DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Nəticəni müzakirə edin:
Elektrik cihazlarının birləşməsində xarakterik cəhət nədir?
Nə üçün cihazlardan birinin dövrədən açılması (söndürülməsi) digər cihazlara
heç bir təsir etmir?
Praktikada, məişətdə elektrik işlədicilərinin ardıcıl birləşməsinə nisbətən paralel
birləşməsinə daha çox rast gəlinir.
Paralel birləşmə elə birləşməyə deyilir ki, bütün naqillərin bir ucu dövrənin eyni
bir nöqtəsinə (məsələn, A nöqtəsinə), digər ucu isə dövrənin digər eyni nöqtəsinə
(məsələn, B nöqtəsinə) birləşdirilsin (bax: b və c).
Paralel birləşmədə üç qanunauyğunluq ödənir:
I qanunauyğunluq: paralel birləşdirilmiş naqillərin uçlarındaki gərginlik eynidir:
 =  = U
(1)
Nə üçün? 
Bütün naqillər (işlədicilər) dövrənin eyni A və B nöqtələrinə birləşdiyindən həmin
nöqtələrə voltmetri qoşduqda o, dövrənin AB hissəsindəki gərginliyi - bu hissəyə
qoşulan işlədicilərin hər birinin uclarındakı gərginliyi ölçür.
1
2


II qanunauyğunluq: dövrənin budaqlanmayan hissəsindəki cərəyan şiddəti
paralel birləşdirilmiş ayrı-ayrı naqillərdəki cərəyan şiddətinin cəminə bərabərdir:
I =  +  
(2)
Elektrik dövrəsinin sxemindən görünür ki, dövrə B nöqtəsindən budaqlanır (ayrılır).
Cərəyanın bir hissəsi 1 lampasından, digər hissəsi isə 2 lampasından keçərək A
nöqtəsində yenidən birləşir (d).
III qanunauyğunluq: paralel birləşdirilmiş naqillərin ümumi müqavimətinin tərs
qiyməti ayrı-ayrı naqillərin müqavimətlərinin tərs qiymətlərinin cəminə
bərabərdir.

 = 
 + 
... . 
(3)
Bu necə müəyyən olunmuşdur? Lampalann müqavimətləri uyğun olaraq  və  ilə
işarə olunub, (1) və (2) ifadələri Om qanununda nəzərə alınmışdır (bax: d):
Burada  - paralel birləşdirilmiş naqillərin ümumi müqavimətidir. (3) ifadəsindən
göründüyü kimi, paralel birləşmiş iki naqildən ibarət dövrə hissəsinin ümumi
müqaviməti aşağıdakı düsturla hesablanır:
 =  ·  
 + .
Buna uyğun olaraq eyni R müqavimətli n sayda naqilin paralel birləşməsindən ibarət
dövrə hissəsinin ümumi müqaviməti bir naqilin müqavimətindən n dəfə kiçikdir:
 = R 
n.
1
2
ρ
1
2
1
2
ρ
ρ
1
2
1
2
ρ


Nəticəni müzakirə edin:
Sxemə uyğun yığılan dövrədə budaqlanma nöqtələrini göstərin.
Paralel birləşmə qanunauyğunluğu ardıcıl birləşmə qanunauyğunluğundan nə
ilə fərqlənir?
AÇAR SÖZLƏR 
Cərəyan şiddəti 
Gərginlik 
Paralel birləşmə 
Müqavimət
NƏ ÖYRƏNDİNİZ? 
__naqillərin uclarındakı__eynidir. Dövrənin budaqlanmayan hissəsindəki cərəyan
şiddəti paralel birləşdirilmiş ayrı- ayrı naqillərdəki__cəminə bərabərdir. Paralel
birləşdirilmiş naqillərin ümumi müqavimətinin tərs qiyməti ayrı-ayrı naqillərin__tərs
qiymətlərinin cəminə bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Paralel birləşmədə hansı kəmiyyət sabit qalır?
2.  Naqilləri necə birləşdirdikdə dövrənin ümumi müqaviməti azalar: ardıcıl, yoxsa
paralel? Nə üçün?
3.  Hər birinin müqaviməti 30 Om olan neçə naqili paralel birləşdirdikdə ümumi
müqavimət 
5 Om olar?
4.  Sxemdə təsvir edilən 1,2 və 3 lampaları necə birləşdirilmişdir? Cavabınızı
əsaslandırın.


ÇALIŞMA-10
1.  Hər birinin müqaviməti 110 Om olan iki lampa 220 V gərginlikli şəbəkəyə ardıcıl
birləşdirilmişdir. Lampaların hər birində ayrılıqda cərəyan şiddəti və gərginlik nə
qədərdir?
2.  220 V gərginlikli sabit cərəyan dövrəsinə müqavimətləri R  = 10 Om və R  = 30
Om və olan iki rezistor ardıcıl birləşdirilmişdir. Dövrənin ümumi müqavimətini,
cərəyan şiddətini və rezistorların uclarındakı  və  gərginliklərini təyin edin.
3.  Hər birinin müqaviməti 5 Om olan neçə rezistoru ardıcıl birləşdirmək lazımdır
ki, dövrənin ümumi müqaviməti 30 Om olsun?
4.  Müqaviməti 28 Om olan metal spiral elektrik dövrəsinə sxemdə təsvir edildiyi
kimi birləşdirilmişdir (a və b). Hər iki halda gərginlik 4 V-dursa, ampermetrlərin
göstəricisini təyin edin.
5.  Müqaviməti 30 Om olan naqilə hansı müqavimətli naqili paralel birləşdirmək
lazımdır ki, ümumi müqavimət 20 Om alınsın?
6.  Şəkildə üç rezistorun dövrəyə birləşdirilmə sxemi təsvir edilir. İxtiyarınızda bir
ampermetr və bir voltmetr vardır. Rezistorların hər hansı birindəki cərəyan
şiddətini və onun uclarındakı gərginliyi ölçmək üçün bu cihazların dövrəyə necə
qoşulacağını izah edin.
1
2
1
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə