Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

QAPI 
Rheal Nadeau 
Qapının zəngi çalındı. Cavab vennək istəmirdim. Hər halda 
cavab  verdim.  Gizlənməyin  heç  bir  mənası  yox  idi.  Bu,  öz 
xokkey  komandası  üçün  pul  toplamaq  məqsədilə  plitka 
şokolad satan 8-9 yaşlarında bir oğlan uşağı idi. 
* * 
Hər şey 2 il əvvəl başlandı. Kimsə qapımızın zəngini çaldı. 
Bu, forma geyinmiş bir polis nəfəri idi. 
“Siz  xanım  Jan-Çariz  LaFranssmız?”,  ərimin  adını 
ingiliscə tələffüz edərək soruşdu. 
“Mən onun həyat yoldaşıyam”, - deyə cavab verdim. 
“Qorxuram, sizə bəd xəbər verim.” 
O an düşünə bildiyim yeganə şey bu xəbəri çatdırmaq üçün 
ingilis dilli bir şəxsin göndərilməsi idi. Sözünə davam etməsini 
gözlədim. 
“Bilirsiniz, bədbəxt bir hadisə baş verib.” 
“O yaralanıb? Haradadır?” 
Jan-Çariz  avtomobil  qəzasına  düşübmüş  və  xəstəxanaya 
çatdırılarkən  yolda  keçinibmiş.  Mən  cəsədi  tanımaq  üçün 
Mərkəzi  Xəstəxanaya  gedə  bilərdimmi?  Kiminləsə  əlaqə 
saxlayıb  mənimlə  getməsini  istəyirdimmi?  Maşın  toqquşma 
nəticəsində alışmış, bədən dəhşətli şəkildə yanıbmış. 
Görünür,  polis  Jan-Çarizın  cəsədini  görməyə  dözə 
bilməyəcəyimi zənn edirdi. Axmaq! Mən təcili yardımda tibb 
bacısı  işləyirəm.  Onun  ömür  boyu  görə  biləcəyindən  daha 
eybəcər hala düşmüş cəsədlər görmüşəm. 
Yenə də asan deyildi. Yanğın dəhşətli olmuş, Jan-Çarizın 
cəsədi tanınmaz hala düşmüşdü. Nəhayət, yanıb külə dönmüş 
173 


pul  kisəsinin qalıqlarından və barmağındakı nişan üzüyündən 
onu tanıdım. 
Mənə təskinlik verməyə gələn bütün dostlar və ailə üzvləri 
deyirdilər ki, üzləşdiyim itkini mərdliklə qarşılayım. Əslində, 
öz  vəsiyyətinə  görə  Jan-Çarlzm  cəsədi  yandırılana  qədər 
içimdə  bir  boşluq  duyurdum.  Sonralar  xəstəxananın  təklif 
etdiyi  əlavə  iş  saatlarını  götürüb  mənzili  təmizləmək,  ərimin 
əşyalarını bir kənara yığmaqla başımı qatırdım. Əlbəttə, bunu 
onu  xatirimdən  silmək  üçün  yox,  sadəcə  evdə  onun  əşyaları 
çox yer tutmasın deyə edirdim. 
* * 
Kimsə qapının zəngini çaldı. Qapıdakılar əllərində portfel 
olan  yaxşı  geyimli  iki  qadın  -  Yehovanm  şahidləri  idi.  Sakit 
görünüşüm,  gərək  ki,  onları  ürəkləndirmişdi.  Kaş  onlara  bir 
kəlmə  söz  belə  deməyə  macal  verməmiş  qapını  örtdükdən 
sonra sifətlərindəki ifadəni görə biləydim. 
Tərslikdən,  mənzilimizin,  yəni  mənim  mənzilimin  qapı 
gözlüyü yox idi. Qapıya gözlük qoydurmağa icazə almaq üçün 
ev sahibi ilə danışmağa imkanım olmamışdı. 
Jan-Çarlzm  ölümündən  iki  ay  keçmişdi,  qapımızın  zəngi 
çalındı. Bu dəfə daha yüksək rütbəli digər bir polis nəfəri. 
“Madam  LaFrans?  Mən  Ottava  polisindən  kapitan 
Marşandam.  Sizi  narahat  etdiyim  üçün  üzr  istəyirəm.”  -  o, 
fransızca əlavə etdi. 
Yeni  bir  cəsəd  tapılıbmış  və  düşünüblər  ki,  bu,  mənim 
ərimindir. 
“Ola bilməz”, mən dedim. “Jan-Çariz ölüb. Onun cəsədini 
görüb tanımışdım.” 
174 


Amma  bütün  bunlara  baxmayaraq,  görünür,  əvvəlki Jan- 
Çarlz  deyilmiş.  Cəsəd  tanınmaz  halda  idi,  eləmi?  Onlar 
məsələyə  aydınlıq  gətirsinlər  deyə  cəsədi  gəlib  görə 
bilərəmmi? 
Meyit  tapılanda  artıq  bir  neçə  günlük  idi,  amma  soyuq 
hava onu olduğu kimi saxlamışdı. Bu, onun - ərimin üzü idi, 
sol əlində də nişan üzüyü. 
Kapitan  Marşanddan  soruşdum:  “Bəs  onda  o  birisi  kim 
idi?” 
O, başjm yırğaladı: “İstintaqı davam etdiririk.” -fransızca 
əlavə etdi. 
Üç gün sonra Jan-Çarizın “yeni” cəsədi yandırıldı, polisin 
apardığı  cənazə  külü  qoyulan  birinci  uma  yenisi  ilə  əvəz 
olundu. 
Sözsüz, ikinci ölümün də öz nəticələri oldu. İki həftə sonra 
sığorta  agentimiz  mənə  baş  çəkməyə  gəldi.  O  izah  etdi  ki, 
hadisələrin bu cür inkişafı məsələyə yenidən baxılmasını tələb 
edir, Jan-Çarizın ölümü ilə bağlı həyat sığortasının ödənilməsi, 
deyəsən,  vaxtından  əvvəl  olubmuş  və  xüsusilə  də,  bu  yeni 
məlumata əsasən, ərimin qəza nəticəsində ölməsi şübhə altında 
imiş, beləliklə... 
Bəlkə də  0 ümid edirdi ki, bu qəlbiqırıq  yazıq dul qadın 
sığorta  üçün  ödənilmiş  pulu  geri  qaytaracaq.  Ona  dedim  ki, 
Jan-Çariz  ölüb,  istintaq  işi  də  bağlanıb,  əgər  narazıdırlarsa, 
vəkilimlə əlaqə saxlaya bilərlər. 
Bununla belə, çıxıb getməmişdən qabaq məsləhət gördü ki, 
bu pulu tez xərcləməyim. 
Səhərisi mən köhnə Sivik markalı maşınımı yeni Akura ilə 
dəyişdim. 
Daha  bir  qapı  zəngi.  Bu,  təsadüfən  qonşuda  olan 
satıcılardan biri idi: müstəsna bir təkliflə gəlmişdi, xalçalarımı 
təmizləməyə, özü də cüzi qiymətə. 
175 


Mənzilimdə heç bir xalça olmadığını dedim. 
Girişdən  açıq-aydın  görünən  dəhliz  və  qonaq  otağının 
xalça sərilmiş döşəməsinə baxaraq dedi: “Bəs?!” 
Təkid etdim: “Xalçamız yoxdur.” 
Daha bir kəlmə də demədi. Gərək ki, öz yalanlarından daha 
böyüklərini eşitməyə adət etməmişdi. 
* * 
İkinci  yas  mərasimindən  2  ay  sonra  kapitan  Marşand 
yenidən bizə gəldi. Ondan Jan-Çarizın ölümü ilə bağlı yeni bir 
şey tapılıb-tapılmadığını soruşdum. O duruxdu. 
Onlara Kvebek əyalət polisindən bir xizəkçinin Tremblant 
dağının yamacında özünü öldürdüyü barədə bir zəng gəlibmiş. 
O.  mehmanxanada  Jan-Çariz  LaFrans  kimi  qeydiyyatdan 
keçibmiş  və  təsviri  də  əriminki  ilə  uyğun  gəlirmiş.  Hətta 
barmaq  izləri  Jan-Çarizın  idarədəki  iş  dosyesi  ilə  müqayisə 
olunubmuş. Bu, onun barmaq izləri idi, buna heç bir şübhə ola 
bilməzdi. 
Bəs  yaxşı, onda o və o birilər kim idi? Bu, ola bilməzdi, 
sadəcə mümkün deyildi! 
Yalnız  qonşum  nə  baş  verdiyini  öyrənmək  üçün  qapını 
açanda qışqırdığımı anladım. Özümü ələ almağa çalışdım. “Nə 
baş verir?”, deyə yenidən soruşdum. 
Marşand etiraf etdi ki, heç özləri də bilmirlər və fransızca 
əlavə etdi: “İstintaq davam edir.” 
Bu  dəfə  məndən  cəsədi  tanımağı  xahiş  etmədilər,  lakin 
növbəti  gün  ciddi  sorğu-sual  olunmaq  üçün  polis  şöbəsinə 
getməli  oldum.  Onlar  Jan-Çariz  haqqında  bildiyim  hər  şeyi 
öyrənmək istəyirdilər; onun əkiz qardaşı var idimi? Həqiqətən 
də, ailənin yeganə övladı idimi? Övladlığa götürülməmişdi ki? 
Nikah problemlərimiz var idimi? Bəs maliyyə problemlərimiz 
necə? 
176 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə