Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Beşinci bölmə: Hövzələr Birinci fəsil: Hövzənin keçmişi



Yüklə 2,2 Mb.
səhifə10/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Beşinci bölmə: Hövzələr

Birinci fəsil: Hövzənin keçmişi


Yeni elmlərin hövzəyə daxil olmamasının amilləri

Yeni elmlər elm hövzələrinə yol tapmadı. Həm də axtarmaq lazımdır ki, heç olmasa əvvəllər hövzələrdə tədris olunan qeyri-dini elmlər nə üçün hövzələrə daxil edilmədi və özləri həmin elmlərin varisləri, sahibləri və mütəfəkkirləri olan alimlər onları rədd etdilər. Bunun iki səbəbi vardı. Hər iki səbəb qərblilərin dünya miqyasında təbii elmlərə sahiblənmələrinə görə idi. Biri odur ki, din alimləri kafirlər və din düşmənləri tərəfindən yayılan elmə bədbin yanaşır və onu rədd edirdilər. İkinci səbəb isə bu idi ki, həmin düşmən və kafirlər öz elmlərinin onlara öyrətmək istəmir, dini mərkəz olan elm hövzələrinə buraxmırdılar. Hər ikisi bir-birindən qaçır, bir-birinə düşmən olmuşdular. Əsas səbəb də bu idi ki, bütün dünyada, o cümlədən İslam ölkələrində elm antidin siyasətlərin əlində alətə çevrilmişdi.426


Dinin hövzələrin elmi fəaliyyəti sayəsində qalması

Birinci məsələ elm hövzələrinin rolu barədədir. Bizim cəmiyyətimizdə istər keçmişdə, istər indi və istər gələcəkdə bu rol haqda çox araşdırma aparılmalıdır. Ruhani toplumundan xüsusən elm hövzəsini seçdik. Çünki bura din alimlərinin tarlası və gələcəkdə fəqahətin - ictihada lazım olan fiqh, üsul və digər elmlərin səmərəli ağaclarının yetişdiyi yerdir. Bu hövzələr tarix boyu dini qoruyub təbliğ etməyi bacarmışlar. Əgər elm hövzələrinin əvvəldən bu günədək çəkdiyi zəhmətlər olmasaydı, şübhəsiz, dindən və dini həqiqətlərdən əsər-əlamət qalmazdı. Dinin qalması hövzələrin elmi fəaliyyətinə borcludur.427


Elm və ruhaniliyin minillik imici

Mən dəfələrlə demişəm ki, indiki ruhani nəslinin hörmətinə görə xalqın İslam inqilabına meyl göstərdiyini düşünməməliyik. Bu, səhvdir. Əslində ruhaniliyin tükənməz bir ehtiyat olan minillik hörməti bu qələbə və uğurlara səbəb oldu. Bu minillik hörmət uzun əsrlər boyu böyük alimlərin elm və təqvası sayəsində qazanılan imicdən ibarətdir. Yəni bu işdə Əllamə Hillinin rolu olub, Mühəqqiqin rolu olub, Məclisinin rolu olub, Birinci və İkinci şəhidlərin rolu olub, Şeyx Tusinin rolu olub, Seyid Mürtəzanın rolu olub, Şeyx Ənsarinin rolu olub, uzun əsrlər boyu Nəcəfdə çalışan böyük alimlərin rolu olub, Qum böyüklərinin rolu olub, mərhum Hacı Şeyx Əbdülkərim Hairi Yəzdinin rolu olub, mərhum cənab Bürucerdinin rolu olub; yəni minlərlə görkəmli insan ömürlərini paklıq və təqva içində keçirdilər, yüksək səviyyəli alimlər yetişdirdilər, elmi əsərlər yaratdılar və bir cəmiyyəti, bir xalqı tədricən köklü formada ruhaniliyə inandırdılar. Belə deyil ki, bir dövrün və nəslin xalqı bir şəxsi istəsin, amma sonrakı nəsil istəməsin. Bir sevgi köklü və dərin olduqda insani xislətlər kimi bir nəsildən digər nəslə ötürülür; Hüseyn ibn Əlinin (ə), yaxud Əhli-beytin məhəbbəti kimi.428


Səfəvilərin Şiə fiqhi və kəlamı üzərində haqqı

Mən Səfəviləri dəyər düşməni kimi göstərənlərdən fərqli olaraq, demək istəyirəm ki, onlar nəinki adi şiəlik, hətta Şiə elmi, fiqhi və kəlamı üzərində də böyük haqqa malikdirlər. Yolu açıb şiə alimlərini yetişdirən və yüksəldən onlar olmuşlar. Əvvəlcə Livandan Mühəqqiq Kərəki kimi böyük alimlər gətirdilər, sonra da yerli alimlər yetişməyə başladı.429


Hövzənin elmi və mənəvi zənginliyi

Dəfələrlə dediyim kimi, elm hövzəsinin ehtiyat baxımından heç bir çatışmazlığı yoxdur. Yəni bu hövzədə din elmlərinin xalqın ehtiyacı olan fiqhdən, üsuldan tutmuş kəlama, təfsirə və digər fənlərə qədər bütün sahələrdə böyük elm, mənəviyyat və təqva ehtiyatları mövcuddur.430


Din alimləri

Bizim tariximiz misilsiz gözəlliklərlə doludur. Tarix boyu din alimləri həqiqətən maddi və dünyəvi tamahdan uzaq ən müqəddəs fəaliyyətin timsalı olmuşlar. Bu o demək deyil ki, alimlər arasında dünya adamı olmamışdır. Xeyr, şübhə yoxdur ki, dünya adamı olan alim də olmuşdur. Bu həm də o demək deyil ki, dəyərli elmi iş görmüş, elm və tədqiqatla məşğul olmuş alimlər dünyəvi məqamlara çatmayıblar. Məsələn, Mühəqqiq, Əllamə, Şeyx Cəfər Kaşif əl-Ğita və digərləri yüksək rəyasət məqamına da nail olublar. Söhbət bundan getmir. Söhbət bundan gedir ki, istər fiqhdə, istər üsulda, istər təfsirdə, istər bir zaman hövzələrdə tədris olunan və digər yerlərdə mövcud olmayan elmlərdə, məsələn, riyaziyyatda, məntiqdə aparılmış ən yüksək və ən güclü elmi tədqiqatlar nə pul, nə peşə, nə də dünyəvi və maddi maraq üçün işləyən şəxslər tərəfindən baş vermişdir.431


Ruhanilərin Allah naminə elmi fəaliyyət tarixi

Kiminsə həkim olmaq və pul qazanmaq üçün tibb elmini öyrənməsi mümkündür, lakin din libası ilə pul qazanmaq üçün kiminsə özünü zəhmətə salıb fiqh elmində bu qədər tədqiqat aparması lazım deyil. Əgər kimsə Allah eləməmiş, din və elm libasından dünyəvi ehtiyaclarını təmin etmək üçün sui-istifadə etmək istəsə, tədqiqatla və elmi işlərlə məşğul olmadan da edə bilər. Belə deyil ki, ruhanilik aləmində, yaxud din libasında kimin elmi çoxdursa, qazancı da çox olsun. Xeyr, nə keçmişdə və belə bir şey olmuşdur, nə də bu gün var. Deməli, nəticə alırıq ki, fəqahət elminin və onun şaxələrinin – məsələn, üsul elminin, yaxud digər birinci dərəcəli İslam elmlərinin, məsələn, təfsir, kəlam, hikmət və fəlsəfənin zirvəsini yaradanların dünyəvi marağı olmamışdır. Onların məqsədi ilahi və ən azı elmi məqsəd olmuşdur. Bəzilərində ilahi məqsəd olmamışsa da, dünyəvi məqsəd də olmamışdır. Bu çox dəyərli məsələdir. Şiə ruhaniliyi tarixinin bu xüsusiyyətləri tanıtdırılsa, həqiqətən, yaxşı olar. İnsan digər tarixlərdə belə xüsusiyyətləri az müşahidə edir. Əlbəttə, demək istəmirik ki, dünyada belə şey olmamışdır. Xeyr, insafla desək, dünyanın digər yerlərində də olmuşdur; harada inkişaf və nailiyyət varsa, çox zaman belə səmimilikdən irəli gəlir. Lakin bizim ruhaniliyin bu işdə uzun və davamlı tarixi vardır.432


Ən dərin və ən geniş hüquq məcmusu

Siz bu gün də Əhli-beyt fiqhinə müraciət etsəniz, onda ən dərin, ən məzmunlu və ən şaxəli fərdi və ictimai hüquq toplusunu görərsiniz. Yəni heç bir hüquq toplusunda fərdi və ictimai məsələlərə - ailəyə, hökumətə, bəşərin ümumi fəaliyyətlərinə, məsələn, ticarətə, işə və digər sahələrə aid məsələlərə bu qədər dərin və tədqiqi şəkildə diqqət yetirilməmişdir. Belə bir fərdi və ictimai hüquq toplusu dünyada ən azı nadir, İslam fiqhində isə misilsizdir. Biz digər İslam məzhəblərinin, məsələn, yaxşı tanıdığımız dörd Əhli-sünnə məzhəbinin, yaxud Zeydiyyə və ya İbaziyyə firqələrinin fiqhi ilə müqayisədə deyirik ki, Şiə fiqhi həqiqətən, fərqli və üstündür. Bu da bizim böyük və hörmətli ruhanilik tariximizin başqa bir cəhətidir.433


İslam tarixinin ən böyük elm toplusu

Qum Elm Hövzəsi həqiqətən, dəyərli bir hövzədir. Mən bir neçə il öncə bir dəfə Feyziyyə mədrəsəsinin auditoriyasında dedim ki, şübhəsiz, İslam tarixinin əvvəlindən bu günə qədər Qum Elm Hövzəsinin bu günü kimi böyük, dərin və keyfiyyətli elm mərkəzi olmamışdır. Şübhəsiz ki, elm hövzələri olmuş, Bağdadda, Hillədə, Nəcəfdə, Kərbəlada və digər yerlərdə böyük alimlər olmuşlar. Lakin belə böyük sayda, bu çeşiddə, bu qədər müəllim, şagird və dərslərlə belə bir şey olmamışdır. Bugünkü elm hövzəsinin mərhum Ayətullah Bürucerdinin dövründəki elm hövzəsi ilə çox fərqi var. O zaman biz bu elm hövzəsində idik, Feyziyyə və Höccətiyyə mədrəsələrinin tələbəsi idik. O hövzənin çoxlu parlaq və dəyərli cəhətləri vardı, lakin bugünkü hövzədə böyük müəllim və şagird izdihamının kənarında olan fəaliyyət, ayıqlıq və məsuliyyət hissi o zamanla müqayisəolunmazdır. Əlbəttə, o zaman da çox böyük və dəyərli müəllimlər vardı; bunda şübhə yoxdur. Lakin bu gün hövzədə elə xüsusiyyətlər var ki, o zaman yox idi.434


Qum - İslamın düşüncə və elm paytaxtı

Qum şəhəri yetmiş ildir İslam dünyasının düşüncə və elm paytaxtıdır. Mərhum Ayətullah Hairinin hicri tarixi ilə 1340-cı ildə Quma gəlişindən etibarən bu şəhər İslam və Şiə dünyasının əsas elm mərkəzinə çevrildi və mərhum Ayətullah Bürucerdinin dövründə öz zirvəsinə çatdı. O dövrlərin məhsulu Böyük İmam kimi möhtəşəm və misilsiz şəxsiyyətin meydana çıxması idi. Qumun bu parlaq keçmişi var və həmişə dövrün ehtiyacına cavab vermişdir.435


Müasir dövrdə hövzənin təbii geriliyi

Elm hövzələri müasir dövrdə təbii olaraq dövrdən bir qədər geri qaldılar. Buna görə də heç kəsi günahlandırmaq olmaz. Çünki iniqilabın baş verməsi və cəmiyyətdə bu güclü şimşəyin çaxmasından qaynaqlanan yeniliklərin sürəti hər şeyi geridə qoydu. Bizim cəmiyyətimizin ziyalıları da, universitetlərimiz də lazım olduğundan geridədir, elm hövzəsi də. Yəni bu möhtəşəm yenilik bütün ətrafına, müxtəlif səviyyələrə və çox dərinliklərə qədər təsir buraxdı. Biz bu yenilikdən geriyik. Hövzə bir qədər geridədir, lakin lazımi sürətlə və ciddiliklə bunu düzəltmək olar.436


Elm hövzəsi - canlı varlıq

Hövzə müxtəlif hissələrə malik bir tam olaraq canlı bir varlıqdır; inkişafı və xəstəliyi, hərəkəti və fəaliyyəti, dayanması və durğunluğu, həyatı və ölümü var. Canlı bir varlıqdır. Dəlili də elm hövzələrinin tarixidir. Misal üçün, altıncı əsrin sonlarından səkkizinci əsrin əvvəllərinə qədər Hillə Elm Hövzəsi rövnəqli bir hövzə idi. Xacə Nəsirəddin Tusi Hilləyə gedəndə orada böyük alimlər toplaşmışdı. Mənim yadımda olan qədərincə, orada təxminən iyirmi-iyrimi beş böyük alim vardı. Onların biri Mühəqqiq Hilli idi, biri əllamənin atası, biri “Cami əş-şəraye” kitabının müəllifi olan Yəhya ibn Səid Hilli idi və ilaxir. Bu, Hillə hövzəsi idi. Lakin Hillə hövzəsi bu gün yoxdur. Nəcəf hövzəzi bir zaman ilkin rövnəqindən sonra hərəkətsiz qaldı. Nəcəf hövzəsində məşhur alim və görkəmli şəxsiyyət yox idi. Sonra Vəhid Bəhbəhaninin şagirdləri, o cümlədən Bəhrülülum və Kaşif əl-ğita onu elə rövnəqləndirdilər ki, mənim fikrimcə, iki yüz ildir onların zəhməti Nəcəf hövzəsini inkişaf etdirir. Onların fiqhdə məharəti və işlərinin dərinliyi hövzəni aktivləşdirdi, canlandırdı və beləcə, Allaha şükür olsun ki, son dövrlərə qədər canlı qaldı.

Qum hövzəsi yox idi. Qədimdə ilkin canlanmadan sonra rövnəqsiz və zəif bir hövzə vardı. Hacı Şeyx Əbdülkərim Hairi gəldi və hövzə canlandı. Elm hövzəsi belədir.437


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə