Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

 
61 
yayılmasının  qarşısını  alır.  Digər  tərəfdən  təbiətdə  su  dövranının  bir 
zənciri  kimi  yer  üstü  su  mənbəini  təşkil  edir.  Su  buxarının  havadaki 
miqdarı normadan çox olduqda insan orqanizminə mənfi təsir göstərir. 
Orqanizm  həddən  çox  qızır,  temperatur  aşağı  olduqda  isə  orqanizm 
kəskin soyuyur. 
Yuxarıdakılar göstərir ki, atmosfer havası bioloji prosesləri tənzim 
edərək,  həyatın  əmələ  gəlməsi  və  inkişafı  prosesində  onun  tərkibinin 
böyük rolu olmuşdur. 
 
Sual və tapşırıqlar 
 
1. Hava oksigeninin rolu nədən ibarətdir? 
2. İnsan bir dəqiqədə neçə dəfə tənəffüs edir? 
3. Azotun bioloji rolu hansıdır? 
4. Azotofikasiya nədir və necə həyata keçirilir? 
5. Su buxarının rolunu göstərin. 
6. Havanın nəmlik dərəcəsi sağlamlığa necə təsir edir? 
______________________ 
 
 
ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN AZOTLU  
BĠRLƏġMƏLƏR 
 
Azotun  təbii  mənbələri  ilə  bağlı  kimyəvi  reaksiyaların  gedişi 
zamanı atmosfer azotlu birləşmələrlə çirklənir. 
Atmosferdə  molekulyar  azotun  miqdarı  78%-dir.  Bundan  əlavə, 
atmosferdə,  az  miqdarda  da  olsa,  NH
3
,  NO
2
,  NO,  N
2
O  tərkibli  azot 
birləşmələri vardır. 
Amin  turşularının  tərkibində  olan  azot  canlı  orqanizmlərdə  gedən 
kimyəvi proseslərdə mühüm rol oynayır. Ətraf mühitdə isə azotun bərpa 
olunmuş  formalarından  amidlər,  aminlər,  amin  turşuları,  nitrillər  və 
oksidləşmiş formada müxtəlif nitratlara rast gəlinir. 
Azot  müxtəlif  oksidlərin  qarışığını  əmələ  gətirir.  Bunlara  əsasən 
azot (I) -oksid (N
2
O), azot (II)-oksid (NO), azot (IV)-oksid (NO
2
), azot 
(III)-oksid  (N
2
O
3
),  azot  (V)-oksid  (N
2
O
5
)  aiddir.  Bu  oksidlərdən  azot 
(II) və azot IV-oksid atmosferi daha çox çirkləndirir. 


 
62 
Azot (I)-oksid (N
2
O): 
Azot  (I)-oksid  atmosferə  təbii  mənbələrdən  daxil  olur.  Buna 
baxmayaraq azotun bu birləşməsinə hava çirkləndiricisi kimi baxılmır, 
çünki o zərərsizdir. 
Azot  (I)-oksid  qaz  halında  maddədir,  bir  az  şirintəhər  dadı  və 
özünəməxsus  iyi  vardır.  Azot  (I)-oksid  olan  hava  ilə  tənəffüs  etdikdə 
insanda  bir  az  şənlik  əhvalı  yaranır  və  buna  görə  də  bu  birləşməyə 
«şənləndirici qaz» da deyilir. Azot bir oksid molekulu xətvaridir və iki 
quruluş formulu ilə yazıla bilər: 
 
N = N = O   
və ya 
 
N = N – O 
 
Azot (I)-oksid torpaqda azotlu birləşmələrin anaerob bakteriyaların 
vasitəsilə parçalanması zamanı əmələ gəlir. Qlobal miqyasda onun illik 
miqdarı 54

10
7
 ton hesab olunur. 
Dalğa uzunluğu 2200 A
0
 olan işıq təsiri altında  azot (I)-oksid N
2

aşağıdakı kimi dissosiasiya edir: 
 
N
2
O + hü


N
2
 + O 
 
və eləcə də oksigen atomu ilə reaksiyaya girərək azot (II)-oksid əmələ 
gətirir: 
N
2
O + O


2NO 
 
Yuxarıda  göstərilən  bu  reaksiyalar  atratosferdə  baş  verir  və 
troposferdə N
2
O qatılığının tarazlaşmasına səbəb olur. 
Stratosferdə  gedən  kimyəvi  reaksiyalarda  azot  (I)-oksidin  iştirakı, 
demək olar ki, onun azot və oksigendən əmələ gəlməsi ilə izah olunur. 
Bu  da  tələbatda  artıq  sərf  olunan  azot  gübrələrinin  tətbiqi  nəticəsində 
atmosferdə azot I-oksidin çoxalması ilə izah oluna bilər. 
Azot (II)-oksid (NO). 
Azot II-oksid iysiz və rəngsiz qaz halında maddədir, havada yanmır 
və  suda  çox  az  həll  olunur.  Azot  (II)-oksid  havada  azot  (IV)-oksidlə 
oksidləşir.  Onun  atmosferdəki  qatılığı  və  miqdarı  azot  (IV)-oksidin 
məlumatlarına uyğun olaraq NO
x
 kimi verilir. 
Azot  (II)  və  azot  (IV)-oksidin  qarışığı  çox  zəhərlidir.  O,  dalğa 
uzunluğu 2300 A
0
-dən az olmayan işığı asanlıqla udur. N-O əlaqəsinin 
uzunluğu  1,14  A
0
,  bu  əlaqənin  enerjisi  isə  268  coul/moldur.  NO-


 
63 
molekulu  ionlaşmaq  qabiliyyətinə  malikdir,  NO
-
  -  ionunun  əmələ 
gəlməsi ilə onun ionlaşma potensialı nisbətən azalır, yəni 9,5 elektron 
volta bərabər olur. 
Ətraf mühitə azot (II)-oksid, bakteriyalarının fəaliyyəti nəticəsində 
və  təbii  yanğınlar  prosesində  daxil  olur.  Onun  ümumi  miqdarı  qlobal 
miqyasda  ildə  450  mln  ton  hesab  olur.  NO
x
-in  ümumi  miqdarı  isə 
antropogen mənbələrdən ildə 48 mln tona bərabərdir. 
Azot (IV)-oksid (NO
2
): 
Azot  (IV)-  oksid  qırmızı-  qonur  rəngli,  kəsgin  iyli  qazdır,  çox 
zəhərlidir,  güclü  korroziya  edici  xassəyə  malikdir.  Azot  (IV)-oksid 
molekulu  spektrin  görünən  hissəsində  işığı  çox  yaxşı  udmaq 
qabiliyyətinə  malikdir.  Buna  görə  də  NO
2
  molekulu  sarı  və  ya  qonur 
tüstü əmələ gətirir. 
Ammonyak (NH
3
). 
Ammonyak  çirkləndirici  xassələrinə  görə  azot  I-oksidə  oxşayır.  O 
da  müəyyən  qatılıqda  atmosferdə  əsas  çirkləndirici  hesab  olunur. 
Ammonyak çoxlu miqdarda, əsasən üzvi amin turşularının bakteriyalar 
tərəfindən  parçalanması  zamanı  əmələ  gəlir,  atmosferin  qazlarla 
çirklənməsində  ciddi  rol  oynayır.  Bu  da  onun  ammonium  duzları 
əmələ  gətirməsi  ilə  əlaqədardır.  Ammonium  duzları  çox  asanlıqla 
parçalanan və atmosferi təkrar ammonyakla çirkləndirən maddələrdir. 
Ammonyak  rəngsiz  qaz  halında  maddədir,  kəskin  iylidir  və  suda 
yaxşı  həll  olunur.  Onun  molekulu  piramida  formalıdır.  Əlaqələr 
arasındakı məsafə: H-N-H 106
0
,47
I
-dir. Dalğa uzunluğu 2168 A
0
  olan 
işıq  şüasını  asanlıqla  udur.  İonlaşma  potensialı  1222  A
0
-ə  bərabər 
dalğa uzunluğunda 10,5 e/v-dur. 
 
AZOT OKSĠDLƏRĠNĠN ƏMƏLƏ GƏLMƏ MEXANĠZMĠ 
 
Yanğın zamanı azot oksidlərinin əmələ gəlməsi atmosfer azotunun 
oksidləşməsi  və  ya  tərkibində  azot  olan  üzvi  birləşmələrin 
oksidləşməsi ilə bağlıdır. 
Birinci mərhələdə əsas məhsul azot (II)-oksiddir: 
 
2
2
Í + Î
2Í Î


 
 
Bu bərabərliyi mərhələlərlə aşağıdakı kimi yazmaq olar: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə