F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
SEHRLİ SÖZ
Uzun və ağ saqqallı, qısa boylu qoca bir kişi skamya üzərində oturmuşdu. O, əlindəki ağac ilə
qumun üstündə cürbəcür şəkillər çəkirdi.
Pavlik ona:
—
Çəkilin o yana, — deyib skamyanın kənarında oturdu.
Qoca kişi çəkildi. O, oğlanın qızarmış, acıqlı üzünə
baxdı və dedi:
—
Sənə nə olub?
Pavlik ona tərs-tərs baxaraq:
—
Nə olub, olub da! Sizə nə?
—
Mənə heç bir şey. Ancaq sən indicə qışqırmış, ağlamış və kiminləsə savaşmısan...
Oğlan acıqlı-acıqlı dodaqaltı mızıldadı:
—
Əlbəttə, savaşaram! Hələ bu yaxında evdən də tamamilə qaçacağam.
—
Qaçacaqsan?
Pavlik yumruqlarını sıxaraq:
—
Qaçacağam! Bircə Lenanın əlindən qaçacağam! İndi az qala onu yaxşıca əzişdirəcəkdim!
Şəkil çəkməyə bir xeyli rəngi vardır, bircəciyini də olsa mənə vermir.
—
Vermir? Daha buna görə də evdən qaçmağa dəyməz ki.
—Tək elə buna görə deyil. Nənəm məni bir kökə görə
Mətbəxdən əski ilə qovdu...
Pavlikin qəlbi sınmış olduğundan doluxsundu.
Qoca dedi:
—
Fikir vermə! Biri acıqlanar, o biri isə sevər.
Pavlik qışqıraraq:
—
Heç kim məni sevmir! Qardaşım qayıqla gəzməyə gedir, məni aparmır. Mən də ona
deyirəm ki, «səndən əl çəkən deyiləm, yaxşısı budur ki, məni də apar, yoxsa avarları oğurlayaram,
qayığa özüm minərəm!»
Pavlik yumruğunu skamyaya vurdu və qəflətən susdu.
—
Qardaşın səni nə üçün aparmır?
—
Nə üçün siz bu qədər çox sual verirsiniz?
Qoca uzun saqqalını sığallayaraq dedi:
—
Sənə kömək etmək istəyirəm. Bir sehrli söz var...
Pavlik heyrətindən ağzını açdı.
—
Mən o sözü sənə deyəcəyəm. Ancaq yadında saxla ki, o sözü mülayim səslə deməli və
danışdığın adamın düz gözlərinə baxmalısan. Yadında saxla ha... gözünə baxaraq mülayim səslə...
—
O necə sözdür?
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Qoca əyilib oğlanın lap qulağına nə isə pıçıldadı və bərkdən əlavə etdi:
—
Bu söz sehrli sözdür. Ancaq onu deməyin qaydasını yadından çıxarma.
Pavlik gülümsəyərək:
—
Mən bu saatca təcrübə edərəm.
O, yerindən sıçrayıb evə yüyürdü.
Lena mizin dalında oturub şəkil çəkirdi. Onun qabağıında yaşıl, göy, qırmızı rəngli karandaşlar
var idi. O, Pavliki görcək karandaşları bir yerə yığdı və əli ilə üstünü örtdü.
Oğlan pərt oldu və öz-özünə belə dedi:
«Qoca məni aldatdı! Belə bir adam da sehrli söz başa düşərmi?..»
Pavlik bacısına yanakı yaxınlaşdı və onun paltarının qolundan yapışıb ehmallıca özünə sarı çəkdi.
Bacısı dönüb ona baxdı. Bu zaman oğlan onun düz gözlərinə baxaraq mülayim səslə dedi:
—
Lena, xahiş edirəm... rəngli karandaşlarından birini mənə ver...
Heyrətdən Lenanın gözləri böyüdü. Karandaşların üstünü örtən barmaqları boşaldı. O, əlini
mizin üstündən götürərkən hərəkətindən utanmış bir halda dodaqaltı dedi:
—
Han...sını istəyirsən?
•
Pavlik cəsarətsiz halda:
—
Göyünü, — dedi.
O, rəngli karandaşı aldı, əlində tutub otaqda o başa, bu başa gəzdi və bacısına qaytardı. Ona
rəngli karandaş lazım deyildi. O, indi yalnız sehrli söz haqqında düşünürdü.
«Gedim nənəmin yanına, indi onun xörək hazırlayan vaxtıdır, görüm qovacaq ya yox?»
Pavlik mətbəxin qapısını açdı. Qarı bişmiş qutabları tavadan çıxardırdı.
Nəvəsi onun yanına yüyürdü, nənəsinin qızarmış qırışıq üzünü iki əli ilə özünə tərəf çevirdi;
gözünə baxıb mülayim bir səslə dedi:
—
Nənəcan, xahiş edirəm, mənə bir qutab ver!
Nənə bükülmüş belini dikəltdi.
Bu sehrli söz onun üzündəki hər bir qırışıqda və gözlərində bir təbəssüm yaratdı...
O, ən yaxşı qızarmış bir qutab seçərək dedi:
—
Balamın könlü isti qutab istəyib... ay aman, isti qutab!..
Pavlik şadlığından atılıb düşdü və nənəsinin hər iki yanağından öpdü.
Pavlik qocanı xatırlayaraq «sehrbaz! sehrbaz!» deyə təkrar edirdi.
Pavlik nahar zamanı sakit oturmuşdu və qardaşının söhbətinin hər kəlməsinə diqqətlə qulaq
asırdı. Qardaşı qayıqla gəzməyə gedəcəyini söylərkən Pavlik əlini onun çiyninə qoyub mülayim bir
səslə dedi:
—
Xahiş edirəm... məni də apar!
Mizin ətrafında əyləşənlərin hamısı birdən susdu. Qardaşı qaşlarını qaldırdı və gülümsündü.
Birdən bacısı:
— Onu da apar, sənə ki, çətin deyil, — dedi.
—
Nə üçün də aparmasın? — deyərək
nənəsi gülümsədi, — əlbəttə aparar.
—
Xahiş edirəm, — deyərək Pavlik təkrar etdi.
Qardaşı bərkdən güldü, oğlanın çiynindən tutub silkələdi və onun saçlarını qarışdıraraq dedi:
—
Ay balaca səyyah! Yaxşı, hazırlaş!
«Kömək etdi! Yenə də
kömək etdi!» deyərək Pavlik yerindən sıçrayıb küçəyə
qaçdı. Lakin
qoca şəhər bağçasında yox idi. Skamya boş idi, yalnız qumun üstündə çəkilmiş anlaşılmaz şəkillər
qalmışdı.