DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

vahid zamanda nə qədər elektrik yükü keçirsə, digər naqillərdən də həmin qədər yük
keçir.
II qanunauyğunluq: ardıcıl birləşmədə dövrənin tam gərginliyi bu dövrənin ayrı-
ayrı hissələrindəki gərginliklərin cəminə bərabərdir:
U = U  + U  
(2)
Burada U — ardıcıl birləşdirilən dövrədəki tam gərginlik,  və  —bu dövrənin ayrı-
ayrı hissələrinin uclanndakı gərginlikdir. Bu qanunauyğunluq enerjinin saxlanması
qanunundan çıxır. 
Bilirsiniz ki, gərginliyin fiziki mənası - elektrik sahəsində 1 Kl elektrik yükünün
yerdəyişməsi zamanı bu sahənin gördüyü işi xarakterizə etməsidir. Bu iş hərəkət
edən elektrik yüklərinin enerjisi hesabına görülür. Odur ki elektrik dövrəsinin bütün
hissəsinə sərf edilən enerji dövrənin ayrı-ayrı hissələrində sərf olunan enerjilərin
cəminə bərabərdir.
III qanunauyğunluq: ardıcıl birləşmədə dövrədəki tam müqavimət bu dövrənin
ayrı-ayrı hissəsinin müqavimətləri cəminə bərabərdir.
R  = R  +  
(3)
Ardıcıl birləşdiriləR müqavimətli n naqildən ibarət dövrənin  tam müqaviməti bir
naqilin müqavimətindən dəfə böyükdür:
Bu qanunauyğunluq müqavimətin naqilin uzunluğundan düz mütənasib
asılılığından çıxır. Belə ki, ardıcıl birləşdirilən naqilin ümumi uzunluğu artdığından
onun tam müqaviməti də artır. 
Naqillərin ardıcıl birləşdirilməsi məişətdə və texnikada geniş tətbiq olunur. Məsələn,
elektrik zəngi düymə ilə ardıcıl birləşdirilir, ona görə də zəng yalnız düyməni sıxıb
dövrəni qapadıqda səslənir. Elektrik açarları da işlədicilərə (lampa, elektrik ətçəkəni,
televizor və s.) elə ardıcıl birləşdirilir ki, onları lazım gələndə dövrəyə qoşmaq və ya
ayırmaq mümkün olsun.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Naqillərin ardıcıl birləşdirilməsində gərginlik
Təchizat: cərəyan mənbəyi (düzləndirici), lampa (2 əd.), voltmetr (3 əd.), açar və
birləşdirici naqillər.
1
2
1
2
A
1
2
A


İşin gedişi:
1.  Şəkildə təsvir edilən cərəyan mənbəyi, üç voltmetr, bir ampermetr, iki lampa və
açardan ibarət elektrik dövrəsinin sxemini iş vərəqinə çəkin (c).
2.  Sxemə əsasən elektrik dövrəsi yığın. Açarı qapayın, lampaların işıqlanmasını
izləyin, ampermetr və voltmetrlərin göstəricilərini qeyd edin (d).
3.  Cərəyan şiddətinin və gərginliklərin qiymətlərini aşağıdakı cədvəldə yazın,
lampaların və dövrənin ümumi müqavimətini hesablayın.
Cərəyan 
şiddəti
Lampaların uclarındakı 
gərginlik
Lampaların 
müqaviməti
Tam 
gərginlik
Tam 
müqavimət
I
U
U
R
R
U
R
Nəticəni müzakirə edin:
Elektrik dövrəsində lampalar bir-birinə necə birləşdirilmişdir?
Bu cür birləşmədə 1,2 və 3 voltmetri uyğun olaraq dövrənin hansı hissəsinin
uclarındakı gərginliyi ölçür?
Dövrədəki ümumi gərginliklə lampalardakı gərginliklərin qiymətlərinin
müqayisəsindən hansı nəticəyə gəlmək olar?
1
2
1
2


AÇAR SÖZLƏR 
Cərəyan şiddəti 
Gərginlik 
Ardıcıl birləşmə
NƏ ÖYRƏNDİNİZ? 
__dövrənin istənilən hissəsində__eynidir. Ardıcıl birləşmədə dövrədəki tam__bu
dövrənin ayrı-ayrı hissəsindəki gərginliklərin cəminə bərabərdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Lampa çələngini 220 V gərginlikli şəbəkəyə birləşdirmək üçün hər biri 8 V
gərginliyə nəzərdə tutulan neçə eyni lampanı ardıcıl birləşdirmək lazımdır?
2.  Üzərində “16 V; 0,5 A” və “6 V; 5 A” yazılan iki lampanı ardıcıl birləşdirdikdən
sonra bu birləşməni 24 V gərginlik mənbəyinə qoşmaq olarmı? Nə üçün?
3.  Nə üçün ardıcıl birləşmədə dövrədəki tam gərginlik bu dövrənin ayrı-ayrı
hissəsindəki gərginliklərin cəminə bərabərdir?
4. 
Şəkildə təsvir edilən dövrədə elektrik ölçü cihazlarının göstəricilərini təyin edin.
Dövrədəki tam gərginlik U = 12 V, rezistorların müqaviməti  = 30 Om və  = 20
Om-dur. Ampermetrin müqaviməti çox kiçik, voltmetrin müqaviməti isə sonsuz
böyükdür.
6.10. Naqillərin paralel birləşdirilməsi
Ardıcıl birləşdirilən elektrik dövrələrini araşdırarkən ampermetr və voltmetrdən
istifadə etdiniz.
Voltmetri dövrəyə necə birləşdirdiniz?
Paralel birləşmə nədir?
Praktikada hansı birləşmədən daha çox istifadə olunur. Nə üçün?
ARAŞDIRMA-1
Nə üçün digər cihazlar işləyir?
Mənzildə çox vaxt elektrik cihazlarını (məsələn: qızdırıcı, tozsoran, çilçıraq və s.) eyni
cərəyan dövrəsinə qoşmaq və onların hər birini ayrılıqda işə salıb söndürmək
zərurəti yaranır (a). Lakin cihazlardan birini söndürdükdə digər cihazlar sönmür və
işlərini davam etdirir. Şəkildə bu cihazların mənzildəki elektrik dövrəsinə
birləşdirilmə sxemi təsvir edilmişdir (b). Təsviri diqqətlə nəzərdən keçirin.
1
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə