Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə7/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   102

 
 
24 
 
 
25 
trik dissosiasiyası  nəzəriyyəsini ilk dəfə  tətbiq etmiş  və bioelek-
trik potensialının ion təbiətli olması haqqında fikir irəli sürmüş-
dür. Alman fizioloqu Y.Bernşteyn (1902) isə elektrik potensial-
larının ion membran nəzəriyyəsini irəli sürmüşdür. A.Xodcin və 
A.Xasli (1952) bioelektrik cərəyanının əmələ gəlməsində hüceyrə 
membranı  və sitoplazmada kalium, natrium və xlor ionlarının 
qeyri-bərabər şəkildə paylanmasını kəşf edərək oyanma potensial-
larının mənşələri haqqında müasir təsəvvürləri əsaslandırmışlar. 
1.6. Azərbaycanda fiziologiya elminin inkişafı  
 
Azərbaycanda insan və heyvan fiziologiyasının inkişafı Bakı 
Dövlət Universitetinin adı ilə bağlıdır. 
İlk dəfə 1919-cu ildə  İ.P.Pavlovun  şagirdlərindən biri olan 
fizioloq  İ.S.Sitoviçin iştirakı ilə Bakı Dövlət Universitetində 
fiziologiya kafedrasının  əsası qoyulmuşdur. 1920-ci il oktyabrın 
29-da isə tibb fakültəsinə  və  təbiət elmlərinə xidmət edən 
fiziologiya kafedrası təşkil olunmuşdur. 
Kafedranın ilk müəllimi və təşkilatçısı A.D.Landaunun anası 
Lyubov Veniaminovna Qarkavi-Landau olmuşdur. 
Təşkil olunduğu ilk vaxtlardan kafedranın elmi istiqaməti 
«Mərkəzi sinir sisteminin ümumi fiziologiyası» və «Ali sinir 
fəaliyyəti» olmuşdur. Bu problemin əsasında 1924-cü ildə 
A.M.Çernikov tibb elimləri doktoru elmi dərəcəsini almaq üçün 
dissertasiya müdafiə etmişdir. Bu universitetin fiziologiya 
kafedrasında müdafiə olunmuş ilk dissertasiya işi idi. 
1926-28-ci illərdə kafedranın ilk diplomant mütəxəssisləri – 
A.İ.Qureviç, Y.İ.Makarova, S.R.Ocaqverdizadə, A.İ.Qarayev, 
İ.İ.Hacıyev, Z.A.Muğanlinskaya; 1930-cu ildə isə M.M.Musta-
fayev olmuşdur. 1928-ci ildə fizioloqlar hazırlamaq məqsədi ilə 
BDU-nun pedaqoji fakültəsinin «Təbiət»  şöbəsinin həmin 
məzunları fiziologiya kafedrasında assistent kimi saxlanılmışdır. 
1924-cü ildən başlayaraq universitetin fiziologiya kafedrasına 
akademik  İ.P.Pavlovun yaxın tələbəsi P.Y.Rostovtsev rəhbərlik 
etmişdir. 
Azərbaycanda fizioloji məktəbin təşkilində  və ilk fiziolo-
qların hazırlanmasında Pavel Yuryeviç Rostovsevin (Kaufman) 
çox böyük xidmətləri olmuşdur. P.Y.Rostovsev 1877-ci il iyulun 
6-da Moskvada anadan olmuşdur. O, 1901-ci ildə Peterburq 
Hərbi-Tibb Akademiyasını bitirdikdən sonra fiziologiya kafedras-
ında  əmək fəaliyyətinə başlamışdır. 1918-ci ildə P.Y.Rostovsev 
Zaqafqaziya Universitetində fiziologiya kafedrasının professoru, 
1921-ci ildə  əvvəlcə Azərbaycan Politexnik İnstitutunun kənd 
təsərrüfatı fakültəsinin, sonra isə ADU-nun tibb fakültəsində far-
makologiya kafedrasının professoru vəzifələrində  əmək 
fəaliyyətini davam etdirmişdir. 
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nun və 1931-ci il-
dən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət 
Tibb İnstitutunun fiziologiya kafedrasına rəhbərlik etmişdir. 
1924-1925-ci illərdə  gənc mütəxəssislərin hazırlanması 
nəinki rus, həmçinin Azərbaycan dilində  də aparılmışdır. Bu 
məqsədlə kafedraya A.Əmirov və Q.Qəmbəroğlu dəvət olun-
muşlar. 
A.A.Əmirov (1989-1939) kafedrada laborant (1926), assis-
tent (1929), dosent (1930) və professor (1936) vəzifəsində çalış-
mış, eyni vaxtda APİ-nin insan və heyvan fiziologiyası kafedras-
ına rəhbərlik etmişdir. 
ADU-nun tibb fakültəsinin fiziologiya kafedrasında (1926) 
işə başlayan Q.Qəmbəroğlu sonralar Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutunun fiziologiya kafedrasına (1934-cü ildən) 
rəhbərlik etmişdir. 
BDU-nun fəaliyyətinin ilk dövrlərində (1919-1930) insan və 
heyvan fiziologiyası kafedrasında mərkəzi sinir sisteminin ümumi 
fiziologiyası və ali sinir fəaliyyəti istiqamətlərilə yanaşı vegetativ 
funksiyaların və maddələr mübadiləsinin fiziologiyası sahəsində 
də geniş tədqiqatlar aparılmışdır. 
P.Y.Rostovsevin rəhbərliyi altında fiziologiya kafedrasının 
dissertantı David Natanoviç Belenki və Lyubov Veniaminovna 
Qarkavi-Landau limon turşusunun Na duzunda qanın 
konservləşdirilməsinin fizioloji-farmakoloji əsaslarını  işləyib 
hazırlamış  və 1927-1928-ci illərdə konservləşdirilmiş qanı ilk 
downloaded from KitabYurdu.org


 
 
26 
dəfə Bakıda, eləcə də keçmiş SSRİ-də 7 xəstəyə köçürmüşlər. 
Azərbaycanda insan və heyvan fi-
ziologiyasının inkişafında akademik 
Abdulla  İsmayıl oğlu Qarayevin 
(1910-1968) adı xüsusi yer tutur. 
Akademik,  əməkdar elm xadimi Ab-
dulla  İsmayıl oğlu Qarayev Azərbay-
canda «Eksperimental fiziologiya» 
məktəbinin yaradıcısı, «Nəzəri və təc-
rübi fiziologiya»nın banisidir. A.İ.Qa-
rayev 1910-cu ildə Bakıda anadan 
olmuşdur. 1930-cu ildə ADU-nin 
təbiət fakültəsini, 1936-cı ildə isə 
ATİ-nun müalicə-profilaktika 
fakültəsini bitirmişdir. 1936-cı ildə 
kafedranın əməkdaşı A.İ.Qarayev Moskva Dövlət Universitetində 
elmi tədqiqat işləri apararaq ilk dəfə olaraq, onurğalı heyvanların 
sinir liflərində yerli oyanmanı müəyyən etmişdir. A.İ.Qarayevdən 
xəbərsiz olaraq ingilis alimləri Xoçkin və Kats isə 1937-ci ildə 
onurğasız heyvanların sinir liflərində yerli oyanmanı müəyyən et-
mişlər. Çox təəssüflər olsun ki, yerli oyanmanın kəşf olunması 
A.İ.Qarayevin adı ilə deyil, Xoçkinin adı ilə bağlanır. A.İ.Qara-
yev 1937-ci ildə tibb elmləri namizədi, 1940-cı ildə elmlər dok-
toru elmi dərəcələrini almışdır. 1942-ci ildə ATİ-nin fiziologiya ka-
fedrasının professoru və ADU-nun insan və heyvan fiziologiyası 
kafedrasının müdiri seçilmişdir. O, işlədiyi dövrdə bir çox inzibati 
vəzifələrdə – ADU-nun biologiya fakültəsinin dekanı (1941-1943), 
elmi işlər üzrə prorektor (1943-1944) və ADU-nun rektoru (1944-
1950) işləmişdir. A.İ.Qarayev Azərbaycan EA-nın biologiya və 
kənd təsərrüfatı elmləri üzrə akademik katibi (1952-1956) və 
nəhayət, Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsil 
Komitəsinin sədri (1961-1963) vəzifələrində  də  fəaliyyət 
göstərmişdir. 
Akademik A.İ.Qarayev işlədiyi dövrdə böyük ictimai iş apar-
mışdır. O, 1938-ci ildə Elmi-Tədqiqat Kurortologiya və Fiziki 
A
.
İ
.
Qarayev
  
(1910-1968)
 
 
 
27 
Üsullarla Müalicə  İnstitutunun nəzdində Naftalan neftinin 
müalicəvi xassələrinin öyrənilməsi üzrə eksperimental labora-
toriya təşkil etmişdir. 1954-cü ildə onun təşəbbüsü ilə Azərbaycan 
EA-nın tərkibində fiziologiya bölməsi yaradılmış, sonralar isə 
(1968) o Elmi-Tədqiqat Fiziologiya İnstitutuna çevrilmişdir. 
Hazırda institut A.İ.Qarayevin adını daşıyır. 
A.İ.Qarayevin elmi-tədqiqat işləri  əsasən müxtəlif daxili 
orqanlara mexaniki və kimyəvi təsir zamanı qanın mübadilə 
göstəricilərinin və elektroensefaloqramın öyrənilməsinə  həsr 
edilmişdir. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar 
və maddələr mübadiləsi» (1957) monoqrafiyasında öz əksini tap-
mışdır. A.İ.Qarayev Azərbaycan dilində yazılmış «Endokrin sis-
temin fiziologiyası» (1945), «Analizatorların fiziologiyası» 
(1964), «Mərkəzi sinir sisteminin fiziologiyası» (1951) dərs 
vəsaitlərinin və 470-dən çox elmi əsərin müəllifi olmuşdur. 
Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloji məktəb 
yaradaraq, milli kadrların yetişməsində xüsusi rol oynamışdır. 
1950-ci ildən başlayaraq, Azərbaycanda fiziologiya elminin 
inkişafı akademik A.İ.Qarayevin rəhbərliyi altında daha böyük 
sürət aldı. Onun bilavasitə rəhbərliyi altında 28 il ərzində ADU-
nun fiziologiya kafedrası 500 nəfərdən çox yüksəkixtisaslı 
fizioloqlar hazırlamışdır. 
A.İ.Qarayevin tələbələrindən Q.Qədirov, R.Qasımov, A.Da-
daşov,  Ş.Tağıyev, T.Qaibov, H.Həsənov, T.Ağayev, N.Muşkina 
və başqaları ayrı-ayrı problem laboratoriyalara rəhbərlik etməklə, 
onun ideyalarını  həyata keçirərək fiziologiya elminin Azərbay-
canda tərəqqisi üçün böyük xidmətlər göstərmişlər. Bu problemlər 
üzərində  işləyərkən, xüsusilə Fiziologiya İnstitutunun elmi 
kollektivi – interoreseptorların qlikemik reaksiyaları  təsiri, baş-
beyin qabığı strukturları, limbik retikulyar kompleksinin qliko-
homeostazın tənzim edilməsində rolu, ontogenezdə qlikohomeo-
stazisin tənzim edilməsinin sinir mexanizmləri, interoseptiv 
siqnalların öyrənilməsinin neyrofizioloji və neyrokimyəvi 
mexanizmləri, inteqrasiya və eləcə də qabıq və qabıqaltı əlaqələr, 
funksiyaların lokalizasiyası – elmi tədqiqat istiqamətləri yarat-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə