DərsliYİNİZLƏ taniş olun!


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
“Elektrik sultanı” ilə təcrübə
Təchizat: “elektrik sultanı” (2 əd.), elektrofor maşını, birləşdirici naqillər.
Cihazın təsviri: Elektrik sultanı - çoxsaylı nazik kağız zolaqlı başlıqdan ibarət
metal çubuqdur. Çubuq plastmas ştativə geydirilir (g). Ona elektrik yükü
verildikdə hər bir zolaq sınaq yükünə çevrilir və sahənin qüvvə xətləri
istiqamətində düzülür
İşin gedişi:
1.  Elektrik sultanının birini naqillə elektrofor maşınının konduktoruna birləşdirib
onu elektrikləndirin və kağız zolaqların düzülüşünə diqqət yetirin (h).
2.  Sonra iki elektrik sultanını bir-birindən bir az aralı yerləşdirib onları eyniadlı
yüklə elektrikləndirin. Bu zaman kağız zolaqların düzülüşlərinə diqqət edin (i).
3.  Hər iki elektrik sultanını əksişarəli yüklə elektrikləndirin və kağız zolaqların
düzülüşündəki mənzərəni müşahidə edin (k).
Nəticəni müzakirə edin:
Müşahidə etdiyiniz hadisələr haqqında hansı ümumiləşmələr aparmaq olar?
AÇAR SÖZLƏR 
İntensivlik vektoru 
Bircins elektrik sahəsi 
Kəsilməz 
Qüvvə xətləri
NƏ ÖYRƏNDİNİZ? 
Elektrik sahəsinin__elə xətlərə deyilir ki, onların hər bir nöqtəsinə çəkilən toxunan
həmin nöqtədə £__ istiqaməti ilə üst-üstə düşsün. Elektrik sahəsinin qüvvə xətləri __,
onlar müsbət yükdən başlayır və mənfi yükdə qurtarır. Bütün nöqtələrində
intensivliyi qiymət və istiqamətcə eyni olan elektrik sahəsinə__deyilir.


ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 
1. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsində hansı qanunauyğunluq var? 
2. Nə üçün elektrik sahəsinin qüvvə xətləri kəsişmir? 
3. Bircins elektrik sahəsi nədir və bu sahənin qüvvə xətləri necə təsvir olunur?


ÇALIŞMA-7
1. Dielektrik dayaq üzərində 12 və 3 metal lövhələri paralel yerləşdirilmişdir. 1
lövhəsinin yaxınlığına mənfi yüklə elektriklənən metal kürəcik gətirilərsə, lövhələrdə
elektrik yükü necə paylanar?
2. Müsbət yüklə elektriklənmiş kürəciyin elektrik sahəsində metal silindr yerləşdirildi
(a). Bu vəziyyətdə metal silindr iki hissəyə bölünərsə, onlarda yüklər necə paylanar
(b)?
3. Cümləni tamamlayın: ebonit çubuğu yun parçaya sürtdükdə o, __ yüklə, yun parça
isə __ yüklə elektriklənir.
4. Kürəciklər hansı yükə malikdir?
5. Neytral berillium atomunun nüvəsi doqquz zərrəcikdən ibarətdir. Onun nüvəsi
ətrafında 4 elektron hərəkət edir. Bu atomun nüvəsi neçə proton və neçə
neytrondan ibarətdir?


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1. Dielektrik dayaq üzərində 1 və 2 metal lövhələri paralel yerləşdirilmişdir.2
lövhəsinin yaxınlığına mənfi yüklə elektriklənmiş metal kürəcik gətirilərsə,
lövhələrdə elektrik yükü necə paylanar?
2. İntensivliyi 4kN 
Kl olan bircins elektrik sahəsində 8∙10  Kl yükə sahə tərəfindən nə qədər
qüvvə təsir edir?
A) 0,5 mN 
B) 2 mN 
C) 1,5 mN 
D) 2,5 mN 
E) 32 mN
3. Yükləri + 1nKl və -3nKl olan iki eyniölçülü metal kürə bir-birinə
toxundurulub əvvəlki məsafəyə qədər uzaqlaşdırıldı. Kürələr arasındakı
qarşılıqlı təsir qüvvəsi necə dəyişdi?
A) 3 dəfə artdı 
B) 3 dəfə azaldı 
C) 9 dəfə artdı 
D) 9 dəfə azaldı 
E) dəyişmədi
-6


4. B və C elektroskopları əksişarəli yüklə elektriklənmişdir. Elektriklənmiş A
çubuğu B elektroskopuna yaxınlaşdırıldıqda elektroskopun yarpaqları
qapanır, D çubuğu C elektroskopuna yaxınlaşdırıldıqda isə elektroskopun
yarpaqları bir qədər də aralanır.
Bu ona görə baş verir ki:
1. A və D çubuqlarının yükləri əksişarəlidir. 
2. A çubuğu ilə B elektroskopunun yükləri eyni işarəlidir. 
3. D çubuğu ilə C elektroskopunun yükləri eyni işarəlidir.
A) 1 və 2 
B) Yalnız 2 
C) 1 və 3 
D) 2 və 3 
E) Yalnız 1
5. Cisimdə q = 8Kl elektrik yükünün olması o deməkdir ki, cisimdə.,
A) 1,6 · 10  elektron artıqdır 
B) 5 · 10  elektron çatışmır 
C) 8 · 10  elektron çatışmır 
D) 8 · 10  elektron artıqdır 
E) 5 · 10  elektron artıqdır
19
19
19
19
19



6.1. Elektrik cərəyanı
Həyatımızı elektrik cərəyanı olmadan təsəvvür etmək mümkün deyildir.
Fərz edək ki, elektrik cərəyanı hansısa səbəbdən Yer kürəsinin bütün yaşayış
məntəqələrində həmişəlik kəsilmişdir. Onun nəticələrini necə təsəvvür
edirsiniz?
Elektrik cərəyanı nədir? O, insan həyatında nə kimi rola məxsusdur?
Elektrik cərəyanının mövcudluğu üçün başlıca şərtlər hansılardır?
ARAŞDIRMA-1
Neon lampasının işıqlanmasına səbəb nədir?
Təchizat: eyni metal sferalı iki elektrometr, ortasına kiçik lampa lehimlənmiş
keçirici məftil (naqil), birləşdirici naqillər, elektrofor maşını. 
İşin gedişi:
1.  Elektrometrlərin metal sferalarını elektrofor maşını ilə eyni miqdarlı əksişarəli
yüklərlə elektrikləndirin (a).
2.  Metal sferaları elektrofor maşınının konduktorlarından ayırıb onları ortasına
neon lampası lehimlənmiş naqillə birləşdirin və baş verən hadisəni müzakirə
edin (b).
Nəticəni müzakirə edin:
Elektriklənmiş elektrometrlərin sferalarını ortasında lampa olan keçirici məftillə
birləşdirdikdə nə üçün elektrometrlər boşaldı?
Sferaları birləşdirən məftildəki lampanın ani işıqlanıb-sönməsinə səbəb nədir?
Elektriklənmiş metal sferaları naqillə birləşdirdikdə elektrometrlərin dərhal
boşalması o deməkdir ki, sferalar öz yüklərini itirdi. Deməli, bu yüklər naqildə
sərbəst hərəkət etmişdir. Hərəkətdə olan sərbəst yüklərin lampadan keçməsi isə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə