Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə5/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   ...   31

Tədqiqat üçün daha artıq büdcə

Büdcəni mən təyin etsəydim, şübhəsiz, indi parlamentdə qəbul olunan büdcələrin çoxunun üzərindən xətt çəkib həmin pulu tədqiqat üçün ayırardım. Mənim fikrimcə, bu büdcələrin çoxunun bizə nə dünyəvi faydası var, nə axirət faydası, nə də bizi kiminsə yanında hörmətli edir.216


Daha çox elmi inkişaf arzusu

Ölkənin bütün universitetlərinin elmi, praktik və tədqiqat baxımından daha artıq inkişafını arzulayıram. Ümidvaram ki, bu arzuma çatacağam.217


Elm və düşüncə nailiyyətləri ilə kifayətlənmək - inqilabın qətli

Universitet bu sahədə mühüm rol ifa edə bilər. Mən elə universitetin tərəfdarıyam ki, qayda-qanunlu, tərəqqi istəyən, xalqa üz tutan, aktiv, elm və düşüncə işinə həvəskar olsun. Mən heç zaman universitetə, universitet mənsublarına bu gün elm, düşüncə və mədəniyyət baxımından əlimizdə olanlarla kifayətlənib mühafizəkarlıq göstərməyi tövsiyə etmirəm. Xeyr, universitet inkişaf nərdivanı ilə daim qalxmalı və irəliləməlidir. Belə düşünürəm ki, mühafizəkarlıq, əlimizdə olanlarla kifayətlənmək, bütün elm və mədəniyyət sahələrində iradə və irəliləyiş istəyinin olmaması inqilabın qətlinə bərabərdir. İnqilab ümumiyyətlə, iri addım deməkdir. Onun ardınca da başqa iri addımlar atılmalıdır. Məfhumları düzgün anlamaq, bilmək və düzgün çərçivələrə salıb hərəkət etmək lazımdır.218


Hökumətin elmi nümunələrə dair vəzifəsi

Axırıncı məqam bu universitetdə və digər universitetlərdə olan olimpiada tələbələri və elmi cəhətdən seçilmiş tələbələr barədədir. Mən onların barəsində iki söz demək istəyirəm: birinci söz budur ki, hökumət və məmurlar onların qədrini bilsinlər, onlar üçün imkan yaratsınlar. Zehni və elmi baxımdan üstün olanlar da təkcə onlar deyillər. Gənc və qeyri-gənc tələbə və müəllimlər arasında belə olanlar çoxdur. İmtahanlarda, təcrübələrdə və müxtəlif müsabiqələrdə onların üstünlükləri tamamilə aşkar olunmuşdur. Dövlət onların qədrini bilməli, elmi inkişafına şərait yaratmalıdır. Onlar hansısa ehtiyac üzündən öz çevrələrindən uzaqlaşmamalıdırlar.219


Tədqiqat üçün daha artıq büdcə və imkanları qanuniləşdirmək

Məgər bu bir neçə ildə tədqiqat barədə az danışıblar?! Məgər az tövsiyə olunmuşdur?! Cənab Doktor Müin çıxışında elan edir ki, bizim tədqiqat problemimiz var və uyğun büdcəmiz yoxdur. Nə üçün yoxdur? Hökumət tədqiqata layiq olduğunu düşündüyü miqdarda müəyyən büdcə və müəyyən faizli bir layihə hazırlayıb parlamentə göndərsin, parlament də təsdiq etsin. O zaman hamı onu icra etməyə məcbur olar. Nə üçün etməzlər?! Mən siz millət vəkillərinə və həmçinin məmurlara deyirəm ki, indi nəzəriyyə yürütmək zamanı deyil, həyata keçirmək və icra etmək zamanıdır. Bizim çatışmazlığımız əslində budur. Əlbəttə, bir zaman məmləkət məmurlarının ümumi səviyyəsi elə olmaya bilər, ölkənin elm və tədqiqata ehtiyacını anlamaya bilərlər. O zaman o qədər demək lazımdır ki, hamı anlasın. Lakin belə olmadıqda və məmurlar daim bu işlə məşğul olan şəxslərə tövsiyə etdikdə işin əngəlini tapmaq lazımdır. İşin əngəli budur ki, bunlar həyata keçmir. Bu yaxşı ideya və təfəkkürləri ümumi sahələrdə həyata keçirin.220


Elm mərkəzləri və universitetlərlə sənayenin əlaqəsinin zəruriliyi

Buna əsasən, elm və sənaye fəaliyyətinin hər ikisi lazımdır. Odur ki, mən sənaye, yaxud elm işi ilə məhdud etmək istəmirəm. Həqiqətən hər ikisi lazımdır. Onun bir hissəsini siz edirsiniz, bir hissəsini də başqa yerlər, o cümlədən universitetlər etməlidir. Sizinlə universitetlərin, elmi qurumların arasındakı əlaqə də günbəgün möhkəmlənməlidir. Hansı sahədə olsanız - istər Müdafiə Nazirliyində, istər korpusda, istər orduda bizim indi malik olduğumuz elmi beyinləri və universitetlərdə elmi baxımdan yaxşı işlər görən və nailiyyətlər əldə edən yaxşı gəncləri özünüzə birləşdirməlisiniz. Bu zaman həm onların elmi əməl və təcrübə işlərinə qatılar, bir addım irəliəyər, həm də sizin özünüz onların elmi nailiyyətlərindən istifadə edərsiniz. Əlbəttə, sizin əksəriyyətiniz elm adamlarısınız. Çünki elm olmasa, sizin gördüyünüz bu işlər şübhəsiz, baş tutmaz. Sizin mürəkkəb sənaye işiniz elmə əsaslanır və çox da dəyərlidir. Lakin onu genişləndirin, istifadəsi mümkün olan bütün elmi kadrlardan istifadə edin. Təbii ki, bu işi geniş miqyasda hökumət etməlidir. Mən də dəfələrlə həm cənab prezidentə, həm dövlət və universitet məmurlarına tövsiyə etmişəm. Gərək çalışıb ölkənin sənayesini bütün sahələrdə elm mərkəzlərinə birləşdirsinlər.221


Tədqiqat büdcəsinin və imkanlarının azlığı

Bu sahədə bizim bəzi imkanlarımız var; siz çıxışlarınızda qeyd etdiniz və mən də xəbərsiz deyiləm. Ölkəmizin indiki çatışmazlıqlarını göstərən statistik rəqəmlər də vardır: ölkənin ümumi büdcəsində tədqiqatın payının çox az olması, universitet, tələbə və məktəblərin ehtiyacı olan emalatxana və laboratoriyalar problemi, sizin toxunduğunuz və çox acınacaqlı məsələlərdən olan elmi jurnalların olmaması problemi. Bunların xərcli azdır, amma bizim üçün bu qədər problem olmuşdur.222


Büdcə təyin edərkən elm və tədqiqatın birinciliyi

Fərz edək büdcənin müəyyən miqdarı üstündə Təhsil Nazirliyi ilə Sənaye və Mədən Nazirliyi, yaxud məsələn, Əkinçilik Nazirliyi arasında mübahisə yaranır və həqiqətən iş o yerə çatır ki, biz büdcəni ya bu nazirliyə verməliyik, ya o biri nazirliyə. Sizin fikrinizcə hansı birincidir?

Mənim fikrim budur ki, Sənaye və Mədən Naziri, yaxud Əkinçilik Naziri bilməlidir ki, onların sahəsinin inkişaf etməsi üçün elm və tədqiqat inkişaf etməlidir. Siz görün bu gün genetik mühəndislik dünyada necə inkişaf edir. Bizim bu gün özümüzün ən yüksək növdən olan az məhsuldar düyümüzü çox məhsuldar bir növə çevirmək problemimiz var. Nə üçün bu elmi sahəyə girişmirik ki, məsələn, ölkənin mövcud meyarlarına əsasən, istehsalı sərf etməyən Sədri düyüsünü daha məhsuldar edək? Nə üçün Amul-2 və Amul-3 düyülərini - yəni İranın ən aşağı düyü növlərini becərdirik? Mən Gilana son səfərimdə dedim ki, biz bəlkə tədqiqat fəaliyyəti ilə bu yaxşı və xoşagələn düyünü çox məhsuldar bir düyüyə çevirə bildik. Bu iş qeyri-mümkündür?! Bu gün dünyada açılmış bu elmi tədqiqat yoluna və illərdir bu yolda aparılan işlərə rəğmən, bizim burada "belə bir şey mümkün deyil" - deməyimiz düzgündür?! Bunu qəbul etmək olar?!223
Tədqiqat - digər sahələrdə inkişafın şərti

Elm və tədqiqat ölkənin əkinçiliyi, sənayesi, mədəniyyəti və bir çox başqa sahələri üçün şərtdir və büdcədə buna riayət olunmalıdır. Buna yalnız hökumət deyil, parlament də riayət etməlidir. Bu iş üçün bizdə milli iradə olmalıdır. Sizin komissiyanız elmin mövqe və məqamını elə müdafiə etməlidir ki – bu həm də haqlı müdafiədir - Sənaye, Əkinçilik, yaxud Ticarət komissiyası bu komissiyanın işinin onlarla rəqabətdə olduğunu və onların payını almağa çalışdığını hiss etməsin; əksinə, bilsin ki, bu iş onlara köməkdir, onların işinə müqəddimədir və fəaliyyətlərini genişləndirə bilər.224


Ölkənin elm və tədqiqat maneələrini aradan qaldırmaq

Başqa bir məsələ budur ki, biz indi problemin harada olduğunu tapmalıyıq. Məsələn, dayandığı müşahidə olunan bir kanal var və biz bu kanalın ortalarında problem yarandığını bilirik. Bunu axtarıb tapmalıyıq. Bu çox əhəmiyyətlidir. Bəzi işlər asan və müsbət təsiri çoxdur. Bəzi işlər isə çətindir, lakin onların da müsbət təsiri çoxdur. Bunları axtarıb elə bir iş görmək lazımdır ki, ölkənin elm və tədqiqat potensialı həqiqətən düzgün məcrasına düşsün. Mənim fikrimcə, əgər əvvəldən başlayası olsaq, məktəblərdən başlamalıyıq.225


Sənayenin universitetlərin tədqiqat mərkəzləri ilə əlaqəsinin çatışmazlıqları

Əsaslı məqamlardan başqa birisi elm və sənayenin birləşdirilməsidir. Mən universitetlərin məsul şəxsləri ilə və hökumətlərlə bu barədə söhbətlər etmişəm; həm qabaqkı hökumət zamanı cənab Haşimiyə demişəm, həm indiki hökumət zamanı cənab Xatəmiyə. Bu heç bir nazirliyin işi deyil, yalnız prezidentin işidir. Sizə deməyim də bundan ötrüdür ki, bununla ciddi məşğul olun və həyata keçməsini istəyin.

Mənim fikrim budur ki, bu gün ölkənin sənayesi ilə elmi qurumları arasında qarşılıqlı işgüzar əlaqə və lazımi əməkdaşlıq mövcud deyil. Dəlili də budur ki, mən Əmir Kəbir Universitetinə, Şərif Sənaye Universitetinə və bəzi başqa təhsil və tədqiqat mərkəzlərinə gedəndə tədqiqatçılar mənə ölkənin sənaye qurumlarının onlardan kömək istəməməsindən şikayət edirlər. Sonra nümunə kimi onlara müraciət olunan və çox uğurla yerinə yetirdikləri işlərin siyahısını oxuyurlar və mən doğru dediklərini görürəm. O işlərin bəzisi müdafiə məsələlərində olub və mən işin içində olub görmüşəm ki, bunlar istər müharibə dövründə, istər ondan sonra mühüm işlər görmüşlər və bacardıqlarına inanırlar.

Mən axırıncı ramazan ayında burada 700-800 universitet müəllimi ilə geniş iclas keçirdim. Çoxları çıxış etdilər. Onların əksərinin gileyi bu idi ki, ölkə sənayesində bizim elmimizdən istifadə olunmur. Bu bir tərəfdən. Digər tərəfdən də bizim sənayemiz həmin zavodda işə götürülmüş bir neçə mühəndisin inhisarında qalmışdır. Halbuki sənayeyə yeni düşüncə, ideya və tədqiqat qoşulsa, işə başqa bir sürət verər və yenilik yaradar.226


Qərb ölkələrində elm və sənayenin möhkəm əlaqəsi

Xaricdən gələn bəzi alim dostlarla görüşlərin birində eşitdim ki, hansısa Avropa ölkəsində tələbələr öz elmi işlərini müdafiə edəndə həmin ölkənin əsas sənaye sahiblərindən bəziləri də iştirakçılar arasında oturmuşdular. Deyir biz öyrəndik ki, onlar tələbələrin bəzilərini indidən seçməyə və onlarla müqavilə bağlamağın nə zaman lazım olduğunu öyrənməyə gəlmişlər. Deyir həmin iclasda insanları dərindən tanıyan sənaye müdiri, yaxud sənaye sahəsinin elmi işlər üzrə müavini bəzi tələbələrlə danışdı ki, təhsillərini bitirdikdən sonra – onlar bəlkə də təhsillərini davam etdirəcəkdilər – onları zavoda və sənaye işinə göndərsin. Mən o qardaşlara dedim ki, o vəziyyətlə bizim bu vəziyyətimiz arasında nə qədər fərq var?! Bunlar bir-birinə birləşməlidir. Birləşmənin yolu da budur ki, həm ölkənin sənayesinə, həm də elm və universitet qurumlarına nəzarəti olan bir mərkəz bu işi öhdəsinə götürsün. Mən həm qabaqkı möhtərəm prezidentə, həm də indiki möhtərəm prezidentə dedim ki, prezident aparatında Sənaye və universitetin əlaqə mərkəzi yaradılsın.227


Hökumət və parlament elm və sənayenin yaxşılaşdırılması üçün məsuliyyət daşıyır!

Bizim hamımız ölkənin elm və sənaye reallıqlarını bilirik. Mən statistik rəqəmləri dəfələrlə görmüşəm, reallıqları bilirəm və bu vəziyyətdən əziyyət çəkirəm, lakin çarəsinin də sizin əlinizdə olduğunu düşünürəm. Məncə daim danışılan bu milli iradə parlamentin, hökumətin, xüsusən də nazirlərin iradəsi deməkdir. Mən də sizin qulluğunuzdayam. Bunun üçün nə vaxt mənim ölkədə hərəkət yaradacaq bir mövqe bildirməm lazım olsa, bunu edərəm; çünki mən buna inanıram. Lakin əməli işi siz görürsünüz. Odur ki, bu işlə məşğul olmalısınız.228


Elmin faydasının universitetlərdə dindarlığın artmasından asılı olması

Əgər öyrətdiyiniz tələbələrin həqiqətən ölkənin və xalqın işinə yaramasını istəyirsinizsə, onları dindar etməlisiniz. Dindar olduqda elmləri həqiqətən xalqın işinə yarayacaq. Sözsüz ki, bu iş yalnız nümayəndəlik orqanlarının üzərinə düşmür, universitetin məsul şəxslərinin, müəllimlərin və dərs vəsaitinin də üzərinə düşür. Hamı ümumilikdə bu işə kömək etməlidir. Bunun elmi işlə heç bir ziddiyyəti yoxdur. Onunla da lazımınca məşğul olun. Bu iki faktor ruh və cisim kimi həmişə bir-birinin yanındadır; bu iki kanal bir-birinə birləşməlidir.229


Qərbin elm mərkəzlərinin İslam fəlsəfəsinə diqqəti

İslam fəlsəfəsinin varlıq aləminin və fəlsəfənin mühüm məsələlərində çox əhəmiyyətli sözləri var. Bu gün dünyanın mühüm beyin mərkəzlərinin çoxunda İslam fəlsəfəsi hörmətə və diqqətə layiq bir fenomen kimi müzakirə olunur. Məşhur universitet müəllimlərindən biri - adını çəksəm, hamınız onu tanıyarsınız. Allah rəhmət eləsin! Dəyərli universitet müəllimlərindən idi; həm humanitar elmləri bilirdi, İslam fəlsəfəsini oxumuşdu, həm də Qərb elmlərini, Qərb fəlsəfəsini, ədəbiyyat və tarixi öyrənmişdi və xarici dilləri mükəmməl bilirdi – vəfatından bir neçə il öncə yaradıcılıq məzuniyyəti çərçivəsində səhv etməsəm, bir müddət Avropada qalmışdı. O, İrana qayıdanda bizim dostlarımıza demişdi və onlar da mənə söylədilər ki, bu gün humanitar elmlərə və fəlsəfəyə dair məşhur elm mərkəzləri və universitetlər Şeyx Ənsari və Molla Sədra kimi şəxsiyyətlərə təşnədirlər.

Şeyx Ənsari İslam hüqunun nümayəndəsidir, Molla Sədra da İslam fəlsəfəsinin. Bunlar - Şeyx Ənsari və Molla Sədra orada çox da tanınmasalar da, şübhəsiz ki, hər ikisi İslam dünyasının dahilərindəndir. Onlarla tanış olan hər bir kəs qarşılarında hörmət və təzim hissi keçirir. Biz bu böyüklərin qədrini bilmirik. İslam fəlsəfəsinə, Molla Sədra fəlsəfəsinə, mərhum Əllamə Təbatəbainin və bu sahələrdə işləyənlərin tədqiqatlarına universitet proqramlarında diqqət yetirilməlidir.230
Tədqiqat şəhərcikləri yaratmaq

Bizim üçün göstərilən başqa bir məsələ tədqiqat şəhərcikləridir. Bu sahədə fəaliyyət göstərən dostların bəzisi iki-üç il qabaq İsfahandan buraya gəlib bu şəhərçiklər barədə geniş söhbət etdilər. Mən də bu barədə fikirlərimi bildirdim və zənnimcə, bizim dəftərxanamız o zaman bununla məşğul oldu. Lakin bizə göndərilən analitik və kompleks araşdırmadan görünür ki, bu məsələyə çox diqqət yetirmək lazımdır; İsfahanın tədqiqat və elm şəhərciyini mümkün və tələb etdiyi qədərincə yaxşılaşdırmaq və təkmilləşdirmək, eləcə də yeni şəhərciklər yaratmaq üçün kömək göstərmək və dəstək vermək lazımdır. Bu, mühüm işlərdəndir. Əlbəttə, bu məlumatlarda mühüm görünən odur ki, şəhərciklər düzgün idarə olunmalıdır. Yəni düzgün elmi istiqaməti və idarəsi olmalıdır, məlumatlı şəxslər proqram hazırlamalı, nə iş gördüklərini bilməli və məqsədlərini müəyyən etməlidirlər ki, büdcə də həqiqətən öz yerində işlədilsin.231


Tədqiqat çatışmazlıqlarını düzəltmək üçün məmurların əməli işi

Tədqiqat sahəsində çox danışılmışdır və çoxlu dostlar istər bizimlə görüşlərdə - bu barədə universitet müəllimləri, hökumətdən, parlamentdən və digər yerlərdən olan elm və mədəniyyət işçiləri ilə görüşlər keçirilmişdir – istər bizim qulağımıza çatan ümumi çıxışlarda xoşbəxtlikdən, tədqiqatın əhəmiyyətinə təkid göstərirlər.

Əvvəla biz gözləyirik ki, bunlar söz həddində qalmasın. Çünki bir neçə ildir tədqiqata dair bu təkidlər olunur, lakin məsul şəxslərin – istər məmurların, istər universitetlərdə elmi işlə məşğul olanların hansının əli bizə çatırsa, keçmiş gileylərinin hələ də yerində qaldığını görürük: onlar düzgün iş görülmədiyini və filan qədər çatışmazlığın olduğunu deyirlər.

Mənim fikrimcə, bu müzakirənin yeri də bu şuradır. Əlbəttə, prinsipcə, istəyən Təhsil, Tədqiqat və Texnologiya Nazirliyi və Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyidir. Bunu hamıdan çox bunlar istəyirlər. Parlament qanun qəbul etməli, İdarəçilik və Planlaşdırma Komitəsi büdcə yardımları göstərməlidir. Lakin bunların hamısı ilə maraqlanmaq lazımdır və mənim fikrimcə, bu şura bunu edə bilər; həm dəstəyə borclu olan şəxslərlə söhbət edər, həm də işə məsuliyyətli şəxslərdən, yəni hökumətdən, parlamentdən və digər qurumlardan bu işlə məşğul olmalarını və tədqiqata həqiqətən dəyər vermələrini istəyər.232


Proqram yoxsulluğunun həlli üçün ciddilik

Bu gün elm, tədqiqat və sənaye məsələsi İslam Respublikası quruluşunun ən vacib və ən təcili işlərindən biridir. Biz bu sahədə geri qalmışıq. Bu geriliyin müxtəlif cəhətlərini mən dəfələrlə universitet söhbətlərimdə demişəm. Bu barədə yeni söz danışmaq istəmirəm. Bir neçə ay bundan əvvəl Əmir Kəbir Universitetində, ondan qabaq da digər universitet iclaslarında elm və tədqiqat sahəsində proqramlaşdırmanın yoxsulluğuna dair, həmçinin elm və sənayenin birləşdirilməsi barədə öz fikirlərimi geniş surətdə dedim və demək olar ki, bu işdə sizdən kömək istədim. Yəni bu işi görməli olan mən deyiləm, sizsiniz. Biz bu sahədə quruluşun və dövlətin diqqətini əks etdiririk. Əlbəttə, bununla da kifayətlənmirik; təkcə sizə, yaxud cənab doktor Müinə deməklə kifayətlənmirik. Mən hər biri bir münasibətlə gələn parlamentə, cənab prezidentə və dövlət məmurlarına da bunu təkidlə demişəm. Lakin belə işlərin ciddi iradəyə ehtiyacı var, kəmər bağlayan lazımdır. Bu sahədə kəmər bağlayan kimdir? Təhsil Nazirliyi və universitetlərin idarəsinə məsuliyyət daşıyan siz cənablar. Bu məsələni ciddi saymaq və ciddi məşğul olmaq lazımdır. Bu elə məsələlərdən deyil ki, təkrar etməklə və danışmaqla həll olunsun.233


Ölkənin elm və qərar mərkəzləri arasında həqiqi əlaqə

Mən prezidentlik dövrümdən indiyə qədər universitet adamı olan müxtəlif nazir və məmurlara həmişə tövsiyə etmişəm ki, icra işinin yanında mütləq universitetdə öz əməli işlərini davam etdirsinlər. Yəni israrlı olmuşam ki, qərar mərkəzləri ilə ölkənin elmi çevrəsi arasında həqiqi və praktik əlaqə qorunsun. Mən hətta o zaman Baş nazirimiz cənab Mühəndis Musəviyə - əlbəttə, o zaman o, vaxt tapmadı - və digər nazirlərə təkidlə tövsiyə edirdim ki, universitetə getsinlər, dərs götürsünlər, həftədə 1-2 saat elmi mühitdə olsunlar. Yəni universitet əhəmiyyətli yerdir.234


Büdcə ayrılmasında elm və tədqiqatın prioritet olması

Dostlar məndən tədqiqat büdcəsinə dair kömək etməyimi istədilər. Əmin olun ki, ölkənin büdcə bölgüsü və uyğun prioritetlərin təyini rəhbərin ixtiyarında olsaydı, mən elm və tədqiqatı birinci prioritetlərdən edərdim. İndinin özündə də müvafiq mərkəzdə çalışan dostlara, burada iştirak edən möhtərəm nazirin özünə və prezidentə ölkənin birinci dərəcəli 3, yaxud 4 prioritetini elan edərkən elm məsələsini dedim.235


Ölkə problemlərinin yeganə uzunmüddətli həll yolu

Mənim ciddi fikrim budur ki, ölkə problemlərinin uzunmüddətli həlli bu yolla mümkündür, başqa yolla yox. Yəni biz elm və tədqiqat sahəsində inkişaf etməliyik. Elmin bəhrə verməsi, elm səviyyəsinin yüksəlməsi üçün də mütləq tədqiqat lazımdır. Tədqiqat olmadan mümkün deyil. Buna görə, mənim bu sahədə edə biləcəyim kömək budur ki, dövlət məmurlarına təkidlə tövsiyə etməliyəm və mütləq edəcəyəm. İnşallah həm Təhsil Nazirliyi, həm İdarəçilik və Planlaşdırma Komitəsi, həm də digər aidiyyətli orqanlar və prezident aparatının bəzi şöbələri mütləq bu məsələ barədə ciddi işlər görsünlər. İslam Şurası Məclisi də bu ehtiyac üçün vəzifəsini yerinə yetirməlidir.236


Səmərəsiz büdcələrin tədqiqatın xeyrinə silinməsi

Ölkədəki büdcələrin çoxu prioritet deyil. Seminar və toplantıların bir çoxu faydasızdır. Fikrimcə, mən ötən il, yaxud iki il öncə burada dedim ki, bu məclis əsl seminardır, heç bir xərci də yoxdur. Bəzi alimlər bir yerdə əyləşib ölkənin mühüm məsələlərindən biri - yəni ali təhsil barədə sözlərinin məğzini deyirlər. Əgər pul və zaman baxımından seminarlar üçün çəkilən xərclərin faydası olmasa - çox zaman da faydası yoxdur – onlar kənara qoyulmalıdır. Nisbətən çoxlu büdcə alan bu mərkəzlərin çoxunun fəaliyyəti əsla prioritet deyil. Bu büdcələr mütləq tədqiqat işlərinə, Paster institutuna və bu kimi digər sahələrə yönəlməlidir. Dövlət qurumları bu məsələ ilə maraqlanmalıdırlar. Mən də inşallah yazılı şəkildə bildirəcəyəm.237


İcraçı məmurların elm və tədqiqat mərkəzləri ilə əməkdaşlığı

Sənaye məsələləri ilə məşğul olan möhtərəm nazirlərin biri bir məsələ barədə mənimlə söhbət edir və bir iş görmək istədiyini deyirdi. Mən dedim ki, siz hökumətin mərkəzinə çox yaxın olan bu Əmir Kəbir Universitetinə gedin. Mən oraya gedib sənaye işlərini və məhsullarını görmüşəm. Görün problemlərinizi nə qədər həll edə bilərsiniz. Bizim bu məmur dostumuzun çox ürəyincə oldu, zənnimcə, bu işlə maraqlandı, yaxşı nəticələrə çatdı, yaxud yaxın gələcəkdə çatacaq. Əgər məmurlar universitetin yolunu öyrənsələr, elm və tədqiqat mərkəzləri ilə ünsiyyətdə olsalar, şübhəsiz, bu mərkəzlərin işi yaxşılaşacaq, elm və tədqiqat mərkəzlərinin də işi gedəcək. Ümidvarıq inşallah inkişaf etdikcə bu məqsədlərə yaxınlaşacağıq.238


Universitetin elm və düşüncə fəaliyyətinə optimistlik

Mən universitetə və tələbə hərəkətinə optimistəm. Danışıqlardan isə göründü ki, bəzi tələbələr belə deyillər. Bu optimistlik xam xəyaldan qaynaqlanmır. Hər halda, biz ömrümüzü bu işlərlə keçirmişik. Bu yaşda və mənim vəziyyətimdə bir insan üçün xamxəyal olmaq çox da ehtimal olunmur. Mən universitetlərin vəziyyətindən - istər elmi, istər mədəni, istər əxlaqi və mənəvi vəziyyətindən geniş məlumat alıram. Bütün bu məlumatların nəticəsi dediyimdir: optimistlik.239


Elmi nümunələrin təcrid olunması - ölü, yaxud gərgin mədəni şəraitin nəticəsi

Təəssüf ki, bir qrup siyasətpərəstlik və bir qrup antisiyasət məqsədi ilə daim ölkənin elmi-mədəni ab-havasını ölü sükutuna, yaxud burulğan sayağı təlatümə çevirmək istəyirlər ki, bu çaxnaşmada yalnız hakimiyyət, sərvət və tribuna sahibləri təsirli olub hərəkət yarada bilsinlər, ictimai təfəkkür səviyyəsini endirib bütün milli fürsətləri hədər versinlər, xalqın sinirlərini korlasınlar, yanlış və dəyərsiz qəbilə çatışmalarına, yaxud azğın əcnəbi mədəniyyətinə rəvac versinlər, nəticədə ağıl və duyğu sahibləri sakit olsunlar, səssiz qalsınlar, qəlb və ağıl sahibləri kənarda qalsınlar, təcrid olunsunlar, yorulsunlar və unudulsunlar. Belə bir şəraitdə cəmiyyət inkişaf etməz, iddialar təkrar, sabit, dayaz və dəyərsiz olar, heç bir düşüncə istehsal olunmaz və yeni söz deyilməz, bir qrup adam daim özünü təkrarlayar və başqa bir qrup yalnız Qərbi tərcümə edər, öz qabaqcıl şəxsiyyətlərinə tabe olan cəmiyyət və hökumət də zəifliyə və geriliyə düçar olar.240


Hərbi qurumların universitetlərdən istifadəsi

Elm və tədqiqat işinizə ciddi yanaşın. Bu çox yaxşı işdir. Sizə demək üçün qeyd etdiyim başqa bir məqam budur ki, mütləq universitetlərdən istifadə edin. Əlbəttə, gördüm ki, bəzi peşəkar və mahir universitet müəllimlərindən istifadə etmisiniz. Bu işi davam etdirin. Sizin ehtiyaclı olduğunuz bir çox işlərin elmi universitetlərdədir. Onlar sınaq üçün yer tapmırlar və sizin də o elmə ehtiyacınız var. Buna görə, ölkənin əsasən universitetlərdə olan elmi ilə əlaqənizi bacardıqca möhkəmləndirin, tədqiqat və elm işini də inkişaf etdirin.241


Elm və tədqiqata ciddi yanaşmaq

Mənim fikrimcə, mühüm olan bəzi dostların da toxunduğu bir məqamdır. O məqam ölkədə elmə, tədqiqata, elmin və tədqiqatın idarəsinə baxışdır. Bu barədə ciddi işlərə zəruri ehtiyac strateji bir məsələdir. Şübhəsiz ki, bu sahədə mənim də üzərimə məsuliyyət düşür və onu yerinə yetirəcəyəm.242


Elmin lazımi məqsədlərə uyğun inkişafı

Elm dəyərlidir. Elmin dəyərini artıran amillərdən biri də budur ki, ehtiyaclara uyğun olaraq tənzimlənmiş müəyyən məqsədlərlə inkişafa doğru getsin. Fikir mexanizmi elm istehsal edən qurumları alimdən, alim düzəldən sinifdən və alimin fəaliyyət göstərdiyi mərkəzdən istifadəni tənzim edib, onların hamısından yaxşı bəhrələndirə bilər. Bunlar lazımi işlərdir, mütləq görülməlidir. Mən də Allahın lütfü ilə bu sahədə mümkün səyimi mütləq göstərəcəyəm.243


Geriliyi düzəltmək üçün istedadlı gənclərə şərait yaratmaq

Mən düşünürəm ki, gənclərimizin istedadından daha artıq istifadə olunmalıdır. Gənclər öz istedadlarını ölkələrinin inkişafı və xalqın məcburi tarixi geriliyini düzəltmək istiqamətində işlətmək üçün yer tapmalıdırlar. Bu xalq özünün dəyərli istedadını bu gün tapmamışdır. Bu bizim yerli sərvətimizdir, tariximizə məxsusdur və bizdə dərin kökü olan bir məsələdir. Siz görün elm tarixi nə qədər iranlı alimi siyahıların başında və özünün ən yaxşıları sırasında qeyd etmişdir. Bunlar həqiqətdir. Bu gün də biz həmin xalqıq. Bu tarixi istedada rəğmən, uzun əsrlər boyu, xüsusən də müstəmləkənin və xarici istismarın başlandığı dövrdən iranlının yüksək istedadı vurulmuş və qarşısı alınmışdır.244


Faydalı və insani texnologiyaları seçmək

Əlbəttə, düzgün iş budur ki, məsul şəxslər indidən əsas istiqamətləri müəyyən etsinlər və bizim hansı texnologiyanı istədiyimizi görsünlər. Çünki hər bir texnologiya yaxşı deyil. Texnologiya mütləq bir dəyər deyil, təbiətdə mövcud olan imkanlardan istifadə etmək üçün bir vasitədir. Biz baxmalıyıq ki, hansı mərkəz və hansı məqsədlə bundan istifadə edir. İslam düşüncələrindən ilham almış düzgün və insani məqsədləri nəzərə alaq və bəşərin həyat səviyyəsinin yüksəlişi, birinici növbədə öz ölkəmiz və cəmiyyətimiz, ikinci növbədə isə bütün dünya üçün doğrudan da faydalı və təsirli olan texnologiyanı seçək və üzərində işləyək.245


Proqram hazırlayarkən elm və düşüncə sahiblərindən istifadə

Həm cənab Mühəndis Çəmran, həm də cənab Əhmədinejad qeyd etdi ki, işlərdə elmi üsullardan istifadə olunur. Bu çox zəruri və lazımdır. Mən də bu məsələ üzərində təkid göstərirəm. Elmdən, düşüncədən, proqramdan və elmi şəxslərdən itifadə edin. Bacardığınız qədər ağıl sahiblərinin fikirlərini öz ağlınıza əlavə edin və ağıl ehtiyatınızı gücləndirin ki, işləri görə biləsiniz.246


Elmi nümunələrə özəl tədqiqat imkanları yaratmaq

Bizim istedadlı gənclərimiz var. Bu gənclərlə xüsusi maraqlanmaq lazımdır. İnsan həqiqətən dəyərli istedadlar müşahidə edir. Onların bəzisi müəyyən mütaliə və araşdırmalar üçün xarici ölkələrə gedir və orada yaxşı qarşılanırlar. Orada bu qrupu həvəsləndirirlər, onlar üçün imkan yaradırlar. Hamısı da pul məsələsi deyil ki, deyək bu gənc oranın puluna cəlb olunur. Düzdür, belələri də ola bilər. Lakin onlar üçün mühüm olan tədqiqat, inkişaf və elmi yenilik imkanıdır. Biz müxtəlif fənlərdə çalışan bu gəncləri əldən verməməliyik. Əlamətlər göstərir ki, bunların çox dəyərli və bəzən nadir istedadları var. Xüsusi bir qurum bu gənclərin işlərini yoluna qoymaq məsuliyyətini üzərinə götürməlidir. Əgər bu qrup bir imtiyaza malik olmaq istəsə, qarşılarında idarə dolanbacları, müxtəlif problemlər, təhqir və sair işlər olmasın, həmin qurum həqiqətən xüsusi tərzdə onların əlindən tutub layiqli yerlərində əyləşdirsin.

Bu məsələ hamının danışdığı “beyinlərin qaçışı” mövzusudur. Təəccüblü budur ki, beyinlərin qaçısı məsələsini həm tələbələr deyirlər, həm müəllimlər, həm rektorlar, həm də ölkə məmurları. Bu məsələni hamı deməməlidir, kimlərsə özünə götürməli və bunun üçün bir şey fikirləşməlidir. Əlbəttə, bəzi işlər də görülmüşdür.

Bir dəfə bu otaqda möhtərəm məmurların biri və istedadlı gənclərin bir qrupu ilə bir iclasımız vardı. Həmin iclasda mənə məlumat verildi ki, hansısa işlər görülüb, amma gənclərin bir neçəsi söhbət edəndə dedilər ki, deyilən işlər görülməmişdir. Mən bu məlumatın bir hissəsində səhv gördüm. O məmur yalan danışmırdı, şübhəsiz, səmimi danışırdı, amma bəlli idi ki, bu yolda problem və maneələr mövcuddur, çətin idarə yolu və bürokratiya dalanları işin düzgün görülməsinə imkan verməmişdir. Bu problemlər bizim bu işlərlə məşğul olmaq üçün xüsusi bir qurum yaratmamızı tələb edir. Gəncləri bu işə məyus etmək olmaz. Biz bu işi görə bilərik. Bu iş ciddi şəkildə Mədən İnqilab Ali Şurasının proqramına salınmalı və onun üzərində işlənməlidir.247


Universitetlərin sənayeyə birləşdirilməsi üçün büdcə ayırmaq

Ali təhsilə bağlı dostların - istər tələbələrin, istər müəllimlərin, istərsə də bəzi rektor və müdirlərin mənimlə görüşlərdə dəfələrlə dedikləri bir məsələ budur ki, universitetlərdə ali təhsil məsələsinə proqram və büdcə baxışı istehlak qurumlarına baxış kimi olmamalıdır. Yəni düşünməməliyik ki, bura daim pul verməli və pul xərcləməli olduğumuz bir yerdir. Əslində bu quruma elm, sərvət və qüdrət istehsal edən bir yer kimi baxmaq lazımdır. Buraya sərmayə qoyuluşu çox qazanclı bir işdir. Əlbəttə, mən bilirəm ki, tədqiqat büdcəsi çox artmışdır, lakin fikrimcə, bu sahədə nə qədər işləsək, çox deyil.248


Universitetlərin sənayeyə birləşdirilməsində ciddilik

Mən bir müddət öncədən universitetlərin sənaye ilə əlaqəsi məsələsini irəli sürmüşəm. Bu barədə cənab Xatəmi ilə söhbət etdim, əvvəllər də cənab Haşimi ilə söhbət etmişdim. Bu sahədə bəzi işlər görülmüşdür, lakin məncə çox ciddi çalışmaq lazımdır. Əlbəttə, bəzi universitetlər birbaşa sənaye qurumları ilə müqavilə bağlayırlar, lakin bu işi ciddi şəkildə inkişaf etdirmək və bir mərkəz yaratmaq lazımdır ki, bizim elm mərkəzi olan universitetlərimiz sənaye mərkəzləri ilə əlaqədə olsunlar.249


Elm və tədqiqat mərkəzlərində siyasi təmayülləri qarışdırmamaq

Siyasət və siyasətbazlıq cizgiləri ümumiyyətlə, bu işlər qrupuna girməməlidir. Mən sizə təkidlə deyirəm ki, ehtiyatlı olun, siyasi məsələlər elmi iş zonasına əsla daxil olmamalıdır. Bu sözün mənası o deyil ki, bir gənc alim siyasətdən xəbərsiz olmalıdır. Biz düşünürük ki, Allah adamları və mənəvi insanlar da siyasi prosesləri izləməli və siyasət sahəsində fəaliyyət göstərməlidirlər. Amma bu o demək deyil ki, insan elm, tədqiqat, sənaye və hər hansı bir növdən olan işdə siyasi təmayül və rəğbətləri təsirli və təyinedici bilsin. Bu, mütləq işi korlayacaq.250


Birləşdirmə və ixtisarın yerinə elmi əməkdaşlıq

Daxili işləri də bir-biri ilə əlaqəli və razılıq əsasında etmək lazımdır. Dedim ki, mən birləşdirmə və ixtisara qarşıyam. Mən deyirəm ki, paralel iş görülürsə də, eybi yoxdur, bizim çatışmazlığımız bunlardan çoxdur. Biz bu sahələrdə 100-150 il geridəyik. Hələ inqilabdan sonra bəziləri fikrə düşmüş və özlərində bu sahələrə giriş cəsarəti tapmışlar. Bu işlərə girişmək üçün inqilab bizə özünəinam verdi. Bir qədər qaçıb özümüzü o yerlərə çatdırmalıyıq; heç bir eybi yoxdur. Şübhə yoxdur ki, bu dəyərli elm və mədəniyyət yarışmasında təməlləri güclü və bacarıqları çox olanlar önə keçəcəklər. Çox gözəl, bütün yarışmalar kimi tədricən kimlərsə örnək olacaq və sonra hamı onların arxasınca gedəcək. Mən birləşdirmənin və ixtisarın tərəfdarı deyiləm, lakin əməkdaşlığın tərəfdarıyam. Bir-birinin təcrübələrindən istifadə etsinlər. Yaxşı işlər görülməkdədir və təcrübəli insanlar da var.

Mərhum cənab Əhməd Birəşk vəfatından iki-üç il öncə bir iş üçün buraya gəlmişdi. O, geniş bir ensiklopediyanın əsasını qoymuşdu və deyirdi ki, işləməkdəyik. Mən soruşdum ki, nə qədər yazmısınız? Bir qədər yazmışdılar. O, təcrübəli, güclü elm və tədqiqat təməlinə malik insan idi, xüsusən işə həvəsi həqiqətən müstəsna idi. Mən bilmirəm sizin bunlarla əlaqəniz var, yoxsa yox; bunların təcrübələrini bilirsiniz və təcrübələr mübadilə olunur, yoxsa yox; yaxud Ensiklopediya fondu ilə əlaqəniz var, yoxsa yox? Bunlar da bəzi işlər göməkdədirlər. Təcrübələri ötürün, bir-birinizə kömək edin və işləri bacardığınız qədər kamilləşdirin. İşin bir-iki qrupda təkrar olunmasından əsla qorxmayın. Bu elə işlərdəndir ki, işin inkişafına zərbə vurmamaq şərti ilə paralel işləməyin heç bir eybi yoxdur.251
Elm və tədqiqat üçün təşkilati idarəçiliyin zəruriliyi

İnqilab bu divarları, sərhəd və məhdudiyyətləri götürdü, elmi özünüdərk yaratdı. Amma bu iş müdiriyyətsiz, hərəkətsiz, əzm və iradəsiz bir yerə çatmayacaq. Bütün işlər kimi elm və tədqiqatın da proqramlı idarəçiliyə ehtiyacı var. Düzdür, bu işin bir hissəsi dövlət məmurlarına aiddir, bir hissəsi universitetlərin, bir hissəsi də elm mərkəzlərinin məsul şəxslərinə. Siz Universitet cihadı olaraq bu məsələ ilə məşğul olmaqda və məsuliyyət hiss etməkdə ən yaxşı mərkəzlərdənsiniz. Əlbəttə ki, bunu edirsiniz. Xoşbəxtlikdən, mən şahidəm və görürəm ki, sizin elmi işdə inkişafınız çox yaxşıdır. Bunu davam etdirin.252


Proqramları yamsılamaq yerinə inkişaf etmiş təhsil üsullarından istifadə

Elm öyrətməkdə insan dünya hadisələrini bir an kimi diqqətdə saxlamalı, gənclərin kamilləşməsi və elm öyrənməsi üçün onlardan istifadə etməlidir. Mən hansısa ölkənin proqramlarını götürüb yamsılamağa əsla yaxşı baxmıram, buna sərt müxalifəm. Hər bir yerin öz tələbi var. Bundan əlavə, təhsil proqramları olan bu ölkələrin çoxunun məqsədi bizimlə bir deyil. Mən bunu əsla tövsiyə etmirəm. Lakin təhsil inkişaflarını və təhsil məsələlərini öyrənmək, dərs proqramlarında, tədris metodunda və sinif idarəsində onları işlətmək lazımdır.253


Məmurların tədqiqat layihələrinin davam etdirilməsinə diqqəti

Tədqiqat, elm istehsalı, sənaye və elmin əlaqəsi, yeni işlər görülmüş tədqiqat parkları və digər məsələlərə diqqət yetirməlisiniz ki, davam etsin və bu ağac boy atsın. Bunlara bacardığınız qədər qulluq edin. Bu sizdən qalacaq ən yaxşı işlərdəndir.254


Elmi nümunələrin tanınmasının və yetişməsinin inqilabın səmərələrindən olması

Sizin elmi nümunələr barədə dedikləriniz mənim düşündüyüm sözlərdir: elmi nümunə yetişdirmək üçün şərait yaratmaq, nümunəvi istedadları tapmaq, elm və tədqiqat zirvələrinə doğru getməkdə onlara kömək etmək. Bunların hamısı çox mühüm işlərdir. Əlbəttə, bu işlər ölkəmizdə başlanmışdır. Keçmişdə, yəni inqilabdan öncə ölkədə əsla belə bir şey mövcud deyildi, hətta onun əksinə işlər görülürdü, yəni əslində elmi nümunələri məhv edir, gənclərdə ümidi öldürməyə çalışırdılar. Elə adamı məşhurlaşdırmağa çalışırdılar ki, Qərb variantını kamil surətdə oxuyub, icra edib, ona inansın, özü nəsə nəzəriyyə irəli sürməsin, kəşf və ya ixtira etməsin. Bunun mənası odur ki, ölkəmiz və xalqımız həmişə başqalarına tüfeyli və onların davamçısı olsun. Bəllidir ki, belə bir ölkə inkişaf etməz.

Keçmişdə vəziyyətimiz belə idi, amma inqilab ruhiyyələri və vəziyyəti dəyişdirdi. İndi bir neçə ildir Allahın lütfü ilə elmi nümunələrə, tələbə və alimlərə diqqət cari proqramlarda yer alır. Lakin indiyədək edilənlər kifayət deyil. Hər halda, dostların dediklərinin çoxu diqqət mərkəzində olan məsələlərdir. Bunlar üçün bəzi işlər görülüb, fəaliyyətlər göstərilib, inkişaflar əldə olunub və inşallah daha artıq olunmalıdır.255
Elmi nümunələrin yetişməsinin peşəkar və işgüzar idarəçiliyə ehtiyacı

Biz elmi nümunələr yetişdirməkdə - onun ümdə hissəsi universitet təhsili sahəsindədir - həm təhsil və həm tədqiqat işində daha artıq diqqətə ehtiyaclıyıq. Ölkənin məsul şəxsləri bu məsələyə real, düzgün, düşünülmüş və qısa müddət üçün qeyri-maddi baxışla baxmalıdırlar. Baxmayaraq ki, uzun müddətdə, şübhəsiz, bunların sayəsində sərvət, ölkənin maddi inkişafı və tərəqqisi də baş verəcək, lakin universitet məsələlərində qısa müddət üçün iqtisadi və maddi məsələləri düşünmək olmaz. Belə deyil ki, bu baxış indi mövcud olmasın. Mən görürəm ki, həm İdarəçilik və Planlaşdırma Komitəsində, həm də hökumətdə bu baxış mövcuddur. Bu işlərin başında duran məmurların özləri əksərən universitet mənsubu və ali təhsilli adamlar, təhsilin və tədqiqatın qədrini bilənlərdir. Lakin proqram hazırlanmalıdır, idarəçilik lazımdır.

Cənabların yaxşı ifadələrlə toxunduqları bu məsələ - yəni elmi nümunələrin mühacirətinin, yaxud beyinlərin qaçışının bir hissəsi, şübhəsiz, imkan və şərait məsələləri və bir hissəsi mənəvi məsələlərlə əlaqədardır. Amma bir hissəsi də idarəçiliyə bağlıdır. Biz həm Təhsil Nazirliyində və müxtəlif tədqiqat sahələrində, həm də universitetlərin idarəçiliyində bu məsuliyyətləri öhdəsinə götürən insanların bu məsələlərlə işgüzar, bişmiş və düşünülmüş şəkildə rəftar etməsinə ehtiyaclıyıq. Şübhəsiz ki, ölkədə elm və tədqiqat karvanının inkişafının yaxşı idarəçiliyə, bəzi dostların sözü ilə desək, nəzarətə, diqqətə, proqrama, istiqamətə və məqsəd müəyyənləşdirməyə ehtiyacı var. Tədqiqat işi üçün strategiyamızın nə olduğunu bilməliyik. Nə edək ki, tədqiqat və bu təhsil ölkəyə faydalı olsun, ölkənin işinə yarasın.256
Məmurların elm və universitetin əhəmiyyətini dərk etməsinin zəruriliyi

Mənim fikrimcə, məsələnin məğzi budur ki, biz universitetin və elmin əhəmiyyətini bütün vücudumuzla dərk edək. Bu baş tutsa, görülməli işlərin çoxu öz-özünə görülər. “Biz” dedikdə məqsədim budur ki, həm siz universitet başçıları, həm Təhsil Nazirliyinin, həm Səhiyyə Nazriliyinin, həm İdarəçilik və Planlaşdırma Komitəsinin məsul şəxsləri, həm də bütün ölkədə ümumi işlərə məsuliyyət daşıyanlar elmin və onun mühüm şərtlərindən olan universitetin ölkənin bu günü və sabahı üçün hansı rola malik olduğunu bilsinlər.257


Ölkənin xilası üçün mühüm baca

Mənim universitetlərə get-gəl etməyim, universitet müəllimlərinə və müdirlərinə hörmət barədə təkidli tövsiyələrim, ölkənin məsul şəxslərinə həmişə universitetlərlə və elm mərkəzləri ilə əlaqədə olmalarını, onların sözünü dinləmələrini tapşırmağım və özümün də imkan daxilində buna əməl etməyim ondan ötrüdür ki, bu işlərin ölkəmizi onda yaradılan xroniki xəstəliyin törətdiyi fəsadlardan xilas edəcək ən mühüm amillərdən biri olduğunu bilirəm. Allaha şükür olsun ki, inqilabla bu sahədə böyük dəyişikliklər baş verdi. Bu bizim əsas sözümüzdür.258


Universitetlərdə elmi nailiyyətləri prioritet seçmək

Universitetlər elmə əhəmiyyətli yanaşmalıdırlar. Əhəmiyyətli yanaşmaq təkcə qəlbə aid olan iş deyil, əməl lazımdır. Bu əməlin ciddi şərt və proqramlara ehtiyacı var. Universitetin zaman və imkanlarından hər hansı bir qeyri-elmi iş üçün istifadə etmək, təbii ki, elmi iradəni zəiflədəcək. Əgər o iş zərurət həddində olsa, eybi yoxdur, amma ifratçılıq elmi baxışa, elmi hərəkətə, quruculuğa və bunların ardınca, bizim ehtiyacımız olan elmi qürura zərər vuracaq. Əgər məqbul və nikbin bir ifadə işlətmək istəsək, deməliyik ki, bizdə sıçrayış əmələ gəlmişdir. Sıçrayış məqsəd deyil, hərəkətin müqəddiməsidir. Hərəkət də mənzil başına çatmaq üçün vasitədir. Bunların hamısı üçün iş və ciddi çalışmaq lazımdır.259


Gənc və istedadlı müəllimlərə şərait yaratmaq

Mənim fikrim budur ki, gənc müəllimlərə yer verilməlidir. Qeyd etdiyim müəllimlik istedadımızın və qabiliyyətimizin çox əsas hissəsi bu gənclərə aiddir; son bir neçə ildə təhsil almış gənclərə. Bəziləri xaricə də getmiş və elm öyrənmişlər, bəziləri bizim universitetlərimizdə və ya tədqiqat mərkəzlərimizdə işləmişlər. Bu gün bizdə çox istedadlı və çox perspektivli müəllimlər çoxdur. Təcrübəli və qədim müəllimlərin təcrübə və elmindən maksimum istifadə etmək, bu gənclər üçün də imkan yaratmaq lazımdır ki, fəaliyyət göstərsinlər və inkişaf etsinlər. Bunlar fayda bəxş etməkdən əlavə inkişaf da edirlər.

Gənclik barədə mühüm bir məqam var. Mən onu dəfələrlə təkrarlamışam. Gəncliyin ən mühüm məqamı hövsələdir. Bunu biz qocalar yaxşı anlayırıq. Gənclərin özləri yaxşı diqqət yetirmirlər. İnsan zamanın və ömrün keçməsini təcrübə edəndə bəzən istedadı, meyli və marağı olur, amma hövsələsi olmur. Hövsələ imkanı gənc üçün ən mühüm amildir. Gəncin hövsələsi var, işin dalınca gedir, məsələnin kökünə çatır, nəticə əldə etmək üçün dərindən araşdırır. İnsana maraqlanma, axtarış, yorulmazlıq və dərin araşdırma həvəsi verən gənclik hövsələsindən maksimum istifadə etmək lazımdır. Bu gənclərə yer vermək lazımdır.

İstedadları universitetə cəlb etmək lazımdır. Universitetlər xaricində yaxşı istedadlar mövcuddur. İmkan daxilində bu istedadları universitetlərə cəlb edin.260


Elm istehsalına şərait yaratmaq

Məyusluq yaratmaq çox pisdir. Bu sözün əsas müraciət obyekti müəllimlər və təhsil mərkəzlərinə rəhbərlik edən, müəllimləri bu iş üçün səfərbər və fəal etməli olan sizlərsiniz. Onlara imkan yaradın, inanın ki, bacararlar; bu inamın arxasında onlar üçün iş görün, proqram hazırlayın, şərait yaradın.261


Tədqiqata dəstəyin zəruriliyi

Bu reallığa əsasən, biz elm və elmi inkişaf üçün çalışmalıyıq. Əlbəttə, elmi inkişaf təqlidlə hasil olmur, yaradıcılıqla, sərhədləri aşmaqla, tanınmayan yerlərə sarı irəliləməklə və onları fəth etməklə hasil olur. Universitetlərin və tədqiqat mərkəzlərinin vəzifəsi çox ağırdır. Məncə bəzi dostların tədqiqatın əhəmiyyəti barədə söylədikləri tamamilə düzgündür. Dövlət məmurları da tədqiqatdan ibarət olan bu təməli və əsası diqqətdə saxlamalı, bilməlidirlər ki, fəal tədqiqat mərkəzləri olmadan nə elm və nə texnologiya inkişaf edə bilər. Həm universitetlərimiz, həm də universitetlərdən xaricdəki tədqiqat mərkəzləri inşallah himayə olunsunlar və qayğı görsünlər.262


Elmi Nümunələr Fondunun vəzifələri

Təəssüf ki, hələ də tam fəallaşmayan bugünkü Elmi Nümunələr Fondu ölkənin bütün aidiyyətli qurumlarının yardımı ilə elmi nümunələri ümidləndirmək, mühit və məişət sarıdan onların razılıq hissini təmin etmək üçündür. Elmi Nümunələr Fondunun vəzifələrindən biri budur ki, bir elmi nümunənin beynindəki çaşqınlıqlara, onun məişət problemlərinə, ölkənin vəziyyətinə dair yanlış təsəvvürünə, yaxud getmək istədiyi ölkənin vəziyyətinə dair suallarına cavab versin. Bunlar Elmi Nümunələr Fondunun görə biləcəyi işlərin böyük bir hissəsidir.263


Elmi fəaliyyət və nəzəriyyə yürütmək - humanitar institutların missiyasi

Siz ölkənin təhsil və elmi inkişaf sahəsində bir canlanma yaratmalısınız. Sizin əsas missiyanız budur. Çalışın bizim müsəlman və mömin alimlərimiz humanitar elmlərin müxtəlif fənlərində elə mütəxəssis olsunlar ki, dünya onların fikirlərindən istifadə etsin. Bu gün dünyada, hətta yolunu azmış Qərb dünyasında həqiqət axtarışında olan çoxlu insanlar var. Onların arasında düzgün və haqq söz axtaran alim və tədqiqatçı insanlar da çoxdur, az deyil. Dünyanın hər hansı bir nöqtəsində - Avropa, Asiya, Amerika ölkələrində və digər yerlərdə belə bir insan bir məsələni axtaranda bu kompüter mərkəzində sizin elmi əsərinizi, göstərdiyiniz yeni sözü, fikri və yolu tapmalıdır. Biz universitetdən bunu istəyirik. Universitetin məzunu bu niyyət və fikirlə məzun olmalıdır. Bu baxımdan, universiteti gücləndirin. Mənim dediyim Proqramlaşdırma və elm istehsalı hərəkatının sizin universitetinizdə və humanitar elmlər sahəsində işi budur ki, bacardığınız qədər öyrənin və araşdırın.264


Elmi məsafələri qət etməkdə universitetin vəzifəsi

Təkcə İmam Sadiq (ə) Universitetinin yox, ümumiyyətlə, bu ölkədə bütün universitetlərin vəzifəsi budur ki, bu elmi qət etsinlər. Nə qədər bacarırsınız, elm öyrənin. Mən Mədəni İnqilab Ali Şurasının iclasında elmi-mədəni sahədə ən təsirli məmurlara demişəm ki, siz ölkənin elmi-mədəni mühəndislərisiniz. O iclasda demişəm ki, iki əsas şaxə mövcuddur: humanitar və fundamental elmlər. Hər birinin öz yeri var. Əgər biz burada humanitar elmlər üzərində dayanırıqsa, mənası bu deyil ki, riyaziyyat, fizika, kimya və biologiya əhəmiyyətsizdir. Xeyr, orada da mənim yüzfaizli təkidim var. Onların da öz adamları və şəxsiyyətləri var. Humanitar elmlərin də öz adamları və özü üçün şəxsiyyətləri olmalıdır. Bu iki əsas şaxə - yəni humanitar və fundamental elmlər üzərində ölkədə fikir, elm, pul və təbliğat cəhətindən sərmayə qoyulmalıdır ki, inkişaf etsinlər. Elmi yüksək səviyyədə inkişaf etdirmək lazımdır.265


Elm, texnologiya, sənaye və inkişaf silsiləsi

Biz elmlə tam mənada bir cihad kimi məşğul olmalıyıq. Mən bunu gənclərə, müəllimlərə və universitetlərə deyirəm. Bundan əlavə, yalqız və tək elm də kifayət etmir. Biz elmi texnologiyaya, texnologiyanı sənayeyə, sənayeni ölkənin inkişafına birləşdirməliyik. Ölkənin inkişafına səbəb olmayan sənaye faydalı deyil; texnologiyaya çevrilməyən elmin faydası yoxdur. Məktəb, universitet və tədqiqat mərkəzlərinin vəzifəsi ağırdır.266


Düşmənin universitetlərə dair siyasətləri və məmurların vəzifəsi

Ölkənin elmi hərəkətinə qarşı çıxan, universitetləri, tədqiqat və elm mərkəzlərini elm və tədqiqatdan uzaqlaşdırmaq istəyən şəxslər düşmənə işləyirlər. Düşmən bu insanlara ən qiymətli mükafatı verməyə hazırdır. Məsuliyyətli qurumların vəzifəsi budur ki, xalqın düşmənlərini tanısınlar, onların istiqamətlərini bilsinlər, xalqın hüququnu müdafiə etsinlər, ölkədə təhsili və elmi inkişafı müdafiə etsinlər. Bu, məsuliyyətli qurumların vəzifəsidir.267


Elmi nümunələrin köməyi ilə ümumi elmi xəritənin təsviri

Ölkədə ümumi elmi xəritəyə ehtiyacımız var. Biz bilməliyik ki, adı dəfələrlə çəkilən iyirmiillik mənzərənin məqsədlərinə çatmaq üçün bizim ümumi elmi xəritəmiz nədir. Bunu təsvir etməliyik. Sonra bu xəritəni əməli strategiyalara, zamanlı və nizam-intizamlı proqramlara uyğun şəkildə bir cədvəl kimi tədricən doldurmalı və təkmilləşdirməliyik. Bu iş baş tutmayıb. Bizim buna ehtiyacımız var. Bu iş seçilmiş və görkəmli şəxslər, ölkənin universitet, təlim-tərbiyə və digər aidiyyətli dairələrində çalışan düşüncə sahibləri tərəfindən həyata keçə bilər və keçməlidir.268


Elm istehsalı şüarını icra etmək üçün idarəçilik və sərmayə qoyuluşu

Xoşbəxtlikdən, bu gün biz hansı universitet və tələbə məclisində iştirak ediriksə, görürük ki, Elm istehsalı və proqramlaşdırma hərəkatından danışırlar. Bu indi bir ənənəyə çevrilmişdir. Lakin onu sözün həqiqi mənasında həyata keçirməyə çalışmalı, elmi cücərtməliyik. Bu elə bir şey deyil ki, idarəçilik və sərmayə qoyuluşu olmadan öz-özünə gözəl formada baş tutsun.269


Tədqiqatçıların ruh yüksəkliyini artırmaq üçün Elmi Nümunələr Fondunun işi

Növbəti məsələ Elmi Nümunələr Fondu barədədir. Mənim fikrimcə, iki ildən artıqdır ki, biz bunu müzakirəyə çıxarmışıq. Məsələnin zahiri bir fond, müəssisə və idarədir, lakin məğzi budur ki, ölkədə belə bir təşkilat yaransa, mənim fikrimcə, ölkənin elmi çevrəsi, universitetlərin və tədqiqat mərkəzlərinin elmi siması əsaslı şəkildə dəyişər. Tədqiqatçının və elm adamının arxayınlığı mühüm məsələdir. Müharibədə əhval-ruhiyyənin hər şeydən mühüm olduğu kimi, elmi mühitdə də belədir. Bu əhval-ruhiyyənin də bir mərkəzə ehtiyacı var. Biz bunu Elmi Nümunələr Fondu formatında yaratdıq.270


Ali təhsilin yüksək pillələrinin məzunlarının elmi işdə çalışması

Sonrakı məsələ budur ki, biz magistratura və doktorantura pillələrinin məzunlarını mütləq universitetlərə və tədqiqat mərkəzlərinə daxil etməliyik. Bunun üçün proqram lazımdır. Bu gənc istedadla və həvəslə bu qədər qaçmış, buraya çatmış, doktorantura, yaxud magistratura pilləsini bitirmişdir. Bundan sonra nə etməsi barədə sərgərdan qalmamalıdır. Bunları cəlb etmək üçün proqram hazırlamaq lazımdır. Bunların çoxunun problemi maddiyyat deyil. Elm adamı elmi iş görmək istəyir. İndi möhtərəm nazir dedi ki, tədqiqat və təhsil mərkəzlərini genişləndirmiş və onun üçün pul almışlar. Bu xəbər məni doğrudan da sevindirir. Bu iş lazımdır. Ölkədə salınan elm və texnologiya parkları da - sonra ona toxunacağam - yaxşı işlərdir, amma azdır. Bunların üzərində mərkəzləşib işləmək lazımdır. Çalışıb elə etmək lazımdır ki, indiyə qədər həvəslə və zövqlə qaçmış və bir iş olacağını güman etmiş bir gənc əlində heç bir işin olmadığını, boynuna heç bir məsuliyyətin düşmədiyini görməsin. Mən idarə məsuliyyətini nəzərdə tutmuram, elmi məsuliyyəti, onu sevindirəcək elmi iş və fəaliyyəti deyirəm.271


Ali təhsilin yüksək pillələrində təhsil alan gənclərdə çalışmaq hissi və elmi kimlik yaratmaq

Bəzi gənclər buraya gəlib bu hüseyniyyədə bizim nüvə proqramlarımız barədə bir sərgi təşkil etdilər. Orada otaqlar düzəltdilər ki, mən müxtəlif işləri görüm. Bir neçə saat bu otaqlara baxdım. Məni özünə cəlb edən çox gözəl və sevindirici bir neçə məqamdan biri bu idi ki, əksəri, bəlkə də 90 faizi 20-30 yaş arasında olan bu gənclərin işləmək, çalışmaq, elmi və praktik şəxsiyyət hissi keçirdiklərini gördüm. Bu çox dəyərli və mühüm bir haldır. Biz ali təhsilin yüksək pillələrində təhsil alan tələbə və gənclərin hamısında bu hissi yaratmalıyıq. Bunlar həm inkişaf edirlər, həm də fayda yetirirlər; bəhrə verən gənc bir ağac kimidirlər: həm meyvə verir, həm də özü inkişaf edir.272


Elmi Şura üzvlərinin dərəcə meyarı

Buradakı çıxışlarda da toxunulan başqa bir məsələ Elmi Şura üzvlərinin dərəcə meyarı məsələsidir. Bu meyarlar nədir? Bəli, məqalə, ISI jurnalları və digər belə məsələlərin hamısı yaxşı və düzgündür. Lakin bunlar yeganə meyar olmasın. ISI jurnallarında dərc olunan məqalələrin özü də həmişə meyar deyil. Mütəxəssis və ekspertlərin dediyinə görə, bunların da müxtəlif səviyyələri var, daimi bir meyar hesab olunmur. Lakin başqa meyarlar da mövcuddur: misal üçün, tələbə yetişdirmək. Tələbə və şagird yetişdirməkdə uğurlu fəaliyyət, yaxud elmi məsələlərdə yeni bir ideya da meyardır. Belə müxtəlif meyarları yazmaq və Elmi Şurada nəzərə almaq olar.273


Müxtəlif fənlərə bərabər baxış

Başqa bir məsələ elmi fənlərə baxış bərabərliyidir. Bu əvvəldə dediyim ümumi xəritədən asılıdır. Əgər o xəritə mövcud olsa, təbii ki, müxtəlif fənlərə baxış bərabər olar, qəfildən bəzi elmlər uzun müddət kənarda qalmaz, bəzi elmlər, misal üçün, tibbin, yaxud mühəndisliyin bəzi gəlirli sahələri əhəmiyyətli və birinci dərəcəli olub fənlərin çoxunu sıxışdırıb-çıxarmaz. Necə ki, ölkədə humanitar elmlərin bəzi sahələri və fundamental elmlərə dair fənlər uzun illər diqqətdən kənarda qalmışdır. Araşdıran olsa, güman ki, bu məsələdə pis niyyətin ipuclarını tapa bilər.274


Universitetlərin kəmiyyət və keyfiyyət inkişafına diqqət

Biz söz və danışıqlarımızda universitetdə keyfiyyət baxımından inkişaf etməli olduğumuzu təkrarlayırıq. Mən bunu qəbul edirəm, lakin bu, kəmiyyət inkişafını inkar etmək deyil. Bizə kəmiyyət baxımından da inkişaf lazımdır. Biz hələlik universitet və tədqiqat mərkəzlərinin çox olmasından qazanc götürəcəyik. İyirmiillik mənzərədə bizim məqsədimiz regionda elmi baxımdan birinci yeri tutmaqdır. Bunun keyfiyyət baxımından hərəkətə ehtiyacı olduğu kimi, kəmiyyət və say artımına da ehtiyacı var; tələbə, universitet və tədqiqat mərkəzlərinin və bu sahədə günbəgün qarşıya çıxan amillərin artmasına. Bunlara nail olmaq lazımdır. Gərək mənzərə sənədini təmin edəcək həddə çataq.275


Daimi mütaliə və tələbə ilə məşğul olmaq üçün müəllimlərin zamana ehtiyacı

Sonrakı məqam müəllimlərin həqiqi elmi dərəcələrinin yüksəlişi və aktuallığı məsələsidir. Biz elə bir iş görməliyik ki, müəllimimizin mütaliə etməyə vaxtı olsun. Bu işin idarəsi sizin öhdənizə düşür. Məhərrəm ongünlüyündə bu məclisdən o məclisə gedib "iki kəlmə danışım, sizə dua edəcəyəm" - deyən bəzi rövzəxanlar kimi bu universitetdən o universitetə, o universitetdən bu universitetə gedən müəllim tələbəyə kömək edə bilməz. Mənim müəllimlərlə ildə bir-iki dəfə iclasım olur. Yəqin ki bəziləriniz o iclaslarda olub, bəziləriniz də televiziyadan baxıblar. Müəllimlərin özləri etiraf və qəbul edirlər ki, bu onların problemi və işlərinin nöqsanıdır. Əlbəttə, gəlir üçün çalışırlar və təxminən demək olar ki, çarələri də yoxdur. Amma siz bunu təmin etməlisiniz. Qeyd etdiyim kimi, bu sahənin məsul şəxsləri sizlərsiniz. Sizə demək lazımdır ki, bununla maraqlanın, bunun üçün bir şey fikirləşin.

Müəllim tələbəyə vaxt ayırmalıdır. Müəllim otağında oturmalıdır ki, tələbə gəlib ondan soruşsun və danışsın. Nəinki ibtidai və orta məktəb müəllimi kimi sinifdə bir dərsi keçsin, sonra da tabaşiri atıb desin ki, xudahafiz. Bunun faydası yoxdur. Tələbəyə və öz mütaliəsinə vaxt ayırmalıdır. Oturub mütaliə etsin. Mütaliə etməyən müəllimin dərsi həqiqətən, heç olur.

Bizim hövzə dərslərimizin yaxşı cəhəti budur ki, müəllim mütaliəsiz dərs desə, sabah şagird onun dərsinə getməyəcək. Bir müddətdən sonra dərsi yüz nəfərdən əlli və iyirmi nəfərə çatacaq, sonra da tətil olacaq. Amma universitet belə deyil. Zavallı şagird təyin olunan sinfə gəlməyə, dərsləri təyin olunan müəllimlə oxumağa və onun qiymətini almağa məcburdur. Buna bir söz də deyə bilmir. Bu baxımdan, bu, universitetin eybidir və hövzənin bu müsbət keyfiyyəti onda yoxdur. Hər halda, siz elə edin ki, müəllimin özü elmi səviyyə baxımından inkişaf etsin.276


Tədqiqat üçün büdcə ayrılması ilə maraqlanmaq

Sonrakı məsələ tədqiqat barədədir. Çox təkrar edildiyindən buna tam diqqət olunmur. Bu, ibadət zikrləri kimidir: insan adət kimi təkrarlayır, fikri isə başqa yerdədir. Dördüncü proqramda ümumi daxili məhsulun üç faizə qədərini tədqiqat büdcəsi üçün nəzərdə tutmuşdular. Qabaqcadan dedilər ki, dördüncü proqramın sonuna qədər tədqiqat büdcəsi üç faizə çatmalıdır. Ötən il də burada müəllimlərin toplantısında tədqiqat büdcəsi haqqında danışıldı. Bir nəfər dedi ki, tədqiqat büdcəsi filan qədər olub, mən dedim ki, yox, bir faizə çatıb və bu ilin axrına qədər bir faiz yarıma çatacaq. Amma bu yaxınlarda mənə məlumat verdilər ki, 0.6 faiz olmuşdur. İndi deyəsən, həmin 0.6 faizin də hamısını verməyiblər, 0.45 faizini veriblər. Belə olmaz.

Əvvəla, bu, beşillik proqram və qanundur, həyata keçməlidir. Proqramdan kənara çıxmaq qanunu pozmaq deməkdir. Həm də ölkənin gələcəyi bundan asılıdır. Biz elm istehsalı, tədqiqat və bu kimi məsələlər barədə bu qədər danışaq, amma tədqiqat büdcəsi verilməsin, azalsın, diqqətdən kənarda qalsın?! Belə olmaz. İndi biz kimin yaxasını tutaq?! Əgər cənab prezidentə desək, deyəcək hökumətin iclasında deyilməlidir. Gərək bu iki nazirin yaxasını tutaq, bunlardan istəyək ki, hökumətdə bununla maraqlansınlar. Tədqiqat məsələsi doğrudan da kiçik məsələ deyil.277
Elm və texnologiya parklarına diqqət

Son bir neçə ildə yaradılan elm və texnologiya parkları yaxşı işdir. Üç-dörd il öncə dostların yanında bu sahədə mənim üçün məlumat verdilər. Çox yaxşı işdir, amma eşitmişəm ki, ölkədə mövcud olan təxminən on elm və texnologiya parkının iki-üçündən artığı fəal deyil, digərləri dayanmışdır. Bu da aidiyyətli şəxslərin diqqət göstərməli olduğu yaxşı işlərdəndir.278


Tədqiqat və tədqiqatçılarla maraqlanmaqda hökumətin ciddiliyinin zəruriliyi

Tədqiqat, elm və texnologiya məsələsinə diqqət yetirmək lazımdır. Təxminən iki həftə öncə universitet rektorları ilə keçirdiyimiz iclasda bəlli oldu ki, proqramda nəzərdə tutduğumuz və bizim müəyyən qədər artdığını güman etdiyimiz tədqiqat büdcəsi azalmışdır. Mən indi məruzələrdə belə eşitdim: "Biz tədqiqat işi üçün çalışmaqdayıq". Xeyr, o məlumata əsasən, mən dedim ki, (ümumi daxili məhsulun) onda altı faizinə çatmışdır. Buna əsasən, bizim tədqiqat büdcəmiz azalmışdır. Biz bir faiz yarıma çatdırmalı idik və proqramın sonuna qədər bu büdcə üç faizə çatmalı idi. Amma nəinki bir faiz yarıma çatmadı, hətta bir faizdən də aşağı endi. Yaxud məsələn, Elmi Nümunələr Fondu barədə mən o gün də danışdım və etiraz etdim. Bu etiraz mənim fikrimcə, mühümdür və siz bununla məşğul olmalısınız. Tədqiqatçılara Dəstək Fondu da belədir. Tədqiqatçılara Dəstək Fondu və bu növ işlər bizim qabaqkı hökumətlərdə bir neçə illik ardıcıl təkidimizlə yaranmışdır. Bunları saxlamaq olmaz. Bunlar çox vacib və mühüm işlərdir. Yaxud Elm və sənayenin əlaqə şöbəsi barədə son 15-16 ildə iki möhtərəm prezdentlə israrla söhbət etdim, amma olmadı. Bu şöbəni yaratmalısınız. Bu mühüm və əsaslı işlər ayrı-ayrı sahələr arasındadır; yəni mütləq prezident aparatına bağlı olmalıdır, Təhsil, yaxud Təlim və Tərbiyə Nazirliyinə və ya digər sahələrə bağlı ola bilməz. Bu, mütləq prezidentin nəzarəti altında və oradan idarə olunmalıdır.279


Elm və sənaye mərkəzlərini bir-birinə birləşdirmək məsələsi

Petrokimya tədqiqatları mərkəzi haqda deyilən məsələ ilə mütləq məşğul olun. Bu çox mühüm məsələdir. Bu mənim təkid göstərdiyim məsələdir: elm və tədqiqat mərkəzlərinin elm və tədqiqatdan istifadə edən mərkəzlərlə birləşdirilməsi. Bunlar bir-birini nəzarətdə saxlasınlar və bir-birindən istifadə etsinlər; həm onlar bunların tədqiqatına, həm də bunlar onların fəaliyyətinə istiqamət verə bilsinlər.280


Tədqiqatları məqsədyönlü etmək və təkmilləşdirmək üçün informasiya arxivi təsis etmək

Bir məqam da bəzi dostların sözlərində deyiləndir. Mən də burada qeyd etmişdim ki, təkidlə tapşırım. O da budur ki, biz mühüm tədqiqat və araşdırma məsələsini məqsədyönlü etməliyik; yəni ölkənin doğrudan da nəyə ehtiyacı olduğunu bilək və tədqiqatları həmin istqamətlərə yönəldək. Bəzi dostların sözlərində buna təkid vardı. Tamamilə doğrudur. Bunun üçün bizə mərkəzi informasiya arxivi lazımdır. Görsünlər nə lazımdır, nə yerinə yetirilmişdir, bir tədqiqatı təkmilləşdirmək üçün nə lazımdır ki, bu müxtəlif hissələr bir-birinin yanına qoyula bilsin.281


Ölkədə elmi imtiyazların meyarını dəyişdirmək

Biz universitetdə elmi imtiyazın verilmə sistemini bu məsələlərə uyğunlaşdırmalıyıq. Misal üçün, ISI jurnalında bir, yaxud bir neçə məqalə nəşr etdirməyin özü kifayət etmir. Yəni bizim tədqiqatçımız elmi dərəcə əldə etmək üçün ölkəyə heç bir faydası olmayan, ölkənin tədqiqat ehtiyaclarından heç birini təmin etməyən bir məqalə hazırlamaq və istehsal etmək haqda düşünməməlidir. Bəli, onun jurnal sahibləri, yaxud başqa bir şəxs və başqa bir yer üçün faydalı olması mümkündür, amma ölkəyə faydalı deyil. O bu işi yalnız elmi dərəcədən ötrü görür. Bu sistem dəyişməlidir. Bu düzgün deyil.

Elmi imtiyazların verilmə sistemində və uyğun əsasnamələrdə hansı tədqiqat işinin ölkənin ehtiyacına uyğun olması, hansı işin tədqiqatlar məcmusunu tamamlaması nəzərə alınmalıdır. Bəzən hansısa sahələrdə bizim məcmu işlərimiz var, amma onun orta halqaları yoxdur. Bu halqaları təkmil etmək çox əhəmiyyətlidir. Deməli, elmi tədqiqatı ölkənin sənaye və digər həyati ehtiyaclarına uyğunlaşdırmaq lazımdır.282
Fundamental elmlərin əhəmiyyəti

Elm və tədqiqata aid bütün sahələr, həmçinin fundamental elmlər mənim dəfələrlə təkidlə dayandığım məsələlərdəndir. Hansı ölkə harayasa çatmışdırsa, fundamental elmlərlə çatmışdır.283


Ölkədə tədqiqatların vahid idarəetmə mərkəzinə ehtiyacı

Tədqiqatın idarəsi çox əsaslı məsələlərdəndir. Mən bunu ramazan ayında tələbə və ya müəllimlərlə keçirdiyim iclasda demək üçün qeyd etmişdim. İndi yadımda deyil bu iki məclisin hansı idi, amma vaxt olmadı, ona görə indi deyirəm. Tədqiqat üçün idarəçilik lazımdır. Biz dönə-dönə deyirik ki, tədqiqat büdcəsi, misal üçün, 0.47 faizdən 3 faizə çatmalıdır. Biz onun maddi və kəmiyyət cəhəti üzərində söhbət edirik. Düzdür, bu lazımdır da, amma bunun bir keyfiyyət cəhəti də var. Eyni və lazımsız tədqiqatlar aparılmamalıdır. Mühüm olan fundamental, tətbiqi və təcrübi tədqiqatlardır. Üç növ tədqiqat var. Onların hər birinin ölkə tədqiqatları məcmusunda öz payı və çəkisi var. Bizim problemlərimizdən biri budur ki, bu tarazlığa riayət etmir, onu nəzərə almırıq. Ölkədə tədqiqatları idarə etmək lazımdır. Və bu, əzizlərin, bu fəal və işə hazır hökumətin iradəsi ilə həyata keçməlidir.284


Hökumətin elmi nümunələrlə əməkdaşlığının zəruriliyi

Əlbəttə, bu ekspert işində mənim həm sizinlə, həm də cənab prezidentlə dəfələrlə söhbət etdiyim məsələ - elmi nümunələrlə əməkdaşlıq məsələsi də var. Elmi nümunələrdən istifadə edin. Ölkədə elmi istedadlar çoxdur, bu qrupla və onunla əlaqədar təşkilatlarla məhdud deyil. Ölkədə elmi nümunələrimiz həqiqətən, az deyil; universitetlərdə, istehsalat və tədqiqat mərkəzlərində var. İnsan hərdən belə insanlarla rastlaşdıqda görür ki, hamısı kömək etmək istəyir. Bunları axtarın. Sözsüz ki, elmi nümunələrin özlərini təqdim etmələri əməldə görünməlidir. Bu, mühüm məsələdir.285


Elmi nümunələrlə iclasın iki məqsədi

Bizim bugünkü məclisimiz, mənim fikrimcə, iki məqsəd üçündür: Biri milli və ümumi səviyyədə simvolik məqsəddir. Biz istəyirik ölkənin ictimai fikrində ölkədə elmi hərəkatın ciddiliyinə, ölkə məmurlarının bunu istədiklərinə, bununla ciddi məşğul olduqlarına, elm, elm öyrənən və elmi nümunə üçün dəyər tanıdıqlarına dair inam yaransın. Bu gün bizim buradakı hərəkətimizin və toplantımızın simvolik mənası budur.

İkinci məqsəd ölkə məmurlarına - dövlətin və müxtəlif qurumların məsul şəxslərinə yenidən xatırlatmaqdır. Bilsinlər ki, bu istəyi icra etməlidirlər. Ümumi və icra siyasətlərində ölkənin elmi inkişafı və tərəqqisi qəti proqram sayılsın. Bu iki məqsəd inşallah hasil olmuşdur.286
Quruluşun qərar mərkəzlərini elmi sahəyə yönəltmək

Mən ötən illərdə və buna bənzər məclislərdə dəfələrlə demişəm ki, bizim belə illik məclisimizin bir simvolik cəhəti var. Yəni istəyirik ki, bu görüş quruluşun ölkə müəllimlərinə, tədqiqatçılarına və universitet mənsublarına hörmətinin ifadəsi olsun. Lakin təsəvvür etmək olmaz ki, bu məclis nümayişkaranə bir məclisdir, əksinə, gözlənilən budur ki, bu məclisdə bəzi mövzuların deyilməsi quruluşun qərar mərkəzlərini, möhtərəm nazirləri, müxtəlif məmurları, bizim özümüzü elmi işə, universitet işinə və bu sahədə inkişafa yönəltsin.287


Hökumətin icra nəzəriyyələrinin universitetlərdə müzakirəsi

Hökumətin icra nəzəriyyələrini sınaq mərhələsindən öncə universitetlərdə və tədqiqat mərkəzlərində müzakirəyə çıxarmaq çox yaxşıdır. Əlbəttə, mən sizə deyim ki, dövlət məmurları və möhtərəm prezident çox zaman bu işi gördüklərini deyirlər. Demək olmaz ki, heç vaxt görmürlər. Mən bu məsələni dəfələrlə məmurlara, o cümlədən çox işgüzar, zəhmətkeş və səmimi prezidentimizə demişəm. O da deyir ki, biz bunu edirik, universitetdə müzakirə etdik, yaxud hansısa tədqiqat qrupu işlədi. Amma hər halda, yaxşı ideyadır.288


Elm mərkəzləri arasında əməkdaşlığın zərurliyi

Xoşbəxtlikdən, Elmi Nümunələr Fondu və cənab Doktor Vaizzadə, Allaha şükür olsun ki, çox yaxşı fəaliyyət göstərirlər. Mən çox sevinirəm ki, onlar işə başlamışlar. Lakin mövcud olan zəif nöqtələri tapmalı və bir-bir aradan qaldırmalıdırlar.

Zəif cəhətlərdən biri əlaqəsizlikdir. Elm və texnologiyaya aid sahələrdə tam əlaqə yaranmalıdır. Biz sənaye və universitetin əlaqəsi məsələsini irəli sürdük. Allaha şükür ki, bu sahədə işlər görülür və daha çox işlər görüləcək. Məsul şəxslər elmi nümunələrin tədiqiqat, sənaye və digər mərkəzlərlə əlaqəsi barədə bəzi müjdələr vermişlər. Lakin elm mərkəzlərinin özləri arasında uyğunluq çox lazımdır. Təhsil və Səhiyyə nazirliklərinin prezidentin Elm və texnologiya müavinliyi, Elmi Nümunələr Fondu, Elm və Sənaye Tədqiqatları Komitəsi və bu sahələrdə çalışan digər qurumlarla daimi bir əlaqəsi və əməkdaşlığı lazımdır. Bunlar bir-birini vurmamalı, bu sahədə boşluq yaranmamalıdır.289
Elmi nümunələrlə iclasların ilk məqsədi

Mən istəyirəm ki, müəllimə və alimə ürəkdən və candan göstərdiyim hörmət cəmiyyət miqyasında əks olunsun. Bizim alim və müəllimlərimizin cəmiyyətdən hörmət görmələrinə ehtiyacımız var.

Elmi inkişaf etdirmək üçün ən yaxşı həvəsləndirici amil elm adamına hörmət etməkdir. Bizim universitetlərimizin müəllimləri, tədqiqat mərkəzlərimizin görkəmli şəxsləri, elmi nümunələri elmi cəhətdən dəyərli və nümunə insanlar sayılırlar.

Buna görə, bu məclis birinci növbədə bundan ötrüdür və bu məqsəd Allahın lütfü ilə bizim oturub-durmağımızla hasil olur. Siz əziz dostlar, qardaş və bacılar bilin ki, mən alimə və elmə hörmət və dəyər tanıyıram, qəlbimdə təzim göstərirəm və bütün ölkədə hamının – məmurların, adi camaatın və müxtəlif idarələrin bu hissə malik olmalarını və bunu əməldə göstərmələrini istəyirəm; sözsüz ki, görsənir də.290


Milli media vasitəsi ilə elmi nümunələri təqdir etməyin zərurliyi

Burada deyilməsi lazım olan başqa bir məsələ - baxmayaraq ki, onun dinləyicisi əslində başqa adamdır – elmi nümunələrə hörmət məsələsidir. Bu söz əslində bizim media qurumlarımıza, xüsusən də milli mediaya, radio və televiziyaya aiddir. Siz aparılan təbliğata diqqət yetirin: artistlər, xarici aktyorlar və müxtəlif adlar təbliğ olunur. Məsələn, televiziyada yarış keçirib sual verirlər ki, filan filmin qəhrəmanının adı nədir; əgər desən və bilsən, qalib olacaqsan. Bunu bilməsən nə olar ki?! Məgər hansı qüsur yaranar?! Fərz edin milyonlarla insan bu filmi görməyiblər, bu sənətkarı, yaxud aktyoru tanımırlar. Bu, nöqsandır?! Onu tanımaq üstünlükdür?!

Dəfələrlə demişəm ki, mən peşəkar idmanın tərəfdarıyam... Lakin sözüm budur ki, biz nə üçün nümunəvi alimi nümunəvi idmançıdan az dəyərləndirməliyik?! Bizim nə qədər yüksək elmi nümunələrimiz var! Bizim o qədər elmi nümunələrimiz var ki, digər ölkələrin əli onlara çatsa, tez götürüb apararlar. Onları uca tutmaq lazımdır.

İndi mən misal üçün, mərhum Kazimi Aştiyaninin adını çəkirəm. Mən dəfələrlə onun adını çəkmişəm. Dünyadan da köçmüşdür, Allah ona rəhmət eləsin! Cənab Doktor Vaizzadə başqa bir əziz gəncin adını çəkdi; ötən il burada bizim aramızda idi, bu il isə vəfat etmişdir. Bunları uca tutmaq, tanıtdırmaq lazımdır. Biz tarixi elmi dahilərimizi də təbliğ etmirik. Ölkəmizin əhalisinin çoxu müxtəlif sahələrin böyük alimlərini tanımırlar. Yalnız fiqhdə, fəlsəfədə, dini elmlərdə yox, hətta bu gün dünyada geniş yayılmış fənlərdə - fizikada, riyaziyyatda, kimyada, mexanikada bizim öz tariximizdə görkəmli alimlər olmuş, böyük işlər görmüşlər. Onların bəzi ixtiralarından bu gün də istifadə olunur. Nə bizim gənclərimiz onların adlarını bilirlər, nə onlar təbliğ olunur, nə də xatırlanırlar. Bu böyük qüsurdur. Bu da mütləq düzəldilməlidir.291


Elmi prioritetlərin təyin edilməsi

Mənim tövsiyə kimi demək istədiyim ikinci məsələ budur ki, elmi ehtiyac və prioritetləri özümüz təyin edək və bunu təhsil proqramlarımıza salaq. Humanitar, fundamental və təcrübi elmlərin müxtəlif sahələrində, yaxud tədqiqatın müxtəlif səviyyələrində tam mütaliə və araşdırma nəticəsində bəzi prioritetlər təyin etmək mümkündür. Bunlar nəzərə alınmalı və proqramlara salınmalıdır. Biz məhdud imkan və çoxlu ehtiyaclarla özümüzə icazə verməməliyik ki, prioritet olmayan bir işə düşüncə, pul, zaman və insan sərmayəsi ayıraq. Bu da bir məsələdir.292


Qədim və gənc müəllimlərdən istifadə

Bizdə geniş yayılmış mövzulardan biri qədim və yeni müəllim məsələsidir. Bunun mübahisəli bir məsələyə çevrilməsinə qoymamalıyıq. Əgər məndən soruşulsa, deyərəm ki, bizim qədim və stajlı müəllimə də ehtiyacımız var, gənc, yeni və həvəskar müəllimə də. Onların hamısına ehtiyacımız var. Əlbəttə, mən tədris məsələsində bunun tərəfdarı deyiləm ki, bağlı halqalar yaradılsın, o müəllimlərin övladları olan və işə başlamaq istəyən gənclərə yol verilməsin. Xeyr, Elmi şura səviyyəsində belə hallara mane olmaq, gənclərin gəlməsinə imkan yaratmaq lazımdır.

Lakin qədim və təcrübəli müəllimlər, müxtəlif sahələrdə stajı olanlar quruluşun ehtiyatlarıdır. Bunladan maksimum istifadə etmək lazımdır. İllərlə bu fəndə işləyib bişmiş, çoxlu təcrübə toplamış və ölkənin sərvəti sayılan təcrübəli müəllimdən, həmçinin dəyərli bir universitetdə özünün doktorantura pilləsini yenicə bitirib uyğun fənn üzrə həvəslə və aktiv şəkildə dərs deməyə hazır olan təzə nəfəsli gəncin heç birindən keçmək olmaz. O təcrübəli, stajlı və qədim qocaya da ehtiyacımız var, bu yeni, elmi fəallığa və həvəskarlığa malik olan və işləyib çalışmaq istəyən yeni gəncə də. Gərək hər ikisindən istifadə edək. Bizim insani qüvvəyə ehtiyacımız var. Çalışıb hər ikisindən bəhrələnməliyik.

Bizim kadra ehtiyacımız var. Mənim fikrimcə, təhsil və tədqiqat mərkəzlərini inkişaf etdirmək üçün hər iki qrupdan istifadə etməliyik. Bundan əlavə, işə hazır olan tələbələr üçün də elmi iş yerləri açmaq və elmi nümunələri cəlb etmək olar.293


Humanitar elmlər sarıdan nigaranlıqlar

Bizə verilən məlumata əsasən, ölkəmizin təxminən üç milyon yarımlıq möhtəşəm tələbə toplumunun təxminən iki milyonu humanitar fənlər üzrə təhsil alırlar. Bu bir baxımdan insanı nigaran edir. Bizim humanitar elmlərdə yerli işimiz və İslam tədqiqatımız nə qədərdir? Məgər humanitar elmlərdə hazır kitabımız nə qədərdir? İslam dünyagörüşünə etiqadlı olub, sosiologiya, psixologiya, politologiya, yaxud digər fənn üzrə tədris etmək istəyən sanballı müəllimimiz məgər nə qədərdir ki, bu fənlərdə bu qədər tələbə qəbul edirik?

Humanitar elmlərin çoxlu mövzuları materializmə, insanı heyvan sayan, Allah-Taala qarşısında məsuliyyətsiz bilən, insana və dünyaya mənəviyyatsız baxışa əsaslanan fəlsəfələrə söykənir. Bu humanitar elmləri tərcümə edib qərblilərin dediyini və yazdığını olduğu kimi gətirib gənclərimizə öyrətməyimiz, ilahi və dini əsaslara və öz dəyərlərimizə qarşı şübhə və etiqadsızlığı dərs formasında gənclərə ötürməyimiz çox da yaxşı hal deyil.

Buna həm dövlət orqanlarında, məsələn, Təhsil Nazirliyində, həm Mədəni İnqilab Ali Şurasında, həm də burada mövcud olan qərar mərkəzlərində, universitetlərin özündə və universitetlərdən xaricdə diqqət yetirmək lazımdır. Hər halda, çox əhəmiyyətli bir məsələdir.294


Dəqiq elmi nəzərlərə tabe olmağın zəruriliyi

Mütəxəssis rəylərindən maksimum istifadə edin! Mən tövsiyə etmirəm ki, bu gün beynəlxalq iqtisadiyyatın ölkələrə diktə etməkdə olduğu bütün iqtisadi formul və nəzəriyyələrə tabe olasınız. Xeyr, bu bizim fikrimizin tam ziddinədir. Siz düzgün yollar axtarın, lakin elmi əsaslı və dəqiq mütəxəssis rəylərinə mütləq tabe olmaq lazımdır; xüsusən də pul və bank məsələlərində əsla ehtiyatsızlıq etmək olmaz. Yəni bunlar çox zərif məsələlərdir. Siz görürsünüz ki, yersiz və biçimsiz bir addım gözlənilmədən dəhşətli məsafə yaradır. Biz onu qət edincə çox xərc çəkməli və vaxt itirməliyik.295


Bugünkü inkişaf reallıqlarına əsasən inkişaf proqramları hazırlamaq

Burada iştirak edən möhtərəm məmurlara - möhtərəm nazirlərə, Elmi Nümunələr Fondunun möhtərəm sədrinə, prezidentin xanım müavininə və digər məmurlara müraciətlə xatırlatmaq istəyirəm ki, siz proqramları bu reallıqlara əsasən hazırlamalısınız.

Bu il alim gəncdən eşitdiyim bir il və təbii ki, on il öncə tələbə, yaxud məzun gənclərimizdən eşitdiyimdən çox üstün, bişmiş və dərindir. Mən həmişə universitet mənsubları ilə əlaqədə olmuşam. Bilirsiniz ki, hər il müxtəlif münasibətlərə görə gənclərlə bir neçə görüşüm olur, belə məclislər keçiririk, söhbət edirlər, danışırlar, fikirlərini bildirirlər.

Mənim ölkə proqramlarından əlavə özümün bir dəyərləndirməm var. Mən bu dəyərləndirmədə bu gün malik olduqlarımızla on il öncə malik olduqlarımız arasında gözəçarpan fərq müşahidə edirəm. Yəni inkişaf aydın şəkildə özünü göstərir. Möhtərəm məmurlar gələcək üçün bu reallığa əsasən proqram hazırlasınlar. Əziz gənclərin burada toxunduqları məqamlar dəqiqliklə ölkənin elmi hərəkətinə, gələcəyinə və inkişafına hesablanmış məsələlərdir. Bəllidir ki, gənclər əsaslı məsələlərə yaxşı diqqət yetirirlər.296




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə