E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə25/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   21   22   23   24   25   26   27   28   ...   121

 
53
1.
 
sahənin mövqeyinin möhkəmləndirilməsini, kommersiya, texnoloji və sosial 
sahəsinin inkişafını təmin edən sahədaxili və sahəxarici amillər təhlil edilir; 
2.
 
sahənin iqtisadi inkişafının alternativ variantları  işlənib hazırlanır və onların 
arasında ən səmərəli, optimalı seçilir; 
3.
 
sahənin iqtisadi inkişafı üçün müvafiq idarəetmə qərarları qəbul edilir. 
Sahənin strategiyası müxtəlif ola bilər. Adətən, sahənin iqtisadi inkişaf strategiyasının 
bazar, planlaşdırma, nəzarət, yüksəliş, marketinq, xarici bazara çıxmaq növlərini fərqləndirirlər. 
Sahənin bazar strategiyası - sahə tərəfindən buraxılan məhsulların rəqabətqabiliyyətinin 
yüksəldilməsinə, konkret növ məhsul və texnologiyanın işlənib hazırlanmasına xidmət edir. 
Planlaşdırma strategiyası - sahənin məqsəd və  vəzifələri, onun potensial imkanları  və 
şansları arasında strateji uyğunluğun yaradılmasının və qorunub saxlanılmasının idarə edilməsi 
prosesidir. O, sahənin proqramına, məqsəd və  vəzifələrin mövcudluğuna, «təsərrüfatçılıq 
çantası»na və artım strategiyasına istinad edir. Planlaşdırma strategiyası planlaşdırma sahəsində 
çalışan menecerləri, təsərrüfat rəhbərlərini daim gələcək haqqında düşünməyə  həvəsləndirir, 
sahənin səylərinin daha dəqiq  əlaqələndirilməsinə imkan verir, nəzarət üçün əlverişli  şərait 
yaradır, sahəni öz məqsəd və vəzifələrini daha düzgün müəyyənləşdirməyə məjbur edir, sahəni 
gözlənilməz dəyişikliklərə qarşı daha hazırlıqlı edir və bütün menecerlərin, rəhbər  şəxslərin 
vəzifələrinin qarşılıqlı əlaqəsini daha aydın şəkildə nümayiş etdirir. 
Nəzarət - sahənin proqramları  çərçivəsində  əldə edilmiş  nəticələrin ölçülməsi, təhlili və 
müvafiq düzəlişlərin aparılması deməkdir. Strategiyanın nəzarət sistemi sahənin fəaliyyətinin 
səmərəli və  təsirli olduğunu müəyyənləşdirmək üçündür. Nəzarət strategiyasının aşağıdakı üç 
tipini fərqləndirirlər: 
1.
 
illik proqramların yerinə yetirilməsinə  nəzarət. Prosesinin həyata keçirilməsində 
məqsəd  şirkətin konkret il üçün nəzərdə tutulmuş satış, mənfəət və sair məqsədli 
parametrləri həqiqətən  əldə etdiyinə  əmin olmaqdır.  İllik proqramların yerinə 
yetirilməsinə  nəzarət zamanı  bəzi suallara, o cümlədən biz nəyə nail olmaq 
istəyirik?, nə baş verir?, bu nəyə görə baş verir? və  vəziyyəti düzəltmək üçün nə 
etmək lazımdır? suallarına cavab müəyyənləşdirilir; 
2.
 
mənfəətliliyə  nəzarət - ayrı-ayrı  əmtəələr,  ərazilər, bazar seqmentləri, ticarət 
kanalları və müxtəlif həcmli sifarişlər üzrə öz fəaliyyətinin rentabelliyini yoxlamağı 
nəzərdə tutur. Bu, müxtəlif  əmtəələrin istehsalını, bu və ya digər istehsal 
fəaliyyətini genişləndirmək, hansı istehsal xərclərini ixtisar etmək, yaxud tamamilə 
aradan qaldırmaq haqqında qərarın qəbul edilməsinə imkan verir; 
3.
 
strateji nəzarət - vaxtaşırı olaraq sahənin ümumi istehsal nəticələrini 
qiymətləndirməyə imkan verir. 
Sahənin yüksəliş strategiyası - hansı istehsalların dayandırılmasının, öz qüvvələrini hansı 
sahələrə yönəldilməsinin arzu olduğunu aşkar etməyə yönəldilmişdir. Yüksəliş strategiyasını 
aşağıdakı üç səviyyədə aparılmış təhlil əsasında işləyib hazırlamaq olar: 
1. hazırkı  fəaliyyət miqyası daxilində sahənin istifadə edə biləcəyi imkanlar aşkar edilir. 
Buna  intensiv artım imkanları deyilir. İntensiv artım imkanları sahənin öz mövcud 
əmtəələrinə xas olan imkanlardan axıradək istifadə edildiyi hallarda özünü doğruldur. 
İntensiv artımın əsas istiqamətlərinə aiddir: 
 
bazara dərindən daxil olma - sahənin daha düşünülmüş strategiyası sayəsində 
mövcud  əmtəələrin konkret bazarda satışının artırılması yollarının axtarılması 
deməkdir; 
 
bazar hüdudlarının genişləndirilməsi - mövcud əmtəələrin yeni bazarlara 
çıxarılması sayəsində satışı artırmaq üçün göstərdiyi cəhdlərdir; 
 
əmtəənin təkmilləşdirilməsi - sahənin mövcud bazarlarında satılan  əmtəələrin 
möhkəmləndirilməsi və ya yerlərinin yaradılması hesabına satış  həcmini artırmaq 
cəhdidir. 
2.
 
sahənin  əsas fəaliyyət sahələrinin digər sahələrlə birləşdirilməsi imkanları 


 
54
müəyyənləşdirilir. Buna birgə artım imkanları  deyilir. Birgə artım imkanları  fəaliyyət 
sahəsinin möhkəm mövqeyi və ya sahədaxilində reqressiv /geriyə doğru/, mütərəqqi 
/irəliyə doğru/ və üfüqi istiqamətdə hərəkət hesabına əlavə fayda götürülməsinin mümkün 
olduğu hallarda özünü doğruldur. Odur ki, birgə artım imkanlarının aşağıdakı üç növünü 
fərqləndirirlər: 
 
reqressiv birləşmə - şirkətin malgöndərəninin sahibkarına çevrilməsi və ya onları 
daha ciddi nəzarət altına almaq cəhdlərindən ibarətdir; 
 
tərəqqi birləşmə - şirkətin bölgü sistemini öz mülkiyyətinə keçirmək və ya ona 
nəzarəti daha da gücləndirmək üzrə göstərdiyi səylərdir; 
 
üfüqi birləşmə - şirkətin bir sıra rəqib şirkətləri öz mülkiyyətinə keçirmək və ya ciddi 
nəzarət altına almaq cəhdləridir. 
3.
 
sahənin hüdudlarından kənarda açılan imkanlar aydınlaşdırılır. Buna diversifikasiya 
artımı imkanları deyilir. Diversifikasiya artımı imkanları sahədaxilində  şirkətin iqtisadi 
artımına imkan olmadıqda və ya bu sahə hüdudlarından kənarda iqtisadi artımın daha 
cazibədar olduğu hallarda özünü doğruldur. Diversifikasiyanın aşağıdakı üç növünü 
fərqləndirirlər:  
 
ümumi mərkəzli diversifikasiya - texniki baxımdan sahənin mövcud əmtəələrinə 
oxşar məmulatları öz nomenklaturasına daxil etmə deməkdir; 
 
üfüqi diversifikasiya - hazırkı dövrdə buraxılan əmtəələrlə heç bir əlaqəsi olmayan, 
lakin mövcud müştərilərin /istehlakçıların/ marağına səbəb ola bilən məmulatların öz 
çeşidinə /nomenklaturasına/ daxil edilməsidir; 
 
konqlomerat diversifikasiya - nə  şirkətin tətbiq etdiyi texnologiyaya, nə  də onun 
əmtəələri və bazarlarına heç bir aidiyyəti olmayan məmulatların öz nomenklaturasına 
daxil edilməsini nəzərdə tutur. 
Marketinq strategiyası - təşkilat vahidinin öz marketinq vəzifələrinin həlli üçün istifadə 
etdiyi səmərəli, məntiqi nəzəriyyədir. O, özündə  məqsədli bazarlar, marketinq kompleksi və 
marketinq xərcləri səviyyəsi üzrə konkret strategiyaları birləşdirir. Marketinq strategiyası sahənin 
əsas qüvvələrinin cəmləşdiriləcəyi bazar seqmentlərini dəqiq göstərməlidir. Bu seqmentlər 
verilən üstünlüklərə, cavab reaksiyasına və gəlir səviyyəsinə görə bir-birindən fərqlənirlər. Sahə 
öz səylərini və qüvvələrini rəqabət baxımından daha yaxşı xidmət göstərə biləcəyi seqmentlərdə 
cəmləşdirərsə, daha çox mənfəət əldə etmiş olar. 
Xarici bazara çıxmaq strategiyası - müasir dövrdə  ən mühüm strategiyalardan biridir. 
Xarici ölkələrdə satışı  təşkil etmək qərarına gəlməkdən öncə sahə beynəlxalq marketinq 
mühitinin xüsusiyyətlərini dəqiq öyrənməli, beynəlxalq ticarət sisteminə xas olan 
məhdudiyyətlərdən və imkanlardan baş  çıxarmalıdır. Adətən, xarici bazara çıxmaq strategiyası 
özündə aşağıdakı üç strategiyanı birləşdirir: 
1.
 
ixrac strategiyası - xarici bazarda fəaliyyətə başlamağı təmin edir. İxracatın qeyri-
müntəzəm və fəal növlərini fərqləndirirlər. Qeyri-müntəzəm ixrac - cəlb olunmanın 
passiv formasıdır və bu zaman sahə hərdən bir öz artıq mallarını ixrac edir və onları 
xarici müəssisələri təmsil edən yerli müəssisələrə satır. Fəal ixracatda isə sahə öz 
qarşısına konkret bazarda ixrac əməliyyatlarını genişləndirmək məqsədini qoyduğu 
hallarda baş verir. Hər iki halda sahə bütün mallarını öz ölkəsində istehsal edir. 
Sahə onları xarici bazara həm modifikasiya olunmuş, həm də modifikasiya 
olunmamış formada təqdim edə bilər. Sahə öz əmtəəsini iki yolla ixrac edə bilər. 
Sahə ya müstəqil beynəlxalq marketinq vasitəçilərinin xidmətlərindən istifadə edə 
bilər /buna bilavasitə ixrac deyilir/ və yaxud da ixrac əməliyyatlarını müstəqil 
surətdə özü yerinə yetirə bilər /buna birbaşa ixrac deyilir/;  
2.
 
müştərək sahibkarlıq fəaliyyəti yaratmaq strategiyası - ixracat strategiyasından 
bununla fərqlənir ki, bu zaman yaranan əməkdaşlıq nəticəsində xarijdə bu və ya 
digər istehsal gücləri işə salınır; 
3.
 
birbaşa investisiyalar strategeyası - xarici bazarda fəaliyyətə qoşulmağın  ən 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə