Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

3.4. TƏRCÜMƏÇİ VƏ DİLMANCLARIN 
MARAQLARINI İFADƏ EDƏN BİRLİKLƏR 
Yuxanda qeyd eldiyimiz kimi, çox təqdirəlayiq haldır ki, 
ayn-ayn Avropa və Amerika ölkələrində birləşən tərcüməçi və 
dilmanclar  onları  gözləyən  təhlükələri  kollektiv  şəkildə  dəf 
etməyi, öz hüquqlarını qəbul olunmuş etik normalar əsasında 
qorumağı  və  peşənin  məsuliyyətini  çiyinlərində  layiqincə 
daşımağı üstün tutaraq öz birliklərini yaradırlar. Bu birliklər öz 
üzvlərinin  professional  inkişafı  qayğısına  qalır,  onlar  üçün 
müəyyən kurslar təşkil edir, tərcüməçilərin akreditasiyası üçün 
imtahan və testlər keçirir, tərcümə biznesində yarana biləcək 
rəqabət  nəticəsində  tərcüməçi  nüfuzunun  qorunmasını  əsas 
prinsip  kimi  qəbul  edir.  Bir  sözlə,  tərcüməçi  birlikləri  öz 
üzvlərinin maraqlarını müdafiə etmək məqsədi daşıyır. 
Bir sıra ölkələrdə belə birliklər bütün tərcüməçiləri əhatə 
etdiyi  halda,  bəzi  ölkələrdə  o  yalnız  müəyyən  ixtisas 
sahəsindəki tərcüməçiləri birləşdirir. Məsələn, Vaşinqton Ştatı 
Məhkəmə Dilmancları və Tərcüməçiləri (WITS - Washington 
State Court Interpreters and Translators) məhkəmə sahəsində 
ixtisaslaşmış  tərcüməçilərin  mənafelərini  müdafiə  edir. 
Atlanta  Tərcüməçilər  və  Dilmanclar  Birliyi  (AAIT-  Atlanta 
Association  of  Translators  and  Interpreters)  isə  Atlanta  və 
Corcia  ştatlarının  ictimaiyyətinə  xidmət  edən  bir 
qcyri-mənfəət təşkilatı olub yazılı və şifahi tərcümə sahəsində 
keyfiyyət və peşəkarlığı dəstəkləyir, tərcüməçi və dilmancların 
fasiləsiz təhsili, onlar üçün kursların təşkili məsələlərinə baxır, 
İnternet  saytında öz üzvlərinin peşəkar səriştələri, işçi dilləri 
və əlaqə ünvanları kimi müəyyən məlumatlar yerləşdirir. 
Bir  çox  birliklərin  öz  bülletenləri  var.  Məsələn,  həm 
texniki,  həm  də  bədii  tərcüməçiləri  birləşdirən  İrlandiya 
Tərcüməçilər  və  Dilmanclar  Birliyinin  (ITIA  -  Irish 
Translators’  and  Interpreters’  Association)  aylıq  bülleteni 
çıxır. Ona 
53 


istənilən  şəxs  internet  vasitəsilə  abunə  yazıla  bilər  (elektron 
abunə  ünvanı:  itia-ezine-subscribe(a)yahoogroups.com).  Bu 
bülletendə  dünyada  və  İrlandiyada  tərcümə  aləmindəki  ən 
maraqlı  və  sensasion  hadisələr,  linqvistik  və  digər  səpgili 
çətinliklər öz əksini tapır. Burada tərcümənin nəzəri və praktik 
məsələlərinə  həsr  olunmuş  konfrans  və  digər  tədbirlərin  də 
təqvimi verilir. 
Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyi  (AIIC  - 
International  Association  of  Conference  Interpreters)  isə 
beynəlxalq  təşkilat  kimi konfrans tərcüməçilərini təmsil  edir. 
2008-ci  ilin  məlumatına  əsasən,  onun  77  ölkədən  2373  üzvü 
var. 
Maşın  Tərcüməsi  üzrə  Avropa  Birliyi  (EAMT  - 
European  Association  of  Machine  Translation)  deyilən  bir 
təşkilat isə öz ətrafında maşın tərcüməsi və tərcümə vasitələrilə 
maraqlanan 
insanları, 

cümlədən 
bu 
texnikanın 
istifadəçilərini,  tərtibçilərini  və  tədqiqatçılarını  birləşdirir. 
Maşın  tərcüməsi  sahəsində  Asiya  və  Amerikada  da  oxşar 
təşkilatlar:  Maşın  Tərcüməsi  üzrə  Asiya-Sakit  Okean  Birliyi 
(Asia-Pacific  Association  for  Machine  Translation)  və 
Amerikada  Maşın  Tərcüməsi  üzrə  Birlik  (Association  for 
Machine Translation in Americas) mövcuddur. Maraqlı budur 
ki, tərcüməçiləri cinsi mənsubiyyətinə görə də birləşdirən bir 
təşkilat  mövcuddur.  Hollandiya  Qadın  Tərcüməçilərinin  və 
Dilmanclarmın  Şəbəkəsi  (The  Dutch  Network  of  Women 
Translators  and  Interpreters)  -  məhz  qadın  peşəkarların 
maraqlarını  təmsil  edir.  Tərcüməçilərin  və  Dilmancların 
Yardım  Gildiyası  (TTIG  -  The  Translators  and  Interpreters 
Guild)  isə  öz  üzvlərinin  maddi  maraqlarını  qoruyur,  onların 
həyat  tərzinin  yüksəldilməsi,  iş  yerlərilə  təmin  olunması,  iş 
şəraitinin, maaşların yaxşılaşdırılması, yeni başlayanların peşə 
aləmində öz mövqelərini möhkəmləndirməsi kimi məsələlərin 
həlli ilə məşğul olur. 
54 


Mövzuya aid tapşırıq: 
İnternet  saytlarından  qonşu  ölkələrdə  hansı 
tərcüməçi birliklərinin olması haqqında məlumat toplayıb 
rəyinizi tələbə yoldaşlarmızla bölüşün. 
3.5.
 
TƏRCÜMƏÇİLƏRİN İŞ YERLƏRİNƏ GÖRƏ 
QRUPLAŞDIRILMASI 
«Tərcümə  və  transmilli  proseslər»  adlı  beynəlxalq 
konfransın  plenar  iclasında  xanım  Brissenin  çıxışının 
mətnində  oxuyuruq:  «Son  statistikaya  görə  dünyada  400000 
peşəkar günəmuzd, yaxud işəmuzd tərcüməçi var» (35, 62), 
Tərcüməçilər  ya  günəmuzd,  ya da tərcümə təşkilatında 
və  ya  hansısa  digər  bir  müəssisədə  işəmuzd  işləyə  bilərlər. 
Tərcüməçilərin  1963-cü  ildə  Osloda  təsdiq  olunmuş 
Nizamnaməsinə  əsasən  onları  hüquqi  statuslarına  görə  iki 
qrupa bölmək olar:  günəmuzd və işəmuzd tərcüməçilər (98). 
Tərcüməçiləri,  başqa  sözlə,  müvafiq  olaraq,  «ştatdankənar» 
yaxud  «ştath  tərcüməçilər»  də  adlandırırlar.  Ştatdankənar 
tərcüməçinin  geniş  seçim  imkanı  olmalıdır.  O,  bir  sıra 
təşkilatlarla,  dövlət  və  özəl  qurumlarla  müqavilə  əsasında 
müxtəlif  mövzularda  tərcümələr  edə  bilər.  İngilis  dilində 
onlara  «freelance  translators»,  «self-employed  translators» 
«independent translators» deyirlər. 
Tərcüməçilik fəaliyyətinə yenicə başlayan şəxslər üçün 
başqasının  rəhbərliyi  altında  işləmək  özü  sahibkar  olmaqdan 
daha  asandır.  Belə  ki,  kiminsə  ofisində  işləyərkən  onun 
vergiləri, təqaüd fondu üçün ayırmalar, tibbi sığorta, əməliyyat 
xərcləri  və  digər  xərclərini  məhz  həmin  müəssisə  ödəyir. 
Tərcüməçi  özü  tək  işlədikdə  isə  yuxarıda  sadalanan  bütün 
işləri  görməli,  təşkilati  və  digər  məsələləri  özü  idarə  etməli 
olur.  Odur  ki,  təkbaşına  fəaliyyətə  başlayarkən  tərcüməçinin 
daim  güvənə  bildiyi  sifarişçiləri  olmalıdır.  Bunun  üçünsə  o 
özünü əmək bazarında keyfiyyətli tərcüməçi 
55 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə