Dəryadan bir damla1


Peyğəmbər hərəkatında Əhli-beytin rolu



Yüklə 1,68 Mb.
səhifə13/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Peyğəmbər hərəkatında Əhli-beytin rolu



İslam hökuməti quruluşunun formalaşmasında imamların rolu

1. Əmirəlmömininin rolu

Əmirəlmöminin elə bir insan idi ki, dinin təbliği yolunda, Allah üçün işdə və Allah düşmənləri ilə mübarizədə gecə-gündüz bilmirdi. O, Peyğəmbərin bütün döyüşlərində iştirak etdi. Səhv etməsəm, Təbuk döyüşündə Peyğəmbər buyurdu ki, ey Əli, sən qal və Mədinəni qoru. Çünki Mədinə başqa bir cəhətdən təhdid olunurdu. Peyğəmbər onu Mədinədə qoydu. Lakin digər döyüşlərdə, yaxud döyüşlərin böyük əksəriyyətində Peyğəmbərin yanında oldu. Heç kəsin olmadığı yerdə o, var idi. Ağır şəraitlərdə təhlükəyə ən yaxın yerdə olurdu.658

Peyğəmbər üçün nə zaman mühüm bir məsələ qarşıya çıxırdısa, onu səsləyirdi.659 Ona güvənirdi və bilirdi ki, əvvəla, işi yaxşı görəcək; ikincisi, çətin işdən yayınmayacaq; üçüncüsü, Allah yolunda mücahidliyə hazırdır. Misal üçün, Leylətülməbitdə - Peyğəmbərin məxfi şəkildə Məkkədən Mədinəyə getdiyi gecə bir nəfər onun yatağında yatmalı idi. Peyğəmbər Əlini (ə) önə keçirdi. Döyüşlərdə Əmirəlmöminini öndə göndərirdi. Mühüm işlərdə, qarşıya çıxan hər bir əsaslı məsələdə Əlini (ə) önə salırdı. Çünki ona güvənir və dönməyəcəyini, qorxmayacağını, işini yaxşı görəcəyini bilirdi. Bu ümmətdə əməllərində Peyğəmbərə onun qədər bənzəyən yox idi.660 Peyğəmbər kimi hər yerə gedirdi. Başqa heç kəs Peyğəmbərin ardınca, o həzrətin ayaq izləri üzərində hərəkət edə bilmirdi. Bütün bu böyük, imanlı və bəyənilmiş işlərlə yanaşı, onun rəftarı qorxu və ümid arasında olan bir insan rəftarı idi.661 Allahdan qorxurdu. Sanki onu cənnətlə cəhənnəmin arasında saxlamışlar; bir tərəfdə cənnəti görür, bir tərəfdə isə cəhənnəmi. Və o bu qədər mücahidlik, yaxşılıq və ibadətlə məğrur olmurdu.662

Bu, Əmirəlmömininin xüsusiyyətidir. O həzrət ömrünün müxtəlif dövrlərində, müxtəlif şəraitlərdə uca məqsədlər uğrunda ən yaxşı şəkildə çalışmışdır. O, Peyğəmbərin uca məqsədlərindən başqa heç bir şey istəmirdi. Onun bütün varlığı bu məqsədlərə xidmət edirdi və başqa hər şey ikinci dərəcəli idi.663

Peyğəmbərin Fatimə adlı bir qızı var. Bütün müsəlmanlar bilir ki, Peyğəmbər belə buyurub: “Fatiməni qəzəbləndirən məni qəzəbləndirmiş, onu razı salan məni razı salmışdır".664 Görün bu qızın məqamı nə qədər böyükdür ki, uca Peyğəmbər xalqın qarşısında və camaat içində onun barəsində belə danışır. Bu, adi məsələ deyil.

Əziz Peyğəmbər bu qızı İslam cəmiyyətində ən üstün bir şəxsə - Əli ibn Əbu Talibə (ə) vermişdir. O gənc cəsarətli, şərafətli, hamıdan imanlı, hamıdan igid, hamıdan birinci müsəlman olmuş və bütün işlərə hazırlıqlı şəxsdir. İslam onun xəncərinə güvənir; hamının aciz qaldığı yerdə bu gənc önə çıxır, düyünləri açır və maneələri ortadan götürür. Peyğəmbərin bu əziz kürəkəni sevməsi qohumluq münasibətinə görə yox, şəxsiyyətinin böyüklüyünə görədir. O, Peyğəmbərin gözünün işığının həyat yoldaşıdır.665


Fatimeyi-Zəhranın (ə) rolu

Siyasi və ictimai mübarizə cəhətindən həzrət Zəhranın (ə) şəxsiyyəti mühüm və böyükdür. Belə ki, dünyanın bütün siyasi və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu, bütün uşaqlıq çağını böyük, unudulmaz və qlobal bir mübarizə halında olan atanın ağuşunda keçirdi. Bu xanım uşaq ikən Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsində yaşadı, Məkkə dövrünün çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Mədinəyə hicrət edəndən sonra bütün həyatı Allah yolunda cihadda keçən bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (ə) və Əli (ə) on bir ilə yaxın müştərək həyatları dövründə heç bir il, bəlkə də heç bir yarım il olmadı ki, bu ər Allah yolunda cihad etməsin, döyüşə getməsin, bu böyük və fədakar xanım da mücahid bir insanın, əsgərin və daimi sərkərdənin ləyaqətli həyat yoldaşı kimi vəzifələrini yerinə yetirməsin.666

O həzrətin atasının anası adlandırılması onun xidmətinə, işinə, mücahidliyinə və fəaliyyətinə görədir. O həzrət istər Məkkədə, istər çox çətin keçən Əbu Talib dərəsində, istərsə də anası Xədicənin dünyadan köçüb Peyğəmbəri yalqız qoyduğu zaman atasının yanında oldu və onun dərdini bölüşdü.667

Digər imamların rolu

İmam Həsən Müctəba (ə) Məkkədən başlayaraq İslam hökuməti ilə nəticələnmiş, Əmirəlmömininin və onun dövrünə çatmış ortodoks İslam cərəyanının hakimiyyət formasında deyil, başqa bir məcrada, ən azı yenidən hərəkat formasında davam etməsini təmin etdi. Çünki hakimiyyət formasında davam etməsi artıq mümkün deyildi.668

İmam Hüseynin (ə) bütün söz və hərəkətləri, eləcə də digər məsumların onun barəsində dedikləri təsdiq edir ki, məqsəd haqqı, ədaləti və Allahın dinini bərqərar etmək, İslam hakimiyyəti qurmaq, zülm və fəsadın kökünü kəsmək, İslam Peyğəmbərinin və digər peyğəmbərlərin yolunu davam etdirmək olmuşdur: "Ey Allahın seçilmiş bəndəsi olan Adəmin varisi! Ey Allahın peyğəmbəri olan Nuhun varisi!" Peyğəmbərlərin nə üçün gəldiyi də bəllidir: "İnsanlar ədaləti bərpa etsinlər!669"670

Mən imamların həyat və sözlərindən belə nəticə çıxarmışam ki, İmam Müctəbanın (ə) sülhündən sonra daim bu hərəkatı yenidən Əli (ə) hakimiyyəti və İslam dövləti formasına salmağa və onu bərpa etməyə çalışmışlar. Bu barədə rəvayətlərimiz də var.

...İmamlar istəyirdilər ki, hərəkat yenidən İslam dövlətinə və əsl İslam cərəyanına çevrilsin, nəfsi istəklərə bulaşmayan İslam dövləti qurulsun.671

Biz inanırıq ki, məsum imamlarımız öz dövrlərində cəmiyyətdə hakim kimi tanınmasalar, qəbul olunmasalar da, bütün hakim xüsusiyyətləri onlara məxsus idi. Bundan ötrü çalışır və fəaliyyət də göstərirdilər. Biz imamların, o cümlədən İmam Sadiqin (ə) həyatına dair danılmaz faktlardan bilirik ki, onlara məxsus olan hakimiyyəti ələ keçirməyə çalışmışlar.672

İmam Musa ibn Cəfərin (ə) 35 illik imamlığının hamısını əhatə edən davamlı mübarizə amilinə diqqət yetirmədən bu uca imamın həyatını araşdırmaq, bir-biri ilə əlaqədar olmayan müxtəlif hadisələr haqda fikir bildirmək, onun elmi və mənəvi məqamını incələmək, ailəsi, səhabələri, şagirdləri, elmi-etiqadi mübahisələri və digər məsələlər haqda danışmaq yarımçıq və natamam olar. Bu amili aydınlaşdırandan sonra bu səmərəli həyatın bütün hissələri bir-birinə bağlanır, hər bir məsələnin, hadisənin və hərəkətin mənalandığı aydın, kamil və istiqamətli bir təsvir ortaya çıxır.

Bu xətt imamların 250 illik dövrün hamısında müxtəlif formalarda davam etdirdiyi cihad və mübarizə xəttidir. Bunda məqsəd əvvəla, əsl İslamı açıqlamaq, Quranı düzgün təfsir etmək və İslam etiqadlarına dair aydın təsəvvür yaratmaq, ikincisi, İslam cəmiyyətində imamət və siyasi hakimiyyət məsələsini başa salmaq, üçüncüsü isə uyğun cəmiyyəti qurmaq, böyük İslam peyğəmbərinin və bütün peyğəmbərlərin ədaləti bərqərar etməkdən, Allaha şərik çıxanları hakimiyyətdən uzaqlaşdırmaqdan və cəmiyyəti Allahın xəlifələrinə, saleh bəndələrinə tapşırmaqdan ibarət məqsədini həyata keçirməyə çalışmaqdır.

İmam Musa ibn Cəfər (ə) də özünün bütün həyatını bu müqəddəs cihada həsr etmişdi. Onun dərsi, təlimi, fiqhi, hədisi, təqiyyəsi və tərbiyəsi bu istiqamətdə idi.673


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə