E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə19/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

 
41
daha çox məhsul istehsal etməyə, canlı  əmək məsrəflərinə  qənaət isə, onun məhsuldarlığını 
yüksəltməyə  və beləliklə  də istehsal həcmini artırmağa imkan verir. Odur ki, istehsalın həcmi 
artdıqca məhsulun maya dəyərinin aşağı salınması  və istehsal xərclərinin azaldılması daha çox 
əhəmiyyət kəsb edir və effekt verir. Digər tərəfdən, məhsulun maya dəyərinin aşağı salınması 
ictimai istehsalı daha çox inkişaf etdirmək və əmək kollektivinin maddi rifahını yüksəltmək üçün 
müəssisəyə əlavə vəsait əldə etməyə imkan verir. 
İstehsal xərclərini azaltmaq üçün onları təsnifləşdirmək və hər tərəfli təhlil etmək lazımdır. 
Adətən, istehsal xərcləri birbaşa və dolayı,  əsas və  əlavə,  şərti-sabit və  şərti-dəyişən, sadə  və 
kompleks, daimi və ümumi xərclər kimi təsnifləşdirilir. 
Yeni iqtisadi sistemə keçid dövründə, milli iqtisadiyyat quruculuğunda azad iqtisadi 
münasibətlərin yaradılması  və inkişafında böyük nailiyyətlər  əldə etmiş  qərb iqtisadiyyatında 
istehsal xərcləri problemi bütünlükdə iqtisadi inkişafın elementləri, prinsiplərinin öyrənilməsi 
elmi  əhəmiyyət kəsb edən problemlərdəndir. Bu səbəbdən iqtisadçılar bu kateqoriyanın 
mahiyyətinə ciddi fikir vermişlər və hazırda da verməkdədirlər. 
Klassik iqtisadi məktəbin baniləri D.Rikardo və A.Smit istehsal xərclərinə istehsal qiyməti 
kimi baxırdılar. B.Britaniya iqtisadçıları R.Torrens, C.Mill, C.Mak-Kullok əmtəənin dəyərinin 
gəlirlərin /əmək haqqı, mənfəət və renta/ məcmusundan ibarət olması haqqında A.Smit fikrini 
əsas ötürərək istehsal xərclərini «yığılmış əmək məsrəfləri» kimi izah edir və onu əmtəənin daxili 
dəyəri sayırdılar. Avstriya iqtisadçısı F.Vizer belə hesab edirdi ki, həqiqi istehsal xərcləri 
əmtəənin istehsal olunmasına sərf olunmuş iqtisadi ehtiyatların, onların cəmiyyət tərəfindən ən 
məqsədəuyğun qaydada istehlak olunaraq əldə edə biləcəyi yüksək səmərəliklə müəyyən 
edilməlidir. Alman iqtisadçısı A.Marşal istehsal xərclərini fəhlələrin «əziyyətinə» və 
kapitalistlərin /sahibkarların/ «imtinasına» səbəb olan xərclərin məcmusu kimi izah edir. 
A.Marşal bu kəmiyyəti, ictimai xərclər kimi bütün sənaye müəssisələrini nəzərə almaqla 
hesablanmasını düzgün hesab edir. 
XIX  əsrin ikinci yarısında yaranmış marksist iqtisadi nəzəriyyə istehsal xərclərinin 
mahiyyətini  əmək-dəyər nəzəriyyəsi baxımından izah edir. Belə ki, istehsal xərcləri, qeyd 
etdiyimiz kimi, məhsul istehsalına sərf olunmuş canlı  və maddiləşmiş  əməyin cəmi kimi 
müəyyənləşdirilir. Deməli, müasir Qərb iqtisadi nəzəriyyələri həm mahiyyət etibarilə, həm də 
struktur və terminologiyasına görə istehsal xərclərinin marksist konsepsiyasından fərqlənir. Bu, 
hər şeydən öncə, XX əsrdə istehsalın inkişafında baş verən dəyişikliklərlə əlaqədardır. Belə ki, 
əvvəllər istehsal xərclərinin əksər hissəsini bilavasitə istehsalda çalışan fəhlələrin əmək haqqına 
çəkilən xərclər təşkil edirdisə, XX əsrin ikinci yarısından başlayaraq, istehsal xərclərinin çox 
hissəsini qeyri-istehsal işçilərinin  əməyi, elmi-tədqiqat işləri, marketinq, idarəetmə, reklam və 
sair xərclər təşkil edir. Digər tərəfdən, istehsalın həcmi və tempinin böyük sürətlə artması, 
qiymətlərin tez-tez dəyişməsi nəticəsində istehsal xərcləri, məhsul buraxılışının həcmi və satış 
qiyməti arasında olan əlaqə  və asılılığın daha dərindən təhlil edilməsi zərurəti meydana 
çıxmışdır. 
İstehsal xərclərinin mahiyyətini aydınlaşdırarkən, onlara iki tərəfdən:  xarici və daxili 
xərclər  baxımından yanaşılmalıdır. Məsələn, istehsal xərclərinin bir qismi əmək ehtiyatlarına, 
xammala, materiallara, yanacağa, enerjiyə, nəqliyyat əməliyyatlarına və sair işlərə çəkilən xərclər 
olub, müəssisənin bu ehtiyatlara görə  təchizatçılara verdiyi puldan ibarətdir. Bu xərclər 
müəssisənin kənara verdiyi xərclər olduğundan, onlar xarici xərclər adlanır. İstehsal prosesində 
müəssisənin özünə  məxsus olan iqtisadi ehtiyatlardan /məsələn, istehsalat binalarından/ və 
sahibkarın öz əməyindən istifadə edildiyinə görə verilən pul vəsaitləri isə daxili xərclər kimi 
çıxış edir. Bundan başqa, bazar iqtisadiyyatı  şəraitində  hər bir istehsalçı  məhsul buraxılışının 
həcmini müəyyənləşdirərkən  alternativ xərclərindən  də istifadə edir. Alternativ xərclərdən 
istifadə edilməsi bu və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün mövcud xərclərin 
sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-olmamasının müəyyənləşdirilməsi 
zəruriliyindən irəli gəlir. Məsələn, sahibkar öz pul ehtiyatlarını müxtəlif cür, həm mövcud 
istehsalın genişləndirilməsinə, həm də yeni növ istehsalın təşkili üçün istifadə edə bilər. Seçmək 


 
42
üçün bu kəmiyyətlərin hər biri alternativ kimi müqayisə edilməlidir. Beləliklə, istehsal xərcləri 
elə bir iqtisadi kateqoriyadır ki, bazar iqtisadiyyatına keçid mərhələsində onun dünya 
təcrübəsində istifadə olunan prinsipləri və üsulları  əsasında araşdırılmasına və öyrənilməsinə 
böyük ehtiyac var. Bu sahədə respublikamızda müəyyən işlər görülməlidir. Çünki istehsal 
xərclərinin ünsürlər üzrə araşdırılması  və onun azaldılması üçün lazımi təşkilati-texniki 
tədbirlərin işlənib hazırlanması  və  həyata keçirilməsi bazar iqtisadiyyatının özünün təbiətindən 
irəli gəlir və bu müəssisənin /sahibkarın/ mənfəətinin artırılmasını təmin edir. 
Respublikamızın neftqazçıxarma mədənlərində neft-qaz quyularının uzun müddət  ərzində 
istismar olunmasına baxmayaraq, burada istehsal xərclərinin azalması imkanları mövcuddur və 
hasilat göstəriciləri dünyanın bir çox neftqazçıxarma ölkələrindən, o cümlədən ABŞ-ın neft 
şirkətləri üzrə müvafiq göstəricilərdən yüksəkdir. Dünya üzrə neft-qaz quyuları fondunun 80%-i 
ABŞ-ın payına düşdüyü halda, neft hasilatında bu ölkənin xüsusi çəkisi cəmi 15% təşkil edir. 
Yaxın  Şərqdə  hər qazılmış quyuya 225 min ton ehtiyat düşdüyü halda, bu qəqəm ABŞ-da 5-7 
dəfə azdır. Bundan başqa, hər bir quyuya düşən neft ehtiyatı ABŞ-da 26040 min ton, quyunun 
gündəlik debiti isə 1,8 ton təşkil edir ki, bu da aşağı göstəricilər hesab edilir. 
Məlumdur ki, bazar iqtisadiyyatı  şəraitində neftqazçıxarma sənayesinin sahə strukturu 
geoloji-axtarış, tikinti-quraşdırma, qazma, hasilat, təchizat və ticarət bölmələrindən ibarətdir. Son 
illərdə bu struktur bölmələri arasında nisbət dəyişiklikləri baş vermişdir, yəni qazma işlərinə 
çəkilən xərclər azalmış, tikinti-quraşdırma işləri və sosial xərclər isə artmışdır. 
Aşağıda 1995-2001-ci illərdə qazma işlərinin həcminin dinamikasını  əks etdirən cədvəl 
verilmişdir. 
Cədvəl 11 
Qazma işlərinin həcminin dinamikasi 
/metr
İllər 
Ümumi qazma 
İstismar 
Kəşfiyyat 
1995 
38886 38218  668 
1996 
52811 50432  2379 
1997 
69041 65565  3476 
1998 
52445 50296  2149 
1999 
23589 23119  470 
2000 
40231 38594  1637 
2001 
30200 28336  1864 
 
Məlumat üçün qeyd edək ki, son illərdə istər dünya miqyasında, istərsə də respublikamızda 
istehsal xərclərinin təsnifatı, məhsulun /işin, xidmətin/ maya dəyərinə daxil edilən xərclərin 
tərkibi haqqında müxtəlif fikirlər söylənmiş, təkliflər irəli sürülmüşdir və onun iqtisadi işdə rolu 
ilə bağlı mübahisələr olmuşdur. Belə ki, bəzi xərclərin məhsulun maya dəyərinin tərkibinə daxil 
edilməməsi və ya bir müddət əmək haqqının yalnız 4%-nin istehsal xərclərinə aid edilməsi, qalan 
hissəsinin isə müəssisənin əldə etmiş olduğu mənfəət hesabına ödənilməsi həqiqi vəziyyəti əks 
etdirmirdi. İstehsal xərci barəsində söylənilən fikir müxtəlifliyinə son qoymaq məqsədilə, qeyd 
etdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən müvafiq Əsasnamə  işlənib hazırlanmışdır. Həmin 
Əsasnaməyə əsasən məhsulun /işin, xidmətin/ maya dəyərini əmələ gətirən əsas xərclər onların 
iqtisadi məzmununa görə aşağıdakı ünsürlər üzrə qruplaşdırılır: 
a.
 
material xərcləri /qaytarılan tullantıların dəyəri çıxılmaqla/; 
b.
 
əsas fondların amortizasiyası; 
c.
 
   əmək haqqı xərcləri və sosial ehtiyaclara ayırmalar; 
d.
 
sair xərclər. 
Neftqazçıxarma sənayesində, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq, neft və qazın 
maya dəyərinin tərkibində müəyyən fərqlər vardır. 
Aşağıda təqdim edilən cədvəldə 1995-2001-ci illərdə xam neftin maya dəyərinin tutumu 
əks olunmuşdur. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə