E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə17/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   13   14   15   16   17   18   19   20   ...   121

 
37
III FƏSİL 
MƏNFƏƏT KARBOHİDROGENLƏRİ VƏ HASİLATIN 
PAY BÖLGÜSÜ 
 
3.1. Mnfəət karbohidrogenləri, onlara çəkilən xərclərin ödənilməsi və hasilatın 
bölüşdürülməsi qaydası 
 
ARDNŞ ilə xarici dövlətlərin aparıcı neft şirkətləri arasında bağlanmış müqavilələrə görə 
podratçının ixtiyarı vardır ki, neft-qaz əməliyyatlarına çəkilən məsrəflərin  əvəzini aşağıdakı 
qaydada alsın: ilk növbədə ümumi hasilat həcmindən bütün əməliyyat məsrəflərinin  əvəzi 
ödənilir; sonra bütün əsaslı  məsrəflərin  əvəzi podratçının  əməliyyat məsrəflərinin ödənilməsi 
üçün lazım olan xam neft və  sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra hasilatın ümumi 
həcmində qalmış xam neftin və sərbəst təbii qazın 50%-dən artıq olmayan həcmindən ödənilir. 
Bu, əsaslı məsrəflərin əvəzinin ödənilməsi üçün ayrılan karbohidrogenlər hesabına əldə edilir. 
Podratçının məsrəflərinin  əvəzinin ödənilməsi çatdırılma məntəqəsində ona kontrakt 
sahəsindən çıxarılan xam neftin və sərbəst təbii qazın həcmləri üçün karbohidrogenlər üzərində 
mülkiyyət hüququnun verilməsi yolu ilə  təmin edilir. Həmin neftin və qazın dəyəri neft-qaz 
əməliyyatlarına çəkilən və yuxarıda göstərilən qaydada əvəzi ödənilməli olan neft-qaz 
əməliyyatları  məsrəflərinə ekvivalent olmalıdır.  Əvvəlki illərdən fərqli olaraq, hazırda 
məsrəflərin  əvəzinin ödənilməsi hesabı  təqvim kvartalı  əsasında aparılır. Hər təqvim kvartalı 
qurtardıqda maliyyə  məsrəfləri, o cümlədən  əvəzi ödənilməmiş  əsaslı  məsrəflər və  əvvəlki 
təqvim kvartalından keçirilmiş, lakin adı  çəkilən cari təqvim kvartalında  əvəzi ödənilməmiş 
əməliyyat məsrəfləri əvəzi ödənilməmiş əsaslı məsrəflərə və yaxud əməliyyat məsrəflərinə əlavə 
edilir. Hər təqvim kvartalı üzrə əvəzi ödənilməmiş əməliyyat məsrəflərinin maliyyələşdirilməsinə 
çəkilən xərclər hər təqvim kvartalı başa çatdıqdan sonra həmin günədək  əvəzi ödənilməmiş 
əməliyyat məsrəfləri saldosu ilə cəmlənir və sonra əməliyyat məsrəfi kimi ödənilir. 
Podratçının neft-qaz əməliyyatlarına çəkdiyi və əvəzi ödənilməli olan, lakin əvvəlki təqvim 
kvartalında  əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı  təqvim kvartallarına keçirməyə 
hüququ vardır.  Əgər hər hansı təqvim kvartalında çəkilən və ya bu təqvim kvartalına keçirilən 
əvəzi ödənilməmiş kumulyativ əsaslı məsrəflərin və əməliyyat məsrəflərinin məbləği göstərilən 
təqvim kvartalı dövründə  məsrəflərin  əvəzinin ödənilməsi üçün ayrılan  əsaslı  məsrəflər 
karbohidrogenlərinin dəyərindən az olursa, əsaslı  məsrəflərin  əvəzinin ödənilməsindən ötrü 
verilən və istifadə edilməmiş  həmin karbohidrogenlərə  əlavə  mənfəət karbohidrogenləri kimi 
baxılır. 
Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan xam neftin və sərbəst təbii qazın 
həcmləri, həmçinin  əsaslı  məsrəflər karbohidrogenlərinin yuxarıda göstərilən kimi, toplanmış 
əsaslı məsrəflərin əvəzinin ödənilməsi üçün istifadə olunan hissəsi çıxılandan sonra qalan ümumi 
hasilat həcminin saldosu hər təqvim kvartalında hesablanır və ARDNŞ ilə podratçı arasında «R-
faktoru»  əsasında bölüşdürülür. Müvafiq bölgünü xarakterizə edən göstəricilər aşağıdakı 
cədvəldə əksini tapmışdır: 
Cədvəl 10 
Mənfəət karbohidrogenlərinin bölgüsü 
/faizlə/ 
R-faktoru 
ARDNŞ payı 
Podratçının payı 
R vahiddən azdır 
45 55 
R ikidən azdır 
55 45 
R üçdən azdır 
70 30 
R dörddən azdır 
80 20 
R dörddən çoxdur 
90 10 
 


 
38
Məsrəflərin  əvəzinin ödənilməsi, mənfəət karbohidrogenlərinin bölüşdürülməsi üçün xam 
neftin dəyəri kontrakt şərtləri əsasında hər hansı təqvim kvartalında xalis dəyəri olub aşağıdakı 
qaydada müəyyən edilir: 
a.
 
təqvim kvartalı  ərzində hansı  tərəf kontrakt sahəsindən çıxarılan xam neftin /yaxud 
kontrakt sahəsindən çıxarılan xam neftin əvəzinə mübadilə  və ya «svop» sazişləri 
nəticəsində  əldə edilmiş digər xam nefti/ satış  məntəqəsində kommersiya cəhətdən 
müstəqil  əqdlərə  əsasən ixraca satırsa, - bu satışların hamısında tətbiq olunan orta 
xüsusi satış qiyməti üzrə  /komisiyon və broker haqqı  çıxıldıqdan sonra/; çıxarılma 
məntəqəsində xam neftin dəyərini təyin etmək üçün xam neftin satış məntəqəsinə nəql 
olunmasına tərəflərin çəkdikləri xərcləri, o cümlədən boru kəməri tariflərini, tranzit 
rüsumlarını, nəqletmə itgilərini, terminallardan istifadə haqqını, tankerlərin fraxt 
edilməsini və boru kəməri üçün vergiləri və sair nəzərə almaqla; bu şərtlə ki, bütün 
tərəflərin kommersiya cəhətdən müstəqil  əqdlər  əsasında satışlarının ümumi həcmi 
təqvim kvartalı ərzində bütün tərəflərin satışlarının hamısının ümumi həcminin 33,1%-
dən çox olsun; 
b.
 
əgər kommersiya cəhətdən müstəqil ixrac satışlarının ümumi həcmi yuxarıda 
göstərilmiş faiz məhdudiyyətindən artıq deyildirsə - «A» kommersiya cəhətdən 
müstəqil  əqdlər daxilində satılmış xam neftin orta xüsusi qiyməti üzrə  və «V» 
kommersiya cəhətdən qeyri-müstəqil  əqdlər daxilində satılan xam neftin təqvim 
kvartalı ərzində «Platts Oylqram» nəşrində bu cür xam neft üçün göstərilən orta xüsusi 
qiyməti üzrə; nəşrdə bu qiymət göstərilmədikdə, xam neftin tərəflər arasında 
razılaşdırılmış üç nümunə sortu üçün təqvim kvartalında «Platts Oylqram»da dərj 
edilmiş xüsusi FOB qiymətlərinin orta kəmiyyəti götürülür. Xam neftin «Xalis ixrac 
dəyəri»ni təyin etmək üçün onun kəmiyyətini, sortunu, həcmini, satış məntəqəsinə nəql 
edilməsinə çəkilən xərcləri nəzərə almaq lazımdır; 
c.
 
hər hansı  təqvim kvartalında məsrəflərin  əvəzinin ödənilməsi və  mənfəət 
karbohidrogenlərinin bölüşdürülməsi üçün sərbəst təbii qazın dəyəri podratçının 
sərbəst təbii qazı satış məntəqəsinə çatdırmaq üçün çəkdiyi xərclər, o cümlədən boru 
kəməri tarifləri, nəqletmə itgiləri və boru kəməri üçün vergilər və sair çıxılmaqla 
tərəflər arasında bağlanmış sazişin  şərtlərində göstərildiyi kimi, qaz satışına dair 
müqavilə  əsasında kommersiya cəhətdən müstəqil satış zamanı  tətbiq edilən faktiki 
qiymətə  bərabərdir və buna «xalis ixrac dəyəri» deyilir. Podratçı  sərbəst təbii qazı 
kommersiya cəhətdən qeyri-müstəqil  əqdlərlə satdığı hallarda, sərbəst təbii qazın 
dəyəri üstünlük təşkil edən beynəlxalq qiymətqoyma prinsipləri  əsasında və bazar, 
sort, keyfiyyət, həcm, daşınma, həmçinin digər müvafiq amillər nəzərə alınmaqla 
ARDNŞ ilə podratçı arasında razılaşdırılmış qiymətlə müəyyən edilir; 
d.
 
müvafiq təqvim kvartalı qurtardıqdan sonra 30 gündən gej olmayaraq bütün tərəflər 
xam neftin və  sərbəst təbii qazın nəzərdən keçirilən təqvim kvartalında kommersiya 
cəhətdən müstəqil satışlarının hamısı üçün satış həcmi, tariflərini, qiymətlərini və satış 
məntəqəsini podratçıya bildirirlər və podratçı yuxarıda göstərilən müddəalara  əməl 
etməklə xam neftin və sərbəst təbii qazın dəyərinin müəyyən edildiyi barədə ARDNŞ-ə 
məlumat verir; həmin məlumatda kommersiya cəhətdən müstəqil satışların hamısı 
üçün satış  həcmləri, tarifləri, qiymətləri və satış  məntəqəsi göstərilir.  Əgər hər hansı 
tərəf podratçının müəyyən etdiyi dəyərlə razılaşmırsa və xam neftin və ya sərbəst təbii 
qazın dəyərinin müəyyən edilməsi haqqında ARDNŞ-in podratçıdan məlumat aldığı 
tarixdən 30 gün keçənədək podratçı ilə xam neftin və ya sərbəst təbii qazın dəyəri 
barədə razılığa gəlinə bilinmirsə, bu dəyəri podratçı  və ARDNŞ  tərəfindən təyin 
olunan, beynəlxalq miqyasda tanınan ekspert müəyyən edir, fəqət podratçı və ARDNŞ 
yuxarıda göstərilən 30 günlük müddətin qurtardığı andan başlayaraq 30 gün ərzində 
ekspert təyin etmək barədə razılıq  əldə edə bilməsələr, ekspert ARDNŞ-in və ya 
podratçının xahişi ilə Stokholm Ticarət Palatasının Prezidenti tərəfindən təyin olunur. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə