Qirmizi qar d
ənəcikləri
Ramiz Atab
əy
REDAKTORLAR: QOŞQAR SADAYZADƏ
NƏRMİN ABDULLAYEVA
QRAFİK DİZAYN: NURLAN BAYRAMOV
ÜZ QABİĞININ HAZIRLANMASI: NURLAN BAYRAMOV
MƏSLƏHƏTÇİ: RAMİN MAHMUDOV
bu loqonun mənası Ramiz Atabəy-in imzası
Copyright MyCorp © 2012
Qırmızı qar dənəcikləri
Boş vərəqlərlə üzbəüz dayandığında sən, sanki, kimliyindən çıxırsan... Əlin qələmə sarılır və yazmağa
başlayırsan... Düşünmürsən, bunu oxuyan nə düşünəcək, sadəcə yazırsan... Amma nə yazdığını da bilmirsən,
elə hey yazırsan... Sanki, lalsan... Bu yazdıqlarını deyə də bilərsən... Amma yazmağı daha ideal sayıb, hərflərə
sığınırsan... Hər cümlədən sonra qoyduğun üç nöqtə fikrini uzaqlara aparır, amma yeni sitat, yeni başlanğıc
səni uzaqlardan çəkib çıxarır... Düşüncələrarası labirint... Cümləni bitirib sonluğa doğru qaçmağa çalışırsan,
amma səni sıxan kölgən, səninçün döyünən ürək və kirpiklərinin etdiyi sinxronik hərəkət səni yazmağa vadar
edir... Nöqtəni qoymağa tələsmirəm mən. Hər nöqtə məni neçə hərfdən ayırır. Bu balaca zərrəcik bitmiş fikir
adlandırdığımız cümləni necə sona çatdıra bilər, axı? Cümlə heç də cılız məna kəsb etmir. Sanki, hər şey kimi
içimiz də qloballaşıb. Artıq yazmağa başladığımda iki şeyi düşünürəm: bir – bitməyən gecəni, iki – bitəcək və
qabda yoldaşlarının yanına yan alacaq olan siqaret dənələrini... Yazılarımın bir fəlsəfi önəmi var: hərflər boş -
boşuna yan – yana durmayıb. Sadəcə göz nəzəri ilə baxma yazılara, həyat həvəsi ilə bax. Gündəlik tələbata görə
yox, ömürlük mənəviyyata görə bax yazılara... Bu yazdığım vərəqdəki qaraltı deyil. Bu, fikir altına alınacaq,
düşünüləcək və əməl olunacaq bir yazı nümunəsidir... Bəs, gözlər. Onlar sadəcə görmək üçün yaradılıb, məgər?
Neçə rəngdə, neçə formada yaradıb Yaradan... Biz insanlar yalnız görmək istədiyimizi görür, baxmaq
istədiyimizə baxırıq. Amma bu heç də düz baxış deyil, mənə görə. Bəs görmədiklərimiz? Onlar nə olacaq? O da
görülmək üçün yaradılıb. Görülüb hiss edilmək üçün mövcuddur. Amma biz... Biz, mən və sən kimilər... Bizə
maraqlı gəlmir.Ya biz maraqlı deyilik, ya da görmək istəmədiklərimiz... İdeya boşluğu içində olan bir
cəmiyyətdə yer alırıq... “Həyat bizim, biz həyatın” prinsipi ilə yaşayırıq... Əsil üzlərdən qaçır, qaranlıqlarda
sığınırıq... Artıq çoxları mərkəzlərdən qaçır. Arxalarda yer almağı, gülməyi və “Redbull” içərək qanadlanmağı
sevən ictimaiyyət formalaşır. Pul əsas rol, hisslərsə tapdaqaltı olub... Mənim pulum var və məndən yoxdu!...
Biznesim var olsun!... Qadınlarım çox olsun!... Luks bir maşınım, qədəhimdə viskim olsun... Sabir demişkən:”
Kimə nə olur, olsun. Yalnız mən olum” prinsipi...
Sizə nədən danışım? İtirib sahib ola bilmədiklərimizdən, yoxsa əllərimizin gah dolub, gah da
boşalmasından? Biz adlandırdıqlarımızın bizə “siz” deməsi içimizdə sadəcə bir qığılcım yaradır. Əslindəsə bu
faciədir. Elə bir dövrdə yaşayırıq ki, nə olduğumuz yer, nə olduğumuz məkan, nə də yaşadığımızdan fərqli
olmayaraq biz bir quluq. Demək istədiklərimizi ya divarlara, ya partalara, ya da oturduğumuz oturacaqlara
yazırıq. Görmədiklərimizi görmək arzusuyla çırpınıb gördüklərimizi də itiririk. Boş tarixi faktlara sığınır, ya da
“Gey”ləşən cəmiyyətə üz tuturuq. Bəs, qadınlar? Onlar tarixin sınma nöqtəsi, bir başlanğıcdır. Qadınların nə
istədiklərini bilmək heç asan deyil. Onlar azadlıq ruhunda yaşamağı çox sevir. Kimi əyləncəli, kimisi isə bədbin
olur. Amma onlar çox kövrəkdilər. Biz isə bir qadını bir zirvə adlandırmalıyıq... Adəm və Həvva eşqi hamıya
məlumdur. Bəzən cəmiyyətdə təklənən və xəyanətlərə düçar olan da qadınlardır. Kimi hicaba sığınır, kimi dar
ətəyə... Bəzi qadınlarsa kişi sevgisini təpikləyər, qadın qollarında həzzini tapar... Həyat adlandırdığımız bu fəza
neçə koordinat nöqtəsi ilə özünü göstərsə də, bu nöqtələrə paralel olan xətlərdə ömrümüzü başa vururuq.
Müsbət və mənfilərlə özümüzə çıxarışlar edir, gecəni sadəcə yatmaqla, gündüzləri isə iş kariyerasına və ya ailə
öhdəliklərinə qurban veririk. Kimi gündüzlərdən çox gecəni sevər, günəş qədər işıq saçmayan ayın o ağ
simasına aşiq olar, gecəni onunla keçirər. Kimi özünə şərabı dost seçər, onunla qalxar, onunla yatar, dərdini
danışar, süzülən qədəhlərdə təskinlik tapar. Kimi “seks” adlandırılan məhfuma pərəştiş edər. Qarşındakı
insanı, sadəcə, həzz adlandırar... Və beləcə neçə növ kimsələr var...
Yaşadığımız bir ildə neçə əlamətdar gün keçiririk. Soyuqqanlı şəkildə “ad günü“ adlandırdığımız günü yola
verir, soyuq təbriklər və ya isti öpüşlərlə günü keçiririk... 14 fevral... Bir rahibə həsr olunmuş gün “sevgililər
günü” adlanır... Həmin gün bəzi telefonlar susmur, bəzi oturacaqlarsa heç boşalmır. Neçə sevgili ya əl - ələ, ya
yan - yana, ya da sevişərək keçirirlər bu günü... “8 mart” da belə günlərdən biridir... “Azad qadınlar” günü...
İslama zidd bayramı hər kəs keçirir.
Indi isə bu sadaladığım günlərdən hansı sizə daha yaxındır ondan danışım. Daha könlünüzcədir... Biz insanlar
kütlə arxasıyca qaçır, bizim olmayanları sevirik. Uşaq vaxtı gələn bayram günlərini elə şən qarşılayardıq ki,
sanki, o bayram bizə stimul verir, yeni, daha da artan uğurlarımıza səbəb olur. Indi isə gələn hər bir bayram
sadəcə ötəri bir gündür. Boş gülüşlü simalarla dolu bir gün... Əlbəttə ki, bu hamı üçün bir deyil və bunu da
bilirik ki, “Jeep”in şüşəsindən çöl və ətraf tamam başqa cür görünür...
Bəzən ayaqlarımız çox yorulur, çiyinlərimiz kimi... Ayaqlar bizi, çiyinlərsə əməllərimizi daşıyır. Bir mənzil
başımız var... Çoxları “Əraf”a istiqamət alıb... Nə ondan deyil, nə də bundan... Amma biz şüurumuz və əqlimiz
varsa, cənnət və cəhənnə arasında seçim etməliyik... Hədəf və məqsədə doğru qaçmaq hissi çox ideal, “nə olar
olar” düşüncəsi isə çox sadədir...
Dəyişkən hisslər... Hələ də anlamadığımız müqəddəs varlıq... Bu danışdığım sevgidir. Biz sevgi nədir
bilirikmi? Qadın kişi münasibətinin tək ortaq məxrəcini sevgidə birləşdirmək çox yanlış bir fikirdi. Dostluq və
yaxın münasibət düşüncəsi çox azlıq təşkil edir beynimizdə...
Sevgi nədir?! Sadəcə ülvi və müqəddəs hiss... Yaranış və məqsəd səbəbi bizi Yaradanı sevməkdir... Heç də
çirkin əməl deyildir. Sevgi ürəklərə hüzur və şəfayət gətirər... Gözləri açar və dilləri danışdırar... Amma biz ???
Yenə “biz”ə gəldik... Biz sevgini başqa bədənlərdə, başqa əllərdə və başqa məkanlarda axtarırıq... Əslində isə
ürəyimizə baxmaq bunun sadə həlli və yeganə yoludur... “İNDİKİ SEVGİLƏR BOŞDUR , İNDİKİ GƏNCLƏR
SƏFEHDİR ” deyə bilmərik... Sadəcə məqsəd və niyyətlər yanlışdır. Kimi sevgini yataqda bitdiyini ,kimi
sevginin öpüşdən başladığını zənn edir. Əslindəysə sevgi hardan başlayır heç bilirsiz ???
Sevgi həyatımıza ilk qədəmini dünyaya gəldiyimiz saniyədə içimizdə qoyur... Ana və övlad sevgisi... Yanlış
düşüncə deyil bu ,sadəcə mürəkkəb düşüncədir...Əllərimiz böyüdükcə ürəyimiz də böyüyür... Biz genişlənən
ətrafımızda yeni sevgilər tapırıq...Özümüzü kəşf etdiyimiz saniyədə qadına aşiq oluruq... Biz aşiq olmanı nədə
görürük?... Beləcə içimizdə hər şeyi dəyişir, sevgini qəbul edir və sevirik. Əllərimiz başqa istəklərlə qarşılaşır,
başqa əllərin istisini dərk edir və tutuluruq...
“Kaş bir şam olsaydım” - deyirəm... Bilirəm boş və mənasız gəlir bu sözüm, amma mənə həyatda mənalı bir şey
göstərin ki, qaranlıqda mənə ay tək sadiq qalsın. “Kaş ki bir şam dənəsi olsam”-deyirəm. Və düz düşünürsüz.