DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

onun işıqlanıb-sönməsinə səbəb olmuşdur.
Yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır.


Tərifdən görünür ki, maddədə fasiləsiz elektrik cərəyanının mövcud olması üçün
zəruri şərtlər ödənməlidir. Bunlar aşağıdakıdır:
- maddədə bütün cisim boyu hərəkət edə bilən yüklü zərrəciklər (yükdaşıyıcılar)
olmalıdır; 
- bu zərrəciklərə onları müəyyən istiqamətdə hərəkət etdirən elektrik qüvvəsi təsir
etməlidir; 
- elektrik cərəyanının keçdiyi naqil (naqillərdən ibarət elektrik dövrəsi) qapalı
olmalıdır.
Birinci şərt bütün keçiricilərdə ödənir: metallarda yükdaşıyıcılar - sərbəst elektronlar,
məhlullarda isə - müsbət və mənfi ionlardır. İkinci şərtin ödənməsi üçün naqildə
elektrik sahəsi yaradılır: naqildə nizamsız hərəkət edən (c) yükdaşıyıcılar bu sahənin
təsiri altında istiqamətlənmiş hərəkət alır (d).
Araşdırmada elektrik sahəsi yüklənmiş metal sferalar ətrafında yaranmışdır. Onlan
keçirici məftillə birləşdirdikdə elektrik sahəsi bu naqildə də yarandı. Yaranan sahə
keçirici naqildəki sərbəst elektronlara elektrik qüvvəsi ilə təsir edir. Nəticədə
elektronlar mənfi yüklənmiş sferadan müsbət yüklü sferaya doğru nizamlı hərəkət
edir - naqildən və lampadan elektrik cərəyanı keçir. Lakin bu cərəyan qısamüddətli
oldu: lampa ani olaraq yanıb-söndü. Buna səbəb metal sferalardakı yüklərin
neytrallaşmasından sonra keçirici naqildə elektrik sahəsinin, onunla yanaşı sərbəst
elektronlara təsir edən elektrik qüvvəsinin yox olmasıdır. Nəticədə sərbəst
elektronların nizamlı hərəkəti - elektrik cərəyanı kəsilir.
Elektrik cərəyanının istiqaməti şərti olaraq naqildəki elektrik sahəsinin intensivliyi
istiqamətində qəbul edilmişdir.
Başqa sözlə desək, elektrik cərəyanının istiqaməti olaraq müsbət yüklərin hərəkət
istiqaməti qəbul olunmuşdur (e).


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Fasiləsiz elektrik cərəyanının yaranması üçün zəruri şərtlər
Verilən cədvəldə uyğun xanaları tamamlayın:
Nəticəni müzakirə edin:
“Elektrik cərəyanı - sərbəst yükdaşıyıcılarm nizamlı hərəkətidir” nə deməkdir?
AÇAR SÖZLƏR 
Elektrik sahəsi 
Sərbəst elektronlar 
Sərbəst yükdaşıyıcı 
Elektrik cərəyanı 
Sahə intensivliyi 
Zərrəcik 
Nizamlı hərəkət 
İonlar
NƏ ÖYRƏNDİNİZ? 
Yüklü__nizamlı hərəkəti__adlanır. Elektrik cərəyanının istiqaməti naqildəki
elektrik__istiqamətindədir. Metallarda yükdaşıyıcılar__, məhlullarda isə müsbət və
mənfi __. Fasiləsiz elektrik cərəyanının mövcud olması üçün aşağıdakı zəruri şərtlər
ödənməlidir: maddədə __, onlara__verən__və cərəyanın keçdiyi naqil qapalı
olmalıdır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Təbiət və texnikada hansı cərəyanları tanıyırsınız? Elektrik cərəyanı onlardan nə
ilə fərqlənir?
2.  Fasiləsiz elektrik cərəyanının olması üçün zəruri şərtlər hansılardır?
3.  Məhlullarda elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti istiqamətindədir?


6.2. Cərəyan mənbələri
Qaranlıq yolu işıqlandırmaq üçün çox vaxt elektrik fənərindən istifadə edirsiniz.
Fənərin düyməsini sıxmaqla istənilən zaman onun lampasını işıqlandırmaq və ya
söndürmək olur.
Elektrik fənərində lampanı uzun müddət elektrik cərəyanı ilə təmin edən nədir?
Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən hansı qurğuları
tanıyırsınız?
ARAŞDIRMA-1
Elektrik cərəyanının arasıkəsilməzliyini təmin edən nədir?
Təchizat: elektrofor maşını, patrona bağlanmış lampa, elektrik fənəri, batareya,
yapışqanlı lent, birləşdirici naqillər. 
İşin gedişi: 
I mərhələ:
1.  Elektrofor maşınının konduktorlarını bir- birinə toxundurmaqla onun
neytrallaşmasına əmin olun.
2.  Lampanın sıxaclarını elektrofor maşınının konduktorlarına birləşdirin və
maşının dəstəyini fırlatmaqla onu elektrikləndirin (a).
3.  Elektrofor maşınının elektrikləndirilməsinə arabir fasilə verin (dəstəyi
fırlatmayın) və baş verən hadisəni izləyin.
II mərhələ:
1.  Batareya və lampanı naqillərlə şəkildəki kimi birləşdirin (b).
2.  Naqillərin açıq uclarını bir-birinə toxundurub uzaqlaşdırmaqla baş verən
hadisəni müşahidə edin.


Nəticəni müzakirə edin:
Birinci araşdırmada lampanın işıqlanmasına səbəb nədir?
Bu işıqlanma nə vaxta qədər davam etdi? Nə üçün?
İkinci araşdırmada lampadan elektrik cərəyanının keçməsini nə təmin edirdi?
Naqildən elektrik cərəyanının uzun müddət keçməsi üçün onun uclarında
arasıkəsilmədən elektrik sahəsi yaradılmalıdır: naqilin uclarında fasiləsiz


olaraq elektrik yüklərinin toplanması təmin olunmalıdır. Bu məqsədlə cərəyan
mənbəyi və ya generator adlanan qurğudan istifadə olunur. 
Cərəyan mənbələrinə misal olaraq elektrofor maşınını, müxtəlif batareyaları (quru
qalvanik element) (c) və ya akkumulyatoru (d), sabit maqnitli cərəyan generatorunu
(e), günəş batareyasını (f) və fizika laboratoriyasında işlədilən cərəyan
düzləndiricilərini də (g) göstərmək olar.
Cərəyan mənbələrində yüklü zərrəciklərin ayrılma prosesi gedir. Bu prosesdə
mexaniki, kimyəvi, daxili və ya hər hansı başqa enerji növü elektrik enerjisinə çevrilir.
Məsələn, elektrofor maşını və sabit maqnitli generatorda mexaniki enerji,
akkumulyatorda kimyəvi enerji, Günəş batareyasında işıq şüalarının enerjisi elektrik
enerjisinə çevrilir. 
Müasir cərəyan mənbəyinin yaradıcılarından biri italyan alimi Alessandro Volta
olmuşdur. O müəyyən etmişdir ki, mis və sink lövhələrinin arasında turşuda
isladılmış parça yerləşdirdikdə mis lövhə müsbət yüklə, sink lövhə isə mənfi yüklə
elektriklənir. Bu o deməkdir ki, lövhələr arasında yüklərin bölünməsi baş vermişdir.
Elektrod adlandırılan bu lövhələri naqillə birləşdirdikdə həmin naqildə elektrik
cərəyanı yaranır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə