Dəryadan bir damla1


Cəmiyyətin idarəsində İslam prinsiplərindən yayınma



Yüklə 1,68 Mb.
səhifə10/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Cəmiyyətin idarəsində İslam prinsiplərindən yayınma


Dini siyasətdən ayırmaq

Bəziləri İslamı yalnız fərdi məsələ bilib siyasətdən ayırdılar. Bu gün bir çox İslam cəmiyyətlərində, təcavüzkar, hegemon və müstəmləkəçi Qərb bilgilərində təbliğ olunur ki, İslam siyasətdən ayrıdır. Siyasəti İslamdan aldılar. Halbuki əziz İslam Peyğəmbəri hicrətin əvvəlində Məkkə problemlərindən qurtulan kimi gördüyü birinci iş siyasət idi; İslam cəmiyyəti, İslam dövləti qurmaq, İslam qoşunu yaratmaq, dünyanın böyük siyasətçilərinə məktub yazmaq, o zamanın nəhəng siyasi işlərinə qoşulmaq. İslamı siyasətdən ayırmaq olar?! Siyasəti İslam idarəçiliyindən başqa tərzdə izah etmək və formalaşdırmaq olar?! "O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər!"541 Bəziləri Quranı parça-parça edir, "bəzisinə inanır, bəzisinə isə inanmır"lar.542 Quranın ibadətinə iman gətirir, siyasətinə isə iman gətirmirlər. "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər"543. Ədalət nədir? Məqsəd cəmiyyətdə ictimai ədaləti bərqərar etməkdir. Bu işi kim görə bilər? Ədalətli bir cəmiyyət qurmaq siyasi işdir, ölkənin idarəçilərinin işidir. Bu, peyğəmbərlərin məqsədidir. Yalnız bizim Peyğəmbər yox, hətta İsa (ə), Musa (ə), İbrahim (ə) və digər ilahi peyğəmbərlər də siyasət və İslam quruluşu qurmaq üçün gəldilər. İndi bəziləri müqəddəs çıxıb deyirlər ki, bizim siyasətlə işimiz yoxdur. Məgər din siyasətdən ayrıdır?! Xəbis Qərb mediası daim təbliğ edir ki, dini siyasətdən, dövlətdən ayırın. Biz müsəlmanıqsa, bilməliyik ki, din və dövlət bir-biri ilə bağlı və əslində, bir şeydir.

İslamda din və dövlət bir mənbədən - ilahi vəhydən qaynaqlanır. Quran və İslam belədir.544
Siyasətdə İslam əxlaqını görməzliyə vurmaq

Bəziləri bu tərəfdən siyasəti İslamdan ayırırlar, bəziləri də qarşı tərəfdən İslamı yalnız siyasət və siyasətbazlıq bilirlər, bizim Peyğəmbərimizin besətinin ən böyük məqsədi olan əxlaqı, mənəviyyatı, məhəbbəti, fəziləti görməzliyə vururlar. Bu da "O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər!"545 və bu da "Bəzisinə inanır, bəzilərinə isə inanmırıq"546 olur. İslamı parlaq siyasi cümlələrdə xülasələşdirmək, qəlblərin təzimini, zikri, saflığı, mənəviyyatı, Allah qarşısında diz çökməyi, Allahdan istəməyi, Allahı sevməyi, Allahın əzəməti qarşısında göz yaşı tökməyi, ilahi rəhməti unutmaq, dözümlülüyü, səbri, səxavəti, yaxşılığı, bağışlamağı, qardaşlığı və rəhmi görməzdən gəlmək və İslam adı altında yalnız siyasətə qapılmaq da eyni sapqınlıqdır, fərqi yoxdur.547

İslam ümməti dini dövlətdən, əxlaqı cəmiyyətin idarəsindən ayıranda ziyana uğradı. Bir zaman Bağdadda, Şamda və dünyanın o tərəf-bu tərəfində padşahlar xəlifə adı altında İslam bayrağı ucaltdılar, lakin nəfsi istəklərə, ehtiraslara, qərəzlərə, təkəbbürlülüklərə, şah qürurlarına, sərvət toplamağa, mal yığmağa və öz xəzinələri ilə məşğul olmağa başladılar; başlarını bu işlərlə qatdılar və İslam dünyasının tənəzzülünə şərait yarandı. Əziz İslam Peyğəmbərinin, onun böyük səhabələrinin, mücahid və mübariz dostlarının hərəkəti İslamı sürətlə inkişaf etdirdi. Dördüncü-beşinci əsrlərə qədər İslamın siyasi və elmi hərəkətini inkişafa doğru aparan amil Peyğəmbərin gördüyü işlər idi. Lakin sonralar saraylarda, hakim ailələrdə tənəzzül, fəsad və nifaq toxumları səpildi, həmin toxumlar İslam ümmətini çökdürdü və biz onun nəticələrini bir neçə əsrdən sonra öz ətimiz, qanımızla hiss etdik.548
Meyarların dəyişilməsi və dəyərlərin zəifləməsi

İslam cəmiyyətində, özü də başında adi bir bəşərin yox, Allahın rəsulu kimi bir şəxsin durduğu, bəşər təsəvvürünün fövqündə duran qüdrətlə, ilahi vəhyin tükənməz okeanına birləşməklə, sonsuz və bənzərsiz hikmətlə on il hakim olduğu bir cəmiyyətdə, bir qədər sonra Əli ibn Əbu Talibin (ə) hakim olduğu, Mədinə və Kufəni növbə ilə bu böyük dövlətin mərkəzinə çevirdiyi bir cəmiyyətdə hansı hadisə baş verdi və bu cəmiyyətə necə mikrob düşdü ki, Peyğəmbərin vəfatından yarım əsr, Əmirəlmömininin şəhadətindən iyirmi il sonra Hüseyn ibn Əli (ə) kimi bir şəxsi bəlli tərzdə şəhid etdilər?549

Meyarlar əldən çıxdıqda, dəyərlər zəiflədikdə, bir ömür əzəmətlə yaşayan, uzun illər dünya bəzəklərinə etinasız keçinən insanlara dünyagirlik və sərvət sevgisi hakim olduqda, elm və mədəniyyət aləmində də belə bir şəxs (Kəhbüləhbar) ilahi və islami bilgilərdə qabaqcıl olur; elə bir şəxs ki, yeni müsəlman olub və özü nə anlayırsa, onu da deyir, İslamın baxışını yox. Bəziləri də onun sözünü qədim müsəlmanların sözündən önə keçirmək istəyirlər.550

Qayğıkeş insanlar cəmiyyətdə ilahi meyarların dəyişilməsinə qoymamalıdırlar. Əgər cəmiyyətdə təqva meyarı dəyişilsə, təbii ki, Hüseyn ibn Əli (ə) kimi təqvalı bir isnanın qanı töküləcək. Əgər dünya uğrunda zirəklik və çeviklik, İslam dəyərlərinə etinasızlıq və yalan meyar olsa, təbii ki, Yezid kimi birisi hakimiyyətə gələcək, Übeydullah kimi bir şəxs İraqın birinci adamı olacaq. İslamın bütün işi bu batil meyarları dəyişdirmək idi. Bizim inqilabımızın bütün işi dünyanın batil və səhv maddi meyarlarına qarşı çıxmaq, onları dəyişdirmək idi.551

Bu, şirkdir. Bu gün müsəlmanlar özlərini və İslamı bundan paklamalıdırlar. Təəssüfə səbəb olan budur ki, müsəlmanların illərlə qafilliyi və Quranın kənarda qalması təhrif əllərinin din adı altında hər bir batil sözü zehinlərə yerləşdirməsinə, Allah dininin ən aydın prinsipini inkar etməsinə və şirkə tövhid donu geydirib Quran ayələrinin məzmununu soyuqqanlılıqla inkar etməsinə səbəb olmuşdur.552
İxtilaf yaratmaq və birliyi pozmaq

Həcc mərasimində ixtilaf yaratmağa, fitnə salmağa, özlərinin mövhumatçı, xurafatçı və qapalı fikirlərini yaymağa çalışdığını gördüyünüz bu şəxslər bilərəkdən, yaxud bilməyərəkdən möminlərin ixlaslı imanını məhv edənlərdir.553

Qlobal hegemonizm xalqımız arasında irqi, məzhəbi, regional və siyasi fərqlərin göründüyü sahələrə könül vermişdi. Bir xalq üçün ixtilaf və təfriqədən zərərli amil yoxdur. Xalq, mədəniyyət və inqilablar üçün həlakedici zəhər ixtilafdır. Əgər ən yaxşı xalq da ixtilafa və ikitirəliyə düçar olsa, özünün bütün həyat enerjisi nəinki əldən çıxar, hətta ölkənin məhvi istiqamətində işlənər də.554

Böyük İslam ümməti uzun əsrlər boyu problem və yayınmalara düşmüşdür. Biz özümüzü İslamdan uzaqlaşdırıb, İslamın çəkindirdiyi işlərə məşğul etdik, bu uzun tarixdə daxili müharibələrlə məşğul olduq, zalım hakimlər vasitəsilə başımız qatıldı. Nəticədə, İslamın ilk əsrlərindən sonra böyük İslam ümməti özünü İslam Peyğəmbərinin və əziz İslamın nəzərdə tutduğu məqsədə çatdıra bilmədi. Allah-Taala İslam ölkələrində çoxlu maddi sərvətlər yerləşdirsə və bu bizim inkişafımıza səbəb ola bilsə də, biz elm, sənaye və bir çox inkişaf göstəricilərində dünyanın geriqalmış hissələrindən olduq. Bunu İslam bizim üçün nəzərdə tutmamışdı, bu, biz müsəlmanların pis əməlinin, rəftarının və avamlığının yaratdığı vəziyyət idi: "(Ey insan!) Sənə üz verən hər bir pislik özündəndir"555. Qafilliklər səbəbindən tarix boyu özünü bu vəziyyətə düçar edən biz olduq.556


İslam ümmətinin əzəmətini görməzliyə vurmaq

Böyük İslam ümmətinin möhtəşəm birliyini gözü götürməyənlər möminlərin ixlaslı imanını məhv edən şəxslərdir. İslam ümmətinin möhtəşəm birlik və əzəmətinə - öyünmək, digər xalqları təhqir etmək, zəifləri əzmək mənasında yox, ilahi dəyərlər istiqamətində, tövhid və Allah yolunda olan əzəmətinə imkan verməyənlər bəşəriyyətə zülm edirlər. Bu gün İslam dünyası bu böyük ilahi ehtiyatı görməzliyə vurduğuna görə ziyan çəkir.557


İslamın elmi-mədəni irsi

Tədqiqatçılara aydındır ki, Əhli-beyt məktəbinə əsaslanan İslam fiqhinin dəyərli ehtiyatı İslam mədəniyyəti və sivilizasiyasının ən səmərəli, ən dəyərli irslərindən biridir, İslama və bəşəriyyətə hər biri görkəmli olan yüzlərlə elm və sənət əsəri təqdim etmiş, məşhur İslam kitabxanalarını zənginləşdirmiş və onlara dəyər bəxş etmişdir. Bizim saleh sələflərimizin hər biri misilsiz fəaliyyətlərlə, çətinliklərlə və az imkanlarla bu dəyərli irsə bir şey artırmış, kitab, yaxud kitablar yazmışlar. Bu gün İslam dünyası və hətta dünyanın bütün elm mərkəzləri Əhli-beyt fiqhinin bütün məsələ və təlimləri ilə tanışlığa həvəslidirlər.558

Bundan sonra Qərb sivilizasiyası yenidən inkişafa başladı. Lakin Qərb sivilizasiyası İslam sivilizasiyasının qələbəsindən sonrakı bütün illərdə ondan qidalanmaqla məşğul olmuşdur. O dövrün kitablarına baxın. Ən görkəmli alimlər İslam əsərləri ilə işləyən, onlardan bir şey anlayan və onları tərcümə edən alimlər olmuşlar.559


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə