Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

 
 
32 
 
 
33 
elementlər olan simplast və sintsit – ayrı-ayrı hüceyrələrdən 
əmələ  gəlirlər), bütün qeyri-hüceyrəvi elementlər isə birbaşa və 
ya vasitəli şəkildə hüceyrədən törənənlər hesab olunurlar. 
Hüceyrəarası maddə və mayelər su, qeyri-üzvi birləşmələr və 
makromolekuldan təşkil olunmuşlar. 
Hüceyrələr digər histoloji elementlərlə birlikdə toxuma, 
orqan, orqanlar sistemi, bütövlükdə orqanizmi əmələ gətirir. 
Fiziki məkanın bir hissəsi kimi orqanizm ətraf mühitlə qar-
şılıqlı fiziki və kimyəvi məlumat əlaqəlidir. 
Bu termin hüceyrəarası maddə  və onda olan hüceyrələr 
haqqında bəhs edildikdə tətbiq edilir. Orqanizmin daxili mühitinin 
başlıca fizioloji xarakteristikası – onun parametrlərinin aralarında 
mühüm yer tutan əks  əlaqə prinsipinin də daxil olduğu müxtəlif 
tənzimləyici mexanizmlər tərəfindən həyata keçirilən fəaliyyət 
nəticəsində sabit saxlanılmasıdır (homeostaz). 
Canlının  əsas xüsusiyyətləri.  Adətən canlı sistemlər 
haqqında təsəvürləri cansız obyektlərlə müqayisə etməklə müəy-
yən edirlər. Məsələn, yalnız canlı orqanizmlər öz həyat 
fəaliyyətini davam etdirmək üçün ətraf mühitlə maddələr və enerji 
mübadiləsini, həyata keçirir (bu mübadilədə xüsusi orqanlar sis-
temi iştirak edir). İkinci, yalnız canlı orqanizmlər ətraf mühitdən 
siqnal alır və müvafiq şəkildə cavab reaksiyası verə bilirlər (bu 
proseslərdə duyğu orqanları, hiss reseptorları və sinir sistemi işti-
rak edir). Üçüncü, canlı orqanizmlər öz-özünə reproduksiyaol-
unma və inkişaf etməyə qabildirlər. Dördüncü, onlar ətraf mühitin 
dəyişən şəraitinə adaptasiya olunmağı bacarırlar. 
Orqanizmin tamlığı haqqında təsəvvürlər.  Fiziologiyanın 
görkəmli alimləri – fransız tədqiqatçısı  Klod  Bernad  və rus 
fizioloqu İvan Mixayloviç Seçenov hesab edirlər ki, hüceyrələrin 
birləşərək vahid orqanizmi təşkil etməsi üçün orqanizm və 
mühitin qarşılıqlı münasibətinin təbiəti birinci dərəcəli əhəmiyyət 
daşıyır. Belə ki, Klod Bernad daxili mühitin sabitliyini orqaniz-
min fəaliyyətinin həlledici amili hesab edirdi, İ.M.Seçenov isə 
iddia edirdi ki, orqanizmin elmi təhlili zamanı orqanizmə  təsir 
göstərən  ətraf mühit də  nəzərə alınmalıdır. Bir müddət sonra 
Vilyam Kennon orqanizmin daxili mühitinin sabitliyinin av-
tomatik tənzim edilməsi – homeostazın prinsiplərini qısaca və 
dürüst ifadə etmişdir. 
Orqanizmin vahidliyi və tamlığı problemini XIX əsrin 
fizioloqları insanın həyat fəaliyyətində sinir sisteminin aparıcı və 
təyinedici rolu mövqeyindən nəzərdən keçirmişlər. Belə ki, Klod 
Bernad yazırdı «Bizim bütün orqanlar normal və patoloji olmaqla 
özlərinin həyat təzahürlərində sinir sistemindən asılıdır»lar. Bu 
ideyanı İvan Petroviç Pavlov nervizm adlandırılan ideyasında ink-
işaf etdirmişdir. Nervizmin nüvəsi reflektor nəzəriyyədir ki, bu 
nəzəriyyəyə əsasən fəaliyyətin istənilən formasının meydana çıx-
masında əsas rol xarici stimullara məxsusdur, refleksin özü isə hər 
hansı bir fizioloji effektlə (yığılma, sekretor reaksiya və s.) başa 
çatır. Refleksləri Pavlov 2 qrupa bölmüşdür: anadangəlmə 
(şərtsiz) və həyat boyu qazanılmış (şərti) reflekslər. 
Əhəmiyyətli uyğunlaşmanın nəticəsi hesabına çoxlu sayda 
hüceyrəvi və orqan elementlərinin bütöv bir orqanizm şəklində 
birləşməsini izah edən funksional sistemlər nəzəriyyəsini (bu tə-
səvvürlərin qısa şəkildə ifadəsini Pyotr Kuzmiç Anoxin) vermiş-
dir. Orqanizmin normal həyat fəaliyyətini təmin edən səviyyədən 
hər hansı bir kənaraçıxma dərhal qeydə alınır və sistemi normal 
səviyəyə qaytarır. 
Funksiyaların tənzim edilməsi.  Müxtəlif funksiyaların 
tənzim edilməsini orqanizmin daxili mühitinin həyati əhəmiyyətli 
funksiyalarının parametrlərinin avtomatik nəzarəti həyata keçirir 
(homeostaz), müxtəlif növ nəzarət məqsədi və orqanlar sisteminin 
qarşılıqlı təsirinin idarə olunmasını, həmçinin insan orqanizminin 
xarici mühitə uyğunlanmasını sinir və endokrin sistemi reallaş-
dırır. 
Homeostaz – orqanizmin daxili mühitinin həyati əhəmiyyətli 
funksiyalarının parametrlərinin saxlanması və nəzarət altına alın-
ması – həm bütöv orqanizmə, həm hüceyrə boşluğuna, həm də 
hüceyrələrə aid edilir. 
Sinir sistemi, Sensor (mənimsəyici), MSS (birləşdirən) və 
motor (icraedici) şöbələr onun əsas şöbələridir. 
downloaded from KitabYurdu.org


 
 
34 
 
 
35 
Mənimsəyici şöbə orqanizmin vəziyyətini müəyyən edib, dax-
ili və xarici mühitin dəyişkənliklərinə cavab verir. Baş-beyin 
məlumatı toplayır, onu saxlayır (mühafizə edir), fəaliyyət pro-
qramını yaradır, sensor siqnallara cavab olaraq reaksiyaları 
müəyyən edir. Onurğa beyni baş beyindən sensor informasiya və 
siqnalları alaraq əzələ sistemini də işə salır. Sinir sisteminin xüsusi 
şöbəsi – avtonom (vegetativ) sinir sistemi daxili orqanların funksi-
yalarına nəzarət edərək şüuraltı səviyyədə fəaliyyət göstərir. 
Mənfi  əks  əlaqədən fərqli olaraq müsbət  əks  əlaqə  fəaliyyət 
göstərən səbəbin təsirini gücləndirir və bir çox hallarda fizioloji 
funksiyanın stabilləşməsinə  gətirib çıxarmır,  əksinə effekti 
gücləndirir. Məhz bu səbəbdən tibbdə müsbət  əks  əlaqə adətən 
«circulus vitiosus» – çıxılmaz vəziyyət adı ilə tanınır. Məsələn, 
sağlam insanın ürəyi normal şəraitdə qan damarlarında dövr edən 
qanın 5 l-ni effektiv şəkildə vurur. Xeyli miqdarda qanın (>2 l) 
qəflətən itirilməsi nasos funksiyası yerinə yetirmək qabiliyyətini 
pozur. Bu da AT (arterial təzyiq)-in elə  aşağı düşməsinə  səbəb 
olur ki, o, əks əlaqə mexanizmi ilə kompesasiya edilə (bərpa ol-
una) bilmir. Nəticədə, tac arteriyalarından qanın ürək  əzələsinə 
daxil olması azalır. Bu səbəbdən ürəyin işi zəifləyir, onun nasos 
funksiyası pisləşir, miokardın qanla təchiz olunması daha da aşağı 
düşür. Bu tsikl ölüm baş verənə  qədər dəfələrlə  təkrarlanır. 
Əlbəttə, fəaliyyət göstərən stimulun qiyməti və xarakterindən asılı 
olaraq müsbət  əks  əlaqənin təsirinin qarşısı  mənfi  əks  əlaqə 
mexanizmlərinin hesabına kəsilə bilər. 
Endokrin sistem hormonlar adlandırılan kimyəvi maddəni 
ifraz edən daxili sekresiya vəzilərindən ibarətdir. Hormonlar 
bədənin bütün sahələrinin hüceyrəxarici mayesinə daxil olaraq 
hüceyrə funksiyalarını  tənzimləməyə köməklik göstərir. Belə ki, 
qalxanabənzər vəzinin tərkibində yod olan hormonları metabo-
lizmi sürətləndirir, mədəaltı vəzinin hormonu olan insulin qlükoza 
mübadiləsinə nəzarət edir. 
Tənzimedici sistemlərin iş prinsipləri əks əlaqə – idarə edən 
sistemlərin işinin əsas prinsipi – çox sayda və artıq miqdarda olan 
tənzimedici konturlar və onların iyerarxikliyi ilə möhkəmlənir, bu 
da orqanizmin həyatın daima dəyişən  şəraitinə adaptasiya olun-
masına imkan yaradır. 
Canlı strukturlarda mənfi  əks  əlaqənin tək-tək yerləşən 
tənzimedici konturları mövcud deyildir, praktiki olaraq həmişə 
tək-tək yerləşən hüceyrə, orqan və ya orqanlar sisteminin 
daxilində  və orqanizm səviyyəsində  əks  əlaqənin öz aralarında 
qarşılıqlı  əlaqədə olan ilgəklər kompleksi olur. Məsələn, insulin 
qanda qlükoza səviyyəsini aşağı salır, eyni zamanda isə adrenalin 
və kortizon əks təsir göstərir. 
Orqanizmin nəzarət edən sistemlərinin əksəriyyəti mənfi əks 
əlaqə prinsiplərindən istifadə edərək fəaliyyət göstərir. Başqa 
sözlə, fəaliyyətin nəticəsi onun yaratmış səbəb və üsullara mənfi 
təsir göstərir. Mənfi  əks  əlaqənin  ən azı üç elementə ehtiyacı 
vardır. Qanın plazmasında qlükoza miqdarının tənzim olunması 
misalında bunu aydınlaşdıraq.  Birincisi, həyati  əhəmiyyətli pa-
rametri (məsələn, qlükoza) qeydə alan element lazımdır. İkincisi
sistem bu parametrin dəyişməsinə prosesin başlanğıc 
mərhələsinin xarakteristikalarını  dəyişməklə (məsələn, insulin 
ifrazını aşağı salmaqla) cavab verməlidir. Nəhayət üçüncü sistem 
elə  fəaliyyət göstərməlidir ki, nəzarət olunan parametrin normal 
qiyməti saxlanılsın (məsələn, qanda qlükozanın səviyyəsi aşağı 
salınsın). Beləliklə, mənfi  əks  əlaqə bioloji sistemlərin stabil və 
davamlı  vəziyyətini mühafizə edir və daima nəzarət altında sax-
layır. 
Müxtəlif tənzimedici konturlar arasında iyerarxiklik 
müşahidə edilir. Məsələn, hipotalamus və hipofizin ön pay 
hüceyrələrinin endokrin funksiyalarına nəzarət edir, hansının ki, 
Aderno-kortiko-trop-hormon (AKTH) öz növbəsində böyrəküstü 
vəzinin qabığındakı funksiyanı  nəzarət altında saxlayır, sonun-
cunun ifraz etdiyi kortizol qanda qlükoza səviyyəsinin saxlanıl-
masında (insulinə əlavə olaraq) iştirak edir. 
Orqanizmin mühitin dəyişən şəraitlərinə uyğunlaşması, onun 
cavablarının kəmiyyət və xarakterini dəyişmək qabiliyyətindən 
asılıdır.  Əks  əlaqə sisteminin konturlarının elastiklik və 
hərəkətliliyi fizioloji adaptasiyaların bir çox formaları üçün mex-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə