DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Elektrik sahəsinin hansı nöqtəsində intensivliyin modulu daha böyükdür?
Məsələ
Müsbət və mənfi  yükünün elektrik sahəsini araşdırın (bax: c və d).
Şəkildə bu yüklərin fəzada yaratdıqları elektrik sahəsinin A və B
nöqtələrində 
 
və 
 
intensivlik vektorları təsvir edilmişdir. Elektrik
sahələrinin uyğun nöqtələrində intensivliyin modulları arasındakı
münasibəti təyin edin.
Nəticəni müzakirə edin:
Elektrik sahəsinin hansı nöqtəsində intensivliyin modulu daha böyükdür?
Cavabınızı əsaslandırın.
AÇAR SÖZLƏR 
Nöqtəvi yük 
Vektorial kəmiyyət 
Elektrik sahəsinin intensivliyi 
Sınaq yükü 
Elektrik qüvvəsi 
Yükün miqdarı 
Elektrostatik sahə 
Elektrik sahəsi
NƏ ÖYRƏNDİNİZ? 
Hər bir elektrik yükünün ətrafında __ mövcuddur. Elektrik sahəsinin elektrik yükünə
təsir etdiyi qüvvə__adlanır. Elektrik sahəsinə gətirilən yük__adlanır. Elektrik sahəsinin
qüvvə xarakteristikası__. Elektrik sahəsinin intensivliyi__olub müsbət yükə təsir edən
elektrik qüvvəsinin istiqamətində yönəlir. Sükunətdəki elektrik yükünün yaratdığı
sahə __ adlanır. __ verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin
modulu __ ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Elektrik sahəsi nə zaman yaranır və necə müəyyən edilir?
2.  Elektriklənmiş cisim yaxınlığındakı yüklü zərrəciyə təsir edir, bəs zərrəcik də
cismə təsir edirmi?
3.  Yuxarı qalxan tozcuq havaya sürtünərək müsbət yüklə elektriklənir. Yer
kürəsinin elektrik sahəsinin bu tozcuğa təsir etdiyi elektrik qüvvəsi hansı
istiqamətə yönələr?
4.  Nə üçün elektrik sahəsinin intensivliyi sahənin qüvvə xarakteristikası adlanır?
5.  Elektrik sahəsinin intensivliyi nədən asılıdır?
6.  Nöqtəvi yükün elektrik sahəsinin intensivliyini Yerin qravitasiya sahəsinin
intensivliyi ilə müqayisə edin.
0


5.10. Elektrik sahəsinin qüvvə xətləri
Elektrik sahəsinin mənzərəsini müşahidə etmək mümkündürmü?
Müxtəlif adlı nöqtəvi yüklərin elektrik sahələrinin mənzərəsi bir-birindən nə ilə
fərqlənir?
ARAŞDIRMA-1
Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsi
Təchizat: dielektrik dəstəkli metal kürəcik (2 əd.), elektrofor maşını, şüşə lövhə,
manna yarması. 
İşin gedişi:
1.  Kürəcikdən birini elektrofor maşını ilə elektrikləndirib şüşə lövhə altında
yerləşdirin.
2.  Şüşənin üzərinə manna yarması səpin və şüşəni qələmlə azca döyəcləyin.
Manna yarmasının şüşə səthində yaratdığı mənzərənin şəklini mobil telefonla
çəkin (a).
3.  Təcrübəni iki kürəciyi, əvvəlcə eyniadlı, sonra isə əksişarəli yüklərlə
elektrikləndirməklə təkrarlayın. Hər iki halda müşahidə etdiyiniz mənzərənin
fotoşəklini çəkin (b və c).
Nəticəni müzakirə edin:
Təcrübədə nəyin mənzərəsini aldınız?
Sonuncu iki mənzərədə (b və c) kürəciklərin yükünün işarəsi haqqında nə deyə
bilərsiniz?
Mənzərələrin müqayisəsindən elektrik sahəsinin qüvvə xətlərinin istiqamətinə
dair hansı nəticəyə gəlmək olar?
Elektrik sahəsi haqqında əyani təsəvvürü qüvvə xətləri vasitəsilə almaq mümkündür.
Sahənin qüvvə xətləri ilə təsvir edilməsini ingilis fiziki Maykl Faradey təklif etmişdir.
Elektrik sahəsinin qüvvə xətləri elə xətlərə deyilir ki, onların hər bir
nöqtəsinə çəkilən toxunan həmin nöqtədə E intensivlik vektorunun
istiqaməti ilə üst-üstə düşsün.


Müxtəlif işarəli elektrik yükü ilə yüklənmiş iki cismin yaratdığı elektrik sahəsinin hər
hansı nöqtəsində intensivlik vektoru həmin nöqtədə çəkilən toxunan istiqamətdə
yönəlir (d).
Qeyd.
Qüvvə xətləri şərti qəbul edilən məfhumdur. Bu xətlər yalnız elektrik
sahəsinin fəzada paylanması mənzərəsini təsəvvür etməyə imkan verir.
Müxtəlif yüklərin yaratdığı sahələrin qüvvə xətlərinin mənzərəsində müəyyən
qanunauyğunluqlar var:
Birincisi, elektrik sahəsinin qüvvə xətləri qapalı deyil. Onlar müsbət yükdən başlayır və
mənfi yükdə qurtarır (e). 
İkincisi, qüvvə xətləri kəsilməzdir (bütöv xətlərdir) və bir-biri ilə kəsişmir. Fəzanın hər
bir nöqtəsindən yalnız bir qüvvə xəttini keçirmək olar. 
Üçüncüsü, sahənin intensivliyi böyük olan yerlərdə qüvvə xətləri daha sıx yerləşir. 
Dördüncüsü, elektriklənən müstəvi lövhələr arasında elektrik sahəsinin qüvvə xətləri
paralel və bir-birindən eyni məsafədə olur. Belə elektrik sahəsi bircins elektrik sahəsi
adlanır (f).
Bütün nöqtələrində intensivliyi qiymət və istiqamətcə eyni olan elektrik
sahəsinə bircins elektrik sahəsi deyilir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə