DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

onun çox geniş praktik tətbiqləri vardır: elektrik ölçü cihazlarında, elektrik zəngində,
keçmişdə istifadə olunan teleqraf aparatlarında və metallurgiya zavodlarında
istifadə edilən maqnit kranlarının iş prinsipinin əsasında cərəyanın maqnit təsiri
durur.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-3
Cərəyanın maqnit təsiri həmişə özünü göstərir
Təchizat: cərəyan mənbəyi, açar, patrona bağlanmış lampa, birləşdirici naqillər,
kompas, yapışqanlı lent. 
İşin gedişi:
1.  Açarın açıq vəziyyətində kompası naqilin yaxınlığında yerləşdirin və əqrəbin
təbii vəziyyət almasını (əqrəbin göy rəngli ucu şimala yönəlməlidir) gözləyin (e).
2.  Açarı qapayın və baş verən hadisəni izləyin (f).
Nəticəni müzakirə edin:
Naqildən cərəyanın keçməsi onun hansı təsiri ilə müşayiət olundu? Cavabınızı
əsaslandırın.
AÇAR SÖZLƏR 
İşıq təsiri 
Elektrik cərəyanı 
Maqnit təsiri 
Kimyəvi təsir 
İstilik təsiri
NƏ ÖYRƏNDİNİZ? 


Naqildən__keçməsi onun müxtəlif təsirləri ilə müşayiət olunur. Elektrik lampalarında
və qızdırıcılarda__və___ geniş istifadə olunur. Müxtəlif maddələrin sudakı
məhlulundan cərəyan keçdikdə onun__aşkar edilir. Cərəyanın __yeganə təsirdir ki,
həmişə müşahidə olunur.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Naqildən cərəyan keçməsini necə müəyyən etmək olar? 
2. Elektrik cərəyanının istilik və kimyəvi təsirlərinə aid misallar göstərin. 
3. Cərəyanın maqnit təsirinin onun digər təsirlərindən mühüm fərqi nədədir? 
4. Cərəyan dəniz suyundan keçərsə, onun hansı təsiri baş verər?


6.5. Cərəyan şiddəti və onun ölçülməsi
Xəzər dənizinə tökülən iki çayı - Kür və Vəlvələ çaylarını müqayisə etdikdə asanlıqla
müəyyən etmək olar ki, onların en kəsiklərindən eyni zaman fasiləsində keçən
suların miqdarı fərqlidir. Buna analoji olaraq közərmə lampasının telinin və
qızdırıcının spiralının en kəsiklərindən vahid zamanda keçən elektrik yüklərinin
miqdarı da fərqlidir.
Vahid zamanda naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarını təyin
etmək olarmı? Bunu bilmək nə dərəcədə əhəmiyyətlidir?
ARAŞDIRMA-1
Elektrik lampasının fərqli işıqlanmasına səbəb nədir?
Təchizat: cərəyan mənbəyi, açar, müxtəlif lampalar (2 əd.), birləşdirici naqillər. 
İşin gedişi:
1.  Verilən sxem əsasında elektrik dövrəsi qurun (a).
2.  Açarı qapayın və lampaların işıqlanmasını müşahidə edin (b).
Nəticəni müzakirə edin:
Nə üçün eyni cərəyan mənbəyinə qoşulan lampalar müxtəlif parlaqlıqla
işıqlandı?
Araşdırmadan hansı nəticəyə gəlmək olar? Fərziyyənizi söyləyin.
Naqilin en kəsiyindən verilən zaman müddətində keçən elektrik yüklərinin miqdarını
müqayisə etmək və hesablamaq üçün cərəyan şiddəti adlanan fiziki kəmiyyətdən
istifadə edilir:
Düsturu
Ölçü vahidi
I = q 
t.
Burada I - cərəyan şiddəti, q - naqilin en
kəsiyindən keçən elektrik yükünün
miqdarı, t - yükün keçməsinə sərf
olunan zamandır.
[I] = 1[q] 
[t] = 1Kl 
san = 1A.
Cərəyan şiddətinin BS-də vahidi
amperdir (1A).


Tərifi
Tərifi
Cərəyan şiddəti - ədədi qiymətcə
naqilin en kəsiyindən bir saniyədə keçən
elektrik yükünün miqdarına bərabər
olan skalyar kəmiyyətdir.
Bir amper (1A) - elə cərəyan şiddətidir
ki, bu cərəyan vakuumda aralarındakı
məsafə 1m olan iki paralel, sonsuz uzun
naqillərdən keçdikdə onların hər 1 m
parçası 2 · 10  N qüvvə ilə qarşılıqlı
təsirdə olur.
-7


Cərəyan şiddətinin vahidi fransız alimi Andre Amperin şərəfinə adlandırılmışdır.
Cərəyan şiddətinin vahidi olan amper BS-də əsas vahidlərdən biridir. Praktikada
cərəyan şiddəti vahidinin hissə və misillərindən də istifadə olunur:
Cərəyan şiddətinin ölçülməsi
Cərəyan şiddəti ampermetr adlanan cihazla ölçülür. Fizika kabinetində iki növ
ampermetrdən istifadə olunur: laboratoriya ampermetri (c) və nümayiş ampermetri
(d).
Ampermetrin şkalasında A hərfi olur. Sxemlərdə o, içərisində A hərfi olan dairə ilə
işarə edilir (bax: cədvəl 6.1). Elektrik işlədicisində (məsələn, lampada) cərəyan
şiddətini ölçmək üçün ampermetr bu işlədiciyə ardıcıl birləşdirilir (e). Bu zaman
həm işlədicidən, həm də ampermetrdən eyni cərəyan keçir.
Diqqət!
Ampermetr dövrəyə qoşularkən diqqət etmək lazımdır ki, onun müsbət sıxacı
cərəyan mənbəyinin müsbət qütbü tərəfə, mənfi sıxacı isə mənfi qütbü tərəfə
1mA = 10 A;
-3
mkA = 10 A;
-6
kA = 10 A.
3
Andre Mari Amper 
(1775-1836) 
Fransız alimi 
Elektrik və maqnetizm təliminin banilərindən biri. Cərəyanlı naqillərin qarşılıqlı
təsir qanununu (Amper qanunu) müəyyənləşdirmiş, cərəyanlı naqilin maqnit
təsirinin tətbiqlərinə aid müxtəlif cihazlar hazırlamışdır.


birləşdirilsin, əks halda cihazın əqrəbi geriyə hərəkət etməyə çalışar və
ampermetr xarab ola bilər.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələləri həll edin
1.  Naqilin en kəsiyindən 10 san ərzində 4 Kl yük keçir. 3 dəq ərzində həmin naqilin
en kəsiyindən nə qədər yük keçər?
2.  Naqildəki cərəyan şiddəti 10 A-dir. Naqilin en kəsiyindən 5 dəq ərzində keçən
elektrik yükünün miqdarını hesablayın.
AÇAR SÖZLƏR 
Amper 
Ardıcıl 
Ampermetr 
Cərəyan şiddəti
NƏ ÖYRƏNDİNİZ? 
Ədədi qiymətcə naqilin en kəsiyindən bir saniyədə keçən elektrik yükünün
miqdarına bərabər olan kəmiyyət __ adlanır. Cərəyan şiddətinin BS-də vahidi __.
Cərəyan şiddəti__adlanan cihazla ölçülür. O, elektrik dövrəsinə__ birləşdirilir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Cərəyan şiddəti nəyi xarakterizə edir?
2.  Cərəyan şiddəti hansı cihazla ölçülür, sxemlərdə şərti işarəsi nədir və o, dövrəyə
necə qoşulur?
3.  Naqilin en kəsiyindən 10 dəq ərzində 200 Kl yük keçərsə, ondakı cərəyan şiddəti
neçə amperdir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə