Dəryadan bir damla1


İslam mədəniyyətinin yenidən qurulması



Yüklə 1,68 Mb.
səhifə11/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

İslam mədəniyyətinin yenidən qurulması


Yeni İslam mədəniyyətinin Peyğəmbər mədəniyyətinin təməlləri üzərində qurulması

Qurani-kərim İslam peyğəmbərinin peyğəmbərliyi barədə buyurur: "Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ey Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!"560 "Bütün dinlərdən üstün etmək" müəyyən zamana aid deyil, istiqaməti göstətir. Bəşəriyyət bu hadisə vasitəsilə mənəvi, ictimai, həqiqi və əqli azadlığa doğru gedir. Bu hərəkət başlandı, davamı isə biz insanlardan asılıdır.561

Burada Quran ayə-ayə nazil oldu, İslam mədəniyyətinin, sivilizasiyasının və gözəl həyatının kərpicləri düzüldü. Müsəlman bu keçmiş barədə düşünməklə, onun hər bir anını yaşamaqla gələcəklə də qurucu əlaqə yaradır, onun həyat yolunu və məqsədini öyrənir, yolun təhlükələrini anlayır, bu hərəkətin sabahını görür, özünü ona hazırlayır, zəiflik və həqarət hissinə və düşmən qorxusuna qalib gəlir.562
İslam Respublikasının İslam mədəniyyətinin qurulmasına dair ciddi iradəsi

Dövrün böyük xilaskarı olan həzrət İmam Xomeyninin rəhbərliyi ilə İslam hərəkatı böyük Peyğəmbər, son rəsul, aləm və adəmin yaranışının zirvəsi olan həzrət Məhəmməd Mustafanın (s) yolunu gedərək tam bir inqilab şəklində ortaya çıxdı. İnqilabın xüsusiyyəti belədir ki, düzgün və məntiqli təməl üzərində ucalsa, vulkan kimi cəmiyyətin bütün sahələrində püskürür, hər şeyi, hər yeri və hər kəsi öz hərarəti ilə qızdırır.563

İran xalqının Böyük İmamın rəhbərliyi ilə apardığı və inqilabın qələbəsi ilə nəticələnən bütün mübarizələrində və qələbədən sonra ölkədə göstərilən bütün fəaliyyətlərdə məqsəd gözəl İslam həyatı yaratmaq olmuşdur. İslam insana münasib və layiqli həyat haqqı tanıyır. Əgər yalnız bu, həyata keçsə, insan səadətə və təkamülə çata bilər.564

Peyğəmbərin dəvət etdiyi məsələlər bəşərin bütün tarix boyu ehtiyaclı olduğu məsələlərdir. Bu gün İslam Respublikasının şüarı azadfikirlilik, elm və biliyin inkişafı, insan hüquqlarının bərpası, insanlar arasında mehribanlıq və məhəbbətdir. Bunlar İslamın şüar və mesajlarıdır. Dünya bunları istəyir.565

İslam inqilabında kitab və sünnə İslamı xurafat və bidət İslamını əvəz etdi; cihad və şəhadət İslamı sükut, əsarət və zillət İslamını əvəz etdi; bəndəlik və məntiq İslamı eklektik və cəhalət İslamını əvəz etdi; dünya və axirət İslamı dünyagirlik, yaxud tərki-dünyalıq İslamını əvəz etdi; elm və bilgi İslamı qapalılıq və qəflət İslamını əvəz etdi; dindarlıq və siyasət İslamı laqeydlik və biganəlik İslamını əvəz etdi; qiyam və əməl İslamı halsızlıq və passivlik İslamını əvəz etdi; fərd və cəmiyyət İslamı formal və təsirsiz İslamı əvəz etdi; məhrumların xilaskarı olan İslam supergüclərin əlinin oyuncağı olan İslamı əvəz etdi və xülasə, əsl Məhəmməd (s) İslamı Amerika İslamını əvəz etdi. İslamın bu formada, bu reallıq və ciddiliklə ortaya qoyulması İranda və bütün müsəlman ölkələrində İslamın məhvinə çalışan, yaxud ondan təkcə məzmunsuz adın qalmasını, insanları axmaq və qafil saxlamaq üçün bir vasitə olmasını istəyən şəxslərin iztirab dolu dəlisov qəzəbinə səbəb olmuşdur. Buna görə inqilabın qələbəsindən bu günədək İslam Respublikasına və qlobal İslam hərəkatının mərkəzinə - yəni İrana qarşı hücum etmək, zərbə vurmaq, təxribat aparmaq və bədxahlq etmək üçün heç bir fürsəti əldən verməyiblər.566

Bu xalq hərəkatı, on beş illik mübarizələrin sonunda yaranan bu bənzərsiz inqilab və bu quruluşun on bir illik ömründə aşkarlanan böyük qəhrəmanlıq, pak canların şəhidliyi, mömin və mübariz xalqımız tərəfindən bütün bu çətinlik, işgəncə və müsibətlərin çəkilməsi - bunların hamısı İslama görə idi. Bu böyük xalq və onun Böyük İmamı səadəti İslama həqiqi tabelikdə gördü, İslam hakimiyyətini şeytan, tağut və zalımların istismarından qurtuluş vasitəsi bildi və Allahın razılığını İslam hakimiyyətində axtardı. Müsəlman xalqlar, bütün İslam dünyasının xeyirxah və ixlaslı insanları da İslama görə bu inqilabı və bu quruluşu özlərinki bilib müdafiə etdilər və edirlər. Bu səbəbdən İslam Respublikasının ən böyük vəzifəsi İslamı xalqın həyatına daxil etmək və cəmiyyəti nümunəvi bir İslam cəmiyyətinə çevirməkdən ibarətdir.567

Mənim əzizlərim! Gənclər! Bir İslam quruluşu, İslam sivilizasiyası və yeni bir tarix yaratmaq bu xalq üçün ciddi məsələdir. Buna ciddi yanaşın. Biri var ki, bir ölkədə bir çevriliş baş verir və bir hərbçi hakimiyyətə gəlir. Fərz edin, bir neçə gün qalır, sonra gedir və hər şey qabaqkı vəziyyətə qayıdır. Yaxud başqa birisi də ondan alır. Lakin İranda baş verən dünya miqyaslı böyük bir hərəkətdir. Əlbəttə, biz bir xalqıq, sərhədlərimiz də məhduddur. Bizim bu sərhədlərdən xariclə işimiz yoxdur. Bunu da yadda saxlayın. Bizim işimiz, fəaliyyətimiz öz sərhədlərimiz daxilindədir, lakin bu inqilab bu sərhədlərlə məhdudlaşmır.

Bu mesaj bir beynəlxalq mesajdır. Dəlili nədir? Dəlil budur ki, İran xalqı, bizim böyük rəhbər və imamımız bu işi görəndə dünyanın hər yerində müsəlmanlar sevindilər, bayram etdilər. Halbuki onlarla əlaqəsi yox idi. Amma dünyanın hər yerində anladılar ki, tarixlərində yeni dönəm başlayır. Biz bunu yaxından gördük. Mən ötən illər ərzində digər ölkələrdə bunu yaxından dərk etdim, onlarla dildən eşitdim. Bunlar rəvayət, güman və təhlil deyil, reallıqdır. Bu inqilab qələbə çalanda, imam səhnəyə çıxanda, İslam və “La ilahə illəllah” bayrağı yüksələndə dünyanın hər hansı yerində olan hər bir müsəlman qələbə çaldığını hiss etdi. Bir milyardlıq böyük toplumdan bəzisi bu duyğunu davam etdirdi, onun ardınca yola çıxdı, mübarizə apardı, müxtəlif ölkələrdə İslam hərəkatları yarandı. Bəzisi də davam etdirmədi və ondan əl çəkdi. Biz öz sərhədlərimiz daxilində idik və sərhədlərdən kənarla işimiz yox idi, amma bu mesaj beynəlxalq və qlobal bir mesaj oldu. Bu gün də onun yükü sizin çiyninizdədir. İndiyə qədər xalqımız öz işini ən yaxşı formada yerinə yetirib.568

Biz inkişaf, quruculuq və sivilizasiya yaratmaq halındayıq. Mən sizə bunu demək istəyirəm: Bizim işimiz öz həyatımızı xilas edib, çulumuzu sudan çıxarmaq deyil. İran xalqı layiq olduğu kimi bir sivilizasiya yaratmaq halındadır. Sivilizasiyanın əsas bünövrəsi sənaye, texnologiya və elm yox, mədəniyyət, baxış, mərifət və düşüncə kamilliyidir. Bu bir xalq üçün hər şeyi təmin edir, ona elm də verir. Biz bu yolda və bu istiqamətdəyik. Bu iş üçün xüsusi qərar verməyə lüzum yoxdur, əslində, İran xalqının tarixi hərəkəti onu yaratma halındadır.569

Bizim imamımız İslamın yenidən dirçəlməsi üçün eynilə böyük Peyğəmbərin getdiyi yolu getdi - inqilab yolunu. İnqilabda əsas məsələ hərəkətdir; məqsədli, biçimli, daimi, yorulmaz, iman və ixlaslı hərəkət. İnqilabda deməklə, yazmaqla və izah etməklə kifayətlənilmir, getmək, səngər-səngər irəliləmək və özünü məqsədə çatdırmaq lazımdır. Demək və yazmaq da həmin hərəkətin xidmətində durur və məqsədə çatana qədər davam edir: "Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ey Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!"570.571




Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə