Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə8/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Altıncı fəsil: Təhsil


Tələbənin məziyyətləri

Sizin dinləyicilərinizin gəncliyə aid olan bu üç imtiyazdan əlavə, bir üstünlüyü də var. O da budur ki, onlar savadlı və elm adamıdırlar. Bu baxımdan, bir şeyi başa salmaq üçün insanın çətinlik çəkdiyi və mətləbi düzgün dərk edə bilməyən insandan üstündürlər. Bu da bir üstünlükdür.336


Təhsil sisteminə yenidən baxış

Mən yenidən baxış tərəfdarıyam. Nəticənin nə olmasını demək istəmirəm. Nəticə nə olursa-olsun, yenidən baxış yaxşıdır. Yəni təhsil idarəçiliyinin vəziyyəti barədə düşünmək çox yaxşıdır. Bu işi mütləq görün.337


Təhsilin zamanına nisbətən az elmi nəticə

Mənim elmi məsələlər barədə fikrim budur ki, universitetlərdə zamana uyğun elmi bəhrə götürülmür. Mən universitetlərlə əlaqəsiz deyiləm; buraya bizim yanımıza həm ölkə universitetlərinin rektorları gəlir və bəzən nəsə soruşurlar, həm də tələbələr get-gəl edirlər. Mən universitetdəki bəzi məsələlərdən ümumi olsa da, məlumatlıyam. Mənə verilən məlumatlara əsasən, universitetdən təhsil sahəsində ona qoyulan vaxt qədərincə elmi bəhrə götürülmür. Tədqiqat sahəsi isə ayrıdır və onun üçün geniş rövzəxanlıq lazımdır. O öz yerində. Nisbətən yaxşı vəziyyəti olan təhsildə də bu nöqsan var.338


Əzbərləmək yerinə tədqiqatçı yetişdirmək

Buna əsasən, mənim mühüm bir tövsiyəm budur ki, elm və tədqiqat işləri orada əsas olsun, dəyər sayılsın. Bunun başqa bir cəhəti odur ki, beyinlər tədqiqatçı yetişsinlər, onlara yalnız məlumat verilməsin. Siz dərsin və işin keyfiyyətini, tədris metodunu elə etməlisiniz ki, üzündən əzbərləmək yerinə dərinə getmək və kökünü tapmaq barədə düşünsünlər. Bunun üçün proqram hazırlamaq isə öz işinizdir. Bu bəlkə heç Təhsil Nazirliyinə də aid deyil. Ona aid olsa da, siz tələb etməlisiniz.339


Universitetdə yenilik və elm istehsalı

Universitetlərin mühüm vəzifələrindən biri elmi düşüncə yeniliyindən ibarətdir. Ehkamçılıq təkcə dini mühitlərin və dini düşüncələrin problemi deyil. Bütün yerlərdə ehkamçılıq, doqmatizm, düzgün məntiqlə yanaşmadan insana yeridilənlərə tabe olmaq bir bəladır. Bir elm mərkəzinin və universitetin ideal vəzifəsi budur ki, elmi məsələlərdə yenilikçi olsun. Elm istehsalının həqiqi mənası da məhz budur. Elm istehsalı təkcə elmin köçürülməsi deyil. Elmi yeniliklər birinci dərəcəli əhəmiyyətə malikdir. Bunu ona görə deyirəm ki, bir ənənə olsun. Bu yenilik təkcə müəllimlərə deyil, həm də tələbələrə və bütün elmi çevrələrə aiddir.340



Yeddinci fəsil: Tədqiqat


Güclü məqalələr

Ensiklopediya üçün hazırlanan məqalələrin ən yüksək elmi tədqiqat həddində olmasına çalışın. Çünki ölkəmiz İslam mədəniyyətinin elmi ehtiyatına, dərin kök və keçmişinə, kitab və aliminə malik olmaqla İslamın mərkəzi və bazası kimi tanınır. Burada hazırlanan İslam ensiklopediyasının məqalələri qüvvə və elmilik baxımından imkan daxilində birinci olmalıdır. Odur ki, yekun iş üçün təcrübəli redaktorlardan istifadə olunsun.341


Tədqiqat və yenilikdə mədəni xəstəlik

Biz dünyada hər tərəfdən güclü düşmənlərin ədavəti ilə üz-üzə qalmışıq. Onlar həm xalqın ümumi mədəniyyəti, zehniyyəti, rəftarı və həm tədris işi və kadr yetişdirmək sahəsində məqsədlərimizə çatmağa mane olurlar. Biz düşmənin ədavətinə münasib proqram hazırlamalıyıq. Ümumi mədəniyyət məsələsində müşahidə edirik ki, bizim cəmiyyətimizdə, misal üçün, idarə və dövlət qurumlarında süründürməçilikdən, xüsusən də bəzi orqanların işindən çox şikayət olunur; xalqın işləri rahatlıqla görülmür, bu gün-sabah edilir, xalqın işinə qayğıkeş şəkildə baxılmır. Bunlar mədəni bir xəstəliyə və nöqsana görədir. Yaxud müşahidə edirik ki, bizim işgüzar elmi şəxsiyyətlərimiz universitetlərdə, iş yerlərində, tədqiqat mərkəzlərində bir tədqiqatçı üçün çörəyi, suyu və şöhrəti olmayan, amma zəhməti çox olan yenilik və ixtiralara az girişirlər, daha asan işlərlə məşğul olurlar. Bu, mədəni bir xəstəlikdir.

Elm dünyasında baş verən dəyərli tədqiqatlar kimlərin vasitəsi ilə görülmüşdür? Adətən tədqiqat dövründə məşhur olmayan, tədqiqata, elmə və əməklərinin bəhrəsinə sevgi ilə baxan, zəhmətlə işə başlayan və əziyyətinə dözən şəxslər vasitəsi ilə görülmüşdür. Bu işin nəticəsi bir xalq üçün möhtəşəm olmuşdur. Düzdür, siyasətlər də onların elm və tədqiqat məhsulundan bədxah şəkildə sui-istifadə etmişlər. Biz siyasətin sui-istifadəsini tədqiqatın və onların məqsədlərinin adına yaza bilmərik. Əgər bizdə bunlar azdırsa, mədəni bir xəstəliyə görədir. Biz bunu müalicə etməliyik. Bunun məktəb, universitet və digər yerlərin işinə aidiyyəti yoxdur, başqa bir proqramlı mədəni baxış, fəaliyyət və çalışmaq tələb edir. Və biz bu işi görməliyik.

Həqiqətən Mədəni İnqilab Ali Şurasının mühüm işlərindən biri ümumi mədəniyyəti araşdırmaq, ölkəmizin bugünkü mədəni xəstəliklərini tapmaq, ixtisaslı, xeyirxah, inqilabçı şəkildə və müxtəlif qurumlara tövsiyə ilə onların müalicəsini öyrənməkdir. Bu, işin mühüm bir hissəsidir və yaxşı olar ki, Mədəni İnqilab Ali Şurası bununla məşğul olsun. 342


Universitetlərdə keyfiyyətin aşağı olması

Mən mövcud nöqsanları müəyyən qədər bilirəm, siz isə məndən də yaxşı bilirsiniz. Bizim ibtidai və orta məktəblərimizin problem və nöqsanları var. Bizim universitetlərimizin keyfiyyət problemləri var. Son illərdə kəmiyyətə bir qədər fikir verilsə də, keyfiyyətin aşağı olması hamının qəbul etdiyi və bildiyi bir həqiqətdir. Tədqiqat mərkəzlərinin çatışmazlıqları və bəzi tədqiqatçılarımızın həvəssizliyi də mövcud problemlərdən biridir.343


İnqilabi ruhun elmi tədqiqat büdcəsindən mühüm olması

İnqilab odur ki, hər bir şeydə dəyişiklik yaransın. Dəyişikliklərdən biri də ölkənin elm məsələsindədir. Deməyin ki, bizim pulumuz və büdcəmiz yoxdur. Bəli, pulla çox işlər görülür. Lakin düşünürəm ki, ölkənin bütün elm və bilik qurumları məsələyə inqilabçı gözlə baxmalıdır; övladı suya düşüb boğulmaqda olan bir şəxs kimi; inqilabdan qabaqkı dövrdə heç bir şeyi - nə həyat yoldaşını, nə uşağını, nə yaşayışını, nə evini, nə rahatlığını düşünən və bütün həyatını bir iş görməyə sərf edən mübariz insan kimi. Ölkənin elmi qurumları belə irəliləməli və bununla da bu yolda olan maneələr həqiqətən aradan qaldırılmalıdır. Universitetlərdə elm, tədqiqat və tətbiqi araşdırmalar üçün iş görmək lazımdır.

Bu gün Allaha şükür olsun ki, nazirlik və universitetlər hizbullahçı təşkilatlardır. Mən siz cənabların çoxunu yaxından tanıyıram, işinizə, məqsədinizə və imanınıza bələdəm. Gözləyirəm ki, bu məsələ, yəni elm və biliyin inkişaf etdirilməsi ilə məşğul olasınız.344
Universitetlərdə tədqiqat səviyyəsinin yüksəlməsinə ehtiyac

Mənim fikrimcə, universitetlərdə tədiqiqat işi qərib və məzlumdur. Siz elə etməlisiniz ki, tədqiqat sahəsində təhsilə oxşar iş görülsün, yaxud onun qədər qayğı göstərilsin. Doğrudan da bu işi görməlisiniz, bu diqqət və qayğı göstərilməlidir. Tələbədə elmə həvəs yaradan də tədqiqatdır. Çünki tədqiqatın əksinə olaraq, dərs və təhsil çalışqan və həvəskar tələbə üçün də yorucu olur. Tədqiqat elə işdir ki, tələbənin özü çalışır, işləyir. Bu, heç şübhəsiz, universitetlərdə elmə marağı artıracaq.345


İxtisaslı tədqiqatlara daha artıq diqqət

Tədqiqata və elmin inkişafına da diqqət yetirilməlidir. Xoşbəxtlikdən, biz ölkədə su və elektrik enerjisi sahələrində nisbi özünütəminə çatmışıq. Bu gün bizim mühəndislərimiz elə bəndlər düzəldirlər ki, keçmişdə ölkədə belə bir potensialın olması təsəvvür də olunmurdu, buna ümumiyyətlə, icazə verilmirdi. Bu gün bu böyük işləri öz uşaqlarımız, mühəndislərimiz və inqilabın mömin gəncləri görməkdədirlər. Bunları bu sahələrdə elmi cəhətdən nə qədər artıq təmin etsəniz, dəyərlidir, etimadlıdır, işin inkişafını və ölkədən xaricə ixracını da təmin edəcək. Odur ki, işiniz əhəmiyyətlidir.346


Rəğbətlə görülən tədqiqat işi

Qardaşımıza deyirdim ki, tədqiqat işi görsün. Tədqiqat işi eşq və həvəslə görülməlidir. İnsanı məcbur edib desələr ki, tədqiqat apar, o zaman bu, əlbəttə, quru və həyəcansız bir şey olar, fayda da yetirməz. Lakin sizin sevdiyiniz və maraq göstərdiyiniz, qəbul imtahanlarında iştirak etdiyiniz, universitetdə dərsini oxumaqda olduğunuz, yaxşı müəlliminizin də olduğu bir fəndə təchizatlı bir iş otağı da var; fikrinizin və yeniliyinizin nəticəsini oraya aparıb həyata keçirə bilsəniz, çox yaxşı olar.347


Tədqiqatda kəmiyyət və keyfiyyət dəyişikliyi

(Universitet cihadı təşkilatı) tədqiqatı rəhbər tutmaqla imkanı həddində universitetləri durğunluq, donuqluq, əzbərləmələrə əsaslanmaq və tədqiqatdan uzaqlaşmaq halından çıxara bilər. Biz universitet orqanlarının, möhtərəm universitet müəllimlərinin və tədqiqat müdirlərinin işini əsla görməzdən gəlmək istəmirik. Lakin Universitet cihadı xüsusiyyətlərinə malik olan - gənc, inqilabçı və dindar olan, idarə vəzifəsindən çox etiqad, iman və inqilab vəzifəsinə arxalanan bir orqan və qrup tədqiqat işini öhdəsinə götürdükdə prinsipcə onun xüsusi keyfiyyəti olmalı, misilsiz şəkildə inkişaf etməlidir.

Buna əsasən, ölkə universitetlərini elm və tədqiqata yönəltmək istiqamətində hərəkət bu sərlövhədə yerləşdirilmişdir. Universitet cihadında da əvvəldən universitetlərin elmi keyfiyyətini yüksəltmək nəzərdə tutulmuşdu. Hamı bilir ki, inqilabdan öncəki universitetlərdə daha çox üzündən oxumaq vardı, nəinki yaradıcılıq, yenilik və özünəinam. Onda hətta dərinlik də az idi. Düzdür, müəllimlər vardı, alimlər yetişirdilər, lakin onları universitetin sistemi yetişdirmirdi. Bir zaman bir yaxşı elmi rəhbər, bir qayğıkeş pedaqoq, yaxud bir həvəskar şagird işi davam etdirib bir şeyə nail olurdu.

İnqilabdan öncəki universitetin ümumi sistemi əsla tədqiqatçı yetişdirən, dərin, yaradıcı və yenilikçi tədqiqatlar aparan və elmi dalanları açan deyildi, belə bir işi təbliğ etmirdi. Siz isə bu işi görə bilərsiniz. Allaha şükür olsun ki, ölkənin inqilabdan sonrakı universitetləri çox yaxşı inkişaf etmişdir. Bu, əsla öncəyə aid deyil.348


Tədqiqatlara dəstəkdə böyük maddi qazanc

Bizim burada sərmayə qoymaqdan başqa çarəmiz yoxdur. Biz indi elə yerlərə sərmayə qoyuruq ki, məsələn, yaxın gələcəkdə on faiz, iyirmi faiz, yaxud bəzi yerlərdə möcuzə olsa, əlli faiz maddi qazanc götürək. Əgər meyar maddi qazanc da olsa, bir qədər dözsək, burada söhbət on faiz, iyirmi faiz və yüz faiz deyil, daha çoxdur. Ölkədə bu qədər alim, tədqiqatçı, qurucu, müxtəlif elmlərlə məşğul olan və idarə edən bu qədər kadr yetişir. Əgər uzunmüddətli baxışla baxsaq və bir qədər davamlı olsaq, maddi baxımdan da ölkə ehtiyacsız olacaq. Odur ki, tədqiqata dəstək mühüm məsələdir.349


Tədqiqata rəğbətin zəruri olması

Radar istehsalı barədə davamlı olaraq məlumatlar aldığımız 1-2 il öncədən məni sevindirən bu idi ki, dostlar çox məhdud və çox zəif bir şəraitdə bu işi şövq və rəğbətlə görürdülər. Bu, sözügedən əsas məsələdir. Əgər ölkədə tədqiqatın inkişaf etməsini istəyiriksə - hər şey kimi elm və texnologiyanın əsası da tədqiqatdır - insanlarda tədqiqata rəğbət yaranmalıdır. Tədqiqata rəğbət digər şeylərdən çox fərqlidir, ümumiyyətlə, başqa bir şeydir, bir mədəniyyətdir. Maliyyə yardımı və rifah köməyi öz yerində lazımdır. Amma həvəs olmadan tədqiqatın baş tutması imkansızdır.

Sizin məndən yaxşı xəbəriniz var və görürsünüz ki, dünyanın bütün böyük kəşfləri, yaxud mənşəyi tədqiqat və kəşflər olan ixtiralar işə yapışan və ticarət ardınca düşməyən insanlardan baş vermişdir. Ticarət tacirə, sifarişçiyə və bu kimi şəxslərə məxsusdur. Tədqiqatla məşğul olan şəxs isə sevərək bu işlə məşğul olur. Bu bir mədəniyyətdir. Bu mədəniyyəti universitetlərdə dirçəltmək lazımdır.350
Universitetdə elm və tədqiqata diqqət azlığının zərəri

Mən universitet barədə bəzi mətləblərə toxunacağam. Əlbəttə, bunlar tibb universitetlərinə məxsus deyil, ölkənin bütün universitet toplumuna məxsusdur. Mən hiss edirəm ki, universitetlərdə elmi inkişafın əleyhinə bəzi işlər planlaşdırılır. Bizim qısamüddətli və uzunmüddətli proqramlarımız var və bu ölkənin idarəsi onlara bağlıdır. Əgər məmurlar bəzi proqramların icrasına diqqətsiz yanaşsalar, yaranan nöqsanları istədikləri vaxt aradan qaldıra bilərlər; yəni gec olmaz. Lakin bəzi işlərdə diqqətsizlik baş versə, vaxtın ötməsi mümkündür; yəni düzəlməsi qeyri-mümkün olmasa da, çox gec düzələn zərərlər qarşıya çıxar. Belə məsələlərdən biri də ölkənin elmi işidir.

Əgər biz ölkədə elmi işi əhəmiyyətsiz saysaq, elmə, tədqiqata və tədqiqatçı yetişdirməyə rəğbət olmasa, yaxın gələcək üçün heç bir təsiri olmaya bilər, amma uzaq gələcək üçün ölkədə elə problem yaranar ki, asanlıqla düzəlməsi mümkün olmaz. Yəni bizim on illərlə düçar olduğumuz və indinin özündə də böyük həddə altını çəkdiyimiz vəziyyət yaranar.351
Universitetlərin ən mühüm işi

Sizin sözləriniz arasında universitetlər üçün həmişə narahat olduğum məsələləri eşitdiyimə çox sevinirəm. Bir universitet elm və tədqiqatın inkişafına çalışır, ən mühüm qayğısı tədqiqat məsələsidir. Sizin hamınız bunu tələb edirsiniz. Ölkədə tədqiqatın inkişafına imkanların yaradılması sizin hüququnuzdur. Bunlar mənim üçün çox gözəl və ürəkaçandır. Biz də universitetlərin bu işlərlə məşğul olmasını istəyirik.352


Universitetin sənayedən ayrılığının ikitərəfli ziyanı

Sənaye imkanlarının ölkədə elm və tədqiqat səviyyəsinin yüksəlməsinə uyğun olaraq artması lazımdır. Belə olmasın ki, universitetlərimizdə çoxlu elm və tədqiqat işləri görülsün, lakin ölkənin real vəziyyətinə təsir göstərməsin. Bunlar mücərrəd şəraitdə oturub tədqiqat aparsınlar, elm, düşüncə və nəzəriyyə yürütsünlər, lakin reallıqla əlaqələri olmasın. Onlar da elm və sənaye inkişafından məhrum olduqlarına görə sənaye, yaxud əkinçilik işini qüsurlu, qeyri-düzgün, geriqalmış və zəif formada aparsınlar. Bu, ikitərəfli ziyandır; yəni həm elm və tədqiqat, həm də sənaye, əkinçilik və digər əməli sahələr ziyan görür.353


Tədqiqatın istiqamətləndirilməsi və idarəsi

Tədqiqatı istiqamətləndirmək lazımdır. Tədqiqatın mütləq şəkildə və hər hansı bir formada olması yaxşı deyil, müəyyən istiqamətdə aparılmalıdır. Yəni ölkənin tədqiqat, texnika və elm işlərini təkmilləşdirən mövzular tədqiq olunmalıdır. Tədqiqat işindəki pərakəndəlik onların bəzisinin bəlkə də faydasız, yaxud az faydalı olmasına bais olur.354


Universitetlərdə elm və tədqiqata diqqətin gözəçarpan səmərələri

...İşə başlamalı və bunu həyata keçirməlisiniz, təsiri də duyulmalıdır. Demirik ki, bu iş 1, yaxud 2 ilə bilinməlidir. Xeyr, lakin elmə, alimə və tədqiqata diqqət, eləcə də ölkədə elm və sənayeni birləşdirmə prosesi başlandıqda və ölkə ehtiyaclarına uyğun şəkildə həyata keçdikdə, yəni ölkənin prioritetləri nəzərə alınıb elm və tədqiqat işinin və sənaye zəncirinin itmiş halqaları bərpa olunduqda, universitetlərdə bu sahəyə təbii həvəs və diqqət yaranacaq və bu, hiss olunacaq.

Bu, gizli qalmır və nə olduğuna baxmaq üçün 10 il gözləməyə ehtiyac olmur. İşin gedişində təsiri tamamilə duyulacaq, başlandığı bəlli olacaq; özünüz deyəcəksiniz ki, bu məqsədlə universitetdə bir cihad başlanmışdır. Bu işlər doğrudan da cihad kimidir. Bu baxımdan, biz bu barədə deyilənlərə bir şey əlavə etmirik və sizin inandığınız, nəticəyə gəldiyiniz, bizim də uzun müddətdir dəfələrlə təkrarladığımız məsələni yenidən xatırladırıq.355
Proqramlaşdırma hərəkatı - ölkənin əsas məsələsi

Ölkənin əsas məsələləri iqtisadiyyat və elm məsələsi, universitetlərdə elmi işin yüksəldilməsi və universitetlərdə, tələbə və müəllimlərlə görüşdə dəfələrlə irəli sürdüyümüz Proqramlaşdırma hərəkatıdır.356


Dünyanın şirkətləri və elmi təşkilatları ilə zərərsiz əlaqə yaratmaq

Mənim fikrimcə, dünyanın elmi təşkilatlarının hər biri ilə elmi əlaqə yaxşıdır; əlbəttə, bu şərtlə ki, ziyanla nəticələnməsin. Elmi münasibət və iqtisadi əlaqə öz-özlüyündə çox yaxşıdır. Bizim fikrimizcə, şirkətlərlə və elm ocaqları ilə əlaqənin eybi yoxdur.357


Alimlərdə öhdəliyin sərhədi

İnsan alim və ali təhsilli gənclərin bir qrupunun hər bir cəmiyyətin alimlərinin üzərinə düşən ağır məsuliyyəti hissi edərək bir yerə toplaşdığını, gələcəyə baxışla problemləri araşdırdığını və həll yolu axtardığını görəndə həzz alır. Bu işi görməyən çoxlu alimlər də var. Nə üçün? Çünki məsuliyyət hiss etmirlər. Qəribə sərhəddir! Alim - müəyyən bir bacarığa malik olan şəxs deməkdir. Bu bacarığa malik olanların bir qrupu fikirləşir ki, sabah zəlzələ olsa, təhlükəli virus yayılsa, öz sözləri ilə desək, təbii böhran yaransa, biz və digərləri nə iş görə bilərik, yaxud ümumiyyətlə, nə iş görmək olar? Sonra düşünür, proqram hazırlayır və hazırlıq görürlər. Başqa bir qrupda da həmin elm və bacarıq var, lakin ya bu fikrə düşmürlər, ya da əhəmiyyətsiz yanaşırlar. Məsuliyyətin sərhədi budur.358


Təbii və humanitar elmlərin nəticələrinin qəti olmaması

Yalnız humanitar sahələrdə yox, bütün sahələrdə, hətta inkişafın çox olduğu təbii sahələrdə də elmin nəticələri qəti deyil. Görürsünüz ki, bu gün hansısa dərmanın filan xüsusiyyətə malik olduğunu, üç il sonra isə bunun 180° əksini deyirlər. Halbuki gedib ölçüblər, dəqiq alətlərlə bütün xüsusiyyətlərini görüb sınayıblar, eyni zamanda sonradan nəticə yanlış çıxır və çox da uzun olmayan müddətdən sonra analizlərin dəyişdiyini görürsünüz. Humanitar elmlər təbii elmlər kimi inkişaf etməyib. Buna görə, elmi metodlara, elmi işlərə əhəmiyyət verin, amma onların nəticələrinə yüz faiz inanmayın ki, gözünüz önündə hissolunan və aydın təcrübə olduqda tənqid edə biləsiniz.359


Universitet cihadının faydaları və onu genişləndirməyin zəruriliyi

Xoşbəxtlikdən, Universitet cihadı təşkilatı gözlənənləri həyata keçirdi. Bəlkə də bir zaman düşünürdülər ki, bu təşkilat nümunə üçün düzəltdiyimiz bir istixanadır. Bu gün isə bu istixana cəmiyyəti gülüstana çevirir. Nəinki nümunə yetişdirməklə kifayətlənməyib, hətta öz səmərələrini də daşırır. Bu statistikalar - onları qabaqcadan mənə göndərmişdilər və baxmışdım - çox mənalıdır. Siz bəzi sahələrdə elmin ön sıralarında hərəkət etməkdəsiniz, ölkənin elm, sənaye və texnologiya baxımından inkişafı üçün onu işlədirsiniz, tədqiqatı inkişaf etdirirsiniz. Mənası odur ki, bu daha istixana deyil, böyüməkdə olan açıq və ətirli bir mühitdir. Mən bu böyümənin tərəfdarıyam. Bu, günbəgün artmalıdır.

Qeyd olunan birinci məlumatda kök hüceyrələrin istehsalı, çoxaldılması və dondurulması vardı. Mən bu dəyərli tədqiqat işindən çox sevindirici məlumatlar almışam. Yadımda olan budur ki, bunlar dünyada ilk dəfə olaraq, insulin düzəldən hüceyrələr istehsal etmişlər və bu yaxınlarda qəzetdə oxudum ki, ürəyi müalicə etmək üçün onun kök hüceyrələrini sınaq və əməliyyat mərhələsinə çıxarıb peyvənd ediblər. Digər məsələlərin hər biri də Universitet cihadının səmərəliliyinə bariz misallardır.360
Tədqiqat məhsullarının cəmiyyətin ehtiyacı ilə müqayisəsi

Filan qədər kitab nəşr etdirdiyimizi, filan qədər tədqiqat apardığımızı və filan qədər bacarıqlı kadr topladığımızı söyləməyimiz kifayət etmir, biz ehtiyacın miqdarına baxmalıyıq; bazarda tələbatın miqdarını bilib təklifi onunla müqayisə etməliyik. Təbii ki, bu söz yalnız sizə ünvanlanmır, bütün quruluşa aiddir.361


Tələbə tədqiqatlarını tətbiqi etmək

Təhsil zamanı, yaxud onun sonunda tələbə və müəllim tərəfindən bir dissertasiyanın, yaxud tədqiqat işinin hazırlanmasına çox qiymətli saatlar sərf olunur. Bu mövzuların seçimi plan əsasında və ölkənin ehtiyaclarına uyğundurmu? Müəllim və tələbənin müştərək halda və yaxud ümumi şəkildə yerinə yetirdiyi tədqiqat məhsulu icra və əməl mərhələsinə çatırmı? Bunun vasitəsi ilə bizim universitetimiz, elmimiz və tədqiqat dərəcəmiz inkişaf edir, yoxsa yox? Bəzi tələbələr öz dissertasiyalarını cildli və qəşəng şəkildə mənə göndərirlər. Mən kitabxanamda bir şkafı bu dissertasiyalar üçün ayırmışam. Təəssüf ki, onları oxumağa vaxtım olmur, lakin üzərlərində gördüyüm adların bəzisi çox maraqlı və gözəldir, adamda oxumağa həvəs yaradır. Bəzisi də çox kənar, ölkənin elmi, praktik və icra sahəsindən çox uzaq mövzulardır. Dəyərli saatların sərf olunduğu bu tədqiqat, dissertasiya və elmi işi səmərəli etmək üçün hansı çıxış yolu var?362


Mənzərə sənədinə uyğun olaraq inkişafı ölçməyin universitetlərin vəzifəsi olması

Mənzərə sənədinin bəzi hissələri universitetlərə aiddir. Yaxşı olar ki, bu sənədin müxtəlif hissələri üzərində araşdırma aparılsın. Bu sənəddən elm və tədqiqat layihələri çıxarılsın, sonra bir il, iki il ərzində işin inkişafı ilə müqayisə olunsun. Hər halda, iyirmi ili bir addıma getmək olmaz. İyirmiillik işi iyirmi ilə görmək olar, o da əgər yaxşı görülsə. Buna əsasən, bir ildən, yaxud iki ildən sonra bəlli olmalıdır ki, biz bu sahədə nəyəsə nail olmuşuq, yoxsa yox. Bu, müəllim və universitetlərin işidir; oturub bu sənəd üzərində işləsinlər, maneələri ölçsünlər, dövlət məmurları və ölkənin məsul şəxsləri kömək etsinlər, maneələri aradan qaldırmaq üçün yol göstərsinlər. Bu çox əhəmiyyətli işlərdən biridir.363


ISI hakimlərinin Qərb təfəkkürünə əsaslanmayan məqalələr əleyhinə mövqeyi

Son məqam yenə də elmi məsələlərə qayıdır. Biz tədqiqat işlərində və elmi məqalələrimizi ISI jurnallarında dərc etdirməkdə bəzən problemlərlə rastlaşırıq. Düzdür, qeyd olunduğu kimi, çap olunmuş məqalələrimizin həcmi yaxşıdır, amma xəbərim var ki, xüsusən humanitar elmlərdə ISI jurnallarının bəzisi ümumiyyətlə, bizim tədqiqatçılarımızın məqalələrini çap etmirlər. Nə üçün? Ona görə ki, onların elmi əsaslarına uyğun deyil. Bəli, fəlsəfədə, psixologiyada, pedaqogikada və digər mövzularda bizim sözlərimiz var. Bizim tədqiqatçımız araşdırma aparıb və bir nəticə alıb. Bizim istədiyimiz kimi, bir sərhədi keçib, amma bu sərhəd həmin elmin vətəni olan Qərb və onun dəyərləri ilə uyğun deyil. Buna görə məqaləni çap etmirlər. Bu, liberal-demokratiya dünyasının sözün həqiqi mənasında açıq olduğunu və hamının istədiyi sözü danışa bildiyini düşünən bəzi şəxslərin sadəlövhlüyünə cavabdır. Xeyr, onlar hətta elmi işləri də meyar əsasında görürlər.

Bu, xəbərdaredici və ibrətamiz məsələlərdəndir. Əgər məlumatınız yoxdursa, araşdırın, sözümün doğru olduğunu görəcəksiniz.

Biz eşitmişdik ki, Stalin dövründə hökumət öz elmi tədqiqat mərkəzlərinə deyirdi ki, biz bu nəticəni əldə etmənizi istəyirik. Elm azad deyildi. Düzdür, bunu da amerikalılar və qərblilər deyirdilər. O zaman biz şübhə etmirdik ki, belədir. Amma indi mən şübhə edirəm. Bunların o qədər yalan danışdığını görürəm ki, deyirəm bəlkə bu da Stalinə atılan böhtandır. Yalan, yoxsa doğru olduğunu bilmirəm, amma deyirdilər ki, elmi araşdırmanın nəticəsi dialektik materializmə zidd olsaydı, qəbul olunmurdu. Deyirdilər elə tədqiqat aparmalısınız ki, məhz bu nəticə əldə edilsin. İndi biz liberal-demokratiya dünyasında bunu öz gözlərimizlə görməkdəyik, lakin modern, səliqəli, nəzakətli, ütülü və qalstuklu formasında. Bir müsəlman tədqiqatçının elmi araşdırması ISI hakimlərinin meyarlarına zidd olduqda dərc edilə bilməz.364


Sənaye ilə universitetin əlaqəsinin faydalarına dair kiçik bir nümunə

Dünən Sərçeşmə misi kompleksində, ali tədqiqat işlərinin məhsullarına baxmağım üçün kiçik bir sərgi düzəltmişdilər. Dedim bunu hansı orqanın köməyi ilə hazırlamısınız? Dedilər universitetin köməyi ilə. Bu əziz xanım qız sənaye və universitetin əlaqəsinə toxundu. Bu mənim bir neçə ildir maraqlandığım məsələ və Allahın lütfü ilə böyük həddə həyata keçmiş şüarlardandır. Dedim hansı universitet? Tehran Universitetinin, Şərif Sənaye Universitetinin, Kermanın Şəhid Bahünər Universitetinin və ölkənin digər universitetlərinin tələbələrinin bu mövzularda yazdığı magistratura və zənnimcə, doktorantura dissertasiyalarından istifadə etmiş, onları stolun üstünə düzmüşdülər.365


Elmi araşdırmalarda qayda-qanunlu azadlıq

Buna əsasən, “biz nə edək?”, yaxud “bizim tədqiqatımızın nəticəsi rəhbərin fikrinə müxalif olsa, nə etməliyik?” sualları mənim fikrimcə, çox da düzgün və məntiqli deyil. Siz tədqiqat aparmağa borclusunuz. Siz düşünməli, işləməli və nəticə əldə etməlisiniz. Sizin nəticənizi rəhbər və qeyri-rəhbər elmi nailiyyət kimi götürməli və ölkə üçün onun əsasında proqram hazırlamalıdır. Elmi tədqiqatın şərti azad olmasıdır, lakin qaydasız yox, əqli şəkildə.366


Yerli mədəniyyətə əsaslanan texnologiya və elmi nəzəriyyələrin istehsalı

İnkişaf budur ki, biz ehtiyacımız olan bütün elmləri hər kəsdən öyrənək, praktika və tətbiq mərhələsinə çatdıraq, müxtəlif tədqiqatlar aparaq, elmin dairəsini genişləndirək, fundamental, tətbiqi və təcrübi tədqiqat işləri görək, texnologiya, yaxud yeni texnologiya ərsəyə gətirək və yaxud onu təkmilləşdirək; idarəetmə təhsili sahəsində dünyanın nailiyyətlərini öyrənək, onu öz ehtiyaclarımıza, adətimizə və mədəniyyətimizə uyğun şəkildə qavrayaq, təhlil edək və cəmiyyətimizə uyğunlaşdıraq. Ölkəmizdə mövcud olan ictimai problemlər barədə tədqiqat aparaq, onları aradan qaldırmağın yollarını tapaq. İsrafçılıqla mübarizə yolunu öyrənək. İsrafçılıq bir ictimai xəstəlikdir. Ona qarşı mübarizə yolu nədir? Xarici məhsulu daxili məhsula tərcih etməyə qarşı mübarizənin yolu nədir? Bunlar tədqiqat tələb edir. Universitetlərdə tədqiqat layihələri götürün, müəllim və tələbələr işləsinlər. Tədqiqatın nəticəsini ölkənin məmurlarına, mediaya verin ki, yayılsın və mədəniyyət formalaşsın. Bu olur inkişaf.367


Universitet cihadının xüsusiyyətləri

“Universitet cihadı” iki sözdən təşkil olunmuşdur: cihad və universitet. Onda həm cihad olmalıdır, həm də universitetə uyğunluq. Cihad işi görməyin xüsusi mənası var. Hər bir iş cihad deyil.368


"Cihad" xüsusiyyəti

Cihad sözü - çalışmaq, səy göstərmək deməkdir, lakin cihad təkcə bu deyil. Cihad mübarizə deməkdir. Mübarizənin növləri var: elmi mübarizə, mətbuat mübarizəsi, siyasi mübarizə, iqtisadi mübarizə, hərbi mübarizə, açıq mübarizə, gizli mübarizə. Bunlarda müştərək cəhət odur ki, hamısı hansısa bir düşmənin, maneə və əngəlin qarşısındadır. Dosta qarşı mübarizə mənasızdır. Mübarizə düşmən qarşısında olur.

Fərz edin, repressiya dövründə bir insan həftədə, misal üçün, beş kitab oxuyurdu. Böyük iş idi, amma mübarizə deyildi, çalışmaq deyildi. Cihad olması üçün gərək elə kitab oxuyaydı ki, onun tağut və zalım rejimlə mübarizəsində təsiri olaydı. O zaman cihad olardı. Cihadın mahiyyəti budur.

Sizin cihadınızın əhatə dairəsi elm və texnologiyadır. Yəni siz burada xəncərdən, nizədən və J-3-dən istifadə etmirsiniz, beyindən, insanın daxili imkanlarından, fikirdən, qələmdən, gözdən və belə şeylərdən istifadə edirsiniz.

Toplum elmi toplumdur, amma hansı istiqamətdə olmalıdır ki, cihad olsun? Bu, mühüm məsələdir. Görün sizin ölkəniz, inqilabınız və bu inqilabın təsvir etdiyi məqsədlər üçün hansı inadkar düşmən pusqu qurmuşdur və siz hansı düşmənə qarşı mübarizə aparmalısınız. İşiniz həmin yolda olanda olur cihad.369
Elm və tədqiqatın cihad olmasında mühüm amil

Buna əsasən, siz həmin məqsədlərin düşmənlərini nəinki narazı salmayan, hətta sevindirən elmlə məşğul olsanız, bu, cihad olmayacaq. Fərz edək Universitet cihadı, yaxud ona bağlı hansısa müəssisə desin ki, filan ildə mənim yüz, yaxud beş yüz məqaləm ISI jurnalında nəşr olunmuşdur. Bu, meyar deyil. Məqalələr hansı mövzuda, hansı istiqamətdə idi və hansı işinizə yarayırdı? Sizin amallarınızla düşmən olanlar bu məqaləyə qarşı necə mövqe bildirdilər? Onlar təhlükə hiss etdilərmi? Yoxsa onlar bundan təhlükə hiss etmədilər? Əlbəttə, söhbət onların siyasi adamlarından gedir, elm adamlarının baxışı başqa cürdür.

Cənablar kök hüceyrələrdən, klonlaşdırmadan və digər işlərdən danışanda, mən, yaxud başqası da bunu tərifləyəndə ABŞ rəsmiləri elan etdilər ki, genetik elmlər üçün də Hakimlər Şurası yaradılmalıdır. Bunun mənası nədir? Sizin bu fəndə uğur qazandığınıza görə düşmənin ağrısı tutmuşdur. Mən aydın misallarını deyirəm. Bunun minlərlə misalı var.

Siz misal üçün, bir radar düzəldə bilsəniz və ölkənin səmasının heç bir yerindən heç bir məxluq girə bilməsə, o gün düşmənin ağrısı tutacaq. Yəni bu birbaşa düşmənə dəyən oxdur. Və belə bir iş cihaddır.

Cihad hərəkətində, elmində və tədqiqatında bu amil mütləq şərtdir. Düşmən dedikdə məqsəd ABŞ deyil. Bizim aydın düşmənimiz ABŞ və qlobal hegemonizmdir, amma düşmənlərin də növləri və qisimləri var. Bir zaman böyük bir iqtisadi kartel sizin, məsələn, sement zavodu tikmənizdən narahat olur, maneə törədir, qoymur. Burada mənə verilən məlumatlarda bu məsələ də vardı. İstəyirlər bir Hakimlər Şurası da sement üçün düzəltsinlər; yəni hamı zavod açıb sement istehsal edə bilməsin.370
"Universitet" xüsusiyyəti

Universitetə gəlincə isə, bu o deməkdir ki, sözügedən fəaliyyətin miqyası yüksəkdir, tələbə, müəllim, fəal elmi beyinlə münasibdir. Bütün işlərdə buna riayət olunmalıdır. Heç bir fəaliyyətdə avamçılıq və avamın bəyənməsi meyar olmamalıdır. Düzdür, bəzi fəaliyyətlər elmi fəaliyyətdir və yaxşıdır. Məsələn, bu tədqiqat belədir. Amma humanitar elmlərdə, misal üçün, ədəbiyyatda buradan deyilən söz adi bir ədibin sözündən dərin, səviyyəcə yüksək olmalıdır. Humanitar elmlər sahəsində - biz onda işləmişik və bilirik; misal üçün, ölkəmizin qədim elmləri olan tarix, ədəbiyyat və fəlsəfədə - çoxlu məsələlər var. Bunların bəzisi adi sözlərdir, Universitet cihadı deməsə də, başqa birisi deyə bilər. Universitet cihadı isə ən üstün və yüksək sözü ortaya qoymalıdır.

Misal üçün, siz Quran üzərində işləyirsiniz. Çoxları bununla məşğuldur və bu, yaxşı haldır. Bilirsiniz ki, mən Quran fəaliyyətləri ilə maraqlanan və bu sahədə xüsusi məsuliyyət hiss edənlərdənəm. İnqilabdan öncədən belə olmuşdur, indi də belədir. Yəni fikrimcə, bir məsciddə on gəncin toplaşıb Quran oxuması gözəldir, bunu sevirəm. Lakin siz Quran üzrə fəaliyyət göstərmək istəyirsinizsə, bu, universitetdən kənar mərkəzlərin Quran fəaliyyətindən fərqlənməlidir. Buna görə, siz digərləri kimi hansısa qarinin səsini, üslubunu, təcvidi, xoş səsi və digər məsələləri təkrarlasanız, düzdür, çox yaxşıdır, amma Universitet cihadının Quran fəaliyyəti bu deyil, bundan daha dərin olmalıdır.

Görün Quran məsələsində universitet adamının dərkinə münasib olan nədir? Quran öyrənməyə, Quranı dərk etməyə can atın. Sizin Quran oxuyanınız elə olsun ki, onun Quranını dinləyən məclis Quran məfhumlarını qəlbində hiss etsin. Sizin Quran məclisiniz həm də Quran məfhumları məclisi olsun. Bunlar üçün yaradıcılıq lazımdır. Bu sizin işinizdir.371


Universitet cihadına ümid

Biz ölkənin elmi gələcəyi üçün həm də Universitet cihadına ümid bəsləyirik.372


Tədqiqatları tətbiqi etməyin zəruriliyi

Bəzi gənclərin də dediyi məsələ, yəni tədqiqat və ixtiraların tətbiqi edilməsi məsələsi mənim təkid göstərdiyim məsələlərdəndir. Ola bilsin biz bir tədqiqat aparaq, tədqiqatçımız bir təbliğat layihəsində yaxşı yerlərə çatsın, amma bu, ölkənin vəziyyətində, inkişaf və tərəqqisində rol oynamasın, yəni milli sərvətə çevrilməsin. Biz elmimizi milli sərvətə çevirməliyik. Bunun üçün çalışmaq, proqram hazırlamaq lazımdır. Bunun kənarında yenə sözügedən ümumi elmi xəritədə yer alan bir məqam da var. Biz elm və texnologiya işlərini təkmilləşdirməliyik. Bu işlərin məcmusunda bəzi boşluqlar var. Gərək həqiqi bir istehsal xətti düzəldilsin və elm bütün cəhətlərdən öz məqsədlərinə çata bilsin.373


Tədqiqat - təhsilin qida mənbəyi

Bir məsələ də təkraridir, amma əhəmiyyətli olduğuna görə deyirəm. Bu, tədqiqat və araşdırma barədədir. Biz hökumətin iclasında da tövsiyə etmişik, bəzi məmurlarla, o cümlədən cənab prezidentin özü ilə xüsusi iclaslarda da demişik. Lakin məsələnin başqa bir tərəfi universitetlərin özünə aiddir. Onlar tədqiqat üçün ayrılan büdcəni düzgün cəlb etməli, düzgün və öz yerində xərcləməlidirlər. Çünki tədqiqat təhsilin qida mənbəyidir.

Biz tədqiqata ciddi yanaşmasaq, yenə də uzun illər gözümüzü xarici mənbələrə dikməli və dünyanın bir tərəfində bir nəfərin tədqiqat aparmasını gözləməliyik ki, ondan, yaxud tədqiqat əsasında yazdığı əsərlərdən istifadə edib burada öyrədək. Belə olmaz. Bu, asılılıq, sözügedən tərcüməçilik, bir ölkə və bir universitet üçün elmi şəxsiyyətin müstəqil olmamasıdır.

Bir ölkənin universiteti, elmi mühiti dünya ilə elmi əlaqələrdən, elm mübadiləsindən, elm öyrənməkdən çəkinməməlidir. Mən dəfələrlə demişəm ki, biz şagirdlik etməyə utanmırıq. Müəllim tapılsa, biz onun yanına gedib şagirdlik edərik, amma həmişə və hər bir yerdə şagird qalmağı eyib bilirik. Belə olmaz. Bir elmi toplumun elmi inkişafın şərti sayılan tədqiqatda zəifliyi nöqsandır. O, elmi baxımdan özünə arxalanmalıdır. Əlbəttə, başqalarından da istifadə etsin, dünya ilə də mübadilə aparsın. Bu zaman elmi mübadilələrdə özünə layiq yeri tuta bilər. Öz elminə, tədqiqatına arxalansa, dünyada və elmi mübadilələrdə təsirini görər.374


Əzbərləmək yerinə araşdırma hissini gücləndirmək

Bir məsələ tələbədə tədqiqat və araşdırma hissini gücləndirməkdir... Təhsil sistemində yeniliyə dair vacib işlərdən biri budur: təhsil sistemi elə tənzim olunmalıdır ki, bizim gəncimiz tədqiqata, dərin elm və biliyə həvəs göstərsin, əzbərləməyə can atmasın.

Təəssüf ki, hələ də universiterlərimizdə müəllimin birsaatlıq dərsə bir neçə yüz səhifəlik kitab təyin etdiyini görürük. Nə üçün? Nə qədərinin faydalı olduğu bəlli olmayan sözləri əzbərlətdirmək və gəncin beynini lazımsız məlumatlarla doldurmaq nəyə lazımdır?

Gərək səlahiyyətli şəxslər gənclərimizi tədqiqata, dərin elmə və araşdırmaya sövq edən sistem hazırlasınlar. Bizim gənclərimizin istedadı doğrudan da yüksəkdir. Ölkənin orta istedad əmsalı çox yaxşıdır.375


Tədqiqat və daxili ehtiyaclar

Əvvəla, tədqiqata çox diqqət yetirilsin, ikincisi isə tədqiqat ölkənin ehtiyaclarına hesablansın. Yəni həqiqətən ehtiyacımız olan mövzularda tədqiqat aparaq.

Mən dəfələrlə həm Mədəni İnqilab Ali Şurasında çalışan dostlara, həm də bəlkə burada demişəm ki, ISI jurnallarında məqalələrin dərci bizdə elmi inkişafa meyar olmamalıdır. Biz bilmirik ki, təklif olunan, həvəsləndirilən və müəllifi təqdir edilən məqalə məhz ölkəmizə lazımlı məqalə olsun. Biz özümüz müəyyən etməliyik ki, nə barədə məqalə yazaq, nə haqda tədqiqat aparaq. Sözsüz ki, beynəlxalq dərgilərdə işıqlandırılması zəruridir və işıqlandırılacaq da. Məqsəd budur ki, biz tədqiqatımızı öz ehtiyacımıza uyğun edək.376


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə