Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə11/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

 
39
sxematik şəkli: 1-qlikogenin qranulaları, 2-plazmatik membran, 3-
lipid damcıları, 4-fəal mikroflamentlər, 5-aqranulyar endo-
plazmatik retikul, 6-mikroborucuq, 7-peroksisom, 8-Holçi aparatı, 
9-qranulyar endoplazmatik retikul, 10-nüvə, 11-xromatin, 12-mito-
xondri, 13-sentriol, 14-sərbəst ribosomlar, 15-lizosomlar, 16-
vezikula, 17-desmosomlar, 18-kiprikcik.  
 
Şəkil 3.3. Plazmatik membranın sxematik təsviri. Zülallar ikiqat 
düzülmüş fosfolipid molekullarına batmış, onlardan bəziləri bisloy 
qatına daxil olduğu halda, digərləri ancaq ya xarici, ya da daxili 
qatda hələ məskən salır: 1-xolesterol, 2-qlikolipidlər, 3-membranın 
xarici qatında olan zülallar, 4-fosfolipid, 5-qlobulyar zülal, 6-
molekulanın hidrofob hissəsi, 7-molekulanın hidrofil hissəsi, 8-
membranın 
α-spiral hissəsi, 9-membranın daxili qatında olan 
zülallar.   
 
olunur ki, hələlik məlum olmayan hər hansı funksional əhəmiy-
yət daşıyır. Membranın lipid matriksinə daxil olan əsas funksio-
nal elementlər zülallardır. Zülallar müxtəlif membranlarda küt-
ləcə 25 %-dən 75%-ə qədəri təşkil edir. Lakin zülal molekulları 
lipid molekullarına nisbətən çox böyükdür, belə ki, 1 zülal 
molekulu 50 lipid molekuluna uyğun gəlir (kütləcə 50 %-də 
ekvivalent münasibət). Bir qisim zülallar membranın 
 
40
xaricindən daxili qatına keçir, digərləri isə yalnız hər hansı bir 
qatda yerləşir. Zülal molekulları adətən elə düzülür ki, onların 
hidrofob qrupları lipid membrana batır, polyar, hidrofil qrupları 
isə membranın xarici səthində  sulu  faza  tərəfə düzülür. Mem-
branın xarici səthinin bir çox zülalları qlükoproteidlərdir. Onların 
hidrofil şəkər qrupları hüceyrədən xarici mühitə tərəf səmtlənir. 
Hüceyrə həcminin təqribən yarısı sitoplazmadan membran-
la ayrılmış orqanoidlərdan ibarətdir. Hüceyrə orqanoidlərı 
membranlarının ümumi səthi plazma membranının səthindən 
10 dəfə çoxdur. Daha geniş yayılmış membran sistemi – endo-
plazmatik retikulum (şəbəkə) öz növbəsində güclü burulmuş 
borucuqlardan və ya kisəcikli uzanmış törəmələrdən ibarət tor-
dur. Endoplazmatik retikulumun böyük sahələri ribosomlarla 
dolu olur ki, bu cür retikulum qranulyar və ya dənəvər endo-
plazmatik retikulum adını alıb (şəkil 3.2). 
Lizosomlar və peroksisomlar – çox böyük olmayan ix-
tisaslaşmış qovuqcuqlardır (vezikullardır). Bu cür müxtəlif 
orqanoidlərin membranlarında və onların ətraf sahələrində spe-
sifik fermentlər olur. Orqanellanın daxilində onların müxtəlif 
funksiyalarının həyata keçirilməsində istifadə olunan xüsusi 
mübadilə məhsulları yığılır. 
Nüvə  və mitoxondirilər onunla fərqlənir ki, bu 
orqanoidlərin hər biri ikiqat membranla əhatə olunub. Nüvə 
hüceyrədə  əsasən metabolizmin genetik nəzarətinə cavab-
dehdir; mitoxondirinin daxili, girintili-çıxıntılı membranında 
oksidləşdirici-fosforlaşdırıcı metabolizm proseslərinin getdiyi 
yerdir. Burada piruvatın və ya yağ turşularının oksidləşməsinin 
hesabına yüksək enerjili birləşmə-adenozintrifosfat (ATP) 
sintez olunur. 
Sitoskelet.  Orqanoidlərı  əhatə edən sitoplazmanı mütləq 
amorf hesab etmək olmaz. Onun sitoskelet törəməsi vardır. Si-
toskelet mikroborucuqlardan, aktin filamentlərindən və aralıq 
filamentlərdən təşkil olunur (şəkil 3.2) Mikroborucuqların 
xarici diametri təxminən 25 nm təşkil edir. Onlar adi polimer 
downloaded from KitabYurdu.org


 
41
kimi tubulin zülal molekullarının yığılması nəticəsində yaranır. 
Aktin filamentləri. Yığıcı liflər membran qatı yanında və 
bütün hüceyrə boyu yerləşir. Xüsusilə  hərəkətlə bağlı olan 
proseslərdə iştirak edirlər. 
Aralıq filamentləri. Bunlar müxtəlif hüceyrə tiplərində 
saxlanılan müxtəlif kimyəvi tərkibli bloklardan təşkil olun-
muşlar. Onlar sitoskeletlərin digər iki elementi arasında 
müxtəlif əlaqə yaradırlar. Orqanoidlər kimi plazmatik membran 
da, sitoskeletlə birləşmiş  vəziyyətdədir. Sitoskelet hüceyrənin 
quruluşunu və onlarda orqanoidlərin vəziyyətinin saxlanılma-
sını  təmin etməklə yanaşı hüceyrənin formasının dəyişməsini 
və onun hərəkətliliyini şərtləndirir. 
Sitozol. Müəyyən edilmişdir ki, hüceyrə  həcminin təxminən 
yarısını sitozol təşkil edir. Belə ki, sitozol təxminən 20% 
(kütləcə) sulu məhlul yox, gel şəklində zülaldan ibarətdir, yəni 
sitozol hüceyrə kütləsinin 20%-ni zülal mənşəli birləşmələr 
əhatə edir. Kiçik molekullar, o cümlədən üzvi və qeyri-üzvi 
ionlar, sulu fazada həll olur. Hüceyrələrlə ətraf mühit arasında 
ion mübadiləsi gedir (bu mübadilə prosesinə növbəti bölmədə 
baxılacaq). Hüceyrəxarici mühitdə ionların qatılığı demək olar 
ki, sabit səviyyədə saxlanılır. Bu ionlardan hər birinin hüceyrə 
xaricindəki miqdarından fərqli olaraq, onun hüceyrə 
daxilindəki miqdarı spesifik səviyyəyə malikdir (cədvəl 3.1). 
Hüceyrənin xarici mühitində Na
+
 kationu daha geniş yayılmış-
dır. Hüceyrədaxilində onun qatılığı xarici mühitə nisbətən 10 
dəfə azdır. K
+
 kationunun qatılığı isə əksinə, hüceyrə daxilində 
daha çoxdur. Hüceyrədaxili və hüceyrəxarici mühitdəki qatı-
lıqlar arasındakı daha böyük qradient (fərq) Ca
2+
 ionları üçün 
də mövcuddur. Sərbəst Ca
2+
 ionlarının qatılığı hüceyrənin 
xaricinə nisbətən onun daxilində on min dəfə azdır. Bütün 
ionlar sitozolda həll olur, onların bir hissəsi zülallarla adsorb-
siya edir və ya orqanoidlərdə ehtiyat halında toplanır. Məsələn, 
Ca
2+
-un misalında birləşmiş ionlar sitozolda sərbəst ionlara 
nisbətən daha çoxdur. Sitozol zülallarının böyük hissəsi – 
 
42
fermentlərdir, onların iştirakı ilə aralıq metabolizmin çoxlu 
prosesləri həyata keçirilir: qlikoliz və qlikoneogenez amin 
turşularının sintezi və parçalanması, ribosomlarda zülalın 
sintezi (şəkil 3.1). Sitozolda həmçinin vacib molekulların 
ehtiyatı kimi lipid damlaları və qlikogen qranulaları (dənələri) 
vardır (cədvəl 3.1). 
Cədvəl 3.1 
Homoyoterm heyvanların 
əzələ hüceyrələrində ionların 
hüceyrədaxili və hüceyrəxarici qatılığı. (A
-
-«yüksəkmolekullu hüceyrə 
anionları», sükunət potensialı – 90 mV). 
 
İonlar 
Hüceyrədaxili 
qatılıq, mmol
⋅l
−1
 
İonlar 
Hüceyrəxarici 
qatılıq, mmol
⋅l
−1
 
Na
+
 12  Na
+
 145 
K
+
 155  K
+
 4 
Ca
2+
 
10
−8
-10
−7
 
Ca
2+
 2 
Cl

 

Cl

 
120 

3
HCO
 


3
HCO
 
27 
A

 
155 Sair 
kationlar  5 
 
 
3.2. Hüceyrə ilə ətraf mühit arasında 
maddələr mübadiləsi 
 
Bizim hüceyrənin quruluşunu qısaca  şərh etməkdə 
məqsədimiz hüceyrə fiziologiyasının məzmununu açmaqdır. 
Hüceyrəni heç bir halda statik hesab etmək olmaz. Çünki 
müxtəlif təbiətli hüceyrədaxili komponentlərlə, xarici mühit 
arasında həmişə maddələr mübadiləsi gedir. Hüceyrə 
quruluşları dinamik tarazlıqda olur. Bu isə onların öz aralarında 
və  ətraf mühitlə normal qarşılıqlı  təsir nisbətini təmin edir. 
Nəticədə orqanizmin normal həyat fəaliyyəti üçün təminat 
yaranır. 
Diffuziya – maddələrin daşınmasının sadə yoludur. Bir 
maddənin atom və molekulları məhlullarda və qazlarda sərbəst 
halda yayılır və bu mühitlərdə diffuziya hesabına qatılıq 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə