DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Qurğuşun
0,21
Saxsı
10
Nikelin (ərinti)
0,4
Ebonit
10
19
20


Diqqət!
Elektrik dövrəsində cərəyan şiddətini tənzimləmək üçün sürgülü
reostatdan geniş istifadə edilir. Reostatın iş prinsipi naqilin uzunluğuna
əsasən müqavimətin dəyişdirilməsinə əsaslanmışdır. O, saxsı silindr
səthinə sarınmış böyük xüsusi müqavimətə malik nikelin (və ya digər
ərinti) məftildən ibarətdir (a).
Məftilin bir ucu (1) sıxacına bağlanır. Çox kiçik müqavimətli naqil (3)
boyunca hər iki tərəfdən sarğılara sıxılmış latun sürgü (4) sürüşə bilir.
Sürgü dövrəyə (2) sıxacı vasitəsilə əlaqələndirilir.
Reostatın elektrik dövrəsinə qoşulmasının şərti işarəsi göstərilmişdir (b).
Reostatın iş prinsipi elektrik dövrəsinin sxemində daha aydın görünür (c).
Dövrənin tam müqaviməti lampanın  və reostatın dövrəyə qoşulan
məftilinin (ştrixlənmiş hissə)  müqavimətlərindən ibarətdir. Reostatın
ştrixlənməyən hissəsi dövrədə iştirak etmir. 
Sürgünü sürüşdürməklə reostatın dövrəyə qoşulan hissəsinin
uzunluğunu artırıb-azaltmaqla  müqavimətini də artırıb-azaltmaq olur.
L
1
r


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin
Nümunə.
Uzunluğu 100 metr, en kəsiyinin sahəsi 2 mm  olan gümüş naqilin
müqavimətini hesablayın.
Verilir
Həlli
Hesablanması
ρ = 0,016 Om · mm  
m, 
l = 100 m
S = 2 mm
R = ρl 
s
R = 0,016 · 100 
· Om · mm  
· m 
mm  = 0,8 Om.
R = - ?
Cavab: 0,8 Om
Məsələ
Naqilin uzunluğunu üç dəfə artırıb en kəsiyinin sahəsini üç dəfə azaltsaq,
onun müqaviməti necə dəyişər?
NƏ ÖYRƏNDİNİZ? 
Açar sözlərdən istifadə edərək cədvəlin boş xanalarını doldurun:
düz mütənasib asılıdır 
tərs mütənasib asılıdır 
asılıdır 
asılı deyil
Fiziki 
kəmiyyət
Naqilin 
uzunluğundan
Naqilin en kəsiyinin 
sahəsindən
Naqilin hazırlandığı 
maddədən
Xüsusi 
müqavimət
...
...
...
Naqilin 
müqaviməti
düz mütənasib 
asılıdır
...
...
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Naqilin müqaviməti nədən asılıdır? 
2. Naqilin xüsusi müqaviməti nəyə deyilir və o hansı vahidlə ifadə edilir? 
3. Elektrik dövrəsində müqaviməti reostatla tənzimlənmə prinsipi nəyə əsaslanır? 
4. Reostatın quruluşunu izah edin.
2
2
2
2
2


ÇALIŞMA-9
1.  Uzunluğu 25 m və en kəsiyinin sahəsi 1 mm2 olan mis naqilin müqaviməti nəyə
bərabərdir?
2.  Elektrik plitəsindəki nixrom məftilin diametri 0,5 mm, müqaviməti isə 49,5 Om-
dur. Məftilin uzunluğunu hesablayın (nixrom üçün ρ = 1,1 Om · mm  
m).
3.  En kəsiyinin sahəsi 0,2 mm  olan nikelin naqil 4,5 V gərginlik mənbəyinə
birləşdirildikdə ondan keçən cərəyan şiddəti 300 mA oldu. Naqilin uzunluğunu
təyin edin.
4.  Uzunluğu 200 m və en kəsiyinin sahəsi 2 mm2 olan dəmir sarğının
müqavimətini təyin edin.
5.  Müqaviməti 20 Om olan naqilin uclarına nə qədər gərginlik vermək lazımdır ki,
onda 
50 mkA şiddətində cərəyan yaransın?
6.  Reostat uzunluğu 50 m, en kəsiyinin sahəsi 1 mm2 olan nikelindən
hazırlanmışdır. Reostatın uclarındakı gərginlik 45 V-dursa, ondan keçən cərəyan
şiddəti nə qədərdir?
7.  Uzunluğu 20 m, en kəsiyinin sahəsi 0,8 mm  olan nixrom naqildəki cərəyan
şiddəti 
0,4 A-dir. 
Naqilin uclarındakı gərginlik neçə voltdur (nixrom üçün ρ = 1,1Om · mm  
m)?
2
2
2
2


6.9. Naqillərin ardıcıl birləşdirilməsi
“Od çərşənbəsi”ndə dostlarınla həyətdəki şənliyi yadınıza salın. Siz 
bir-birinizin əlindən tutub tonqal ətrafında halay gedirdiniz.
“Fizika dilində desək”, sizin belə əl-ələ tutmağınız elektrik dövrəsində naqillərin
necə birləşməsinə bənzəyir?
Yeni ildə bəzədiyiniz şamağacının işıq çələngini şəbəkəyə qoşduqda bütün lampalar
işıqlanır. Lakin lampadan birini açıb dövrədən çıxardıqda digər lampalarda sönür.
Nə üçün işıq çələngindəki lampalardan birini açdıqda digər lampalarda sönür?
ARAŞDIRMA-1
Naqillərin ardıcıl birləşdirilməsində cərəyan şiddəti
Təchizat: cərəyan mənbəyi (düzləndirici), lampa (2 əd.), ampermetr (3 əd.), açar və
birləşdirici naqillər. 
Araşdırmanın gedişi:
1.  Şəkildə təsvir edilən cərəyan mənbəyi, üç ampermetr, iki lampa və açardan
ibarət elektrik dövrəsinin sxemini iş vərəqinə çəkin (a).
2.  Sxemə əsasən elektrik dövrəsi yığın. Açarı qapayın, lampaların işıqlanmasını
izləyin və ampermetrlərin göstəricilərinə diqqət edin (b).


3.  Dövrədəki lampalardan birini açıb çıxarın və baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
Elektrik dövrəsində işlədicilər bir-birinə necə birləşdirilmişdir: ardıcıl, paralel,
yoxsa qarışıq?
Bu cür birləşmədə 1,2 və 3 ampermetri uyğun olaraq dövrənin hansı
hissəsindəki cərəyan şiddətini ölçür?
Dövrədəki ümumi cərəyan şiddəti ilə lampaların hər birindən keçən cərəyan
şiddətlərinin qiymətlərinin müqayisəsindən hansı nəticəyə gəlmək olar?
Dövrədəki lampalardan birini açıb çıxardıqda nə müşahidə etdiniz? Nə üçün?
Elektrik dövrəsinin hissələrinin - cərəyan mənbəyi, ölçü cihazları, cərəyan işlədiciləri,
birləşdirici məftillər - hər biri ayrılıqda müəyyən müqavimətə malik naqildir. Sadə
elektrik dövrələrindən biri bu naqillərin ardıcıl birləşməsidir
Ardıcıl birləşmədə birinci naqilin sonu ikincinin başlanğıcına, ikinci naqilin sonu
üçüncünün başlanğıcına və s. birləşdirilir.
Siz belə bir dövrəni araşdırdınız. Həmin dövrədə cərəyan mənbəyi, ampermetr və
birləşdirici naqillərin müqaviməti lampaların müqavimətindən çox-çox kiçik
olduğundan nəzərə alınmır. Deməli, araşdırmada müəyyən  və R
müqavimətlərinə malik iki işlədici (lampa) dövrəyə ardıcıl birləşdirilmişdir. Ardıcıl
birləşmədə üç qanunauyğunluq ödənilir.
I qanunauyğunluq: ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan
şiddəti eynidir:
I  = I  = I.
Bu qanunauyğunluq onu göstərir ki, ardıcıl birləşmədə dövrədən cərəyan keçərkən
naqillərin heç bir yerində elektrik yükü toplanmır: birinci naqildən
1
2
1
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə