DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

işlədildiyindən cərəyan mənbəyinin qütblərindəki elektrik yükləri neytrallaşmalıdır,
lakin bu baş vermir, çünki cərəyan mənbəyinin daxilində elektrik yüklərinin
arasıkəsilməz ayrılması baş verir və qütblərə fasiləsiz elektrik yükləri toplanır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Cib fənərinin elektrik dövrəsinin sxemini çəkin
Təchizat: cib fənərinin prinsipial sxemi. 
İşin gedişi: 
Cədvəl 6.1-dən istifadə etməklə təsvirdə verilən fənərin elektrik dövrəsinin sxemini
çəkin. 
Nəticəni müzakirə edin:
Elektrik dövrəsi hansı elementlərdən təşkil olunmuşdur?
AÇAR SÖZLƏR 
Şərti işarə 
Xarici hissə 
Element 
Elektrik dövrəsi 
Daxili hissə 
Elektrik cərəyanı
NƏ ÖYRƏNDİNİZ? 
__mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan keçən elektrik qurğularının
qapalı__əmələ gətirməlidir. Elektrik dövrəsi müxtəlif__ibarət ola bilər. Elektrik
dövrəsini təşkil edən elementlər__ilə sxemdə təsvir olunur. Qapalı elektrik dövrəsi iki
hissədən ibarətdir:__və__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Elektrik dövrəsi nədir və o nə üçün qapalı olmalıdır?
2.  Elektrik dövrəsi hansı hissələrdən ibarətdir? Bu hissələrin fərqi nədir?
3.  Elektrik dövrəsində açar, lampa, cərəyan mənbəyi sxemdə hansı işarə ilə
göstərilir?
4.  Cərəyan mənbəyinə qoşulan lampanı uzun dəhlizin bir tərəfində yandırmaq,
digər tərəfində isə söndürmək lazımdır. Bu dövrənin sxemini çəkin.


6.4. Elektrik cərəyanının təsirləri
Məlumdur ki, elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkətidir. Lakin bu
zərrəciklər o qədər kiçikdir ki, nə onların özlərini, nə də yerdəyişmələrini görmək
mümkün deyildir.
Naqildə elektrik cərəyanının olub-olmadığını necə aşkar etmək olar?
Elektrik cərəyanını praktikada geniş tətbiq olunan müxtəlif təsirləri ilə aşkar etmək
olur.
Cərəyanın işıq və istilik təsirləri
Elektrik cərəyanının bu təsirlərini közərmə lampası olan dövrələrin araşdırılmasında
əyani olaraq müşahidə etmisiniz: cərəyan keçən naqilin teli həm işıqlanır, həm də
qızır. Cərəyanın işıqlanma təsirlərini bir çox alimlər araşdırmışlar: bunlar italyan
alimi A.Volta, rus ixtiraçısı V.Petrov (elektrik qövsünü ixtira etmişdir) və P.Yabloçkov
(elektrik qövsünü işıqlanmaya tətbiq etmişdir), Amerika ixtiraçısı T.Edison (müasir
közərmə lampasını ixtira etmişdir) və başqalarıdır. Onların araşdırmalarının nəticəsi
müxtəlif işıqlanma lampalarının yaradılmasıdır (a). 
Cərəyanın istilik təsirlərindən isə elektrik qızdırıcılarında (məsələn, elektrik
çaydanları, qızdırıcılar və s.) geniş tətbiq edilir (b).


Cərəyanın kimyəvi təsiri
Bu təsiri müxtəlif maddələrin sulu məhlullarından cərəyan keçərkən asanlıqla
müşahidə etmək olur.
ARAŞDIRMA-1
Elektrik cərəyanı kimyəvi reaksiya yaradır?
Təchizat: cərəyan mənbəyi, açar, iki ədəd qrafit (kömür) elektrodlar (bu elektrodlar
məhlulla kimyəvi reaksiyaya girmir), içərisində mis 2-xloridin suda məhlulu olan
şüşə qab, patrona bağlanmış lampa, birləşdirici naqillər. 
İşin gedişi:
1.  Elektrodları içərisində məhlul olan qaba daxil edib şəkildə təsvir olunduğu kimi
dövrə yığın (c).
2.  Açarı qapayın: lampanın işıqlanmasında, elektrodlarda və məhlulda baş
verənləri diqqətlə izləyin.
Nəticəni müzakirə edin:
Açarı qapadıqdan sonra lampanın işıqlanmasında hansı dəyişiklik müşahidə
olundu?
Cərəyan mənbəyinin hansı qütbünə bağlanan elektrod üzərində çöküntü, hansı
elektrod yaxınlığında qaz qabarcıqları yaranmağa başladı?
Müşahidə olunan hadisələrin səbəbi haqqında nə kimi fərziyyə irəli sürmək
olar?
Müxtəlif maddələrin sudakı məhlulundan elektrodlar vasitəsilə cərəyan keçdikdə bu
elektrodların üzərində yeni maddə yaranır: kimyəvi reaksiya nəticəsində bərk
cisimlərin zərrəcikləri elektrodlar üzərində toplanaraq çöküntü verir, ayrılan qaz isə
qabarcıqlar şəklində məhlulun səthinə qalxır. Araşdırmada bunu müşahidə etdiniz:
cərəyan mənbəyinin mənfi qütbünə bağlanan elektrod üzərində məhluldan yeni
maddə - mis ayrılır. Nəticədə həmin elektrod narıncı rəngli çöküntüyə “bürünür”.
Mənbəyin müsbət qütbünə birləşdirilən elektrod yaxınlığında isə xlor qazı (onun
spesifik iyi hiss edilir) qabarcıqlar formasında mayenin səthinə qalxır.


Məhluldan cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması hadisəsi
elektroliz adlanır.
Elektroliz vasitəsilə məmulatların xromlanması və nikellənməsi həyata keçirilir.
Cərəyanın kimyəvi təsiri qazlarda da özünü göstərir, məsələn, tufanda havadan
ozon qoxusu gəlir (ozon - oksigenin xüsusi formasıdır, onun molekulu üç atomdan
təşkil olunmuşdur: ). 
Cərəyanın kimyəvi təsirləri, bəzən isə istilik təsiri heç də həmişə müşahidə olunmur:
məsələn, elektriki yaxşı keçirən mis naqildən zəif cərəyan keçdikdə onda istilik təsiri
hiss edilmir.
Cərəyanın elə bir təsiri varmı ki, o, həmişə hiss olunsun?
ARAŞDIRMA-2
Cərəyanın maqnit təsiri
Təchizat: cərəyan mənbəyi, açar, mismar (150 mm-lik), kiçik mismarlar (5-6 əd.)
patrona bağlanmış lampa, birləşdirici naqillər. 
İşin gedişi:
1.  Açarın açıq vəziyyətində naqilin birini mismara dolayın və qalan elementlərlə
birlikdə dövrəyə birləşdirin.
2.  Kiçik mismarları masa üzərinə səpələyin və naqil dolanan böyük mismarın
ucunu onlara toxunana qədər yaxınlaşdırın.
3.  Açarı qapayın və təcrübəni təkrarlayın. Müşahidə olunan hadisəni müzakirə
edin (d).
Nəticəni müzakirə edin:
Açar açıq olduqda təcrübə zamanı dövrədə bir dəyişiklik müşahidə olundumu?
Açarı qapadıqda dövrədə yaranan elektrik cərəyanının hansı təsirlərini
müşahidə etdiniz?
Elektrik cərəyanının təsirlərindən biri onun maqnit təsiridir. Cərəyanın digər
təsirlərindən fərqli olaraq maqnit təsiri həmişə özünü göstərir. Bu səbəbdən
3


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə