DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

6.6. Gərginlik və onun ölçülməsi
Kür və Vəlvələ çayları aran sahələrindən sakit axsalar da, hər ikisi Xəzər dənizinə
tökülür. Buna səbəb çay sularının mənbələri ilə mənsəbi olan Xəzər dənizi
arasındakı hündürlüklər fərqidir - sular potensial enerjisi böyük olan yerdən
potensial enerjisi kiçik olan yerə axır.
Analoji olaraq dövrədən elektrik cərəyanının keçməsinə səbəb nədir? Elektrik
dövrəsində də enerjilər fərqi varmı?
ARAŞDIRMA-1
Cərəyan mənbəyi dövrədə hansı kəmiyyəti dəyişir?
Təchizat: cərəyan mənbəyi (batareya və düzləndirici), açar, patrona bağlanmış
lampa, birləşdirici naqillər, ampermetr, yapışqanlı lent. 
İşin gedişi:
1.  Batareya, lampa, ampermetr və açardan ibarət elektrik dövrəsi yığın (a).
2.  Açarı qapayın və lampanın işıqlanmasına, ampermetrin göstəricisinə diqqət
edin.
3.  Açarı açın və batareyanı digər cərəyan mənbəyi ilə əvəz edin.
4.  Dövrəni qapayın və lampanın işıqlanmasını və ampermetrin göstəricisini izləyin
(b).
Nəticəni müzakirə edin:
Nə üçün cərəyan mənbəyini dəyişdikdə lampanın parlaqlığı və dövrədəki
cərəyan şiddəti dəyişdi?


Məlumdur ki, metal naqillərdə elektrik cərəyanı sərbəst elektronların nizamlı
hərəkətidir. Elektronlar dövrənin xarici hissəsində cərəyan mənbəyinin mənfi
qütbündən müsbət qütbünə doğru hərəkət etməklə metaldakı kristal qəfəsin atom
və ionları ilə qarşılıqlı təsirə məruz qalır. Nəticədə elektronların malik olduqları
kinetik enerjinin bir hissəsi naqilin daxili enerjisinə çevrilir və naqil qızır. Elektrik
dövrəsində sərbəst elektronların nizamlı hərəkət sürətlərini saxlamaq və onların
itirdikləri kinetik enerjini bərpa etmək üçün iş görülməlidir. Bu işi xarici elektrik
dövrəsindəki elektrik sahəsi - elektrik qüvvələri görür. Vahid yükü elektrik sahəsinin
iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik sahəsinin gördüyü iş sahənin
enerji xarakteristikası olub sahənin bu iki nöqtəsi arasındakı elektrik gərginliyi və ya
gərginlik adlanır.
Düsturu
Ölçü vahidi
U = A 
q.
Burada U - gərginlik, q - elektrik yükü, A
- elektrik yükünü dövrənin ixtiyari iki
nöqtəsi arasında hərəkət etdirmək üçün
elektrik qüvvəsinin gördüyü işdir.
[U] = 1[A
[q] = 1C 
Kl = 1V.
Gərginliyin BS-də vahidi voltdur (1V).
Tərifi
Tərifi
Elektrik gərginliyi - elektrik sahəsinin
iki nöqtəsi arasında yükün yerdəyişməsi
zamanı görülən işin həmin yükün
miqdarına nisbətinə bərabər fiziki
kəmiyyətdir.
Bir volt (1V) - elektrik sahəsinin elə iki
nöqtəsi arasındakı gərginliyə deyilir ki,
1Kl yük bu nöqtələr arasında yerini
dəyişdikdə elektrik qüvvələri 1C iş
görsün.
Gərginlik düsturundan göründüyü kimi, elektrik sahəsində yükün iki nöqtə arasında
yerdəyişməsi zamanı görülən iş yükün miqdarı ilə bu nöqtələr arasındakı elektrik
gərginliyinin hasilinə bərabərdir:
A = q · U.
Gərginliyin ölçülməsi
Gərginlik voltmetrlə ölçülür. Fizika kabinetində iki növ voltmetrdən istifadə olunur:
laboratoriya voltmetri (c) və nümayiş voltmetri (d). 
Voltmetrin şkalasında V hərfi olur. Voltmetr sxemlərdə içərisində V hərfi olan dairə
ilə işarə edilir (bax: cədvəl 6.1.). 
Dövrənin hansı nöqtələri arasındakı gərginliyi ölçmək lazımdırsa, voltmetrin
sıxacları da həmin nöqtələrə birləşdirilir. Məsələn, lampadakı gərginliyi ölç-


mək lazımdırsa, voltmetr bu lampanın sıxaclarına birləşdirilir. Əgər dövrədəki
elektrik zəngindəki gərginliyi təyin etmək lazımdırsa, bu halda voltmetr elektrik
zənginin sıxaclarına birləşdirilir. Cərəyan mənbəyindəki gərginliyi ölçmək üçün
voltmetri onun qütblərinə birləşdirmək lazımdır (e).
“Gərginlik” termini hansı hallarda işlənir?
İxtiyari qapalı elektrik dövrəsinin xarici hissəsinin həm başlanğıcı, həm də sonu
cərəyan mənbəyinin qütblərinə birləşdirilir. Ona görə də müxtəlif cərəyan mənbələri
xarici dövrədə yaratdığı gərginlikləri ilə fərqləndirilir. Məsələn, “batareyanın gərginliyi
1,5V-dur ”, “şəbəkədəki gərginlik 220 V-dur ”, “dövrə hissəsinə gərginlik verilmişdir”,
naqillər gərginlik altındadır” və bu kimi ifadələrdən tez-tez istifadə olunur. Fizika
laboratoriyalarında gərginliyi tənzimləyən cihazlardan istifadə edilir.
Diqqət!
Voltmetr dövrənin gərginliyi ölçüləcək hissəsinə paralel qoşulur.
Voltmetr dövrəyə qoşularkən diqqət etmək lazımdır ki, voltmetrin müsbət sıxacı
cərəyan mənbəyinin müsbət qütbü tərəfə, mənfi sıxacı isə mənfi qütbü tərəfə
birləşdirilsin, əks halda voltmetr xarab ola bilər.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Məsələni həll edin.
Elektrik sahəsində gərginliyi 20 kV olan iki nöqtə arasında yükün hərəkəti
zamanı sahə 
15 mC iş görürsə, elektrik yükünün miqdarı nəyə bərabərdir?


AÇAR SÖZLƏR 
Yükün miqdarı 
Gərginlik 
Voltmetr 
Görülən iş 
Elektrik sahəsi
NƏ ÖYRƏNDİNİZ? 
__enerji xarakteristikası__adlanır. Elektrik gərginliyi - elektrik sahəsinin iki nöqtəsi
arasında yükün yerdəyişməsi zamanı__həmin__nisbətinə bərabər fiziki kəmiyyətdir.
Gərginlik__ölçülür.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Elektrik gərginliyi nəyi xarakterizə edir?
2.  Gərginlik hansı cihazla ölçülür, sxemlərdə şərti işarəsi nədir və o, dövrəyə necə
qoşulur?
3.  Apardığınız araşdırmadan gəldiyiniz nəticəni dəqiqləşdirin.
ÇALIŞMA-8
1.  Akkumulyator, açar, rezistor, elektrik zəngi, lampa, ampermetr və voltmetrin
dövrə sxemlərindəki şərti işarələrini çəkin.
2.  Cərəyan şiddətinin riyazi ifadəsindən istifadə edərək cədvəli tamamlayın.

Naqilin en kəsiyindən keçən yükün miqdarı: 
q, Kl
Zaman: 
t, san
Cərəyan şiddəti: 
I,A
1
60
40
 
2
 
30
2
3.  Qutuda çoxlu sayda dəmir vint və mis qayka qarışığı var. Onları bir-birindən tez
necə ayırmaq olar? Bundan ötrü sizə verilir: akkumulyator, uzun mis naqil və
dəmir çubuq.
4.  Naqilin en kəsiyindən 4 dəq ərzində 120 Kl elektrik yükü keçir. Cərəyan şiddətini
hesablayın.
5.  Şəkildə üç elektrik dövrəsinin sxemi təsvir edilir. Sxemləri araşdırın: onların
doğru çəkilib-çəkilmədiyini təyin edin. Qüsurlu sxem varsa, onu düzgün çəkin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə