Dəryadan bir damla1


Əziz Peyğəmbərlə rəftar növləri



Yüklə 1,68 Mb.
səhifə15/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   12   13   14   15   16   17   18   19   20

Əziz Peyğəmbərlə rəftar növləri



1-Müsəlmanlar

Peyğəmbərin adı, xatirəsi, sevgisi və hörməti bütün İslam dövrlərində bütün müsəlmanların birliyi üçün əsas amil olmuşdur. Dində bütün müsəlmanların və müsəlman firqələrinin bütün cəhətlərdən - həm əqli, həm duyğusal, həm psixoloji, mənəvi və əxlaqi cəhətlərdən bu şəkildə qəbul etdiyi, razılaşdığı və anlaşdığı başqa heç bir amil yoxdur.687


Müsəlmanların eşq, duyğu və imanlarının mərkəzi

Quran, Kəbə, vacib əməl və etiqadlar müsəlmanlar arasında müştərəkdir, amma onların əksəriyyətinə dair müxtəlif izah və baxışlar var. Lakin bütün müsəlmanların düşüncə, etiqad, əsasən də emosiya və hissiyyat baxımından birləşdiyi və anlaşdığı nöqtə sonuncu peyğəmbər və əziz elçi olan həzrət Məhəmməd ibn Abdullahdır (s). Bunu dəyərləndirmək lazımdır. Bu sevgini günbəgün artırmaq, müsəlmanlarda və xalqda o müqəddəs varlığa mənəvi və psixoloji təmayülü gücləndirmək lazımdır.688

Bizim bugünkü dünyamızla bağlı bir məqam var. Mən dəfələrlə onun üzərində dayanmışam. Bu gün müsəlmanların çoxlu problem və çatışmazlıqları var və özlərini bu problemlərdən xilas etmək üçün hər bir vasitədən istifadə etməlidirlər. Sözügedən məqam budur ki, İslam firqələrinin yekdil olduğu bir nöqtə mövcuddur. Hətta hamının yekdil olduğu tövhid etiqadında da kimlərinsə digərinin qəbul etmədiyi izahı və sözü ola bilər. Lakin bu məsələdə heç bir fikir ayrılığı mövcud deyil və o, əziz İslam Peyğəmbəri olan həzrət Məhəmməd ibn Abdullaha (s) sevgi və hörmətdir. Bu, toplantı və birlik nöqtəsidir. Onun üzərində çalışmaq lazımdır. Biz əvvəllər də bunu demişdik. Bəzi iradəli insanlar bu əsasla müsəlman firqələri arasında birlik yaratmağa çalışmışlar. Bu gün də imkanı çatanlar müsəlmanları bu birlik nöqtəsinə yönəltməlidirlər.689

Peyğəmbərin müqəddəs adı bütün dünya müsəlmanları üçün ən ürəkaçan İslam məsələlərindən biridir. Çünki məsələ həm sevgi və həm iman məsələsidir. Bu xatirənin və bu adın müsəlmanlara aid sahələrə təsir qüvvəsi yalnız imana bağlı olan və sevginin rolu görünməyən çoxlu İslam məsələlərindən artıqdır. Məhz buna görə bizdən öncəki dövrdə İslam dünyasının bəzi böyük mütəfəkkirləri demişlər ki, müsəlmanların birlik və əməli vəhdət amili Peyğəmbərin müqəddəs adı və əziz xatirəsi ola bilər. Bu, doğru sözdür.690

Ən yaxşılardan, ən böyüklərdən biri, yaranış aləminin bu böyük şəxsiyyəti - yəni əziz Peyğəmbərin mübarək vücudu və bütün müsəlmanların sevgi və inam mərkəzliyidir. İslam məsələləri arasında bütün müsəlmanların rəy və etiqadlarının, eləcə də duyğularının bu şəkildə cəmləşdiyi ikinci bir amil bəlkə də yoxdur, ya da çox nadirdir. Çünki duyğuların da böyük rolu var. Ümumi müsəlmanlardan ayrılıb duyğulara çox da əhəmiyyət verməyən, sevgi, diqqət və təvəssüllə işi olmayan bəzi qruplardan başqa bütün müsəlmanların əziz Peyğəmbərə sevgisi vardır.691
Əməldə Peyğəmbər ardıcıllığı

Bizim əziz və böyük İmam Xomeynimizin böyük fəxri ümməti o Peyğəmbərin sözünə yönəltməsi idi. Peyğəmbər və məsum olmayanlar məgər o böyük şəxsiyyətlə müqayisə olunasıdırlar?692


Peyğəmbərin nailiyyətlərini qorumaqda səhlənkarlıq

Əsrlər ötdü, müsəlmanlar Quranı unutdular və Quranın işıqlı xətləri itdi; ya pis anladılar, ya bilərəkdən təhrif etdilər, ya anladılar, amma əməl etməyə cürət və cəsarətləri olmadı, ya hərəkət etdilər, nəticə də əldə olundu, lakin o nəticəni müdafiə edib saxlamağa fədakarlıq göstərmədilər. Əgər erkən İslam çağında da Peyğəmbərin sözünü anlamasaydılar, yaxud ona əməl etməyə cürət etməsəydilər və qorxsaydılar - necə ki, Quranda belə şəxslərin bəzisinə işarə vurulmuşdur: "Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər"693 - yaxud əldə olunan üçün fədakarlıq göstərməsəydilər, qalmazdı.694


Düşmənlər və kafirlər

Peyğəmbərin şəxsiyyətini, simasını ləkələmək

İslamın qatı düşmənləri anladılar ki, İslamla mübarizə yollarından biri əziz Peyğəmbərin simasını ləkələməkdir. Bu sahədə çoxlu işlər görüldü.695


Peyğəmbərin şəxsiyyətini azad insanların yaddaşından silmək

Bu gün düşmən ardıcıl və müxtəlif üsullarla Peyğəmbəri dünyanın azad insanlarının yaddaşından silməyə çalışır. Dünyada çoxlu insanlar var ki, İslam Peyğəmbərini müsəlmanların tanıdığı qədər, hətta ondan da az tanısalar - yəni qəlblərində o nurlu simanın bir işıltısı yaransa, onların İslama və İslam mənəviyyatına etiqad və təmayülləri təmin olunar. Biz bu məsələ üzərində işləməliyik.696

İbrahimin (ə) dövründən bir neçə min il ötdükdən sonra Qurani-kərim insanlara deyir: "İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdirlər"697. Yəni ey müsəlman xalq! İbrahim (ə) də sizə örnəkdir. O zaman İbrahimin (ə) vəfatından bir neçə min il ötürdü, amma Quran onun adını yaşadır. Peyğəmbərin özü barədə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"698 Peyğəmbəri örnək kimi təqdim edir. Nə üçün? Çünki İbrahimin (ə) və ya bizim Peyğəmbərimizin xatirəsi xalq arasında nə qədər yaşasa, hamıya şərəf, ucalıq, hörmət və həyat dərsi verər. Çoxları Peyğəmbəri unutdurmağa çalışırdılar. Bəzi insanlar Peyğəmbərin vəfatından 20-30 ildən sonra azanda onun adını eşitdikdə qeyz və qəzəblərindən dişlərini qıcayırdılar ki, nə üçün onun adı yaşayır. Bilirdilər ki, harada Peyğəmbərin adı varsa, orada tövhid arzusu, tövhid əməli, tövhid cihadı, tövhidə etiqadlı müsəlmanın başucalığı var.699
İslamın əziz Peyğəmbərinə təhqirin tarixçəsi

Peyğəmbərlik dövrü

Mövzuların biri budur ki, peyğəmbərlərin qarşısında duran hegemonların birinci işi onlara təhqir gözü ilə baxmaları idi.700


Orta əsrlər

Təsadüfi deyil ki, Orta əsrlərdə və şərqşünasların qərəzli təhlilləri dövründə olduğu kimi, biz son illərdə də əziz Peyğəmbərə qarşı təhqirin başlandığını müşahidə edirik. Orta əsrlərdə və şərqşünasların tarixi əsərlər yazdıqları zaman məsihi keşişlər və qeyriləri öz yazılarında, sözlərində, sənət əsərlərində İslam Peyğəmbərinin şəxsiyyətini təhqir edirdilər. Ötən əsrdə də gördük ki, Qərbin qeyri-müsəlman şərqşünaslarının şübhə yaratdıqları və bəzən hörmətsizlik etdikləri şəxs əziz və müqəddəs Peyğəmbər idi. 701


Müasir dövr

...Uzun müddət səngimişdi, amma son zamanlar yenə başladılar. Son bir neçə ildə dünyanın hər tərəfində əziz Peyğəmbərin şəxsiyyətinə qarşı çirkli və mənfur şəkildə mədəni-ideoloji hücum başlamışdır.702

Son zamanlarda gördünüz ki, qlobal hegemonizm İslam inqilabı sayəsində İslamın mənəvi inkişafı ilə üz-üzə qaldı. Hərbi və siyasi cəbhədə də bu gün əməli İslamın nümunəsi və göstəricisi olan İslam inqilabını və İslam Respublikasını əzib məğlub edə bilmədilər. Buna görə mədəni-ideoloji hücuma keçdilər, muzdurlarını əziz və böyük Peyğəmbərin şəxsiyyətini təhqir etməyə vadar etdilər və bir şeytansifət dünyanın zər və zor şeytanlarının əmri ilə şeytani kitabını yazdı. Əlbəttə, dünya müsəlmanlarının və ilk olaraq, bizim imamımızın, böyük və mərhum rəhbərimizin qətiyyətli reaksiyası ilə üzləşdilər. İmam o şeytansifətə edam hökmü verdi.703
Böyük Peyğəmbəri təhqir etməkdə düşmənin məqsədi

1. Ardıcıllarının əhval-ruhiyyəsini zəiflətmək

Allah-Taala təsəlli kimi bizim Peyğəmbərimizə buyurur: "Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi".704 Ey bizim əzizimiz! Ey bizim peyğəmbərimiz! Əgər səni ələ saldıqlarını, səni təhqir etdiklərini, yaxud əhəmiyyətsiz saydıqlarını görürsənsə, onlar bu təhqirlərlə sənin ardıcıllarının əhval-ruhiyyəsini zəiflətməyə çalışırlar. Təəccüb etmə; bütün peyğəmbərlər belə olmuşlar.705

İmperializmin Salman Rüşdi məsələsini bayraq etməsi o rəzil, bədbəxt və üzüqara məxluqdan və onun şeytani kitabından ən azı dünyanın bir hissəsində müsəlmanların əhval-ruhiyyəsinə zərbə vurmaq üçün idi. Bu kitabda olan söyüş və təhqirlərlə müsəlmanları bir qədər zəiflətmək istəyirdilər. Lakin bu istək başlarına bəla oldu. Bu təxribat qarşısında imamın reaksiyası elə qətiyyətli və sərt idi ki, hamısını çaşdırdı. Onlar bu kitabı yayıb böyütməklə müsəlmanların ruhiyyəsini zəiflətmək istəyirdilər.706

Bəlkə də siz bilmirsiniz, amma mən görmüşdüm. Çünki mənə jurnalları gətirirdilər. Bu kitab Qərb mətbuatında, xüsusən də Amerika jurnallarında bir-iki ay elə təbliğ olunurdu ki, kim baxsaydı, bunun bir təxribat olduğunu anlayardı. Nə qədər yaxşı da olsa, bir kitabı bu qədər böyütməyə, jurnallarda yazmağa, barəsində reportaj hazırlamağa, satışından, nəşriyyatından, məzmunundan danışmağa, ixtisar etməyə, şəkil çəkməyə, film hazırlamağa, orada-burada yaymağa və bütün müsəlmanlara gülməyə lüzum yox idi. Hər kəs bilirdi ki, bu, adi iş deyil. Müsəlmanların ruhiyyəsini zəiflətmək üçün bu kitabı geniş reklamlarla ortalığa çıxardılar.707

Biz bunların hamısını - müqəddəslərə hörmətsizliyi Amerikanın, onun müttəfiq və muzdurlarının ayağına yazırıq, İslam xalqlarını və İslamın doğruçu alimlərini bundan uzaq bilirik. Lakin bu elə məsələlərdəndir ki, müsəlmanların sayıqlığı ilə həll edilməli və İslam düşmənlərinə sui-istifadə imkanı verilməməlidir.708
2. Vəhdət amilini sıradan çıxarmaq

Son bir neçə ildə dünyanın hər tərəfində əziz Peyğəmbərin şəxsiyyətinə qarşı çirkli və mənfur şəkildə mədəni-ideoloji hücum başlamışdır. Bu, düşünülmüş şəkildə ola bilər. Çünki müsəlmanların əziz Peyğəmbərin müqəddəs varlığı, ona etiqad və sevgi ətrafında birləşə bilməsi diqqət çəkmişdi. Odur ki, bu amilə qarşı şübhə yaradırlar.709


3. Müsəlmanları təhqir etmək

Həzrət imamın küfrlü Şeytan ayələri kitabının müəllifi barədə tarixi və dəyişməz hökmü və müsəlmanların bütün dünyada bu İslam hökmünün icrasına qarşı öhdəliyi İslamın beynəlxalq küfrlə qarşıdurmada ilk səmərələrini göstərir. Bir milyard müsəlmanın müqəddəslərinə hücumu müsəlmanları təhqir, dünyada İslam oyanışına marağı məhv etmək üçün giriş seçən Qərb hegemonizmi rüsvayçı şəkildə addım-addım geri çəkilməyə məcbur olmuşdur. İnşallah dünya müsəlmanlarının davamlı müqaviməti ilə bundan sonra heç kəs böyük Peyğəmbərə və İslam müqəddəslərini təhqir etməyə cürət göstərməyəcək.710


4. Peyğəmbərin şiə və sünni ardıcılları arasında qarşıdurma yaratmaq

Bu dövrün mühüm məsələlərindən biri müsəlmanlar arasında firqə qarşıdurmalarıdır. Bu, əlbəttə, yeni məsələ deyil, kəlam, fiqh və firqə məsələləri üstündə ixtilaflar, çəkişmələr və bəzən vuruşmalar İslamın ilk əsrindən olmuşdur. Lakin bu sahədə yeni olan budur ki, İranda İslam inqilabının qələbəsindən və bu düşüncənin bütün İslam üfüqlərinə genişlənməsindən sonra hegemonizmin bu ümumi İslam dalğasına qarşı mübarizə hiylələrindən biri bir tərəfdən İran İslam İnqilabını İslam mənasında və ümumi mənada yox, firqə mənasında bir şiə hərəkəti kimi tanıtdırmaq və digər tərəfdən şiə və sünni arasında nifaq, ədavət yaratmaq üçün çoxlu çalışmaq olmuşdur. Biz əvvəldən bu şeytan məkrini duyub həmişə müsəlman firqələrinin birliyi üzərində dayanmış və bu fitnəni zərərsizləşdirməyə çalışmışıq. Allaha həmd olsun ki, ilahi lütflə çoxlu nailiyyətlər də əldə olunmuşdur. Son nailiyyətlərdən biri Ümumdünya İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının təsis edilməsidir. İndi bütün İslam dünyasında bütün İslam məzhəblərindən olan alim, ziyalı, şair, yazıçılar və adi camaat çiyin-çiyinə bir dillə və bir nəfəslə İslam inqilabını və İran İslam Respublikasını müdafiə edirlər. Lakin düşmən çoxlu pul, layihə, təbliğat və xəbisliklə silahlanmışdır, təəssüf ki, dünyanın hansısa yerlərində tamahlandıra və aldada bildiyi şəxsləri tapır, beyin və dillərinə hakim olur. Buna görə bəzən bir ölkədə hansısa siyasətçi, başqa bir ölkədə hansısa alimnüma, yaxud inqilabçınüma şiələri, yaxud ən böyük müasir inqilabı etmiş və heyrətamiz şəkildə qorumuş xalqımızı söyür və təhqir edir. Yaxud xalqı bizim üçün ən əziz xalqlar sırasında olan, İslamı və İslam Respublikasını həmişə müdafiə etmiş və indi də müdafiə edən müsəlman Pakistanda kimlərsə İslam və müsəlmanların düşmənlərinin dollarları ilə iclaslar keçirir, Peyğəmbər əhli-beytinin şiələrinə və şiəliyinə hücum və müqəddəsləri təhqir etmək üçün kitab və məqalə yazırlar.711

Bu gün İraqda və bəzi ölkələrdə bəzi sünni və şiə qardaşlar qarşı-qarşıya dayanır, Allaha yaxınlaşmaq qəsdilə düşmənçilik edirlər. Nə üçün? Bu batil maraqları bunlara kim aşılamışdır? Axı bu, İslamdan deyil. Gəlin İslam birliyini gerçəkləşdirin və bütün İslam alimlərinin, İslam ziyalılarının, İslam dünyasının bütün ixlaslı siyasətçilərinin təsdiqləyəcəyi və uğrunda çalışacağı xartiyanı hazırlayın ki, bir müsəlman başqa bir məzhəbdə və başqa bir cinahda olub tövhid sözünü deyən insanı kafir elan etməyə cürət göstərməsin və qardaşlar bir olsunlar.712
İxtilaf vasitələri

Təbii şəkildə vəhdəti pozan bəzi amillər mövcuddur: milli fərqlər, məzhəb və tayfa fərqləri, siyasi fərqlər. Onlara qarşı mübarizə aparmaq lazımdır. İslam ümmətinin birlik mərkəzi olan Peyğəmbərin müqəddəs adına və o həzrətin xatirəsinə əsaslanmaqla bu ixtilaflar üzərində qələbə çalmaq lazımdır. Lakin bundan çətini İslam ümmətinə köçürülən təfriqə səbəbləridir. İslam düşmənləri özlərinin daimi siyasətlərinə uyğun olaraq, milli, tayfa və məzhəb fərqləri fonunda müsəlmanlar arasında ixtilaf yaradırlar. Bu ixtilafların arxasında düşmənin əlini, təxribatını və siyasətini açıq şəkildə görmək olar. Buna əlac qılmaq lazımdır. Ümmətin bütün firqələrdən olan ağıllı insanları İslam düşmənlərinin müsəlmanları sürüklədiyi fitnə dalğalarının dincliyi, ülfəti və məhəbbəti getdikcə artan şəkildə təhlükəyə salmasına qoymamalıdırlar.713

Biz böyük dini, elmi və siyasi qarşıdurmalarda görmüşük ki, bəzi şəxslər ortalığa çıxıb bunun dilindən onu vururlar, onun dilindən bunu; halbuki nə bunu sevirlər, nə onu. Bunları tapın. Əsl müqəssirlər müəyyən edilməlidir və heç şübhəsiz, burada düşmən əli vardır.714

Təbii ki, düşmən bekar oturmur və qədim təfriqə alətlərindən istifadə edir; millətçilikdən, məzhəbçilik və tayfaçılıqdan istifadə edir və İslamın əhəmiyyətsiz sayılmasını təkidlə tapşırdığı mövzuları qabardır. İslam milliyyətin kimlik və şəxsiyyət meyarı sayılmadığını təkidlə bildirir: "Allah yanında sizin ən əziziniz ən təqvalı olanınızdır"715. İslam müsəlman qardaşların bir-biri ilə qardaş kimi rəftar etməsində israrlıdır. Deməyib ki, sünni, şiə, yaxud digər bir məzhəbdən olan qardaşlar, deyib ki, müsəlmanlar: "İman gətirənlər qardaşdırlar".716 Kimin bu kitaba, bu Qurana, bu dinə və bu qibləyə etiqadı varsa, mömindir, belələri bir-biri ilə qardaşdırlar. İslam bizə bunu demişdir. Biz isə qardaşların sinəsinə sancmaq üçün arxamızda xəncər gizlədirik. Bütün sahələrdə müqəssirlər var. Onların qarşısını almaq, onlarla mübarizə aparmaq lazımdır. Bu gün İslam ümmətinin öz həyatı, başucalığı, xilası və İslam bayrağının ucalması üçün birliyə ehtiyacı var. Hansı məntiq bu məsələlərə qarşı çıxıb ixtilaf yarada bilər?! Vəhdət bütün zərurət və prioritetlərdən öndə durur və birincidir.717


Məzhəb ixtilafları

Biz inanırıq ki, İslam müsəlmanların birliyini, Allaha inanan və təkallahlı qüvvələrin vəhdətini vacib əməllərdən biri etmişdir. Biz inanırıq ki, Allah evinin ziyarətinin ən böyük məqsədlərindən biri müsəlmanları bir-birinə yaxınlaşdırmaqdır. Allahın "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə gəlsinlər"718 - deyə buyurması və dünyanın bütün müsəlman insanlarını müəyyən günlərdə Ərəfat, Məşər, Mina və Məscidülhəram kimi məhdud yerlərdə toplaması bu tanışlıqdan ötrüdür. Bunlar nə üçün müsəlmanların bir-biri ilə tanışlığından bu qədər qorxurlar? Məsələ burasındadır ki, İslam birliyi, müsəlmanların baxış, fikir və söz birliyi hegemonizm, birinci növbədə qəddar ABŞ və onun əlaltıları üçün təhlükəlidir. Bu, bizim böyük imamımızın dəfələrlə söylədiyi məsələdir.719

Müsəlmanların birlik məsələsinə və vəhdət həftəsinə gəlincə, deməliyəm ki, İslam firqələrinin vəhdəti və bir-birinə yaxınlaşması İslama xidmətdirsə, müsəlmanların birliyinin onlara faydalı və İslamın ucalığı istiqamətində olduğunu qəbul ediriksə, qətiyyətlə bilməliyik ki, İslam düşmənləri tərəfindən bu birlik əleyhinə ən güclü planlar cızılır və ən mürəkkəb təxribatlar aparılır. Bu iki məsələ bir-birindən ayrılmazdır. Bu gün İslama faydalı olan hər şey İslam düşmənlərinə görə mənfurdur. Bu gün İslamın ucalığına nə daha çox xidmət edirsə, İslam düşmənlərinin hücumuna daha çox məruz qalır. Bu, qəti bir qaydadır.

Bu gün İslama hər hansı xidmət İslam düşmənlərinin qəzəbinə gəlir. Müsəlmanlar arasında birlik bu ümumi qaydanın nümunələrindən biridir. Əgər dünya müsəlmanlarının bir olmaları həqiqətən, lazımdırsa, bu birlik İslam və müsəlmanlara faydalıdırsa - səhv etməsəm, İslam dünyasının ağıllı və islahatçı adamlarına görə bunda heç bir şübhə yoxdur - onda əmin olmaq lazımdır ki, bu birlik əleyhinə təxribat bu gün daha böyükdür.720

...Qədir-Xum məsələsinə dair bütün dünya şiələrinin iki məsələyə birgə diqqət yetirməsi lazımdır. Biri budur ki, Şiə məzhəbinin əsas dəlili olan Qədir-Xuma, vilayət və imamət məsələsinə etiqad, digər mühüm kəlam mövzuları kimi müsəlmanlar arasında ixtilafa səbəb olmamalıdır. Nə şiə, nə də qeyri-şiələr bu məsələyə xüsusi həssaslıqla yanaşıb öz aralarında ixtilaf və təfriqə yaratmasınlar. Çünki düşmənin istədiyi də budur. Qədir-Xum məsələsi mühüm və böyük məsələdir. İslam düşmənləri İslam firqə və camaatlarından hər birinə aid olan hətta kiçik məsələlərdən də qarşıdurma məqsədilə istifadə etmək istəyir.721

Bizim fikrimizcə, əsas işləri təfriqə yaratmaqdır. İngilislər Hindistan yarımadasına daxil olandan "parçala, hökm sür" siyasətinə uyğun iş aparıblar.

...Hindistan yarımadasının tarixində müstəqillikdən öncədən bunu görürsünüz. Təəssüf ki, bu günə qədər də var və Pakistanda daha barizdir. İndi də bir qrup şiəni ümumi müsəlmanlardan ayırmağa, onların arasında kin və ədavət salmağa və zəiflədib siyasi səhnədən tamamilə çıxarmağa çalışırlar. Bu həmin siyasətin davamıdır, yeni bir şey deyil.722

Qardaş və bacılar! Bəzən düşmən ixtilaf yaratmaq üçün həm şiə, həm sünnilər arasında olan qərəzli insanlardan istifadə edir. Şiələr arasında qeyri-şiə qardaşlar üçün təhrikedici olan və həssaslıq yaradan bir hərəkət baş verir. Həmin iş eynilə sünnilər arasında da şiələrdə qıcıq doğuran və nifrət oyadan bir məsələdə baş tutur. Bunları kim edir? İslamda vahid kitab, vahid sünnə, vahid Peyğəmbər, vahid qiblə, vahid Kəbə, vahid həcc, vahid ibadətlər və vahid etiqad prinsipləri olduğu kimi, bu gün qarşımızda vahid düşmən var. Düzdür, fikir ayrılıqları mövcuddur. İki alim arasında elmi fikir ayrılıqları ola bilər. Lakin İslam dünyası qarşısında vahid düşmən vardır. Müsəlmanlar arasında birlik məsələsi ciddi məsələdir. Bu birliyin yubandığı hər bir gün İslam dünyası ziyan çəkir. Bu günlərin bəzisi bir ömür qədər həssasdır. Bunun gecikməsinə imkan verməməlisiniz.723

Mənim dəqiq məlumatım var ki, adlarını çəkmək istəmədiyim bəzi İslam ölkələrində əcnəbilərin məqsəd və maraqlarına aid fondlardan pul götürüb Şiə etiqadları, Şiə tarixi əleyhinə kitab yazır və İslam dünyasında yayırlar. Məgər onlar sünniliyi sevirlər?! Xeyr, onlar istəyirlər ki, nə şiə olsun, nə də sünni; nə şiə ilə dostdurlar, nə də sünni ilə. Lakin bu gün İranda İslam dövlətini və İslam bayrağını şiələr ucaltdığından və İran xalqının Şiəliyə olan sədaqətini bildiklərindən inqilabla nə qədər düşmənlikləri varsa, Şiəliyə qarşı çevirirlər. İslamın siyasi hakimiyyətinin, bu fəxr və şərəf bayrağının digər yerlərə keçməməsi və digər ölkələrin gənclərini oyatmaması üçün Şiəliyə qarşı mübarizə aparırlar. Heç kəs düşmənlərin bu xəyanətinə kömək etməməlidir; bizim ölkəmizdə, İslam mərkəzlərində, şiə toplumlarında və ya ölkəmizdə sünni qardaşlar arasında heç kəs hegemonizmin ədavət və düşmənlik yaratmaqdan ibarət istəyinə kömək edən bir iş görməməlidir.724

Bu gün mənim dünyanın müxtəlif yerlərindən xəbərim var. Ötən əsrlərdə şiə-sünni ixtilafına çalışan müstəmləkəçilər bu gün də şiələrlə sünnilər arasında ədavət yaratmağa, qardaş qırğını və ixtilaf törətməyə çalışırlar. Sizin kimi sayıq bir xalq ehtiyatlı olmalıdır. Bəlkə də bəziləri qarşıdurmanın hansısa məzhəbin xeyrinə olduğunu güman edirlər, amma bu səhvdir. Hər kəs öz məzhəbinin etiqad və dəyərlərinə hörmətlə yanaşır və bu onun haqqıdır. Amma bu hörmət etiqad fərqləri olan başqa bir məzhəbin dəyərlərinə hörmətsizliklə birgə olmamalıdır. Biz hamılıqla bir İslama, bir Kəbəyə, bir Peyğəmbərə, bir namaza, bir həccə, bir cihada və bir şəriətə etiqadlıyıq və əməl edirik. Fərqli cəhətlər ortaq cəhətlərdən dəfələrlə azdır. İslam düşmənləri təkcə ölkəmizin bəzi yerlərində yox, bütün İslam dünyasında şiə-sünni qarşıdurması yaratmaq istəyirlər. Mənim məlumatım var ki, buna çalışırlar. Müsəlman qardaşların İslamı və İslam quruluşunu müdafiəyə dair yekdilliyi və həmfikirliyi bu xalqa, bu ölkəyə və bu quruluşa qüdrət bəxş edir. Bu günə qədər bunu sübut etmisiniz.725

Bilin ki, şiəni sünni və sünnini şiə əleyhinə təhrik edənlər nə şiəni sevirlər, nə də sünnini. Onlar bütün İslamla düşməndirlər. "Öz aralarında mehribandırlar"726 - yəni müsəlman qardaşlar öz aralarında mərhəmətli və mehriban olsunlar. Düşmən hər iki tərəfdən çalışır. Bir tərəfdən qaliliyi və nasibiliyi təbliğ edir, şiəni sünninin gözündə əsl düşmən kimi göstərir, bəzi qapalı dindarlar da, təəssüf ki, inanırlar. Digər tərəfdən də şiəni sünninin müqəddəslərinə, dəyərlərinə hörmətsizlik etməyə vadar edir. Düşmənin planı bu iki məktəbi bir-birinin qarşısında qoymaqdır. Bu qarşıdurma bir xalqın kimliyini məhv etmək istiqamətində yaranır. Şiə və sünninin möhtərəm alimlərinə dedim ki, siz birlikdən danışırsınız, bu çox yaxşıdır, mən də sizə təşəkkür edirəm, amma düşmənin hiyləsini yaddan çıxarmayın. Düşmən elə yollardan istifadə edir ki, sizin unutmanız və diqqət yetirməməniz mümkündür. Sayıq olun və hansı formada olsa, düşməni tanıyın: "Sən onları danışıq tərzlərindən mütləq tanıyırsan".727 Onları sözlərindən də tanımaq olar.728

Mən buradan öz xalqımıza, İraq, Pakistan və digər müsəlman xalqlara xatırlatmaq istəyirəm ki, məzhəb ixtilaflarını, şiə və sünni qarşıdurmalarını yatırtsınlar. Mən bu gün şiə və sünni adı altında planlı şəkildə müsəlmanlar arasında müharibə yaradan əlləri görürəm. Baş verən qırğınlarda, məscid, hüseyniyyə, camaat və cümə namazlarında törədilən partlayışlarda, şübhəsiz, sionizmin və hegemonizmin xəbis əlləri mövcuddur. Bu, müsəlmanların işi deyil. Həm İraqda, həm İranda, həm Əfqanıstanda, həm Pakistanda, həm də digər ölkələrdə bu gün müsəlmanlar özlərinin ortaq cəhətlərinə diqqət yetirməyə borcludurlar. Tövhid birdir, nübüvvət birdir, məad birdir, Quran birdir, İslam şəriətinin əksər hökmləri birdir, hamısı müştərəkdir, lakin düşmən gəlib fərqli nöqtələr üzərinə barmaq qoyur, öz məqsədlərinə çatmaq üçün ürəkləri bir-birinə qarşı kinlə doldurur. Bizim böyük imamımızın müsəlmanların birliyi üzərində bu qədər təkid göstərməsi onun bu təhlükəni gördüyünə görə idi. Bizim ölkəmizdə və digər İslam ölkələrində ingilislər və İngiltərənin casus şəbəkəsi şiə-sünni arasında qarşıdurma yaratdılar. Bu işdə onların böyük təcrübələri var. Hamı ehtiyatlı olmalıdır. Bu gün sionizmin tərəfdarları da bu işlərə müdaxilə edirlər. Bizdə olan informasiyalar göstərir ki, İslam dünyasının müxtəlif yerlərində baş verən belə hadisələrdə sionistlərin və İslam düşmənlərinin xəbis əlləri var.729

Mənim xatırladığım qədərincə, müsəlmanlar arasında məzhəb davaları, çəkişmələri hakim güclər vasitəsilə idarə olunmuşdur. Abbasilər dövründə o zaman yeni təsis olunmuş kəlam məktəbləri arasında baş verən döyüşlərdə və qarşılıqlı qırğınlarda bəzən bir xəlifə bir fikrin tərəfdarı olub, sonra başqa bir xəlifə başqa bir fikrin. Sonralar da həmişə bəzi əllər İslamın müxtəlif firqələrini bir-birinin canına salmışlar. Əgər bu əllər olmasaydı, onlar bir yerdə illərlə sülh içərisində və dinc şəraitdə yaşayardılar, heç bir problemləri olmazdı. Nümunəsi müxtəlif İslam firqələrinin bir-biri ilə dinc yaşadığı İslam ölkələridir: bir nümunəsi İran, bir nümunəsi İraq və sair. Nə zaman xalqın və İslama etiqad bəsləyənlərin özləri qarşı-qarşıya dayanmışlar, nə zaman bir-biri ilə vuruşmuşlar?! Hər halda, biz gərək keçmişi unudaq və onu yox kimi fərz edək.730

Bu iki məqamın biri əsrlər öncədən bu günə qədər müsəlman firqələri arasında mövcud olan və həmişə də müsəlmanların zərərinə bitən qarşıdurmaların, çəkişmələrin, təzadların aradan qaldırılmasından ibarətdir. İslam tarixinə baxsaq, görəcəyik ki, bu təzadların hamısının, yaxud böyük əksəriyyətinin yaranması və ya idarəsi siyasi güclərə qayıdır. İslam tarixinə nəzər salın, görəcəksiniz ki, ilk ixtilaflardan - yəni Quranın xəlq olunmasından və digər məsələlərdən başlayaraq tarix boyu İslam firqələri, əsasən də şiə və sünni arasında baş vermiş bütün ixtilafların, İslam ölkələrində mövcud olmuş təxminən bütün qarşıdurmaların səbəbkarı hakimiyyətlər olmuşdur.

Sözsüz ki, ümumi cəhalətin, məntiqsiz təəssübkeşliyin və bir-birinin hisslərini coşdurmağın da təsiri var. Lakin bunlar münbit şəraitdir və heç biri öz-özlüyündə böyük qanlı hadisələr törətmir. Belə böyük hadisələr bu ixtilaflardan öz maraqları üçün sui-istifadə edən hakimiyyətlərə qayıdır. Müstəmləkə bəzən birbaşa, bəzən də dolayısı ilə İslam ölkələrini ələ keçirəndə onun da bu məsələdə maraqlı olduğu üzə çıxdı.731

Müsəlmanların vəhdət və qardaşlığını şüar seçənlər müsəlmanların düşməni deyillər, dostudurlar, onların xeyrini istəyir, başucalığını arzulayırlar. Müxtəlif məzhəbləri təmsil edən müsəlmanların qarşı-qarşıya dayanmasının və bir-birinə zərbə vurmasının, düşmənin də onları vuruşdurub özü tamaşa və sui-istifadə etməsinin nə faydası var?! Bu, yaxşıdır?!732

Məndə Şiənin, daha doğrusu İslam və Quranın düşməni olan alimnümaların neft dollarları ilə Şiə, imam və inqilab əleyhinə yazdıqları bir dağ qədər kitab var. Bu kitabları toplayırıq ki, baxıb nə iş gördüklərini və qarşısında nə etməli olduğumuzu bilək. Birlik və yaxınlaşma üçün bu qədər faydalı və ixlaslı işlər görülür. Bir cahilin, xəbisin, yaxud muzdurun bir hərəkətinə görə buradakı Yaxınlaşdırma Assambleyamızın işini, yaxud dünyada yaxınlaşdırma üçün görülən fəaliyyətlərin hamısını dayandıraq?! İfşa etmək əvəzinə qarşılıqlı işə, təhqir və təfriqəyə başlayaq?! Bu, düzgündür?! Bu, əziz Peyğəmbərin doğum xatirəsinin qadağan etdiyi işdir.733

Dünya dövlətləri öz siyasi maraqları üçün birliyə can atdığı halda hegemonizm var gücü ilə xalqları, xüsusən də müsəlman xalqları zəiflətməyə və onların arasında təfriqə yaratmağa çalışır. Şiə-sünni məsələsi bu günün məsələsi deyil, əsrlərdir var. Sünni məzhəbinin özündə Əşəri və digər firqələr, Şiədə altıimamçı, onikiimamçı, hədisçi və üsulçu var. Sünnilikdə olan bölgülər Şiəlikdə də var. Ya yanlış siyasət, ya yanlış dərk, ya cəhalət səbəbindən, ya da qərəzli qüvvələr tərəfindən müxtəlif firqələr meydana çıxmışdır. Bunlar yeni deyil. Lakin siz görün bu gün müsəlmanların birliyinə qarşı nə qədər işlər görürlər.734

Ölkənin müxtəlif bölgələrində terror və partlayışlarlarla böhran yaratmaq, bununla da həm xalqı qorxutmaq, həm hökuməti təşvişə salmaq, həm də bacarsalar, milli və irqi qarşıdurmalar yaratmaq istəyirlər. Onların bu təhlili və qərarı ölkə daxilində ən müqəddəs dini məkan olan İmam Rza (ə) məqbərəsini partlatmalarına səbəb oldu.735
Milli və irqi qarşıdurmaları

Düşmənlər bu gün dünyanın müxtəlif yerlərində müsəlmanlar arasında milli və inanc məsələlərini ciddi şəkildə qaldırırlar. İndinin özündə İslam dünyasının bir hissəsinə deyirlər ki, İraqda hökumət şiələrin əlinə keçəcək və bu onlar üçün təhlükəlidir. Şiələrə də deyirlər ki, sizin düşmənləriniz sünnilərdir. Onlar belə siyasət aparırlar ki, şiə, sünni və İslamın müxtəlif qrupları arasına təfriqə salsınlar. Bu, müstəmləkənin qədim siyasətlərindəndir. İngilislər bu siyasətdə təcrübəlidirlər, bunu yaxşı bacarırlar. Bizim ölkəmizdə də bu sahədə işlər görürlər.736

Düşmənlər tarix boyu bir-birinin yanında yaşamış iranlı milliyyətlər arasında qarşıdurma yaratmaq üçün pusqu qurmuşdur. Bu məsələdə daha sayıq və daha ehtiyatlı olmalısınız. Bunlar düşmənin istifadə etmək istədiyi nöqtələrdir. Bunlar qarşısında möhkəm dayanmaq lazımdır.737

İslam düşmənləri həmişə çalışmışlar ki, milli bölgülərlə müsəlmanların söz birliyinə maneçilik törədib onlara hakim olsunlar. Fələstinin işğalının əvvəlində Şeyx İzzəddin Qəssam və Hacı Əmin Hüseyni kimi mücahid alimlər Fələstini xilas etmək üçün müsəlmanlardan kömək istədilər və böyük təqlid müctəhidi olan mərhum Şeyx Məhəmmədhüseyn Ali-Kaşif əl-ğita sionistlər əleyhinə cihad hökmü verdi. Amma təəssüf ki, tədricən mübarizənin İslam forması zəiflədi və milli forması qabardı.738

Bu dövrün mühüm məsələlərindən biri müsəlmanlar arasında firqə qarşıdurmalarıdır. Bu, əlbəttə, yeni məsələ deyil, kəlam, fiqh və firqə məsələləri üstündə ixtilaflar, çəkişmələr və bəzən vuruşmalar İslamın ilk əsrindən olmuşdur. Lakin bu sahədə yeni olan budur ki, İranda İslam inqilabının qələbəsindən və bu düşüncənin bütün İslam üfüqlərinə genişlənməsindən sonra hegemonizmin bu ümumi İslam dalğasına qarşı mübarizə hiylələrindən biri bir tərəfdən İran İslam İnqilabını İslam mənasında və ümumi mənada yox, firqə mənasında bir şiə hərəkəti kimi tanıtdırmaq və digər tərəfdən şiə və sünni arasında nifaq, ədavət yaratmaq üçün çoxlu çalışmaq olmuşdur. Biz əvvəldən bu şeytan məkrini duyub həmişə müsəlman firqələrinin birliyi üzərində dayanmış və bu fitnəni zərərsizləşdirməyə çalışmışıq. Allaha həmd olsun ki, ilahi lütflə çoxlu nailiyyətlər də əldə olunmuşdur. Son nailiyyətlərdən biri Ümumdünya İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının təsis edilməsidir. İndi bütün İslam dünyasında bütün İslam məzhəblərindən olan alim, ziyalı, şair, yazıçılar və adi camaat çiyin-çiyinə bir dillə və bir nəfəslə İslam inqilabını və İran İslam Respublikasını müdafiə edirlər. Lakin düşmən çoxlu pul, layihə, təbliğat və xəbisliklə silahlanmışdır, təəssüf ki, dünyanın hansısa yerlərində tamahlandıra və aldada bildiyi şəxsləri tapır, beyin və dillərinə hakim olur.739
Siyasi qarşıdurmalar

Ölkəmizin universitetlərində və digər yerlərdə siyasi qarşıdurma, cinahbazlıq, çəkişmə və mübarizə var. Düşmən də bunları qızışdırır. Bu ixtilafların hamısı təbii deyil, bir qədəri əcnəbilərin təhrikilə yaranıb. Düzdür, bəzi şəxslərin maraqları da rol oynayıb, lakin düşmənin rolu daha böyükdür. Bu, əhəmiyyətli məsələdir. Düşmənin məqsədi təkcə siyasi cinahlar arasında siyasi qarşıdurmaları qızışdırmaq deyil, hakimiyyətin başında ixtilaf və ikitirəlik yaratmaq, parçalamaq da onun mühüm məqsədidir. Yəni quruluşun zirvəsində və qərar mərkəzində heç bir məsələdə razılığa gələ bilməyən iki ziddiyyətli fikir mövcud olsun. Bu layihə üzərində işləmişlər. Bəziləri də daxildə bundan ötrü təzyiq göstərdilər.

...Bunlar rəhbərlə prezident və digər məmurlar arasında ziddiyyət və qarşıdurma yaratmaq istəyirlər: daim biri qərar versin, biri pozsun. Açıq şəkildə “ikili hakimiyyət”dən danışdılar və bir çox yerlərdə bunu icra etdilər.740
Müsəlmanlar arasında qarşıdurmanın nəticələri

Bu gün bir ölkənin mətbuatı İslam məzhəblərindən birinə qarşı hücuma keçsə, başqa ölkənin mətbuatı da qarşılıqlı olaraq onların məzhəbinə hücum etsə - yəni siyasi qarşıdurmaları məzhəbi və dini müstəviyə çıxarsalar, dini təəssübkeşliyin köməyilə qrupları bir-birinin canına salsalar, bu, müsəlmanların İslam ucalığı düşüncəsinin həyata keçməsinə ən böyük maneə olar.741

İslam düşmənləri müsəlman ölkələrini zorla İslamdan uzaqlaşdırmaq istəyirlər. Müsəlman xalqların qəlbi İslamla və Allahladır, onlar İslamı sevirlər. Dünyanın böyük gücləri muzdur hökumətlər vasitəsilə xalqı İslamdan uzaqlaşdırmağa çalışırlar. Əgər siz bir olsanız, bir-birinizlə çəkişməsəniz, din və dünyanızı yaxşılaşdırmaq üçün istifadə etdiyiniz qüvvənizi – bu güclü amili bir-biriniz əleyhinə yönəltməsəniz, mənfur düşmənin çirkin məqsədləri həyata keçməz.742

Əgər müsəlman xalqlar arasında belə birlik, həmrəylik və əlbirlik olsa, düşmən daha Bosniya-Herseqovina xalqı kimi zavallı və məzlum bir müsəlman xalqı o şəkildə mühasirəyə almağa cürət göstərməz. Bundan sonra beynəlxalq təşkilatlar məsələni başlarından etməyə cürət göstərərlər?! Dünyada həqiqətən, möhtəşəm bir hadisə baş verər. İnsan hüquqlarına dair bu qədər iddialar edirlər, lakin növbə müsəlman xalqlara çatanda hamısı yaddan çıxır. Düşmənlərin və qlobal güclərin İslamla bu ədavətləri nədəndir? Bu necə xaç yürüşüdür ki, bu gün İslamın və müsəlmanların əleyhinə başladıblar və insan hər yerdə onun əlamətlərini müşahidə edir?! Bu nə məzlumluqdur ki, müsəlmanlar dünyanın hər yerində düçar olublar?! Düşmənlər harada bacarırlarsa, onlara qarşı bu zülmü edirlər. Bu, nədən irəli gəlir? Ondan irəli gəlir ki, müsəlmanlar, İslam ümməti və müsəlman dövlətlər arasında təfriqə var və bu təfriqə düşmənin işidir.743

Biz deyirik ki, ey dünya müsəlmanları, dünyanın harasında olursunuz-olun, əgər bir-birinizlə düşmənlik etməsəniz, bir-birinizin əleyhinə mübarizə və müharibə aparmasanız, düşmənlərinizi və dostlarınızı tanısanız, məişət vəziyyətiniz bugünkündən fərqlənəcək. Bu gün parçalanmış, geriləmisiniz. İslam ölkələri əksəriyyət etibarilə, yaxud ümumi şəkildə yoxsul, asılı və əsirdirlər. İslam düşmənləri müsəlmanları zorla İslamdan uzaqlaşdırmaq istəyirlər.744

İslam ümmətinin qələbə rəmzi söz birliyidir. Əgər İslam ümməti elm, tərəqqi, maddi inkişaf, əcnəbilərin hökmranlığından qurtulmaq və xoşbəxtlik istəyirsə, bunun yolu tövhid sözü və söz tövhidi, birliyidir. Dünyaya hökmranlıqlarını möhkəmlətmək üçün hər bir amildən istifadə edən hegemon güc mərkəzləri İslam dünyasında hər bir vasitədən bölmək, parçalamaq və qarşıdurma salmaq üçün istifadə etməyə çalışmış və təəssüf ki, böyük həddə buna nail olmuşlar. Bu gün Fələstin xalqı belə bir acı taleyə düçar olmuşdursa, bədəni qana boyanmışdırsa, qəm-kədəri və faciəsi dərdli insanların ruhunun dərinliyinə işləmişdirsə, bütün bunlar müsəlmanların parçalanmasına görədir. Söz birliyi olsaydı, belə olmazdı. Əgər müsəlman İraq işğalçıların çəkməsi altına düşmüşdürsə, müsəlmanların parçalanmasına görədir; bu gün Orta Şərq ölkələri Amerikanın məst və məğrur fəryadları ilə açıq təhdid olunursa, müsəlmanların parçalanmasına görədir. Müsəlmanlar bu rəzillikdən qurtulmaq, Fələstini xilas etmək, düşmənin Əfqanıstanda, İraqda və digər İslam ölkələrində müsəlmanları incitməməsini istəyirlərsə, yolu söz birliyində, xalq, hökumət və şüarların birliyindədir. Fitr bayramı günü birlik və vəhdət günüdür.745


Müsəlmanların zəifləməsi və düşmənin hökmranlığı

Bu gün İslam dünyasının vəhdəti üzərində ciddi düşünməsinin vaxtı çatmışdır. Bu gün Amerikanın təhdidi bu regionda bir-iki ölkəyə yönəlmir, hamıya yönəlir. Bu gün Amerikanın hakim rejiminin arxasında duran sionist oliqarxların təhdidi regionumuzun bir hissəsini udmaqla kifayətlənmir, bütün regionu udmaq istəyirlər və bu gün bunu açıq şəkildə deyirlər də. Yeni Orta Şərq layihəsinin bundan başqa mənası yoxdur. İşğalçı sionizm dövlətinin yarandığı təxminən əlli il və bu fikrin Qərb və Avropa təşkilatlarında formalaşdığı təxminən yüz il öncədən məqsəd bu regionu kəsib udmaq olmuşdur. Bu onlara lazımdır. Bu regionun əhalisinin canı onlar üçün əhəmiyyət kəsb etmir, hamı təhdid altındadır. Hamı təhdid altında olduqda isə ən ağıllı yol budur ki, hamı düşünsün və əl-ələ versin. Bizim müsəlman dövlət və xalqlara tövsiyəmiz və onlardan ciddi tələbimiz budur ki, bu məsələ üzərində fikirləşib işləyək. Bu iş üçün zəhmət çəkmək və hazırlıq görmək lazımdır.

Müsəlmanlar arasında birliyin zərurətini nə üçün anlamırıq? Bizim üzərimizə ağır vəzifə düşür və bu dönəm həssas dönəmdir. Əgər düşmənlər güc yeritməklə bu regionu ələ keçirsələr, İslam dünyası müstəmləkə dövrü kimi yenə daha yüz il geriyə düşəcək və İslam ümmətinin modern və sənaye dünyası ilə məsafəsi daha yüz il artacaq. Biz cavabını verməliyik. Bu gün biz məsuliyyət daşıyırıq. Bu gün hökumətlər, görkəmli şəxsiyyətlər, elm, mədəniyyət və din xadimləri məsuliyyət daşıyırlar. Bizim hamımız İslam dünyasının birliyi üçün məsuliyyət daşıyırıq. Bizim böyük imamımızın inqilabın qələbəsindən öncədən öz vəfatına qədər söylədiyi və təkdi etdiyi ən mühüm sözlərindən biri İslam ümmətinin birliyi, müsəlmanların vəhdəti və kiçik bəhanələri böyütməmək olmuşdur. Biz bu gün görür və anlayırıq ki, bu, çox hikmətli və düzgün tövsiyə imiş.746

Bu da ilahi lütflərdən biridir ki, onların İslamı təhqir etmək və ona zərbə vurmaq üçün etdikləri hər bir hərəkət müsəlmanların qəzəbini artırır və İslamı müdafiə iradələrini möhkəmləndirir. Bunun bariz nümunəsi ingiltərəli mürtəd yazıçının şeytani kitabını yazmasıdır. Hegemon dövlətlər bu işlərlə İslamı zəiflətmək istəyirdilər, lakin Allah-Taala onların istəklərinin əksinə olaraq, bunu onların rüsvayçılığına səbəb etdi və ümmət imamının bəlli fətvası ilə müsəlmanların səsi daha gücləndi, birliyi daha artdı. Düşmənin İslamla mübarizədə bütün səyləri inşallah belə sonluqla bitəcək. "Şeytanın hiyləsi həqiqətən, zəifdir"747.748

Sionistlər Fələstin xalqının təhqiri üzərində dövlət qurdular. Lakin fələstinlilər bu siyasətin, eləcə də sionizm rejiminin, hegemon ABŞ-ın və iflasa uğramış sülhün tərəfdarlarının xiffətli müqavilələrinin ziddinə olaraq qiyam etdi, şərəf və izzət yolunu seçdi, cinayətkar İsrail rejimini daxildə böhranla, sərhədlərdə isə qiyam və müqavimətlə üz-üzə qoydu.749

Bu gün təxminən dünyanın hər yerində hegemon güclər tərəfindən İslam və müsəlmanlar əleyhinə kəskin və təxribatlı mübarizə başlanmışdır. Bu mübarizənin özü yeni olmasa, əlamətləri Avropa müstəmləkəçiliyi tarixində tamamilə tanınmış olsa da, demək olar ki, üsul çeşidliyi, aşkarlığı və bəzi yerlərdə çox qəddarlıqla icra edilməsi indiyə qədər misilsiz olmuşdur və bu dövrə aiddir. İslamla mübarizənin kəskinləşməsinin və aşkarlanmasının səbəbini bilmək üçün İslam dünyasının indiki vəziyyətinə bir baxış kifayətdir. Səbəb müsəlman oyanışının genişlənməsindən başqa bir şey deyil. Bütün müsəlmanlar bunu bilməli və buna qarşı mübarizəni özlərinə borc bilməlidirlər.750


İslam oyanışının genişlənməməsi

Müsəlmanlar son bir-iki onillikdə İslam dünyasının şərq və qərbində, hətta qeyri-müsəlman ölkələrində həqiqi və güclü hərəkata başlayıblar. Bunu İslamın yeni həyat hərəkatı adlandırmaq lazımdır. Bu hərəkatın aparıcı qüvvəsi gənc, ali təhsilli və dövrün bilgilərindən məlumatlı nəsildir. Onlar dünənki və bugünkü müstəmləkəçilərin gözlədiklərinin əksinə olaraq, nəinki İslamı unutmamışlar, hətta bəşər elminin inkişafından istifadə edərək daha aydın, daha dərin baxışla, güclü imanla ona üz tutmuşdur və öz itkisini onda axtarır. İranda İslam Respublikasının qurulması və günbəgün güclənməsi bu gənc və köklü hərəkatın zirvə nöqtəsidir. Onun özü müsəlmanların oyanışında ən böyük rolu ifa etmişdir. Bu amil xalqların inanc və müqəddəslərinə qarşı mübarizəsini açıq söyləməkdən daim çəkinən hegemon cəbhənin İslamla mübarizədə açıq şəkildə və bütün mümkün üsullarla, bəzən də qəddarlıqla çalışmasına səbəb olmuşdur. Amerikanın və çoxlu Avropa ölkələrinin dövlət başçıları və siyasətçiləri öz çıxışlarında ən azı bir dəfə açıq şəkildə İslam inancının inkişafını böyük təhlükə bilmiş və onunla mübarizəni vacib saymışlar.751

Bu gün qlobal hegemonizm, dünyanın siyasi quldurları və bütün dünyada fəsada və tənəzzülə qərq olmuş zər və zor imperiyaları İslamla və İslam quruluşu ilə düşməndirlər. Çünki onları ifşa və təhdid edən amil İslam və müsəlmanların oyanışıdır. Təbii ki, İslam əleyhinə, İslam quruluşu və İslam Respublikası əleyhinə bacardıqları hər bir işi görürlər. İslam Respublikası quruluşu özünü düşmənin təhlükə və zərərindən bir yolla tam şəkildə qoruya bilər. O da budur ki, öz qüdrəti ilə onları məyus etsin. İslam Respublikası öz siyasi və iqtisadi qüdrətini və duruş gücünü isbat etməklə düşməni məyus edəcəyi gün əmin olmaq olar ki, düşmən təxribatdan əl çəkəcək. Çünki fəaliyyətinin faydasız olduğunu biləcək.752

Xalqımızın böyük İslam inqilabında hegemonizm İslamdan zərbə almışdır və buna görə ümməti bir-birinə düşmən etmək istəyirlər. Mən öz əziz xalqımıza, dünyanın hər hansı yerində yaşayan digər müsəlman xalqlara və ümumiyyətlə, bütün müsəlmanlara deyirəm: Gəlin Quranın fəryad etdiyi bu ilahi tövsiyəyə qulaq asaq: "Hamılıqla Allah ipindən yapışın və dağılmayın".753 ABŞ İslam ümmətinin bir-birinə düşmən olmasını istəyir. Siz vəhdət yaratmaqla təfriqəçi hegemonun burnunu ovun və düşməni sevinməyə qoymayın. İslam dünyasının düşmənləri bu dönəmdə öz məqsədlərini müsəlmanların əli ilə həyata keçirmək istəyirlər.754

Bu gün İslam dünyasının mühüm məsələlərindən biri şeytan cəbhəsinin, xüsusən də böyük şeytanın İslamla, İslamın təlim və etiqadları ilə kinli və dəlisov düşmənliyidir. İslamla planlı və universal düşmənlik müstəmləkənin yaranmasından başlasa da, İslam ölkələrini özlərinin qarət, istismar, qırğın və təcavüz obyektinə çevirən hegemonlar son əsrlərdə İslama öz fitnələri qarşısında möhkəm sədd və maneə gözü ilə baxsalar da, onu güclü siyasi və mədəni hücumlara məruz qoysalar da, müsəlmanları Qurandan və İslamdan ayırmaq proqramını öz şeytani məkrləri ilə, o cümlədən fəsad və pozğunluq yaymaqla icra etsələr də, İslam inqilabı vulkanının onların ümid xırmanlarına od vurduğu, müsəlmanların qəlbində ümid işığı yandırdığı və İslamın yeni həyatını müjdələdiyi zamandan yaralanmış canavar kimi İslam əleyhinə hərtərəfli, tələsik və dəlisov hücuma keçdilər. Təbii ki, bu, gözlənilirdi də. Onların məğlubiyyət və rüsvayçılığına dair ilahi qanunlar mütləq həyata keçəcək. Necə ki, Quran buyurmuşdur: "Kafirlər Allahın vədi (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək".755 Bu şərtlə ki, İslama imanı olanlar bu təxribatlar qarşısında vəzifələrini bilsinlər və yaddan çıxarmasınlar.756

Hegemon cəbhə bu amilin İranda bərqərar olunduğunu və möhkəmləndiyini duyduğu, onun kökünü qaza bilmədiyini, bu hərəkəti və özülü məhv edə bilmədiyini anladığı gündən özünün düşmən fəaliyyətini başqa səpkidə davam etdirdi. O da bu idi ki, dünya müsəlmanlarını bu inqilabdan, bu xalqdan və bütün dünyanın hörmət etdiyi böyük və hikmətli rəhbərdən, digər xalqları İran xalqından, ərəb və qeyri-ərəb ölkələrini, rejimləri dünyanın hegemon gücləri ilə dost olan ölkələri bizim ölkəmizdən uzaqlaşdırsın. Bunu mühüm dövlət proqramlarına saldılar və təəssüf ki, bu səviyyədə bəzi hökumətlər tamamilə aldanıb onlar üçün qurulmuş tələyə düşdülər.

Hegemonizm hökumətləri İslam Respublikası quruluşu ilə düşmən etmək istəyirdi. Bəzi hökumətlər ayıq oldular və hegemonizmin istəyini həyata keçirmədilər, bəzi hökumətlər isə aldandılar. Xalqlar səviyyəsində də firqə ixtilafları, şiə-sünni və etiqad qarşıdurmaları məsələsini ortaya atdılar, çoxlu insanlara pul verib İslam Respublikası, Şiəlik və ya müsəlman xalqımızın bəzi etiqadları əleyhinə kitab yazmağa vadar etdilər və çoxlu kitablar yazıldı. Bəzilərini də məcbur etdilər ki, bu kitab, irad və söyüşlərə onların öz dili ilə cavab versinlər. Təəssüf ki, hər iki tərəf onlara aldandı.757



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə