DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

qrafik təsvir edin.
2.  Gərginlik sabit olduqda naqildəki cərəyan şiddəti onun müqavimətindən necə
asılıdır? Cərəyan şiddətinin naqilin müqavimətindən asılılıq qrafikini qurun.
3.  Elektrik müqavimətinin vahidi nə qəbul olunmuşdur?
4.  Dövrə hissəsi üçün Om qanunu necə ifadə olunur?


6.8. Naqilin müqaviməti nədən asılıdır?
Təcrübəli usta mənzildə təmir işləri görərkən otaqlardakı elektrik xətlərinin mis
naqillərlə çəkilməsini məqsədəuyğun hesab edir.
Nə üçün elektrik xətlərinin mis naqillərdən çəkilməsi daha məqsədəuyğundur?
Yerüstü və yeraltı yüksək gərginlik xətləri diametri 
50 mm2- dən 240 mm2-ə qədər olan kabellərdən çəkilir. Belə kabellər ondan keçən
cərəyan şiddətindən asılı olaraq 5+98 ədəd mis və ya alüminium naqildən ibarət ola
bilir.
Nə üçün yüksək gərginlik xətlərində böyük diametrli kabellərdən istifadə edilir?
ARAŞDIRMA-1
Naqilin müqaviməti nədən asılıdır?
Təchizat: sabit cərəyan mənbəyi (4 V-luq düzləndirici), ampermetr, birləşdirici
naqillər, üzərinə tədqiq olunan naqillər bərkidilmiş lövhə.
Lövhənin quruluşu. Tədqiq olunan naqil uzunluqları və en kəsik sahələri bərabər
olan üç ədəd nixrom və bir dəmir spiraldan ibarətdir. Nixrom spiralından biri mərkəzi
2 sıxacından keçməklə 1-3 sıxaclarına bərkidilir. Qalan iki nixrom spiral bir-birinin
üzərinə qoyularaq (en kəsik sahəsi iki dəfə artırılır) 4-5 sıxaclarına birləşdirilir. Dəmir
spiral isə 6-7 sıxaclarına bərkidilmişdir.
İşin gedişi:
1.  Düzləndirici, ampermetr və tədqiq olunan lövhədən ibarət elektrik dövrəsi yığın.
Əvvəlcə lövhədəki 1-3 sıxaclarına bərkidilən nixrom spiraldan keçən cərəyan


şiddətini ölçün. Sonra isə spiralin 1-2 sıxaclarını dövrəyə qoşmaqla nixrom
spiralin yarısından keçən cərəyan şiddətini ölçün və onları müqayisə edin.
2.  Əvvəlcə 1-3 sıxaclarına bərkidilən bir spiraldan, sonra isə 4-5 sıxacına qoşulan
iki spiraldan keçən cərəyan şiddətlərini ölçün və onları müqayisə edin.
3.  Ardıcıl olaraq 1-3 və 6-7 sıxaclarını dövrəyə qoşmaqla uzunluqları və en kəsik
sahələri bərabər olan nixrom və dəmir spirallardan keçən cərəyan şiddətlərini
ölçün və onları müqayisə edin.
4.  Elektrik dövrəsinin şəklini iş vərəqinə çəkin və aldığınız nəticələri qeyd edin.
Nəticəni müzakirə edin:
Bütöv naqildən keçən cərəyan şiddəti bu naqilin yarısından keçən cərəyan
şiddətindən neçə dəfə fərqləndi? Naqilin müqaviməti onun uzunluğundan necə
asılıdır?
Naqildən keçən cərəyan şiddəti en kəsik sahəsi ondan iki dəfə böyük olan belə
naqildən keçən cərəyan şiddətindən neçə dəfə fərqləndi? Naqilin müqaviməti
onun en kəsik sahəsindən necə asılıdır?
Uzunluqları və en kəsik sahələri bərabər olan, lakin müxtəlif naqillərdən keçən
cərəyan şiddətləri də eynidirmi? Naqilin müqaviməti nədən asılıdır?
Naqilin elektrik müqaviməti necə yaranır?
Bilirsiniz ki, elektrik sahəsinin təsiri ilə naqillərdə sərbəst elektronlar nizamlı hərəkət
edir. Bu hərəkət zamanı metalda sərbəst elektronlar qəfəsin düyünlərində rəqsi
hərəkət edən müsbət ionlarla toqquşur. Nəticədə elektronların kinetik enerjisinin bir
hissəsi ionlara verildiyindən onun nizamlı hərəkət sürəti azalır. Beləliklə, metalın
müsbət ionları sərbəst elektronların nizamlı hərəkətinə (cərəyana) maneçilik törədir.
Bu maneçilik naqilin müqavimətidir.
Elektrik müqaviməti nədən asılıdır?
Araşdırmadan üç mühüm nəticə aşkarlandı:
1.  Sabit gərginlik mənbəyinə (U=const) qoşulan müəyyən uzunluqlu naqildən
keçən cərəyan şiddəti bu naqilin yarısından keçən cərəyan şiddətindən 2 dəfə
kiçikdir. Bu o deməkdir ki, Om qanununa görə (I = U 
R), bütöv naqilin müqaviməti bu naqilin yarısının müqavimətindən 2 dəfə
böyükdür.
Naqilin müqaviməti onun uzunluğundan düz mütənasib asılıdır.
2.  Sabit gərginlik mənbəyinə (U = const) qoşulan naqildən keçən cərəyan şiddəti
eyni uzunluqlu, lakin en kəsiyinin sahəsi 2 dəfə böyük olan naqildən keçən
cərəyan şiddətindən 2 dəfə kiçikdir. Bu o deməkdir ki, Om qanununa görə (I = U 
R), en kəsik sahəsi 2 dəfə böyük olan naqilin müqaviməti də 2 dəfə kiçikdir.


Naqilin müqaviməti onun en kəsiyinin sahəsindən tərs mütənasib asılıdır.
3.  Sabit gərginlik mənbəyinə (U = const) qoşulan dəmir naqildən keçən cərəyan
şiddəti nixrom naqildən keçən cərəyan şiddətindən 10 dəfə böyük, müqaviməti
isə 10 dəfə kiçikdir.
Naqilin müqaviməti onun hazırlandığı maddədən də asılıdır.
Beləliklə, naqilin müqavimətinin asılılıq düsturu belə yazılır:
R = ρl 
S
Burada R - naqilin müqaviməti, l - naqilin uzunluğu, S - naqilin en kəsik sahəsi, ρ -
naqilin xüsusi müqavimətidir. Xüsusi müqavimət naqilin hazırlandığı maddədən asılı
olan fiziki kəmiyyətdir. Cədvəl 6.2-də bəzi maddələrin təcrübədən alınan xüsusi
müqavimətləri göstərilir. Naqilin uzunluğu l = 1 m, en kəsik sahəsi S = 1 m  olduqda
ρ = RS 
l
düsturundan xüsusi müqavimətin ədədi qiymətcə ρ = R olduğu alınır:
Xüsusi müqavimət — uzunluğu 1m, en kəsiyinin sahəsi 1m2 olan naqilin
müqavimətidir. Xüsusi müqavimətin BS-də vahidi om · metrdir (1 Om·m):
[ρ] = [R· [S
[l] = 10m · 1 
1m = 10m · m.
Naqilin en kəsik sahəsi kiçik olub mm  ilə işarə edildiyindən onun xüsusi
müqavimətinin vahidi
[ρ] = 1Om · mm  
m
kimi də işarə olunur.
Cədvəl 6.2. Bəzi maddələrin xüsusi müqaviməti (t = 20°C temperaturda).
Maddə
ρ,Om · mm  
m
Maddə
ρ,Om · mm  
m
Gümüş
0,016
Manqanin (ərinti)
0,43
Mis
0,017
Konstantan (ərinti)
0,5
Qızıl
0,024
Civə
0,96
Alüminium
0,028
Nixrom (ərinti)
1,1
Volfram
0,055
Fexral (ərinti)
1,3
Dəmir
0,1
Qrafit
13
2
2
2
2
2
2
19


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə