Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

«İrlandiya  Tərcüməçilər  və  Dilmanclar  Birliyinin  Etik 
Qaydaları»nda  bu  barədə  11-ci  bənddə  yazılır:  «Tərcüməçi 
işin  qanuna,  ictimai  marağa  zidd  olduğunu,  xoş  niyyət 
daşımadığını  bildikdə  onu  tərcümə  etməkdən  imtina 
etməlidir» (72). 
Yuxarıda  qeyd  olunan  qayda  məxfilik  məsələsi  kimi 
bizim  qanunlarda  hələ  öz  əksini  tapmasa  da,  mühazirə  və 
məşğələlərdə  tələbələri  belə  hallardan  xəbərdar  etmək 
lazımdır. 
Qaydalar  həm  də  tərcüməçilərin  bir  sıra  hüquqlarını 
təsbit edir. 
Məsələn, onlar bir təşkilat halında birləşə bilər. 
Tərcüməçinin  razılığı  olmadan  müəllifin  və  ya 
sifarişçinin  onun  tərcüməsində  dəyişikliklər  etməyə  ixtiyarı 
yoxdur. 
Tərcüməçiyə tapşırılmış işi keyfiyyətlə yerinə yetirmək 
üçün lazımi vaxt verilməlidir. Əksər hallarda çox məhdud bir 
zaman  çərçivəsində,  hətta  tərcüməçinin  səhhəti  və  yuxusu 
hesabına belə işlər yerinə yetirilir. 
Mümkün hallarda tərcüməçi işində gərək olan sənəd və 
məlumatla  tanış  edilməlidir.  Xüsusilə  sinxron  və  ardıcıl 
tərcümə işində buna böyük ehtiyac var. Bu məqsədlə konfrans 
təşkilatçıları  rəsmi  şəxslərin  çıxışlarını  bir  neçə  müddət 
qabaqcadan sifarişçiyə 
və onun vasitəsilə 
tərcüməçiyə  çatdırır.  Tərcüməçi  məsələ  ilə  daha  yaxından 
tanış olur, həm də məruzəçinin fərdi üslubuna və leksiko- nuna 
bələd  olmaq  imkanı  qazanır.  «Sinxron  Tərcüməçilərin 
Beynəlxalq Birliyinin Peşə Etikası üzrə Qaydaları»nda verilən 
«Birlik  üzvləri  konfransda  oxunacaq  mətnlərin  və  işçi 
sənədlərin əvvəlcədən göndərilməsini tələb etməlidirlər» fikri 
də məhz bu cəhəti nəzərdə tutur (70). 
İşin  gedişində  tərcüməçinin  əvvəlcədən  nəzərdə 
tutulmayan  müəyyən  tapşırıqları  yerinə  yetirməsi  də  xüsusi 
razılığa əsasən olmalıdır: 
63 


«Müqavilə  əsasında  işləyən  tərcüməçilərin  etik 
kodeksi»ndə  tərcümə  olunmuş  sənədin  müəyyən  formaya 
salınması üçün tərcüməçilə ayrıca razılaşma tələb olunur. 
Sifarişçi  məxəz  mətnin  müəllifləri  ilə  olduğu  kimi, 
tərcüməçini də rəsmən təsdiq etməlidir. 
Tərcüməçi  özünün  şəxsiyyətini  alçaldan  və  peşəsinə 
şərəfsizlik  gətirən  şərait  və  şərtlər  daxilində  tərcümə 
etməməlidir.  Həm  də  qəbul  olunmuş  qiymətdən  aşağı  əmək 
haqqı ilə razılaşmamalıdır. 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Peşə 
Etikası  üzrə  Qaydaları»nda  göstərilir  ki,  birliyin  üzvləri 
onların  peşə  ləyaqətini  alçaldan  işi  və  ya  vəziyyəti  qəbul 
etməməlidirlər,  peşənin  adına  ziyan  vura  bilən  istənilən 
hərəkətdən çəkinməlidirlər» (70). 
Yuxarıda  sadalanan  əxlaq  qaydalarına  əməl  etmək, 
öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək və malik 
olduğu  hüquqlardan  müvafiq  qaydada  faydalanmaq  üçün 
tərcüməçi  daim  öz  peşəkarlığını  artırmalıdır.  Bunun  üçün 
bütün 
imkanlardan, 

cümlədən 
peşə 
hazırlığını 
təkmilləşdirməkdən  ötəri  mümkün  təkliflərdən  səmərəli 
istifadə etməlidir. 
Azərbaycanda  ayrı-ayrı  şirkətlərin  öz  tərcüməçilərinə 
müəyyən  kurslarda  iştirak  etmək  imkanı  yaratmasını  nəzərə 
almasaq, ali təhsildən sonra tərcüməçilərin ixtisas artırma ilə 
təmin olunması haqqında çox söz demək olmaz. Tərcüməçilik 
fəaliyyətilə məşğul olan müəllimlər üçün xarici həmkarları ilə 
keçirilən  tədbirlər,  xarici  ölkələrdə  ali  təhsil  ocaqlarında 
təcrübə məhdud xarakter daşıyır. 
Beləliklə,  xarici  ölkələrin  tərcümə  praktikasında  tətbiq 
olunan  etik  qaydalardan  məlum  olur  ki,  bunların  bir  qismi 
bizim  peşəkar  tərcüməçilər  üçün  də  aydındır.  Halbuki  bəzi 
tələblər  bizim  kontekstə  ya  yaddır,  ya  da  müntəzəm  tətbiq 
olunmur. Məsələn, tərcüməçi ilə sifarişçi arasında yazılı 
64 


müqavilə, 
tərcüməçi 
əməyinin 
müvafiq 
surətdə 
qiymətləndirilməsi, 
ölkədə 
vahid 
qiymətlərin 
müəyyənləşdirilməsi,  dilmancm  mövzuya  aid  sənədlərlə 
qabaqcadan  tanış  edilməsi,  tərcüməçinin  əlverişli  iş  şəraitilə 
təmin edilməsi, tərcüməçinin yalnız öz səriştəsi daxilində olan 
işi öhdəsinə götürməsi və s. çox vaxt diqqətdən kənarda qalır. 
Bunun  bir  səbəbi  peşəkar  tərcüməçilərin  heç  də 
hamısının vahid bir qurumda birləşməməsidirsə, digər səbəbi 
qeyri-peşəkarların  aşağı  keyfiyyətli  tərcümə  cəhdləridir. 
Hazırki  dövrdə  tərcümə  sahəsində  etik  münasibətlərin 
tənzimlənməsinə  nəzarətin  ən  əlverişli  və  mümkün  yolu 
peşəkarların 
tərcümə 
məsələlərinə 
dair 
görüşlərdə, 
televiziyada,  mətbuatda  çıxışı,  problemləri  tez-  tez  diqqət 
mərkəzinə  gətirmələri  və  ümumilikdə  çıxış  yolları  aramaları 
ola bilər. 
Mövzuya aid tapşırıqlar: 
1.
 
İnternet 
saytlarından 
tərcüməçi 
və 
dilmanc-  ların  etik  qaydaları  haqqında  məlumat 
axtarın  və  lövhədə  etik  qaydaları  «tələblər»  və 
«hüquqlar» üzrə iki ayrı-ayrı sütunda yerləşdirin. 
2.
 
«Əlavələr» 
bölməsindən 
Azərbaycan 
Respublikasının  733-IIY  saylı  «Dövlət  sirri 
haqqında»  qanununun  5-ci  maddəsini  oxuyun  və 
hansı məlumatların dövlət sirri sayıldığını öyrənin. 
65 


4.2.
 
TƏRCÜMƏ PEŞƏSİNDƏ MƏXFİLİK 
MƏSƏLƏSİ 
Etik  qaydalardan  bəhs  edərkən  vurğuladıq  ki,  peşəkar 
tərcüməçidən peşəkarlıq və dəqiqliklə yanaşı, həm də məxfilik 
tələb  olunur.  Təsadüfi  deyil  ki,  xarici  ölkələrdə  fəaliyyət 
göstərən  və  yüksək  keyfiyyətli  xidmət  təklif  edən  etibarlı 
tərcümə 
agentlikləri, 
büroları, 
şirkətləri 
(“Financial 
Translation  Agency”,  “World  Lingo,  USA”,  “The  Language 
Service,  Inc.”, “BrioLanguage Solutions,  Inc.”,  “Leo  & Sam 
Translations”  və  s.)  sifarişçilərə  məxfiliyin  gözlənilməsilə 
əlaqədar zəmanət verirlər. Bu zaman həm sifarişçilər, həm də 
sifarişi qəbul edən tərcüməçilər məxfiliyin saxlanmasına dair 
müqavilə imzalayırlar. 
Tərcüməçilər  belə  bir  müqaviləni  imzalamadan  da 
bilməlidirlər ki, iş prosesində əldə etdikləri məlumatı yaymaq 
gələcəkdə həmin müştəri ilə əlaqələrin kəsilməsinə səbəb olar. 
Lakin  tərcüməçinin  sənədi  qəbul  etməzdən  öncə  onun 
məzmunu  haqda  bilgiyə  malik  olması  barədə  sübutlar  varsa, 
tərcüməçidən  qabaq  ictimaiyyət  o  barədə  məlumatlıdırsa, 
yaxud  bu  məlumat  üçüncü  bir  şəxs  tərəfindən  təqdim 
olunduqda məxfiliyin qorunmasına ehtiyac qalmır (48). 
Məxfiliyin  qorunması  əksər  hallarda  informativ 
tərcüməyə  şamil  edilir,  bunu  informasiya  və  onun 
ötürülməsinə  ehtiyacla  izah  etmək  mümkündür;  belə  ki, 
informativ  tərcümə  bir  dildən  başqa  bir  dilə  məhz  gərəkli 
məlumatın çevrilməsini nəzərdə tutur. Bu məlumat dövlət sirri, 
hərbi  əməliyyatlar  haqqında  məlumat,  mühüm  strateji 
əhəmiyyət kəsb edən statistik məlumat və ya planlar, hüquqi 
sənədlər,  yeni  kəşf  və  ixtiralar,  biznes  fəaliyyətilə  bağlı 
rəqəmlər, sirr və digər məlumatlar, hətta şəxsi (sağlamlıq, ailə 
vəziyyəti) məsələlər ola bilər. Sözsüz ki
66 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə