Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

 
67 
stasionar qatılığını aşağıdakı kimi yazmaq olar: 
 
O
3
 + R
1
 [NO
2
] / R
2
 [NO] 
 
Azot  (II)  və  azot  (IV)-oksidlə  eyni  vaxtda  əmələ  gələn  və  yüksək 
reaksiya qabiliyyətinə malik olan karbohidrogenlərin iştirakı ilə gedən 
radikalaşma  reaksiyalarında  bərabərləşmə  bir  az  NO
2
  əmələ  gəlməsi 
tərəfə yönəlir. 
Bu göstəridən reaksiyalar nəticəsində NO və NO
2
-nin qatılığı şəhər 
rayonlarında  bütün  gün  ərzində  dəyişməyə  başlayır.  Səhər  tezdən 
başlayan  nəqliyyatın  hərəkəti  nəticəsində  atmosferə  yüksək 
konsentrasiyada NO daxil olur. Sonra isə günəş işığının iştirakı ilə azot 
(II)-oksid azot (IV)-oksidə çevrilir və ozon əmələ gəlməyə başlayır. 
Azot  (IV)-oksid  140
0
C  daha  yüksək  konsentrasiyada  olur  və  öz 
dimeri  olan  N
2
O
4
  ilə  tarazlaşır.  Atmosfer  şəraitində  dimerin 
konsentrasiyası azalmağa başlayır. 
Azot (IV)-oksid yüksək reaksiya qabiliyyətinə malik olan maddədir. 
Onda  metallarla  aktiv  reaksiyaya  girmək  qabiliyyəti  var,  suda  həll 
olaraq nitrat turşularını əmələ gətirir: 
 
2NO
2
 + H
2
O → HNO
2
 + HNO
3
 
 
Qızdırma  şəraitində  əmələ  gəlmiş  nitrit  turşusu  asanlıqla  nitrat 
turşusuna çevrilir: 
 
3HNO

→ HNO
3
 → 2HO + H
2

 
Azot  (II)-və  azot  (IV)-oksidin  reaksiya  qabiliyyəti  təcrübi  tədqiqatlar 
əsasında  öyrənilərək  bir  qanun  kimi  müəyyən  edilmişdir  ki,  nəmlik 
şəraitində NO
2
- reaksiya sürəti NO-ya nisbətən daha çox olur. 
 
Sual və tapşırıqlar 
 
1.Təbii yolla azot oksidləri necə alınır? 
2.Azot  oksidlərinin  əmələ  gəlməsi  hansı  sənaye  sahələrində  baş 
verir? 
3.Azotlu birləşmələrin bitki aləmində rolunu göstərin 
4.Nitrit  və  nitrat  turşularının  fotokimyəvi  yolla  alınması  necə 
həyata keçirilir? 


 
68 
5.Təbiətdə azot dövranı hansı mərhələləri əhatə edir? 
______________________ 


 
69 
ATMOSFER ÇĠRKLƏNDĠRĠCĠLƏRĠNĠN  
CANLI ORQANĠZMLƏRƏ TƏSĠRĠ 
 
Bu  bölmədə  əsas  çirkləndirici  qazlardan  dəm  qazı  –  CO,  karbon 
qazı  CO
2
,  kükürd  oksidləri  SO
2
  və  SO
3
,  azot  oksidləri  NO  və  NO
2
 
təhlil  ediləcəkdir.  Onların  biosferdə  gedən  proseslərdə  iştirakı,  canlı 
orqanizmlərin  həyatında  rolu  və  törətdikləri  zərərli  təsirlər  analiz 
ediləcəkdir. 
Dəm  qazı  –  CO  atmosferi  çirkləndirən  ən  təhlükəli  maddə  hesab 
olunur,  təmiz  havada  faiz  miqdarı  0,05-0,1

10
-6
%  olduqda  çox 
təhlükəli deyildir. Hesablamalar göstərmişdir ki, atmosferdə 6

10
8
 ton 
dəm qazı vardır. 
Dəm  qazı  təbii  və  antropogen  yolla  əmələ  gəlir.  Onun  az  miqdarı 
vulkan  püskürmələri  və  metanın  havada  yavaş  oksidləşməsi  vasitəsilə 
əmələ gəlir. Sonuncu prosesdə havanın ozonu və –OH radikalı iştirak 
edir: 
2CH
4
+3O
2


2CO+4H
2

 
OH radikalları isə aşağıdakı fotokimyəvi proses nəticəsində yaranır: 
O
3
+hy


O+O

 
O+H
2
O


2OH

 
Karbon  mono-oksid  antropogen  yolla  avtomobil  nəqliyyatı  və 
sənaye  peçlərində  əmələ  gəlir.  Onun  atmosferdə  qalma  müddəti  6  ay 
olaraq hesablanmışdır. 
Karbon mono-oksid rəngsiz, iysiz, dadsız qaz olub suda pis həll olur. 
25
0
C-də 100 ml suda 2,17 ml CO həll olur. Onun hemoqlobinin tərkibində 
olan Fe
+2
 ionları ilə reaksiyaya girmək qabiliyyəti sərbəst oksigendən 210 
dəfə çoxdur. Karbon mono-oksid infraqırmızı şüaları udmaq qabiliyyətinə 
malikdir.  Tənəffüs  yolu  ilə  ağciyərə  daxil  olan  dəm  qazı  hemoqlobin 
dəmiri  ilə  karbonil-Fe(CO)
5
  birləşməsi  əmələ  gətirərək,  oksigenin 
toxumaları, karbon qazının isə əksinə daşınmasının qarşısını alaraq, ölüm-
lə nəticələnən proses yaradır. 
Karbon  mono-oksid  həmçinin  insanın  özü  tərəfindən  də  sintez 
edilir.  Endogen  yolla  sutkada  10  ml  CO  əmələ  gəlir.  Bu  yeni  qan 
hüceyrələri  yaranarkən  əmələ  gəlir.  Dəm  qazı  ilə  zəhərlənmə 


 
70 
hadisələrinə tez-tez rast gəlinir. 
Karbon  mono-oksid  havasız  şəraitdə  yanma  məhsulu  olduğundan 
hər zaman əmələ gələ bilər. 
 
2C+O
2


2CO;  C+CO



2CO 
 
Odur ki, qapalı mühitdə yanğın zamanı karbon 2-oksid əmələ gəlir. 
Siqaret  çəkənlərdə  dəm  qazı  ilə  yavaş  zəhərlənmə  prosesi  gedir. 
Məlumdur ki, siqaret alışdığında yanma prosesi çox yavaş getdiyindən 
xeyli  miqdar  zəhərli  maddələrlə  yanaşı  karbon  mono-oksid  də  əmələ 
gəlir.  Ən  az  siqaret  istifadə  edənlərdə  belə  hemoqlobinin  3%-i  dəm 
qazı vasitəsilə bioloji prosesdən uzaqlaşır. Bu 8-10 saat tərkibində 20 
mq/m
3
-yəni  normadan  2  dəfə  artıq  dəm  qazı  olan  hava  ilə  tənəffüs 
etməyə bərabərdir. 
Dəm 
qazının 
hemoqlobinlə 
birləşməsi 
davamlı 
olub 
karboksihemoqlobin  adlanır.  Orta  səviyyəli  siqaret  çəkənlərdə  onun 
qanda miqdarı 6% olur. 
Siqaret  tüstüsündə  4%-ə  qədər  dəm  qazı  vardır.  Dəmqazının 
atmosferdə  normal  miqdarı  20  mq/m
3
  olaraq  hesablanmışdır.  Böyük 
şəhərlərdə bu rəqəm bir neçə dəfə artıq olur. Normal siqaret çəkənlər 
özlərində  bu  normadan  bir  neçə  dəfə  artıq  dəm  qazı  olan  hava 
yaradırlar  ki,  bu  həmçinin  onların  ətrafında  olan  insanlar  üçün  də 
təhlükəlidir. 
Aşağıdakı  cədvəldə  dəm  qazının  qatılığının  artması  ilə  müşahidə 
olunan simptomlar  göstərilmişdir. 
 
 
Havada CO qatılığı  Qanda hemoqlobin 
karbonilin 
Klinik simptomlar 
10
-6
 q. 
% miqdarı 
60 
0,006 
10% 
Görmənin azalması və zəif baş ağrısı 
130 
0,013 
20% 
Şiddətli baş ağrısı, yorulma və huşun 
itirilməsi 
200 
0,02 
30% 
Huşsuzluq, 
paralıc, 
tənəffüsün 
pozulması 
660 
0,066 
50% 
Tənəffüsün kəsilməsi, paralic 
750 
0,075 
60% 
1 saatdan sonra letal sonluq 
 
 
Dəm  qazı  ilə  zəhərlənmə  zamanı,  ilk  növbədə  xəstə  təmiz  havaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə