Beyin şişlərinin bir çox növləri var, lakin onlar əsasən iki qrupa bölünür



Yüklə 4,07 Mb.
səhifə1/3
tarix20.06.2023
ölçüsü4,07 Mb.
#118253
  1   2   3
sinir


Mərkəzi sinir sisteminin həcmli xəstəliklərinə : mərkəzi sinir sisteminin şişləri ,baş beyinin absesi , kistoz araxnoidit , parazitar kista , sifilema , tuberkulema , hematomalar aiddir.
Mərkəzi sinir sisteminin şişlərinə -beyin şişləri və onurğa beyin şişləri aiddir.

Baş beyin şişləri birincili və ikincili olmaqla 2 yerə ayrılır. İkincili şişlər ilk mənbəyi başqa orqanlarda olan bədxassəli törəmələrin baş beyinə metastazlarıdır. Birincili şişlərin isə mənbəyi baş beyində yerləşən toxumalardır. Əslində baş beyində qeyd olunan bütün şişləri patoloji nöqteyi-nəzərindən xoşxassəli və bədxassəli olmaqla da iki yerə ayırmaq olar. Amma hər bir neyrocərrah bilir ki, baş beyində elə şiş lokalizasiyaları var ki, orada kiçik ölçüdə və hətta histoloji ən xoşxassəli törəmə də olsa bu proses və onun cərrahi müalicəsi xəstə üçün katastrofik nəticələrə səbəb ola bilir. Ona görə də baş beyin yeganə orqandır ki, proqnostik nəticə baxımından həkim şişin növü ilə ilə yanaşı həm də operabelliyə görə mütləq lokalizasiyanı da nəzərə almağa məcburdur. Nadir hallarda da olsa, baş beynin birincili şişləri daha çox yaxın nahiyələrə metastaz verə bilir.
Beyin şişinin növləri hansılardır?
Uşaqlıqda beyin şişinin lokalizasiyası daha çox kəllənin arxa boşluğunda baş verir, digər orqanlardan yayılan şişlər çox rast gəlinmir. Şişin quruluşu yaşla dəyişir. Yetkinlərdə beyin şişləri beyin toxumasına yapışır və ya beyin qişasında əmələ gəlir, lakin digər orqanlarda xərçəngin beyinə yayılması da müşahidə oluna bilər.
Beyin şişlərinin bir çox növləri var, lakin onlar əsasən iki qrupa bölünür.
İlkin beyin şişi – birincili beyin şişi kimi də tanınır. Bu tip şişlər beyin toxumasının özündən əmələ gələ bilər, həmçinin onlar sinirlərdən, membranlardan, kəllə sümüyündən və ya kəllə ətrafındakı əzələ toxumasından ibarətdir. Bu növ şişlər özünü qruplara bölür.
Xoşxassəli beyin şişi
Xoşxassəli beyin şişləri çox yavaş böyüyür. Beyin hüceyrəsi mənşəli olmadığı üçün cərrahi müdaxilə ilə asanlıqla fərqləndirilə və aradan qaldırıla bilər. Digər tərəfdən, cərrahi yolla aradan qaldırıla bilməyən xoşxassəli şişlər zamanla böyüyərək beyinə basaraq bədxassəli şişə çevrilə bilər.

Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə