Dəryadan bir damla1


Müsəlmanların əziz Peyğəmbər qarşısında vəzifələri



Yüklə 1,68 Mb.
səhifə16/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   12   13   14   15   16   17   18   19   20

Müsəlmanların əziz Peyğəmbər qarşısında vəzifələri



1. Peyğəmbərin sözünü bütün dünyaya izah etmək

Müasir dünyanın Peyğəmbər dövrü ilə oxşarlıqları

Peyğəmbər bəşəriyyətin çiyni üzərindən yükü götürmək üçün gəlmişdi: "(O peyğəmbər)... onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar"758. Ozamankı bəşərin çiyni üzərində necə ağır yüklər vardı! Bəşərin boynuna necə ağır zəncirlər salınmışdı! Bu gün də elədir. Əgər kimsə bu gün bəşəriyyətin çiyni üzərindəki yüklərin ozamankı Ərəbistan yarımadasının cahil insanlarının çiyni üzərindəki yüklərdən daha ağır olduğunu iddia etsə, əbəs danışmamışdır. Bəşəriyyətə olunan zülm, cəmiyyətlərdə baş verən haqsızlıqlar, maddiyyatın bəşər həyatına hakim edilməsi və mənəviyyatı sıradan çıxarmaq - bu gün zorla və müxtəlif üsullarla bəşəriyyətin sürükləndiyi bu işlər bəşəriyyətin çiyni üzərində yüklərdir. Bəşəriyyətin bu gün sənaye sivilizasiyası dövründə, cəlbedici və aldadıcı parıltılar altında çəkdiyi acılar İslamın yarandığı zaman cahiliyyət zülmətlərində duyulandan daha ağır, daha çətindir.759


Böyük Peyğəmbərin sözünü qəbul etmək üçün bugünkü şərait

İslam dəvəti dünyada tərəfdar qazanmışdır, bir çox qeyri-müsəlmanlar da İslamın dəvətini qəbul etmişlər. İslamın dəvətini qəbul etmək İslam dinini qəbul etmək deyil. Bu onun bir mərhələsidir. Başqa bir mərhələsi budur ki, dünya xalqı İslamın sözünü, təlimlərini, həqiqətlərini və bir məsələyə dair təklifini qəbul etsin. Bu gün xalqlar İslamın sözünün faydalı olduğunu, həyatlarındakı boşluqları doldurduğunu duyurlar. Bu gün müxtəlif mədəniyyətlər altında yaşayan insanlar İslamın insanın dəyəri, əhəmiyyəti və məqsədləri, ailə və qadın, elmin məqsədi, cəmiyyətlərin bir-biri ilə əlaqəsi, güclü və zəiflərin ictimai münasibətləri barədə dediyi sözlərə baxanda həyat düyünlərinin bu məsələlərlə açılıb həll ediləcəyini duyurlar. Buna əsasən, İslamın sözü cəlbedicidir. Bu səbəbdən də dünya hegemonizminin, dünyanın hegemon və zalım mərkəzlərinə bağlı informasiya şəbəkələrinin İslamın sözü ilə rəftarı kobud və çox ədavətlidir.760


Bugünkü insanın Peyğəmbər sözünə ehtiyacı

Əgər bu gün bəşəriyyət İslamın, Peyğəmbər təlimlərinin, bu coşqun vəhdət çeşməsinin mərhəmətinə diqqət yetirsə, onu tapsa və ondan bəhrələnsə, bəşərin ən böyük problemi aradan qalxar. Bu günün özündə dünyanın mövcud mədəniyyətləri, şübhəsiz, İslam təlimlərindən istifadə etmişlər. İnsanlarda mövcud olan yaxşı xüsusiyyətlər, üsullar və uca məfhumlar ilahi dinlərdən, peyğəmbərlərin təlimlərindən və səmavi vəhydən əxz olunmuşdur və onların böyük bir hissəsi İslama məxsusdur. Bu gün bəşəriyyət İslamın mənəviyyatına, saflığına, işıqlı, haqq və ürəkaçan təlimlərinə ehtiyaclıdır. Hər bir insaflı adam bu təlimləri anlayır və qəbul edir.761

Böyük İslam peyğəmbərinin doğum günü bu əziz insanın tükənməz faydaları barədə düşünmək günüdür. Bu böyük təvəllüdün bəlkə də ən böyük faydası cəmiyyətlərə tövhid və ədaləti hədiyyə etməkdən ibarətdir. İnsanlar elmi inkişaf və böyük düşüncə tərəqqisi dövründə də şirkin əsiridirlər; hətta maddi baxımdan çox inkişaf etmiş ölkələrdə də. Deməli, bəlli olur ki, tövhidə etiqad bütün faydaları ilə yanaşı, ilahi vəhylə hidayət olunmuş ağıldan başqa bir yolla əldə edilməyən nura ehtiyaclıdır. Keçmiş peyğəmbərlər kimi bizim əziz Peyğəmbərimiz də bəşəriyyətə bunu hədiyyə etdi. Tövhidə etiqad insanın canında, qəlbində və hətta həyatında faydalara malikdir. Bunlar barədə düşünmək, tövhidin təsir və faydalarına can atmaq lazımdır.762

Biz müsəlmanların Allah rəsulunu, bəşəriyyətin xilaskarını, azadlıq və ədalət carçısını daha artıq tanımağa çox ehtiyacımız var. Mövhumat pərdələri, batil təsəvvürlər və əsrlərlə İslam düşmənləri tərəfindən Peyğəmbər barədə aparılan ədavətli təbliğatlar bütün dünyanı bürümüşdü. Dünya xalqı tarix boyu bəşəriyyətin ən böyük xilaskarını düzgün tanımamışdı. Görün bu gün düşmənlər qara təbliğatla İran xalqının ən böyük qələbələrini necə gizlədirlər. Tarix boyu Peyğəmbərin siması və Allahın son elçisinin peyğəmbərliyi barədə də eynilə bu işi görmüşlər. Mən iddia edirəm və sübut da edə bilərəm ki, yer üzünün insanlarının əksəriyyəti hələ də son peyğəmbərliyin məfhum və məzmunundan xəbərsizdir.763


Peyğəmbərin məqsədlərini həyata keçirməyə çalışmaq

Fərdi həyatda

Peyğəmbərlik məsələsi bəşəriyyətin uzun ömrü boyu baş vermiş ən mühüm məsələdir. İnsan taleyində və bəşər tarixində heç bir hadisə bu qədər təsirli olmamış və aləmlərin Rəbbi tərəfindən göstərilən heç bir mərhəmət insanlar üçün bu lütf və mərhəmətə çatmamışdır. Biz fəxr edirik ki, bütün vücudumuzla bu böyük peyğəmbərliyi qəbul etdik, ona iman gətirdik və bu səadətli yolu tanıdıq. Bunun özü böyük bir ilahi nemətdir. Hər bir müsəlman Peyğəmbərin məqsədlərini öz şəxsi və dünya həyatında reallaşdırmalı, imanla, əməllə və bu məqsədlərə sarı hərəkətlə özünü ilahi və mənəvi səadət cənnətinə çatdırmalıdır.764


Nəfsi paklamaq və Peyğəmbər əxlaqına sarılmaq

"Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi".765 Bu mənəvi paklama, kitabı və hikməti öyrətmə insanın daxili dəyişikliyidir. İnsan öz yaranış məqsədinə çatmaq üçün peyğəmbərlərin məqsədlərini öz üzərində həyata keçirməli, yəni dəyişməli, yaxşılaşmalı, dünyanı fəsada çəkən daxili bulaşıqlardan, rəzilliklərdən, eyiblərdən xilas olmalıdır. Bu, fərdi miqyasdadır. Peyğəmbərlik bunun üçündür. Bir hədisdə də buyurub: "Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərildim"766.767


Avam cahillikdən hikmətli həyata

Bu mənəvi paklama, kitabı və hikməti öyrətmə insanın daxili dəyişikliyidir. Bir hədisdə də buyurub: "Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Yenə buna qayıdır; yəni insanın mənəvi paklığı, mənəvi saflığı, insanı hikmətə, avam cahillikdən hikmətli dərk və həyata sövq etmək. Bu, fərdi sahədədir.768


Əməldə həzrət Peyğəmbərə tabe olmaq

Böyük bir şəxsiyyət tükənməz istedad, misilsiz əxlaq, rəftar və əməllə peyğəmbər və övliyalar silsiləsinin başında durmuşdur və biz müsəlmanlara o həzrətə iqtida etmək əmr olunmuşdur. Quran buyurub: "Allahın rəsulu sizin üçün gözəl örnəkdir".769 Biz özümüzü Peyğəmbərə oxşatmalı, əməldə ona tabe olmalıyıq. Yalnız bir neçə rəkət namaz qılmaqda yox, rəftarımızda, sözümüzdə, davranışımızda, alış-verişimizdə də ona iqtida etməliyik. Və bundan ötrü onu tanımaq lazımdır.770


İctimai həyatda

İslam dövləti qurmaq və onu gücləndirmək

Bu gün İslam ümmətinin sözün həqiqi mənasında İslam dövlətinə ehtiyacı var. İslam dövləti insan və xalqların qəlbi, beyni, biliyi, elmi inkişafı, qüdrətli əli və qolu ilə məşğul olan, onları düzgün idarə edən dövlətdir. Bu gün İslam ümmətinin buna ehtiyacı var.771

Bu gün bəşər bu təlimlərə möhtacdır. Biz müsəlmanlar öz təqsirimizi etiraf etməliyik. Əvvəla, həqiqi İslam təlimlərini dünya səviyyəsində təqdim etməkdə, ikincisi, dünyaya İslamın düzgün modellərini göstərməkdə təqsirkarıq. Əgər müsəlmanlar ictimai və fərdi əməl və rəftarlarını, hakimiyyət və siyasət modellərini bu təlimlərə uyğunlaşdırsalar, bu, İslamın ən böyük təbliği olar. Şübhə yoxdur ki, bu gün dünyanın nəhəng informasiya şəbəkələri İslam əleyhinə mərkəzləşmişlər. Siz gördünüz ki, ABŞ şəhərlərində baş verən son hadisədə772 media orqanları İslamı ittiham etmək üçün necə sui-istifadə etdilər. Yəni heç bir fürsəti fövtə vermirlər. Əlbəttə, bu günahın pisliyi, nəticəsi, təsiri və ləkəsi Qərb ölkələrinin bir çox qüdrətli siyasətçilərinin üzərində qaldı. Elə danışdılar ki, öz vətəndaşları olan günahsız müsəlmanları ittiham altında qoydular. Daha böyüyü budur ki, İslamı – elm, işıq, paklıq və mərhəmət günəşini ittiham etdilər. Hər halda, bu gün bəşəriyyət İslama möhtacdır.773

Vəhdət İslam hakimiyyəti istiqamətində və onun xidmətində olmalıdır, əks tədbirdə puç və mənasız olar. Əgər İslam alimləri Quranın "Biz hər bir peyğəmbəri, ancaq Allahın iznilə ona itaət göstərilsin deyə göndərdik"774 ayəsini buyurduğunu, Peyğəmbərin yalnız nəsihət edib danışması, xalqın da öz işini görüb ona hörmət göstərməsi üçün gəlmədiyini, itaət olunmaq, cəmiyyəti və həyatı yönəltmək, quruluş qurmaq və insanları düzgün həyat məqsədlərinə sarı aparmaq üçün gəldiyini qəbul edirlərsə, əgər Qurani-kərimin "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər"775 - deyə buyurduğunu, ədalətin bərqərar olunmasının, zülmün aradan qaldırılmasının və bəşər üçün düzgün həyat yaradılmasının dinlərin məqsədi olduğunu qəbul edirlərsə, İslam hakimiyyəti üçün çalışmalıdırlar.776


İslam cəmiyyətlərini ucaltmaq və tənəzzül amillərindən çəkinmək

Bu gün bu böyük ümmətin xilaskar, rəhbər, müəllim, ilahi əmanət və ən sevimli şəxsiyyət olan əziz Peyğəmbər qarşısında borcu budur ki, vəhdəti qorumaqla İslam ümmətinin ucalıq və əzəmətini qorusun.777

Biz ölümcül bir xəstəliyə tutulmuşuq, çalışıb onu özümüzdən uzaqlaşdırmalıyıq. İslam dünyasında olan ixtilaflar, uyğunsuzluqlar və düşmənliklər çox təhlükəli xəstəliklərdir. Mən sizə deyirəm: Əgər keçmiş zamanlarda bu xəstəlik İslam dünyasında və İslam ümmətində təbii şəkildə yaranmışdısa, bu gün onu siyasi məqsədlə və ciddi şəkildə gücləndirməyə çalışırlar. Biz onun nümunələrini İslam dünyasında görür və dəhşətə gəlirik. Biz xarici düşmənlərdən qorxmuruq, Amerikanın və hegemon güclərin heybəti indiyədək bizi qorxuda bilməmişdir. Ədavətli təbliğat hücumları, siyasi, hərbi və iqtisadi hücumlar bizi əsla mövqeyimizdən çəkindirməyib və çəkindirməyəcək. Lakin İslam dünyasının bu daxili xəstəliyi bizi lərzəyə salır və qorxudur. Buna çarə tapın.778

Əsas budur ki, xalqların ümidsiz olmasına qoymayın. Qoymayın gələcəyə ümidsiz olsunlar, hegemonizmin heybəti ağır kölgəsini bizim qəlb və iradələrimizin üstünə salsın və qarşıdurma bizi zəiflətsin.779

Əziz qardaş və bacılar! Bu gün İslam dünyası müstəsna bir vəziyyətdədir. Demək olar ki, əsrlərdir İslam dünyası üçün belə bir fürsət yaranmır. Bu gün bizim önümüzdə çox böyük imkan vardır. İslam xalqları oyanmışlar, İslam oyanışı dalğası İslam dünyasının hər tərəfinə yayılmışdır, müsəlman xalqlar öz hüquqlarına vaqif olmuşlar, bir çox İslam rəhbərləri bildirməsələr də, öz daxillərində hegemonluğa ədavət və nifrət bəsləyirlər. Biz bunu görürük. Bir çox İslam ölkələrində rəhbər, siyasətçi və məmurlar ABŞ-ın və hegemon qüvvələrin rəftarından təngə gəlmişlər. Bu, İslam dünyası üçün böyük bir fürsətdir. Bu fürsətdən istifadə etmək lazımdır. Siyasətçilərin üzərinə bir vəzifə düşür, elmi və mədəni rəhbərlərin üzərinə bir vəzifə. İkinci vəzifə birincidən əhəmiyyətsiz deyil. İslam alimlərinin, İslam dünyasının ziyalı və müəllimlərinin, İslam dünyasının görkəmli mütəfəkkirlərinin, xalq tribunalarına malik olan və öz xalqlarında ictimai rəy formalaşdıra bilən şəxslərin üzərinə böyük vəzifələr düşür. Onlar İslam dünyasında xalqın gücünü və milli qüdrəti insanlara düzgün başa salmalıdırlar. Bir neçə əsrdir - müstəmləkə dövründən indiyədək istismarçılar müsəlman xalqlara başa salmaq istəyirlər ki, siz bir iş görə bilməzsiniz, siz bizimlə bacarmazsınız.

...İslam ölkələrində gördüyünüz bu milyonluq izdihamlar möhtəşəm qüdrətə malikdir. Əgər bu qüdrət aktiv olsa, onun qarşısında heç bir əcnəbi güc dayana bilməz. Nümunəsi bu hadisədir. Allah-Taala bizə bəhanə yolunu bağladı. Livan hadisəsi və Hizbullahın "Dəfələrlə olub ki, az bir dəstə Allahın izni ilə çoxlu bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!" ayəsinin real nümunəsi olan aydın qələbəsi bəhanə yolunu bağladı. Əlbəttə, İslam düşmənləri xalqın potensialını inkar və siyasətçiləri öz xalqlarının gücünə inamsız etdilər. Fikrimizcə, bizim mərhum imamımızın ən böyük hünərlərindən biri xalqın gücünü tanımaq, kəşf etmək, ondan bəhrələnmək və xalqa güvənmək idi.

...Xalqın gücünü tanımaq lazımdır. Bu güc möhtəşəmdir. Bu potensialı işlətmək üçün iradə, əzmkarlıq, ixlas və mücahidlik lazımdır. Əgər xalq meydana atılsa, siyasətçi və rəhbərlər ölkələrinin milyonluq izdihamlarına yaxınlaşsalar, onların qarşısında heç bir qüvvə dura bilməz, onlara heç bir təhdid təsir etməz. Əlbəttə, çalışmadan və çətinliklərə dözmədən insan nəyəsə nail ola bilməz. İslam ümməti özünün uca məqsədlərinə çatmaq üçün çətinliklərə dözməyi bacarmalıdır. Bunlar bu gün İslam dünyasında bizim mühüm vəzifələrimizdir.780
Müsəlmanlar arasında birlik yaratmaq

İslam Respublikası dünya müsəlmanlarına dedi ki, gəlin rəbiüləvvəlin 12-dən 17-ə qədər birliyi sınaqdan keçirək. Əksər sünnilərin və bəzi şiələrin də qəbul etdiyi bir rəvayətə görə rəbiüləvvəlin 12-i Peyğəmbərin doğum günüdür. Əksər şiələrin və bəzi sünnilərin təsdiqlədiyi bir rəvayət isə rəbiüləvvəlin 17-ə aiddir. Hər halda, əziz Peyğəmbərin döğum günləri olan 12-dən 17-ə qədərki günlərdə ümumdünya İslam birliyinə daha artıq diqqət yetirilsin. Bu elə möhkəm qaladır ki, qurulsa, İslam ölkələrinə və müsəlman xalqlara heç bir qüvvə əl uzada bilməz.781

Mən tövsiyə edirəm ki, əziz Peyğəmbərin doğum günü münasibətilə vəhdət həftəsini - yəni rəbiüləvvəlin 12-dən 17-ə qədər davam edən günləri bütün xalq, xüsusən də alimlər, dini natiqlər və nüfuzlu şəxslər uca tutsunlar, İslam Respublikasının bir şüarı kimi həmişə qorusunlar.782

Mənim əzizlərim! Dünya müsəlmanları əziz Peyğəmbərin adı altında daha yaxşı və daha asan birləşə bilərlər. Bu, o həzrətin xüsusiyyətidir. Mən dəfələrlə demişəm ki, o həzrət müsəlmanların duyğularının birləşdiyi amildir. Müsəlman öz Peyğəmbərinə eşq bəsləyir. İlahi! Sən şahidsən ki, bizim qəlblərimiz Peyğəmbər sevgisi ilə doludur. Bu sevgidən istifadə etmək lazımdır. Bu məhəbbət yolaçandır. Bu gün müsəlmanlar qardaşlığa ehtiyaclıdırlar. Bu gün "Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin!"783 əmri həmişəkindən daha ciddidir.784

“İslam birliyi” dedikdə məqsədimiz İslam məzhəblərinin birləşməsi deyil. İslam məzhəblərinin, onların etiqadlarının, kəlam və fiqh baxışlarının toqquşma yeri elmi arenadır, fiqh, kəlam araşdırmalarıdır. Fiqh və kəlam baxışları fərqinin real həyata və siyasətə heç bir təsiri olmaya bilər. İslam dünyasının birliyində məqsədimiz çəkişmə və qarşıdurmanın olmamasıdır: "Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiniz".785

Quran buyurur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!"786 Allah ipinə sarılmaq hər bir müsəlmanın borcudur. Amma Quran bunu əmr etməklə kifayətlənmir, bizə deyir ki, Allah ipinə sarılmaq işini hamı ilə birgə edin, hamılıqla sarılın. Bu birlik ikinci vacib tapşırıqdır. Buna əsasən, müsəlmanlar Allah ipinə sarılmaqdan əlavə, bu işi digər müsəlmanlarla birgə və onlarla əlbir şəkildə görməlidirlər. Quranın şərafətli ayəsi buyurur: "Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur".787 Bu ayə Allah ipinə sarılmağı izah edir. Allah ipinə sarılmaq necə olur? Allaha imanla və tağuta küfrlə... İslam ümmətinin bir çox hissələrində Allaha iman var, lakin tağuta küfr yoxdur. Tağuta küfr etmək lazımdır. Tağuta küfr olmadan Allahın möhkəm ipinə sarılmaq imkansızdır.788

Mübarizə və fəaliyyət olmadan heç bir arzu həyata keçməz. Biz birlik məqsədi və arzusu üçün əməli yollar düşündükdə görürük ki, ən yaxşı və ən uğurlu yollardan biri yaranış aləminin bu böyük şəxsiyyətinin - bütün müsəlmanların sevdiyi və etiqad bəslədiyi əziz Peyğəmbərin ətrafında birləşməkdir. İslam təlimləri arasında bütün müsəlmanların rəy, etiqad və duyğularının bu şəkildə cəmləşdiyi ikinci bir şey bəlkə də yoxdur, ya da çox nadirdir... Peyğəmbər birlik amili ola bilər.789

Peyğəmbərin əhli-beyti də bu birliyin mərkəzi ola və bütün müsəlmanlar Əhli-beyt məsələsində yekdil rəyə gələ bilərlər. Peyğəmbərin əhli-beytini bütün müsəlmanlar qəbul edirlər. Düzdür, şiələr onların imamlığına etiqad bəsləyirlər, qeyri-şiələr isə bu mənada imam bilmirlər, lakin İslamın böyüklərindən, alimlərindən və Peyğəmbər ailəsi bilirlər. Müsəlmanlar imamların və Peyğəmbər əhli-beytinin sözlərinə əməl etməkdə yekdil rəyə gəlməlidirlər. Vəhdət amillərindən biri budur.790

Bu gün Məhəmməd Mustafa (s) ümmətinin öz böyük rəhbərinə və Allahın seçilmiş Peyğəmbərinə bayram hədiyyəsi kimi təqdim etməsi gərəkən məsələ bayram namazına gələnlərin yekdilliyidir. Yaxşı olar ki, bu gün ümmət öz arasında birliyi və yekdilliyi ümmət adına uyğun tərzdə qorusun.

...Ümmət öz Peyğəmbərindən bayram hədiyyəsi istəyir, lakin özü də bayram vəzifəsini yerinə yetirməyə borcludur. Ümmətin bayram hədiyyəsi birliyi və Peyğəmbərin hörmətini qorumaqdır. Bu gün İslamın və İslam ümmətinin düşmənlərinin bütün səyi bu ümməti bir-birinin canına salmağa, onları bir-birinə düşmən etməyə yönəlmişdir. Bu səy bu günə məxsus deyil, keçmişdə də olmuşdur. Lakin bu xəbis və rəzil iş bu gün təşkilatçılıqla, dəqiq və hərtərəfli şəkildə baş verir. Səbəb də budur ki, İslama qayıdış hissinin müsəlmanlar arasında artmaqda olduğunu və İslamın qəlbləri diriltdiyini hiss edirlər.791

Dünya müsəlmanları düşmənlərin İslamı zəiflətmək və ona hörmətsizlik etmək üçün təxribatlı planlarına qarşı çox həssas və sayıq olmalıdırlar; xüsusən mədəni planlara, o cümlədən İslam əleyhinə yazılan kitablara, hazırlanan film və teatrlara qarşı. Bu səhnədə əsas fiqurlar ürəkləri İslam üçün döyünən, hegemon qrupların İslama və müsəlmanlara qarşı kin və ədavətindən xəbərdar olan yazıçılar, sənət adamlarıdır. İslamı izah, düşmənin təxribatlarını ifşa və dünya müsəlmanlarının hüququnu müdafiə etməyə dair məqalə və kitab yazmaq, sənət əsərləri yaratmaq onların ümümi və böyük vəzifəsidir.792
Xalq arasında əxlaqın inkişafı

Məmurların üzərinə daha ağır vəzifə düşür. Mən məmurlara müraciətimdə və onlarla iclaslarda dəfələrlə lazımi məqamları xatırlatmışam və yeri düşdükcə yenə də xatırladıram... Mədəniyyət və əxlaq məsələsi çox mühüm məsələdir. İslam quruluşu xalqın mədəniyyət və əxlaqına laqeyd qala bilməz. İslam quruluşu elə quruluş deyil ki, yalnız hakimiyyəti qorumağı düşünsün və xalqın əməllərinə biganə qalsın, əxlaqsızlıq bataqlığına düşsələr də vecinə almasın. İslam quruluşu xalqı azdıran işlərdən əziyyət çəkir: "Sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!"793 Bu, əziz Peyğəmbərin üsuludur və İslam quruluşu bunu örnək seçməlidir. İslam quruluşu xalqın mənəvi və fiziki əzablarına, mental və mənəvi sapqınlığına etinasız qala bilməz. Bu quruluşun üzərinə ağır vəzifə düşür. Bizim xüsusən mədəni-ideoloji qurumlarımızın üzərinə ağır vəzifələr düşür.794

İslamın əxlaqi dəyərlərindən bəhrələnmək belədir ki, qadağan olunmuş ehtiraslardan, tamahkarlıqdan, dünyagirlikdən, haqsızlıqdan, namərdlikdən, sərvət hərisliyindən çəkinmək, fəzilət, təqva, paklıq, səbir, ixlas, paklıq, zahidlik və digər əxlaqi xislətlərə sarılmaq ruhu cəmiyyətdə yayılsın və əsl dəyərlər sayılsın.795

Mədəni-ideoloji hücumda üç əsas məsələ üzərində dayanırlar:

1. İslamın qanun və hökmlərinə hücum etmək, xalqın etiqadında şübhə yaratmaq;

2. İslam qanunlarının, İslamın əsaslarının Qərblə və onun yeni mədəniyyəti ilə uyğunluğunu təbliğ etmək, cəmiyyətdə Qərb humanizmini İslamla qarışdırıb xalqın praktik imanını sarsıtmaq;

3. Əsas əlaməti dəbdəbəçilikdən ibarət sekulyarizmi qadınlar arasında yaymaq.796
Mədəniyyət və informasiya mənsublarının vəzifəsi

Peyğəmbərliyin başlandığı günlə əlaqədar böyük bir xalq hərəkəti başlanmalı, natiqlər, mədəniyyət xadimləri, media mənsubları və digərləri xalq arasında əxlaqı inkişaf etdirmək, öyrətmək üçün ayağa qalxmalıdırlar. İnşallah, Allah da kömək edər. Dövrün imamının müqəddəs qəlbi sizdən və bizdən razı olsun! İlahi hidayət bizimlə olsun və Böyük İmamın pak ruhu bu hərəkətdən faydalansın!797


Tələbə və şagirdlərin vəzifəsi

...Tələbə və şagirdlər elm öyrənməkdən ibarət vacib əməli peşə və təcrübə öyrənməklə birləşdirməli, özlərinə uyğun inqilab hərəkətlərinin öncülü olmalı, İslamın uca məqsədləri istiqamətində, qlobal hegemonizmin, ABŞ, sionizm və mürtəcelik üçbucağının təxribatları qarşısında ürəkdən mübarizə aparmalıdırlar.798


Sənət adamlarının vəzifəsi

...Sənət adamları səlis incəsənət dilini xalqın ən əziz sərvəti olan inqilabın və İslamın xidmətində işlətməli, bu ilahi vergini xalqın düşüncəsinin yüksəlişinə sərf etməli, incəsənəti ziyanlı əlamətlərə və əcnəbi mədəniyyətə qarışmaqdan qorumalıdırlar. Onlar sənətin ucalığını qorumaq şərtilə onu xalqın arasına aparsınlar, onların beyninə və qəlbinə daxil etsinlər, dəbdəbə formasından və xüsusi bir qrupa aid olmaqdan çıxarsınlar.799

Quran fövqəlbəşəri, ilahi bir sənət əsəridir. İslam əvvəldən sənətlə başlanmışdır. Quranın bu sənət dili olmasaydı, bəlkə də işin bir tərəfi axsayardı.

Allah-Taala heç bir şeyi məsləhətsiz və hikmətsiz gətirmir. Bu güclü və təsirli sənət əsərinin ilahi məfhumları bu şəkildə insanlara təqdim etməsində bir hikmət var idi. Quran nazil olduğu zamandan təxminən 1400 ilin ötdüyü bu günə qədər insanların oyanışına səbəb olmuşdur. İndi müsəlman bir cəmiyyəti hərəkətə gətirmək üçün ən yaxşı vasitə Quran ayələridir. Bu, çox möhtəşəm bir şeydir, köhnəlməyib və köhnəlməz. Odur ki, harada olsanız, bu silahı təkmil etməyə və əldə tutmağa çalışın.800


Qadınların vəzifəsi

...İslam Respublikası quruluşunda qadınlar İslamın onlara verdiyi dəyəri uca tutsunlar, beynəlxalq istismarçı oliqarxların bugünkü qadının ətrafına toxuduqları istehlakçılıq torunu qırsınlar, Qərb mədəniyyətinin antidəyərlərinə - çılpaqlığa, kişilərlə qeyd-şərtsiz münasibətə, inkişaf etmiş ölkələrdə və geriqalmış ölkələrin əksəriyyətində qadınların həyatına hakim olan müxtəlif fəsadlara təhqir və nifrət gözü ilə baxsınlar və bilsinlər ki, bu gün siyasətdə, işdə və dövlət qurumlarında təqva və iffətlə çalışan qadın dünyanın ən üstün qadınıdır. Bunu dünyanın hər bir yerində olan insaflı kişi və qadınlar təsdiqləyirlər.801


Peyğəmbərin simasının təbliği

Dünyada çoxlu insanlar var ki, İslam Peyğəmbərini müsəlmanların tanıdığı qədər, hətta ondan da az tanısalar - yəni qəlblərində o nurlu simanın bir işıltısı yaransa, onların İslama və İslam mənəviyyatına etiqad və təmayülləri təmin olunar. Biz bu məsələ üzərində işləməliyik.802


Elmi iş formasında

İslam üçün ən böyük təbliğat bəlkə də İslam peyğəmbərinin simasını işıqlandırmaqdır. Çox yaxşı olar ki, düşmən və müxaliflər öz mürəkkəb mədəni və incəsənət üsulları ilə dünyanın xəbərsiz insanlarının zehinlərində o həzrətə dair pis təsəvvür yaratmazdan öncə dünyadakı müxtəlif üsulları bilən məlumatlı və sənətkar müsəlmanlar o böyük və hörmətli şəxsiyyəti sözlə, elm, mədəniyyət, incəsənət və təbliğat işləri təbliğ etsinlər. Bunlar vacib işlərdir.803

İslam alimləri, müsəlman ziyalı, yazıçı, şair və sənətkarlar bu gün Peyğəmbəri, onun şəxsiyyətinin müxtəlif cəhətlərini müsəlman və qeyri-müsəlmanlar üçün bacardıqları qədər təsvir etməyə borcludurlar. Bu, İslam ümmətinin birliyinə və gənc nəsillərin İslam oyanışına kömək edəcək.804

İslam maarifi şöbəsində diqqətəlayiq məsələlərdən biri İslamın analitik tarixidir. Mütəxəssislər bununla məşğul olmalıdırlar. İslamın analitik tarixində işləmiş, İslam tarixini və Peyğəmbərin döyüşlərini həqiqətən, təhlil etməyi bacaran şəxslər var.

...Mən sizə demək istəyirəm ki, xalqımız Peyğəmbərin həyatı və döyüşləri barədə təxminən heç nə bilmir. Oradan-buradan nələrsə eşidiblər. Məsələn, bir axund bir mövzu barədə söhbət əsnasında Xəndək döyüşünün nə olduğu, kimlərlə vuruşulduğu, nə zaman və hansı səbəbdən baş verdiyi, kimin öldürüldüyü və nəticəsinin nə olduğu haqda bir şey demişdirsə, bu qədər öyrənmişlər. Yaxud Quranda adı çəkilən Hüneyn döyüşü - "Həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi"805 - hansı döyüş olmuşdur? Onun müxtəlif cəhətlərindən xalqın çox da xəbəri yoxdur. Hətta həssaslığına görə çox təkrar olunmuş Ühüd döyüşü haqda da hələ tam və dolğun məlumatları yoxdur. Xalq bilməlidir ki, Peyğəmbərin neçə döyüşü olmuşdur, bu döyüşlərin neçəsində Peyğəmbərin özü iştirak edib, neçəsində iştirak etməyib, hansı qruplarla və kimlərlə vuruşub, döyüşdə şüarı nə olub və sair. Bu məsələlərlə maraqlanın. Sonra Peyğəmbərin vəfatından Əmirəlmömininin xilafətinə qədərki dövrü açıqlayın.806
Mədəni iş formasında

Bu sahədə mərkəz olan amillərdən biri əziz və müqəddəs Peyğəmbərdən ibarətdir. Müsəlmanlar və İslam ziyalıları İslama dair kompleks baxışla onun şəxsiyyəti və təlimləri üzərində işləməlidirlər.807


Təbliğat və sənət işi formasında

Əziz Peyğəmbərin dövründə Həssan ibn Sabit adlı görkəmli bir şair o həzrətə xidmət göstərirdi. Sonra Əmirəlmömininə xidmət göstərdi. Onun qədrini bilir və ondan iş istəyirdilər. Əmirəlmömininin özü möhtəşəm bir sənətkardır. Peyğəmbərin özü qeyri-adi sənətkardır. Quran bəşərin fövqündə duran ilahi sənət əsəridir. İslam əvvəldən sənətlə başlanmışdır. Əgər Quranın bu sənət dili olmasaydı, bəlkə də işin bir tərəfi axsayardı.808

Deməli, bir məsələ budur ki, biz əziz Peyğəmbərin şəxsiyyətini tanıtdırmağa çalışmalıyıq; o həzrətin təkcə həyatını yox, şəxsiyyətinin müxtəlif cəhətlərini, misal üçün, xarakterlərini, hakimiyyət tərzini, xalqla rəftarını, ibadətini, siyasətini, cihadını və xüsusi təlimlərini araşdırmalıyıq. Yalnız kitab yazmamalı, yeni üsullarla və mövcud texnikalarla təkcə İslam Respublikasında yox, İslam dünyasının hər tərəfində incəsənət və təbliğat işləri görməliyik.809

Sənət adamları, yazıçılar, diktorlar, aparıcılar, rejissorlar, aktyorlar - hamı və hamı əl-ələ verib bu dəyərli və parlaq İslam təlimlərini incəsənət proqramları çərçivəsində xalqa öyrətməlidirlər. Radio və televiziya İslam məfhumlarını anlatmaq və İslam dəyərlərini təbliğ etmək üçün yalnız söhbət, dəyirmi masa və tədrisdən deyil, incəsənət proqramlarından, kino, teatr və digər bu kimi üsullardan istifadə etməlidir. Belə olmasa, İslam Respublikasının teleradiosu İslam teleradiosu olmayacaq.810

O həzrət ədaləti, insan ucalığını, cəmiyyətdə ayrıseçkiliyə son qoyulmasını, dünyada mənəviyyata, mənəvi dəyərlərə diqqəti önə çəkdi. Bu fəaliyyətin təsirləri bu gün də dünyada görünür. Peyğəmbər və imamların bu tərifəlayiq işləri möhtərəm məddah və natiqlər tərəfindən deyilməlidir ki, biz bəşər tarixinin və yaranış aləminin bu seçilmiş şəxslərini tanıyaq.811

Siz məddahlar bu sevgini öz daxilinizdə yaradır, digərlərinin sözlərindən, şairlərin şeirlərindən və yaxşı nəğmələrdən istifadə edirsiniz. Bəziləriniz hətta öz şeirlərinizi oxuyursunuz. Bilin ki, işiniz çox dəyərlidir. Qardaşlarla görüşlərdə dəfələrlə bu sözləri demiş, məddahlığın, Peyğəmbər əhli-beytinin mədhinin tarixçəsini bəyan etmişik.

...Şiəlikdə məhəbbət amili olmasaydı, bu güclü düşmənliklər onu məhv edərdi. Siz xalqın Hüseyn ibn Əliyə (ə) sevgisi İslamın yaşamasına zəmanət verir. İmamın "Aşura İslamı yaşatdı" sözünün mənası budur. Fatimiyyə günləri, Peyğəmbərin və imamların doğum və vəfat günləri də belədir. Bu sənətdən istifadə edib sözügedən sevgini xalqda həm dərinləşdirin, həm təravətləndirin, həm də gücləndirin.812

Qədim şairlərin tövhid və nübüvvət barədə ən yaxşı şeirləri divan və məsnəvilərinin girişində qeyd etdikləri mədhiyyələrdir. Görkəmli şairlərin bu şeirlərinin güclü və həqiqətən, maarifləndirici məzmunu var. İnsan Peyğəmbəri, imamı, yaxud Fatimeyi-Zəhranı (ə) bu şeirlərlə tanıya bilər. Demirəm ki, düzgün tanıya bilər; çünki biz onları düzgün tanıya bilmərik. Lakin imkan daxilində çalışmalıyıq. Məsələn, Əmirəlmömininə dair bir şeir oxunduqda Əlinin (ə) həm az xəbərimiz olan mənəvi məqamını, həm də ibadətini, məzlumluğunu, hakimiyyətini, ədalətini, zəiflərə qayğısını, düşmənə qarşı şiddətini və cihadını öyrənə bilərik.813


Təhqir edənlərə qarşı qətiyyətli rəftar

Muzdur əllər mədəni və təbliğat təxribatları ilə İslamı gözdən salmağa və yüngülləşdirməyə çalışırlar, lakin səhv edir və bundan özləri ziyan çəkirlər.814

Bu mürtəd “Şeytan ayələri” kitabını İngiltərədə yazdı, ABŞ-da jurnallar bu kitabı təbliğ etməyə başladılar. Mən o zaman buraya gələn ABŞ jurnallarını görür və təəccüb edirdim ki, bunlar bu kitabı nə qədər təbliğ edirlər. Dünya mediasının, dünyanın muzdur qələm sahiblərinin, Qərbin əksər mətbu orqanlarının, radio və televiziya kanallarının sahibləri olan sionistlərin birdən-birə əl-ələ verib bir kitabı təbliğ etmələrinə bir səbəb vardı. Məgər onun məzmunu nədən ibarət idi? Çox keçmədən bu kitabda nə olduğu aşkara çıxdı. Bu kitab İslama qarşı təhqirlərə yolaçan rolunu oynamalı idi; Peyğəmbəri ələ salmış, xəyali bir roman yazıb Peyğəmbərin, onun zövcə və səhabələrinin adlarını çəkmiş və çox pis şəkildə təhqir etmişdi.815

İslam Respublikası quruluşunda Amerikanı və hər bir hegemonu qəzəbləndirən amillər bunlardır: İslamın heysiyyətini, Quranı, Böyük Peyğəmbəri və digər ilahi peyğəmbərləri müdafiə və bu müqəddəslərə qarşı təhqirlə mübarizə.816




Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə