Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə12/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

 
43
bərabərləşir. Maye və ya qazla doldurulmuş 2 həcmə baxaq 
(şəkil 3.4). c
1
  və  c
2
 qatılığını göstərir. Onlar bir-birindən d 
qalınlıqlı S səthli qatla ayrılıblar. t zamanı ərzində maddələrin 
diffuziya ilə axın sürəti Fikin I qanunu ilə təsvir olunur: 
dx
c
c
DS
dt
dm
2
1


=
 və ya 
dx
dc
DS
dt
dm −
=
            (1) 
D  – diffuziya əmsalı olub, verilmiş maddə, həlledici və 
temperatur üçün sabit kəmiyyətdir. Beləliklə  də, diffuziyanın 
sürəti (dm/dt), qatılıq qradiyenti (dc/dx) və diffuziyanın getdiyi 
səthin sahəsi (S) ilə düz mütənasibdir. Sistemdə maddənin 
ümumi axını, qatılıq az olan tərəfə olduğundan, tənlikdə mənfi 
işarəsi yaranır. 
 
 
 
Şəkil 3.4. Diffuziyanın miqdari sxemi. İki fəza d qalınlıqlı və S 
sahəli qatla ayrılıb. c
1
 – həcmin sol hissəsində hissəciklərin yük-
sək qatılığı, c
2
 – sağ hissədə hissəciklərin aşağı qatılığı; A səthi – 
diffuziya qatında qatılıq qradiyenti.  
 
Diffuziya
 – vacib proses olub, onun köməyilə maddə 
hissəcikləri sulu məhlulda yayılır. Bir çox maddələr, xüsusilə 
də su və onda həll olan qazlar – O
2
 və CO
2
 lipid membranından 
sərbəst diffuziya edə bilir. Yağda həll olan maddələr də 
membranlardan yaxşı diffuziya edir; bu etanol və sidik cövhəri 
 
44
kimi kiçik ölçülü polyar (qütblü) molekullara da aiddir, şəkərlər 
isə lipid qatından çətinliklə keçirlər. Bununla yanaşı lipid 
qatları yüklənmiş molekullar və habelə qeyri-üzvi ionlar üçün 
demək olar ki, pis keçiricidir. Qeyri-elektrolitlər üçün 
membranın xarakteristikasını  və diffuziya edən maddəni bir 
parametirdə – keçiricilikdə (P) birləşdirərək yeni tənlik alınır: 
)
c
c
(
PS
dt
dm
2
1

=
 və ya 
PSdc
dt
dm =
         (2) 
Şəkil 3.5-də müxtəlif molekullar üçün lipid membranının 
keçiriciliyi (P) müqayisə edilir. 
Кечириъилик
10
-2
10
-4
10
-6
10
-8
10
-10
10
-12
10
-14
, см •с
-1
H
2
O
Сидик туршусу
Г лисерол
Триптофан
Г лцкоза
Cl
-
K
+
Na
+
Кечириъилик
10
-2
10
-4
10
-6
10
-8
10
-10
10
-12
10
-14
, см •с
-1
H
2
O
Сидик туршусу
Г лисерол
Триптофан
Г лцкоза
Cl
-
K
+
Na
+
 
 
Şəkil 3.5. Süni lipid biqatlarının sxemi. 
Maddələrin membrandan diffuziyası.
 Plazmatik membran 
və digər membranlar yalnız lipid qatından diffuziya edən 
maddələr üçün deyil, həmçinin bir çox ionlar, şəkərli birləşmələr 
downloaded from KitabYurdu.org


 
45
amin turşuları və nukleotidlər üçün də keçiricidir. Bu maddələr 
membranın üzərində olan məsamələr vasitəsilə keçirlər. 
Məsamələri membranın divarına girmiş  nəqliyyat zülalları 
yaradırlar. Belə zülalların özünün daxilində su ilə dolmuş ±1 nm 
diametrli kanallar var, onlardan kiçik molekullar diffuziya edə 
bilir. Onlar qatılıq qradientinə  əsasən hərəkət edirlər və  əgər 
onlar yüklüdürlərsə, belə halda onda onların kanallarla hərəkəti 
membran potensialı sayəsində  tənzimlənir. Membran kanalları 
onlardan keçən molekul tiplərinə görə nisbi seçiciliyə malikdir. 
Məsələn, kalium, natrium və kalsium kanalları mövcuddur ki, 
onlar da spesifik ionlardan başqa digər ionlar üçün keçirici de-
yildir. Belə seçicilik maddənin kanalın divarına birləşmə yerinin 
quruluşu və yükü ilə şərtlənir ki, bu spesifik molekulların nəqlini 
asanlaşdırır və kanallarla digər maddələrin keçməsinin qarşısını 
alır (şəkil 3.6,A). 
İonların hərəkəti zamanı yaranan cərəyanı ölçməklə  hətta 
tək kanal üçün də membranda ion kanalının işini asanlıqla mü-
şahidə etmək mümkündür. Kalium kanalı üçün 2 pA (2
⋅10
-12
 A) 
ampilutudlu və bir neçə millisaniyə davam edən cərəyan 
xarakterikdir. Bu dövr ərzində ondan 10 minlərlə ionlar keçir. 
Zülalın bir konformasiyadan digərinə keçidi rentgen difraksi-
yası, messbauerov spektroskopiyası  və nüvə-maqnit rezonansı 
metodları ilə öyrənilir. Beləliklə, zülallar yüksək dinamiki 
hərəkətli quruluşlar olub, zülal təbəqədən keçən kanal isə yalnız 
su ilə dolu bərk borucuq deyil (şəkil 3.6, A) həm də, sürətlə 
hərəkət edən molekulyar qrup və yüklərin labrintidir. Kanalın 
bu dinamik xarakteristikası onun energetik profilində öz əksini 
tapır (şəkil 3.6, B). Burada absis oxu boyunca kanalın ionları 
qatılığı  c
0
 («o» – outside – xarici) və potensialı 0 olan xarici 
məhluldan, c
i
 («i» – inside – daxili) qatılıqlı  və  E potensiallı 
daxili məhlula qədər olan uzunluğu göstərilir. Ordinat oxu 
boyunca kanala birləşmə yerində ionun enerji səviyyəsi 
göstərilir; qrafikdə pik keçiricilik səddini (baryerini) əks etdirir, 
hansı ki, ionun enerjisi kanaldan keçmək üçün lazım olan 
 
46
enerjidən çox olmalıdır, qrafikin dəyişilməsi isə nisbətən 
sabitdir. Əgər energetik profil spontan olaraq tsiklik dəyişərsə, 
energetik pik şəkilində maneəyə baxmayaraq ion kanaldan keçə 
bilər. Bu yolla ion gözlənilmədən energetik pikin «o tərəfində» 
ola bilər və hüceyrəyə doğru hərəkətini davam etdirə bilər. 
İonun hidratlaşma dərəcəsindən, ölçüsündən, yükündən və 
onun kanalın divarlarının quruluşları ilə birləşmə 
qabiliyyətindən asılı olaraq kanalın energetik profili müxtəlif 
ionlar üçün dəyişilir ki, bununla da ayrı-ayrı tip kanalların 
seçiciliyi izah olunur. 
 
 
Şəkil 3.6. A.Kalium kanalında  əmələ  gələn membranın ikiqat lipid 
molekulları ilə əhatə olunmuş zülalın sxemi. Kanalın divarında dörd 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə