Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Beşinci fəsil: Universitet tarixi



Yüklə 2,2 Mb.
səhifə7/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Beşinci fəsil: Universitet tarixi


Bizim universitetimizin əsası qeyri-dini təməllər üzərində quruldu!

Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsirini buraxdı və bizim universitetlərimizin bünövrəsi qeyri-dini təməllər üzərində quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də onlardan və elm hövzələrindən. Bu acınacaqlı hal həm elm hövzələrinə, həm də universitetlərə mənfi təsir göstərdi.327


İslam əxlaqından və milli vicdandan uzaq şəxslərin universitetlərə rəhbərlik etməsi

Xəmiri dindən və elm hövzələrindən ayrı yoğrulan universitet nə dini, nə İslam əxlaqı, nə siyasi əxlaqı, nə də ölkəsinə və xalqına hörməti olan bir ovuc insanın əlinə düşdü. Son yetmiş ildə Əmir Kəbir kimi bəzi insanlardan və ondan sonrakı çox azsaylı bir neçə nəfərdən başqa bu ölkədə ali təhsil işlərinə rəhbərlik edənlərin çoxu öz xalqlarının maraqlarını üstün tutmayan, bu xalqın və ölkənin gələcəyindən daha çox başqa məsələlər haqda fikirləşən insanlar idilər.

Təsadüfi deyil ki, İran xalqı öz elmi keçmişi, parlaq istedadı, zəngin və dərin İslam mədəniyyəti, əsrlər boyu meydana çıxmış çox böyük alimləri, oxumağa və öyrənməyə olan təbii həvəsi ilə yanaşı, dünyanın elm və bilik zirvələrinə sarı dördnala hərəkət etdiyi 150-200 ildə geriqalmış xalqlardan olmuşdur.

Əgər bu xalqı öz ixtiyarına buraxsaydılar, elmdə öncül olardı, əvvəldən cəmiyyətlərin daxilindən baş qaldıran və çiçəklənən elmlərin çoxunda inkişaf edərdi, dünya ilə birgə irəliləyər və bu qədər geri qalmazdı.328


Universitetin təməlini qoyanların antidin düşüncələri

Səbəbi budur ki, universitetin bünövrəsini elə adamlar qoydular ki, nəinki dinin əsasını qəbul etmirdilər, hətta onu kökündən məhv etməyə çalışırdılar. Məgər belə deyil?! Ölkəmizdə universitetin, Avropa mədəniyyətinin tarixçəsi budur. Bu mədəniyyəti gətirənlər belə məsələləri əbəs sayırdılar. Yeni ziyalılıq ümumiyyətlə, belə doğuldu: antidin, dinə zidd və onu məhv etməyə çalışan amil kimi. Universitet də sözügedən yeni Avropa ziyalılığının törədiyi və inkişaf etdiyi yer idi. Buna görə mühit qeyri-dini oldu.329


Universitetin bünövrəsi dinlə ziddiyyət üzərində quruldu!

Avropalılar nail olduqları cəlbedici elmi tərəqqiləri və yeni elmi düşüncələri İslam ölkələrinə daxil edərkən onlardan xalqı dindən uzaqlaşdırmaq, ürəklərdə olan din-iman şöləsini söndürmək və dini vicdan oyaqlığını aradan qaldırmaq üçün istifadə etdilər. Buna görə də universitetləri əvvəldən etiqadsız bünövrə üzərində yaratdılar.

İlk dövrlərdə təhsil üçün gedən gənclərin hər bir qrupu avropalıların antiislam təbliğatına tuş gəldilər. Qərb mədəniyyətinin ilk yetirmələrinin hamısını demirəm, amma əksəriyyəti dinə biganəlik və hətta ədavət hissi keçirən insanlar idilər. Əlbəttə, iradələrin zəifliyi, güclü və yeni dini təbliğatın olmaması da təsirli idi.

Universitetin, yəni günün elmi nailiyyətlərinə uyğun alim insanlar yetişdirən mərkəzin özülü dinsizliklə və dinə ziddiyyətlə qoyuldu. İllərlə bu məsələni köklü şəkildə və diqqətlə davam etdirdilər. Yəni nəinki universitetlərdə din faktorunu zəiflətdilər, hətta onunla mübarizəyə qalxdılar.330


İnqilabdan öncəki universitetin hövzə barədə təsəvvürü

İnqilabdan öncə universitet mənsubları ruhaniləri çoxdanışan, nadan, çox gözləntisi olan və heç bir şey bilməyən insanlar hesab edirdilər. Mən onların çoxu ilə rastlaşmışam. Məsələn, bir məclisdə bir hövzə tələbəsi ilə oturub iki sanballı söz eşidəndə deyirdilər ki, maraqlıdır, doğrudan da ruhanilər arasında sizin kimilər var? Halbuki o, adi bir tələbə idi. Onlar ruhaniləri tanımırdılar, ölkənin elm və bilik adamlarının ruhanilik barədə təsəvvürü yanlış idi. Elm hövzəsi bünövrədən elm və tədqiqat mərkəzi olmuşdur. Ölkəmizdə elm hövzələri qədimdən mənfəət güdməyən elmin mərkəzi olmuşdur. Lakin onlar hövzələri elmdən uzaq yer bilirdilər.331


Dini inancın kökünü kəsmək üçün universitet açmaq

Universitet hər bir ölkə üçün əslində, hər şeydir. Tələbə cəmiyyətin gələcəyinin təminatçısıdır. Bu günün tələbəsinə baxıb hər bir cəmiyyətin sabahının necə olacağını bilmək, yaxud güman etmək olar. İranda dini inancı kökündən qoparmaq niyyətilə universitetə gedən və tələbə mühitini antidin təfəkkür, xəyal və məşğuliyyətlərilə bulayan insanlar nə etdiklərini çox yaxşı anladılar və öz çirkin məqsədlərindən ötrü doğrudan da əsas amil üzərində dayandılar.

Bilirsiniz ki, İranda universitet açılanda və ölkəmizdə yeni elmlərə maraq yarananda - əlbəttə, bu iş çox lazım idi və çox gec başlandı; əslində, 100 il əvvəl başlamalı idi - elə o zamandan seçim və proqramlarda dini vurmağa başladılar.

İnsan bəzi məsələlərə həqiqətən adət edib, onların əhəmiyyətini anlamır. Biz tağut dövründə adət etmişdik və belə başa düşürdük ki, universitetə gedən hər bir gənc dinsiz çıxacaq. Bu fikir hələ də yanlış olaraq bir çox beyinlərdə var. O zaman isə doğru idi; yəni məlum idi ki, universitet dinə və dindarlığa dözməyən bir yerdir. Hər şeydə belə şərait yaratmışdılar.

Onlar düşünülmüş şəkildə elə proqram hazırlamışdılar və istədiklərinə nail oldular. Bu ölkədə təxminən əlli il, yaxud bir qədər də artıq müddət ərzində yeni elmə, təcrübəyə və Qərb mədəniyyətinə bir qədər yaxınlaşanlar öz ənənələrindən və əsl İslam inancından bir o qədər uzaqlaşırdılar. Təbii ki, bizim cəmiyyətimiz müsəlman idi və hər halda, ali təhsillilərimizə müəyyən təsir göstərirdi. Eyni zamanda, o fikirlərə müxalif və zidd amillər də cəmiyyətdə vardı. Onlar bu barədə düşünməmişdilər.332
Pəhləvi rejiminin ideal universiteti

İslam Respublikasının yaranmasından öncəki əlli ildə ölkə universitetlərinin siyasətini təyin və ona rəhbərlik edənlər indiki yolun əksinə gedirdilər. Onların ideal universiteti yalnız elmdə yox, hətta düşüncədə, mədəniyyətdə və arzularda da Qərbdən asılı, Qərbin şagirdi və ona tabe olan universitet idi. Qərbdə yayılmış fərziyyə və nəzəriyyələrdən təsirlənmək, yalnız elm və texnoligiyada yox, hətta əxlaqda, siyasətdə, incəsənətdə, rəftarda və adət-ənənələrdə də onlara qeyd-şərtsiz tabe olmaq asılı və azğın Pəhləvi quruluşunun universitet üçün bəyəndiyi, proqram hazırladığı və icra etdiyi əsas faktorlar idi. O rejimin ümumi proqramında universitet İranın öz dini və milli kimliyindən uzaqlaşmasına sarı hərəkətinin avanqardı olmalı idi.333


Keçmiş rejimdə yaranan elmi gerilikdə universitetin proqramını hazırlayanların rolu

Şübhəsiz, azğın rejimin əlli ildən artıq sürən hakimiyyəti dövründə ölkənin elmi gerliyinin günahının mühüm bir hissəsi ölkə universitetini elə istəyən və onun üçün proqram hazırlayan şəxslərin üzərinə düşür. Onlar belə bir təfəkkür altında yetişmiş vəzifəli şəxslərin ləyaqətsizliyinin böyük hissəsində şərikdirlər.334


İnqilabdan öncəki universitetə hakim mədəniyyət

İnqilabdan öncəki universitet xalqın təlatümlü okeanı arasında ucqar bir ada idi. Mömin, dindar və yaxşı müəllim və tələbələri çıxsaq, o zaman universitet elə vəziyyətdə idi ki, oraya girsəydiniz, ümumi mədəniyyətə, imana, inamlara və xalqın etiqadlarına arxa çevirməli idiniz. Universitet müəllim və tələbələrin böyük əksəriyyəti üçün məhz şəxsi məqsədlər yeri idi. Siyasi və mübariz bir qrupdan başqa digər şəxslərin fikri-zikri şəxsi məsələlər idi; ictimai məsələlər haqda düşünmür, cəmiyyətlərinin dərdlərini hiss etmirdilər.

O zaman bir tələbə üçün ən mühüm arzu bu idi ki, hansısa bir yolla özünü sərhədlər xaricinə çatdıra bilsin. Universitet Qərbə vurulmuşdu, yenilik yaratmaq istəmirdi. Müəllim və tələbədə bu meyl vardı, amma universitetə hakim ənənə bu deyildi, şah rejiminin güclü şəkildə rəvac verdiyi asılılıq mədəniyyəti idi. Universitet daxilində ziyalılıq iddiasında olan şəxslər də xalqın ziyalıları deyildilər, xalqdan uzaqlaşmış kafe ziyalıları idilər. Onların çoxu inqilabdan sonra getdilər və indi də Avropa ölkələrində kafe adamlarıdır, çevrələrinin çoxu kafe çevrəsidir. Universitetin vəziyyəti belə idi.335


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə