2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
2
Mündəricat
1.
Giriş ............................................................................................................... 3
2.
Tövsiyələr ....................................................................................................... 5
3.
Qısa Xülasə ..................................................................................................... 7
4.
Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və təzyiq ........................................ 8
5.
Fəsil 2: Qanundan istifadə etməklə ifadə azadlığının boğulması ...................... 12
6.
Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi ................. 15
7.
Fəsil 4: Mediaya dövlət nəzarəti ...................................................................... 19
8.
Fəsil 5: Onlayn ifadə azadlığı ........................................................................... 22
9.
Nəticə ............................................................................................................. 24
2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
3
Giriş
1.1.
Ümumi məlumat
Bu hesabat Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müstəqil
qeyri-kommersiya təşkilatı- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. RATİ
2006-cı ildə Beynəlxalq Mətbuat Günündə iki Azərbaycanlı jurnalist tərəfindən, ifadə və mətbuat
azadlığının hökumət tərəfindən ciddi məhdudlaşdırılmasına cavab olaraq yaradılmışdır.
Təşkilatın fəaliyyəti Azərbaycanda ifadə azadlığı sahəsindəki problemləri müvafiq beynəlxalq
qurumların, ABŞ və Avropa rəsmilərinin diqqətinə çatdırmaqda mühüm rol oynamışdır. RATİ 2007-ci
ilin oktyabrından Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatının, 2012-ci ilin noyabrından isə
Qlobal Şəbəkə Təşəbbüsünün (Global Network Initiative) üzvüdür.
Söz azadlığına dəstək və mətbuat azadlığına qarşı təzyiqlərə, sərt tədbirlərə dərhal reaksiya vermək
RATİ-nin Azərbaycandakı fəaliyyətinin əsasını təşkil edir. Bu hesabat RATİ-nin Azərbaycanda ifadə
azadlığını qorumaq və təşviq etmək strategiyasının bir hissəsini təşkil edir.
RATİ bəyanatlar verməklə, müraciətlər etməklə, araşdırmalar aparmaqla, gündəlik xəbərlər yaymaqla,
mətbuat konfransları keçirməklə və jurnalistlərin hüquqları barədə maarifləndirmə işləri aparmaqla
Azərbaycanda söz azadlığının pozulması hallarını araşdırır və bu pozuntular barədə məlumat verir. Öz
fəaliyyətinin əsas tərkib hissəsi kimi RATİ müntəzəm olaraq Azərbaycanda ifadə azadlığının durumu
barədə geniş hesabatlar hazırlayır.
2013-cü ilin birinci rübündə, hakimiyyət ölkədə qalan azsaylı tənqidi səsləri susdurmaq üçün misli
görünməmiş təzyiqlərə əl atdı. 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi və İnternet
İdarəçilik Forumu zamanı ölkəyə artan beynəlxalq diqqətin zəifləməsinin fonunda bu tədbirlər zamanı
ölkə haqqında acı həqiqətləri ifşa edən şəxslər sərt cəza tədbirləri ilə üzləşib.
Bu hesabat 2013-cü ilin yanvarın 1-dən martın 31-ə qədərki dövrdə Azərbaycanda ifadə azadlığının
vəziyyətinin təhlil edir. Bu dövrdə, hökumət dinc etirazları dağıtmaq üçün həddən artıq güc tətbiq edib,
müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran reqressiv qanunvericilik aktları qəbul edib və tənqidi
fikirlərinə görə jurnalistləri, bloggerləri, və hüquq müdafiəçilərinin həbsini davam etdirib. 2013-cü ilin ilk
3 ayında 16 jurnalist hücuma məruz qalıb. Mart ayının sonuna olan rəqəmlərə görə isə, yeddi jurnalist və
iki hüquq müdafiəçisi həbsdə qalmışdır.
1.2.
Məqsəd
Bu hesabatı hazırlamaqda RATİ-nin məqsədi:
Ölkədə ifadə və mətbuat azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı real vəziyyəti
qiymətləndirmək;
Söz azadlığının pozulması halları barədə yerli və beynəlxalq tərəfdaşları məlumatlandırmaq və
onları islahatların təşviqinə cəlb etmək;
Qabaqcıl beynəlxalq təcrübəni təbliğ etmək, hüquq pozuntusu hallarının aradan qaldırılması və
ölkədə ifadə azadlığı durumunun yaxşılaşdırılması üçün
konkret tövsiyələr vermək, olmuşdur.
1.3. Metodologiya və struktur
Bu hesabat masaüstü və yerində aparılmış araşdırmalar, müsahibələr, məhkəmə proseslərinin monitorinqi,
media monitorinqi, daxil olan sorğuların və şikayətlərin təhlil olunması, RATİ-nin “jurnalistlərin
təhlükəsizliyi üçün yaradılmış qaynar xətti”nin statistikası və qanuni yolla əldə olunmuş digər