DərsliYİNİZLƏ taniş olun!


Nə üçün Voltanın hazırladığı cərəyan mənbəyində yüklərin bölünməsi baş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

Nə üçün Voltanın hazırladığı cərəyan mənbəyində yüklərin bölünməsi baş
verdi?
Təcrübələrdən məlum olmuşdur ki, mis elektrod turşu ilə kimyəvi reaksiyaya
girdikdə elektronlarını itirərək müsbət yüklə elektriklənir. Sink elektrod isə, əksinə,
turşu ilə kimyəvi reaksiyada turşudan elektron alaraq mənfi yüklə elektriklənir. Bu
elektrodlar cərəyan mənbəyinin qütbləri adlanır - uyğun olaraq müsbət qütb və mənfi
qütb (h). Beləliklə:
Cərəyan mənbəyində elektrik yüklərinin ayrılması baş verir: müsbət yüklər onun
bir qütbündə, mənfi yüklər isə digər qütbündə toplanır.
İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cərəyan mənbəyi qalvanik element adlanır.
O, italyan bioloqu Luid Qalvaninin şərəfinə adlandırılmışdır: alim heyvanlar üzərində
təcrübə apararkən əzələ yığılması zamanı elektriklənmə hadisəsini aşkar etmişdir.
Qalvanik elementlər bu gün ən geniş tətbiq olunan cərəyan mənbələrindən biridir,
məsələn, sizə məlum olan batareya və akkumulyatorlar.
Alessandro Volta 
(1745-1827) 
İtalyan alimi 
Elektrik təliminin banilərindən biri. 1800-cü ildə kimyəvi reaksiya əsasında işləyən
qalvanik element hazırlamışdır.


Müasir quru qalvanik element daxilində kömür çubuğu (1) olan sink qabından (2)
ibarətdir. Kömür çubuğu içərisində manqan oksidi ilə kömür qarışığı olan kətan
kisəciyində (3) yerləşdiriıir. Kisəcik naşatır məhlulu ilə un qarışığından hazırlanmış
qatı yapışqanla (4) əhatə edilir. Sink qab karton qutu (5) içərisinə qoyulur və üstdən
qatran qatı ilə örtülür. Elementin daxilində gedən kimyəvi reaksiyalar nəticəsində
kömür çubuq müsbət, sink qab isə mənfi yüklənir (i).


BİLİRSİNİZMİ?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Dadlı batareya
Təchizat: limon (2 əd.), mis və sink məftillər (elektrodlar), elektrovoltmetr (naqildə
elektrik cərəyanını müəyyən edən həssas ölçü cihazı), birləşdirici naqillər. 
İşin gedişi:
1.  Mis və sink elektrodları bir-birindən müəyyən məsafədə limona batırmaqla
“qalvanik element” hazırlayın.
2.  Elektrovoltmetrin naqillərini “elektrodlarına” birləşdirməklə “qalvanik elementin”
işləyib-işləmədiyini yoxlayın. Bunu “elektrodlara” birləşdirdiyiniz naqillərin
ucuna dilinizi toxundurmaqla da edə bilərsiniz.
Nəticəni müzakirə edin:
Limondan hazırladığınız qalvanik elementin iş prinsipini söyləyin.
Başqa meyvədən də qalvanik element hazırlamaq olarmı? Cavabınızı
əsaslandırın.
AÇAR SÖZLƏR 
Cərəyan mənbəyi 
Elektrik sahəsi 
Yüklərin bölünməsi 
Elektrik cərəyanı 
Generator
NƏ ÖYRƏNDİNİZ? 
Naqildən__uzun müddət keçməsi üçün onun uclarında
arasıkəsilmədən__yaradılmalıdır. Bu məqsədlə__və ya__adlanan qurğudan istifadə
Tarixdə ilk qalvanik element L.Qalvanidən 3800 il əvvəl Bağdadda hazırlanmışdır.
1938-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş bu element
saxsı qabın daxilinə qatı qatran qapaq vasitəsilə keçirilmiş dəmir və mis
naqillərdən ibarətdir. Arxeoloqlar müəyyənləşdirdilər ki, bu qalvanik element
dünyada ən qədim elektrik enerjisi mənbəyidir. 
Ünvan: www.factruz.ru/history_mistery/baghdad- battery.htm


olunur. Cərəyan mənbəyində __baş verir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Cərəyan mənbəyinin rolu nədən ibarətdir? 
2. Bütün cərəyan mənbələrində hansı proses baş verir? 
3. Cərəyan mənbələrində hansı enerji çevrilmələri baş verir? 
4. Qalvanik elementin iş prinsipini izah edin.


6.3. Elektrik dövrəsi və onun elementləri
Fasiləsiz elektrik cərəyanının mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan
keçən ixtiyari elektrik qurğusunun qapalı olmasıdır - qurğu qapalı elektrik dövrəsi
əmələ gətirməlidir.
Elektrik dövrəsinin qapalı olub-olmadığını necə müəyyən etmək olar?
Elektrik dövrəsi hansı elementlərdən təşkil oluna bilər?
Məişətdə rast gəldiyiniz elektrik dövrələrinə aid misallar göstərin.
Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər:
1) cərəyan mənbəyi; 
2) elektrik işlədicisi (lampa, elektrik zəngi, elektrik qızdırıcısı, televizor və s.); 
3) elektrik açarı; 
4) elektrik ölçü cihazları (ampermetr, voltmetr və s.); 
5) birləşdirici naqillər.
Cərəyan mənbəyi, elektrik lampası, birləşdirici naqillər və açar sadə elektrik
dövrəsini təşkil edir (a). Açar işlədicini istənilən vaxt dövrəyə daxil edən və ya
dövrədən ayıran qurğudur. Lampa yalnız dövrə qapalı olduqda işıqlanır (b). Bu
dövrəni təşkil edən elementlər şərti işarələrlə sxemdə təsvir edilir (c və d).
Diqqət! Elektrik dövrəsi yalnız açarın açıq vəziyyətində yığılmalıdır!


Cədvəl 6.1-də elektrik dövrəsinin sxemlərində gələcəkdə tez-tez istifadə ediləcək
elementlərin şərti işarələri göstərilir.
Cədvəl 6.1. Elektrik dövrəsinin bəzi elementlərinin şərti işarəsi.
Hər bir qapalı elektrik dövrəsi iki hissədən ibarətdir: xarici hissə və daxili hissə.
Dövrənin xarici hissəsini cərəyan mənbəyinin sıxaclarına birləşdirilən naqillər,
elektrik işlədiciləri və ölçü cihazları təşkil edir. Dövrənin daxili hissəsi isə cərəyan
mənbəyinin daxilində yerləşir. Dövrə qapalı olduqda xarici hissədən cərəyan keçir və
işlədicilər işə düşür. Dövrədəki elektrik enerjisi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə