Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56

yekə ağzının içinə sala... 
...Səhər yeməyi vaxtı o biri dovşan gəlib aynabəndlə üzbəüz 
oturmuşdu, balaca ağzında yenə nə isə çeynəyə-çeynəyə 
qorxaq gözləriylə onlara elə baxırdı, elə bil söhbətlərinə qulaq 
asırdı. 
-
 
Görən ölən dişisiydi, erkəyi?.. 
Əri gözünü qıyıb dovşana baxdı: 
-
 
Fərqi nədi ki? 
-
 
Bu, oğlana oxşayır. 
Əri üzünü elə yığdı, elə bil üzünə gün düşdü: 
-
 
Harası oxşayır?.. 
-
 
Bığları... 
-
 
Bığın bura nə dəxli var, guya qız dovşanın bığı yoxdu?!. 
Yağı səliqəylə nazik dilimin üstünə yaxa-yaxa: 
-
 
Bəlkə, birini də alasan?!. - dedi. 
-
 
Hansından alım?.. 
-
 
Elə bundan. 
-
 
Deyirəm, nə bilək bu hansındandı, erkəyidi, ya dişisi... 
...Səhər yeməyi stolun üstündə qaldı. Ər-arvad meynələrin 
arasıyla ha qaçdılar, dovşanı tuta bilmədilər. 
-
 
Qəribədi... - əri bir qədər sonra maşını Mərdəkanın dar 
küçələrindən sürətlə döndərə-döndərə deyirdi - çox qəribədi... 
-
 
Nə qəribədi?.. 
-
 
Dovşanın  ölməyi...  Birinci  dəfədi  eşidirəm  ki,  erkəklə 
dişini bir yerdə saxlamazlar. 
Əri bunu deyib çuxura düşmüş gözlərini harasa lap yaxına 
zillədi. 
Ərinin  üz-gözü  dünəndən  bu  günə  xeyli  dəyişmişdi. 
Gözlərinin altı qaralmış, bənizi solmuşdu. 
...Axşam uşaqlar bağa çatar-çatmaz ağlaşma qurdular. Uzun 
müddət dovşanın basdırıldığı yeri öyrənmək üçün atalarının 
zəhləsini tökdülər. Sonra gedib həmin yerdə xırda daşlardan, 
çınqıllardan, bir də meynə yarpaqlarından balaca qəbir 
düzəltdilər. 
189 


...Şam  yeməyi  kədərli  keçdi.  Uşaqlar  solğun  bənizləriylə 
bir-  birinə  baxa-baxa  uzun  çəngəllərlə  vermişelin  içində 
həvəssiz- həvəssiz qurdalanıb xörəklərini soyutdular... 
Əri xörəyi iri tikələrlə, tez-tez, az qala, diri-diri udduqca 
qarabuğdayı sifəti bir az da elə bil qaralırdı, qaşlarının düyünü 
göyə çalırdı. Əri yenə gözləri yol çəkə-çəkə harasa lap yaxına 
baxırdı. Elə bil yenə dovşan lap gözünün qabağında, bumunun 
ucunda can verirdi. 
-
 
Sənə dedim axı, o çiyələklərdən gözüm su içmir... 
-
 
Hansı çiyələklərdən?.. - əri diksinib ayıldı. 
-
 
O gün dovşanlara yedirtdiyindən. 
-
 
O çiyələkdən özüm də yemişəm. 
-
 
Sənin bədəninlə dovşanınkı birdi?.. 
-
 
Zəhərin bədənin böyük-kiçikliyinə dəxli yoxdu. 
-
 
Var. 
-
 
Yoxdu! - əri birdən-birə səsini ucaltdı, əlini stola çırpıb 
üstündəkiləri dingildətdi - İsa adam dilində dedi sənə: erkəklə 
dişini bir yerdə saxlamazlar. Biri ölür həmişə. 
-
 
Hansı ölür?.. 
Əri onun sualına cavab vermədi, nimçəsini əsəbi hərəkətlə 
qabağından itələyib ayağa qalxdı. 
-
 
İşə düşmədik?!. Mən düşüb ölsəm, heç vecinə gəlməz... - 
deyib dovşanı söyə-söyə iti addımlarla bağın dərinliyinə getdi, 
ağaclığın sıx yerinə girib yox oldu, gecədən xeyli keçənə 
qədər ordan çıxmadı. 
...O biri dovşan bütün axşamı gah o kolun, gah bu kolun 
arxasından onlara baxırdı, hərdənbir çəhrayı qulaqlarını 
tərpədirdi. 
...Gecənin bir yarısı kiçik qızının səsinə ayıldılar. Uşaq 
yuxudan ayılıb yerinin içində oturmuşdu, gözlərini ova-ova 
ağlayırdı. 
-
 
Nə istəyirsən?.. 
Qız cavab vennədi, ağlamağını da kəsmədi. 
-
 
Su istəyirsən?.. 
190 


Qız ağlaya-ağlaya başını yelləyib "yox" dedi. 
-
 
Bəlkə çişin var?.. 
Qız yenə başını yellədi. 
-
 
Bəlkə istidi sənə?.. 
-
 
Yo-ox... 
-
 
Bəs niyə ağlayırsan?.. 
Qız uzun müddət bütün suallara ağlaya-ağlaya başını yellədi. 
Əri yuxusuzluqdan qızaran gözlərini döyüb əsəbi-əsəbi: 
-
 
Nə istəyirsən axı?.. - deyə çığırdı. 
Uşaq diksinib ağlamağını kəsdi, yazıq səslə: 
-
 
Qaşınıram... - dedi. 
...Səhər istirahət günüydü deyə, hava da elə bil kədərliydi. 
Dovşan öləndən bəri elə bil bağın yaşıllığı solmuşdu, 
yarpaqlar bürüşüb bozannışdı. Bomboz otluğun içindən 
boylanan tənha dovşanın üzündən yetimlik yağırdı. 
Həftə ərzində yığılan bir taya çirk paltar, göz dağı kimi 
həyətin bir küncünə qalanıb onu gözləyirdi. Çirkdən 
paltarların ağız- burnu əyilib bozarıb elə günə düşmüşdü ki
bunları bir-iki gün əvvəl bədəninə geyindiyini fikirləşəndə, az 
qalırdı başına hava gələ... 
...Əri  bağın  aşağı  başında,  damağında  siqaret  əsəbi 
hərəkətlərlə deyəsən ağacın dibini açırdı. Arada bir beli bıçaq 
kimi torpağa sancıb dünyadan bezmiş üzüylə göyə baxırdı. 
Bir qədər sonra siqareti yerə tullayıb quma oturdu, köynəyini 
çıxarıb başına sarıdı: 
-
 
Günortaya bəlkə küftə bişirəsən?.. - dedi. 
-
 
O köynəyi başına sarımaqdansa, keç kölgədə otur. 
-
 
Mənim bura xoşuma gəlir. 
-
 
Başını gün vuracaq. 
Köynəyi başındaydı deyə, ərinin üzü görünmürdü: 
-
 
Əladı də... 
-
 
Nə əladı?.. 
-
 
Hər şey. 
Bir mğddət sakitlik çökdü deyə, İsanın radiosunun səsi 
191 


eşidilməyə başladı. Muğamat verirdilər. 
-
 
Dünyada üç şeydən zəhləm gedir... - dedi - ...istidən, 
muğamatdan, bir də küftədən... 
Əri yenə başındakı köynəyin altından: 
-
 
Əladı də... - dedi. 
...Gəlib əriylə üzbəüz oturdu. Ərinin üzü burdan da 
görünmürdü. Odu ki, köynəyin ucunu qaldırıb: 
-
 
...Heç olmasa, bir kirpi tap...-dedi. 
-
 
Kirpini neyniyirsən?.. 
-
 
Dovşan darıxmasın. 
Əri ayağa qalxıb üstünü çırpdı: 
-
 
Daha nə tapım?!. Göbək atan rəqqasə lazım deyil?.. 
Fikri  ayrı  yerdəydi  deyə,  ərinin  axırıncı  sözlərini  tuta 
bilmədi. 
-
 
Rəqqasəni neyniyirik? 
-
 
Dovşan üçün göbək atsın... 
...Bozbaş zəqqutun kimi duzlu idi. Əri qaşığı ağzına aparıb 
mədəniyyət xatirinə zorla gülümsündü: 
-
 
Duzludu... 
Uşaqlar bozbaşa yaxın durmadı, mətbəxin yerinə, göyünə 
yağ sıçrada-sıçrada bir tava qayğanaq bişirdilər, sonra dava 
salıb tavanı üzü üstə aşırdılar. 
Ərinin səsi yataq otağından gəldi. 
-
 
Axşama nə yeyəcəyik?.. 
...Axşam adətləri üzrə şam yeməyinə bağlarının yanındakı 
yeməkxanaya getdilər. 
...Stolun üstü onların gəlişi üçün xüsusi təmtəraqla 
bəzədilmişdi. 
Həmişəki kimi əriylə üzbəüz oturdu. 
-
 
Kürü yeyirsən?.. 
-
 
Yox. 
-
 
Lobya necə?.. 
Çiyinlərini çəkdi. 
Əri,  ona  uzatdığı  lobya  nimçəsini  hövsələsiz  hərəkətlə 
yerinə, bir-birinə dirənən qəlyanaltıların arasına itələdi. 
192 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə