Dəryadan bir damla1


Peyğəmbər hərəkatının faydalarını qorumaqda və davam etdirməkdə Əhli-beytin rolu



Yüklə 1,68 Mb.
səhifə14/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Peyğəmbər hərəkatının faydalarını qorumaqda və davam etdirməkdə Əhli-beytin rolu


Vilayət - nübüvvətin davamı

Çox gözəl məzmunu olan Nüdbə duasında buyurur ki, onları mənəvi təkamülün ən uca dərəcələrinə çatdırdın, onlara məhv olmayan nemətlər verdin və onları seçdin,674 amma onlar üçün bu şərti qoydun. Peyğəmbər insan ucalığının ən yüksək zirvəsindədir. Bu, ilahi yardım olmadan mümkün deyil. Amma Allah bu imtiyazı bir şərt qarşısında verir: dünya və onun bəzəklərinə uymamaq. Onlar da qəbul və əməl etmişlər. Odur ki, Peyğəmbər və Əmirəlmöminin kimi möhkəm və yorulmaz insanlar meydana çıxır. Onlar çiyinlərinə elə yük götürürlər ki, bu yük yalnız öz zamanlarına məxsus deyil; elə məktəb yaradırlar ki, öz ömürlərinin bitməsi ilə bitmir.675

Peyğəmbər bu xətləri təsvir etdi və bu xətlər əsasında cəmiyyət qurdu. Peyğəmbər on il dövləti belə idarə etdi. Təbii ki, insanların tərbiyəsi tədrici işdir, birdəfəlik deyil. Peyğəmbər bütün bu on ildə bu təməllərin möhkəm olmasına və kök atmasına çalışırdı. Lakin bu xüsusiyyətlərin tam ziddinə yetişmiş bir xalqı dəyişdirmək üçün on il çox az zamandır.

İnsanlar bir-birinin ardınca müsəlman olurdular. Elələri vardı ki, Peyğəmbəri görməmiş, o on ili dərk etməmişdirlər. Şiənin etiqad bəslədiyi canişinlik məsələsi burada formalaşır. Canişinliyin və ilahi təyinatın mənşəyi buradadır, o tərbiyənin davamı üçündür. Məlumdur ki, bu canişinlik dünyəvi canişinliklər kimi deyil ki, biri öləndə oğluna vəsiyyət etsin. Söhbət bundan gedir ki, Peyğəmbərdən sonra onun proqramları davam etdirilməlidir.676

İnsan Qədir-Xum məsələsinə müxtəlif aspektlərdən nəzər salıb mənəvi və mental baxımdan bəhrələnə bilər. Biri nübüvvətin davamı olan vilayət prinsipi və mövzusudur. Bu, mühüm mövzudur. Nübüvvət bəlli zaman kəsiyində Allahın mesajlarının çatdırılmasından və Allah tərəfindən göndərilmiş bir şəxs vasitəsilə ilahi iradənin həyata keçirilməsindən ibarətdir. Təbii ki, bu dövr də bitəcəkdi: "Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!"677 Lakin bu ilahi və mənəvi hadisə Peyğəmbərin vəfatı ilə bitmir, onun hər iki cəhəti qalır. Bunların biri ilahi qüdrət, din hakimiyyəti və Allahın iradəsidir. Peyğəmbərlər bəşəriyyət arasında Allahın qüdrətinin nümunələri idilər. Peyğəmbərlər insanları yalnız nəsihət etmək üçün gəlməmişdilər. Nəsihət və təbliğat onların işlərinin bir hissəsi idi. Peyğəmbərlər cəmiyyəti ilahi dəyərlər əsasında qurmaq, xalqın real həyatına təsir göstərmək üçün gəldilər. Bəziləri bacardılar və mübarizələri nəticəyə çatdı, bəziləri də bacarmadılar. Xalq arasında ilahi hakimiyyət və vilayətin nümunəsi olan Peyğəmbərin həyatının bu cəhəti davam edir, ona görə ki, dinin rəhbərlik və hakimiyyət olmadan heç zaman lazımi təsirini bağışlaya bilməməsi bəlli olsun.678

Dinin ən əsas məsələsi vilayət məsələsidir. Vilayət tövhidin əlaməti və sayəsidir. Vilayət hakimiyyətdir, İslam cəmiyyətində Allaha məxsus olan, Allahdan Peyğəmbərə və ondan möminlərin vəlisinə keçən bir şeydir. Onların bu məsələdə şübhələri vardı, uzun səcdələr etsələr də, doğru yoldan yayınmışdılar, həqiqəti anlamırdılar. Siffeyn döyüşündə Əmirəlmöminindən uzaqlaşıb Xorasana və digər bölgələrə sərhədçi gedənlər bir gecə, yaxud saatlarla uzun səcdələr edirdilər. Amma insan Əmirəlmöminini tanımasa, bunun faydası nədir?! Düzgün tövhid və vilayət xəttini tanımadan səcdədə qalmağın nə mənası var?!

Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz.679 Bu necə ibadətdir?! Əmirəlmöminin bunlarla vuruşurdu.680

Vacib mövzulardan biri də imamət strategiyasından xəbər verən iddialardır. İnsan bəzən imamların həyatında qeyri-adi iddialar görür. Bunlar imamət strategiyasından ibarət xüsusi iddialardır... Bunların biri Fədək məsələsidir. Bir dəfə Harun Bəni-Haşimi susdurmaq və onların iddialarına son qoymaq üçün Musa ibn Cəfərə (ə) dedi ki, Fədəkin sahəsini müəyyən et, onu sənə qaytarım. İmam əvvəlcə bundan imtina etdi, sonra buyurdu ki, hamısını versən, alaram. O dedi ki, çox yaxşı, hüdudlarını müəyyən et. Maraqlıdır ki, imam onun hüdudlarını təyin edərək deyir: "Bir tərəfi Ədəndir". Bunlar Mədinədə, ya da Bağdadda oturub söhbət edirlər. Deyir ki, bir tərəfi Ərəbistan yarımadasının sonu olan Ədəndir. Bunu deyəndə Harunun rəngi dəyişdi. Sonra buyurdu ki, bir tərəfi Səmərqənddir. Bu zaman Harunun rəngi qızardı. Buyurdu ki, üçüncü tərəfi Tunisdir. Bu zaman Harun əl-Rəşidin rəngi qaraldı. Dedi ki, maraqlıdır! Sonra buyurdu ki, dördüncü tərəfi dənizlərin kənarı, adalar, misal üçün, Aralıq dənizidir və sair. Harun əl-Rəşid dedi ki, bəs bizə nə qaldı; onda qalx gəl, mənim yerimdə əyləş. İmam Kazim (ə) buyurdu: "Sənə dedim ki, hüdudlarını təyin etsəm, qaytarmayacaqsan". Rəvayətçi deyir ki, bu zaman Harun əl-Rəşid onu öldürmək qərarına gəldi.681 Bu, İmam Musa ibn Cəfərin (ə) iddiasıdır. Onun, İmam Sadiqin (ə) və İmam Rzanın (ə) həyatında belə iddialar olmuşdur. Bunlar mühüm bəhslərdir.682


Mənəviyyatın və Peyğəmbər dəyərlərinin davamı

Mövzunun həmin qədər mühüm olan ikinci cəhəti budur: Bu hakimiyyət Peyğəmbərin vəfatı ilə sona çatmırsa və davam edirsə, Peyğəmbər mənəviyyatından uzaq ola bilməz. Düzdür, Peyğəmbər müstəsna bir məqama malikdir, başqa heç kəs onunla müqayisə oluna bilməz. Lakin varlığının davamı ona münasib olmalıdır. Peyğəmbərin işini davam etdirən şəxs də öz qədərincə qorunmalı və yayınmanın qarşıya çıxmaması üçün məsum olmalıdır. O dövrdə Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə) başqa belə bir şəxs yox idi. Qədir-Xum məsələsi bu iki cəhəti bir yerdə qeyd etmişdir.683

İmam Hüseynin (ə) hərəkatı belə bir hərəkat idi. Buyurdu ki, yalnız babamın ümmətinin işlərini islah etmək üçün qiyam edirəm. Həmçinin belə buyurdu: “Kim Аllаhın hаrаmını hаlаl еdәn, Аllаhın әhdini pozan, Pеyğәmbәr sünnәsinә qarşı çıxan, Аllаhın bәndәlәrinə qarşı günаh, fәsаd vә düşmәnçilik еdәn zalım bir hökmdаrlа üzlәşsә, әmәli vә yа sözü ilә ona еtirаz еtmәsә, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin". Yəni kimsə fəsad və zülm mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında onunla bir tutulacaq.684

Düzdür, bu sözlərin hamısını İmam Həsən (ə) barədə də demək olar. Lakin indi söhbət İmam Hüseyn (ə) haqdadır. İslam dünyasının başçısı, İslam cəmiyyətinin hakimi və xalqın sevimlisi olan Peyğəmbər onu qucağına götürüb məscidə aparır. Hamı bilir ki, bu uşaq hamının sevimlisi olan bu şəxsin əzizidir. O, minbər üzərində çıxış edərkən uşağın ayağı nəyəsə ilişir və yıxılır. Peyğəmbər minbərdən enib onu qucağına götürür və sakitləşdirir.

Peyğəmbər altı-yeddi yaşlı uşaqlar olan İmam Həsən (ə) və İmam Hüseyni (ə) “cənnət gənclərinin ağaları”685 adlandırdı. Bunlar hələ uşaqdırlar, gənc deyillər, amma Peyğəmbər buyurur ki, cənnət gənclərinin ağalarıdır. Yəni altı-yeddi yaşlarında da bir gənc həddindədirlər; anlayır, əməl edir, addım atır, ədəb-ərkanlarını göstərirlər, bütün vücudlarından nəciblik duyulur. O zaman kimsə desəydi ki, bu uşaq heç bir günahı və cinayəti olmadan elə Peyğəmbərin ümməti tərəfindən qətlə yetiriləcək, xalq inanmazdı. Necə ki, Peyğəmbər buyurdu, ağladı, amma hamı təəccüb etdi ki, məgər belə bir şey mümkündür?!

İkinci mərhələ Peyğəmbərin vəfatından Əmirəlmömininin hakimiyyətinə qədərki 25 illik dövrdür. O bu dövrdə gənc, bacarıqlı, alim və cəsarətlidir, döyüşlərdə iştirak edir, böyük işlərdə rol oynayır, hamı onu böyük bilir, yaxşılıq edənlərin adı gələndə hamının yadına o düşür, Mədinə və Məkkə müsəlmanları arasında və İslam dalğasının çatdığı hər bir yerdə, hər bir dəyər baxımından günəş kimi parlayır, hamı ona hörmət edir. Dövrün xəlifələri ona və qardaşına hörmət bildirirlər, qarşılarında təzim göstərirlər, adlarını hörmətlə çəkirlər. O, dövrün nümunə gənci və hamı yanında möhtərəmdir. Əgər o zaman kimsə desəydi ki, bu gənc həmin camaat tərəfindən öldürüləcək, heç kəs inanmazdı.

Üçüncü mərhələ Əmirəlmöminin şəhidliyindən sonrakı dövr, Əhli-beytin qürbət çağıdır. İmam Həsən (ə) və İmam Hüseyn (ə) yenə Mədinədədirlər. İmam Hüseyn (ə) bu zamandan sonra 20 il bütün müsəlmanların mənəvi imamı, böyük müftisi, hamının hörmət bəslədiyi, təriflədiyi, Əhli-beytə hörmət bildirmək istəyən bütün şəxslərin üz tutduğu bir şəxs kimi Mədinədə yaşamışdır; sevimli, böyük, şərafətli, nəcabətli, köklü və alim bir şəxsiyyət kimi. O, Müaviyəyə məktub yazır; elə məktub ki, hansı şəxs hansı hakimə yazsa, ölümlə cəzalanar. Müaviyə bütün qüdrətinə rəğmən, məktubu oxuyur, amma dözür və bir söz demir. Əgər o zaman da kimsə yaxın gələcəkdə hamının nəzərində İslamı və Quranı təcəssüm etdirən bu möhtərəm, şərafətli, əziz və nəcabətli kişinin həmin Quran və İslam ümməti tərəfindən, özü də elə bir vəziyyətdə öldürülməsinin mümkünlüyünü desəydi, heç kəs inanmazdı. Amma həmin inanılmaz, qəribə və heyrətləndirici hadisə baş verdi. Kimlər etdilər? Yanına gəlib salam verənlər və hörmət bildirənlər. Bu nə deməkdir? Mənası budur ki, İslam cəmiyyəti bu əlli il ərzində İslam həqiqətindən və mənəviyyatdan uzaq düşdü; forma İslam idi, məzmun isə puç bir şey. Təhlükə budur.686



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə