələn, sutkada 2500  ton mazut işlədən İES-ı 2 milyon kBt 
enerji  istehsal  etdikdə  150000  m
3
  su  işlədir.  Odur  ki,  İES-ı  çay 
kənarında  tikilir.  Bundan  başqa  soyutma  sistemində  hər  sutkada  7 
milyon  m
3
  su  tələb  olunur.  İES-nın  istifadə  olunmuş  suyu  çaylara 
axıdıldıqda orada olan balıqların inkişafına mənfi təsir göstərir. 
İES-nın atmosferə buraxdığı əsas çirkləndiricilər yanma məhsulları 
və  bərk  hissəciklərdir.  Neftin  tərkibində  6%  miqdarında  kükürd 
olduğundan,  mazut  yandırıldıqda  havaya  xeyli  miqdarda  SO
2
  qazı 
buraxılır. 
Karboqhidrogenlərdən 
ibarət 
olan 
yanacaqlar 
yandırıldıqda 
aşağıdakı reaksiyalar gedir: 
 
C+ O
2


CO
2
+ Q;   2H+ O


H
2
O+ Q 
 
Yanma tam getmədikdə isə dəm qazı alınır. 
 
C+ O
2


2CO+ Q;  CO
2
+C


2CO+ Q 
 
Deməli,  dəm  qazının  alınması  endotermik  reaksiya  olduğundan 
istiliyin  xeyli  hissəsi  itərək  faydalı  iş  əmsalını  azaldır.  Atmosferə 
buraxılan  CO
2
  fotosintez  prosesində  istifadə  edilmədikdə  havada 
toplanaraq  ekoloji  mühiti  çirkləndirir.  Nəticədə  oksigenin  miqdarı 
azalır, CO
2
 və SO
2
-nin miqdarı isə çoxalır. 
Digər  tərəfdən  yanma  yaxşı  getmədikdə  karbohidrogenlərin  bir 
hissəsi  və  yanmanın  aralıq  məhsulları  tüstü  ilə  birlikdə  ətraf  mühitə 
yayılır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə