DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45


6.7. Elektrik müqaviməti. 
       Dövrə hissəsi üçün Om qanunu
Öyrəndiniz ki, elektrik cərəyanının əsas xarakteristikaları cərəyan şiddəti və
gərginlikdir.
1.  Bəs naqilin əsas xarakteristikası nədir?
2.  Dövrə hissəsindən keçən cərəyan şiddəti nədən asılıdır?
3.  Hansı dövrədə cərəyan şiddəti daha böyükdür: elektrik qızdırıcısı olan dövrədə,
yoxsa mobil telefonda? Nə üçün?
ARAŞDIRMA-1
Cərəyan şiddəti gərginlikdən asılıdırmı?
Təchizat: gərginliyi dəyişəbilən cərəyan mənbəyi, iki müxtəlif rezistor, açar,
ampermetr, voltmetr, birləşdirici naqillər.
Rezistorun təsviri. Rezistor - xüsusi ərintidən hazırlanan və sıxacları olan spiral
formalı naqillər (a). Elektrik sxemlərində rezistor R hərfi ilə işarə edilən düzbucaqlı
şəklində təsvir olunur (b).
Mikrosxemlərdə müxtəlif rezistorlardan istifadə olunur (c).
İşin gedişi:
1.  Verilən sxemə uyğun elektrik dövrəsi yığın (d). Əvvəlcə dövrəyə rezistorlardan
birini () qoşun.
2.  Açarı qapayın, cərəyan şiddətini və rezistorun uclarındakı gərginliyi ölçüb iş
vərəqinə çəkdiyiniz cədvələ qeyd edin.
3.  Gərginliyi dəyişməklə ampermetr və voltmetrin göstəricilərini qeyd edin.
1


4.  Açarı açın və R  rezistorunu R  rezistoru ilə əvəz edin. Açarı qapayın və
təcrübəni təkrarlayın.
5.  Gərginliyi dəyişməklə ampermetr və voltmetrin göstəricilərini qeyd edin.
6.  Cədvəllərdən istifadə etməklə uyğun rezistorlardakı cərəyan şiddəti-gərginlik
qrafiklərini qurun (e).
Cədvəl 1.

R
I, (A)
U, (V)
1
 
 
2
 
 
3
 
 
Nəticəni müzakirə edin:
Cərəyan şiddəti gərginlikdən necə asılıdır?
Gərginliyin eyni bir qiymətində rezistorlardan keçən cərəyan şiddətləri arasında
hansı fərqi müəyyən etdiniz?
Araşdırma zamanı ampermetr və voltmetrin göstəricilərindən aydın olur ki, naqilin
uçlarındaki gərginlik neçə dəfə artarsa, cərəyan şiddəti də bir o qədər dəfə artır.
Verilən naqildəki cərəyan şiddəti onun uclarındakı gərginliklə düz mütənasibdir: I
~ U.
Bu asılılıq düstur şəklində belə yazılır:
I = 1 
R · U. 
(1)
Burada I - naqildən və ya dövrə hissəsindən keçən cərəyan şiddəti, U - həmin naqilin
və ya dövrə hissəsinin uclarındakı gərginlik, 1 
R - mütənasiblik
1
2
1


əmsalıdır. Burada R - naqilin xarakteristikası olub elektrik müqavimətidir. (1)
düsturundan naqilin müqaviməti üçün alınır:
R = U 
I.
Naqilin elektrik müqaviməti skalyar fiziki kəmiyyət olub onun uclarındakı
gərginlikdən və cərəyan şiddətindən asılı deyildir. 
Elektrik müqavimətinin BS-də vahidi omdur (1 Om). O, alman alimi G.Omun şərəfinə
adlandırılmışdır:
[R] = 1[U
[I] = 1V 
A = 1 Om.
1 Om elə naqilin müqaviməti qəbul edilmişdir ki, bu naqilin uclarındakı gərginlik 1
V olduqda ondan keçən cərəyan şiddəti 1 A olsun.
Dövrə hissəsi üçün Om qanunu
Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı asılılıq ilk
dəfə 1827-ci ildə alman alimi Georq Om tərəfindən aparılan çoxsaylı təcrübələrlə
müəyyən olunmuş və dövrə hissəsi üçün Om qanunu adlanır:
Dövrə hissəsindəki cərəyan şiddəti həmin hissənin uclarındakı gərginliklə
düz, onun müqaviməti ilə tərs mütənasibdir:
I = U 
R
(2)
Araşdırmadan müəyyən etdiniz ki, Om qanununa əsasən, verilən gərginlikdə
müqaviməti böyük olan rezistorda cərəyan şiddəti kiçik olur:
əgər
 > R
olarsa,
 < I
1
2
1
2
Georq Om 
(1787-1854) 
Alman fiziki 


Elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı
qanunauyğunluğu müəyyən etmişdir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin
Nümunə.
Naqildəki cərəyan şiddətinin gərginlikdən asılılıq qrafiki şəkidə təsvir
edilmişdir (f). Naqilin elektrik müqavimətini hesablayın.
Verilir
Həlli
U = 2 V, 
1 = 1 A, 
R - ?
Om qanununun riyazi ifadəsindən: 
R = U 
I.
Hesablanması
R = 2V 
1A = 2 Om.
Cavab: 2 Om.
Məsələ
Müqaviməti 275 Om olan lampanın spiralından keçən cərəyan şiddəti 0,8 A-dır.
Lampadakı gərginlik nə qədərdir?
AÇAR SÖZLƏR 
Gərginlik 
Elektrik müqaviməti 
Om 
Dövrə hissəsi 
Cərəyan şiddəti 
Om qanunu
NƏ ÖYRƏNDİNİZ? 
Naqilin xarakteristikası __adlanır. Onun BS-də vahidi __. Dövrə hissəsindəki__həmin
hissənin uclarındakı __ilə düz, müqaviməti ilə tərs mütənasibdir. Bu,__
üçün__adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Naqildəki cərəyan şiddəti onun uclarındakı gərginlikdən necə asılıdır? Bu asılılığı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə