Yazilma problemləRİNİn təCƏSSÜMÜ Açar sözlər: Hacıbəyli, Leyli və Məcnun, Arazbarı



Yüklə 65,91 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü65,91 Kb.
#3382
növüYazi


Zemfira Səfərova 

AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, 

professor, Əməkdar İncəsənət xadimi, Əməkdar 

Elm xadimi, Memarlıq və incəsənət institutunun 

“Azərbaycan musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin 

müdiri, Azərbaycan 



 

ÜZEYİR HACIBƏYLİNİN İLK MUĞAM OPERASI 

“LEYLİ VƏ MƏCNUN”DA ƏNƏNƏ VƏ 

NOVATORLUQ VƏ DƏSTGAHLARIN NOTA 

YAZILMA PROBLEMLƏRİNİN TƏCƏSSÜMÜ 

 

Açar sözlər: Hacıbəyli, Leyli və Məcnun, Arazbarı. 

 

Musiqimizin klassiki, dahi bəstəkar Üzeyir Hacıbəyli dövrün, 



zamanın nəbzini həssaslıqla duya bilən, xalqın daxili tələblərini hiss 

edə bilən və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən 

novator sənətkar olmuşdur. 

Məlumdur ki, dünya musiqi sənətində məşhur olan opera janrı 

bəstəkardan xüsusi istedad, bilik, hazırlıq tələb edən mürəkkəb bir 

janrdır. Adətən məşhur bəstəkarlar musiqi sahəsində artıq müəyyən 

təcrübə əldə etdikdən sonra bu janrda əsərlər yaratmışlar. 

Azərbaycanda isə gənc, 22 yaşlı gələcək bəstəkar Üzeyir Hacı-

bəyli ilk musiqi əsəri yazmaq fikrinə düşdükdə daxili duyumu ilə 

hiss  edirdi  ki,  bu  mərhələdə  xalqını  muasir  musiqi  sənətinə  cəlb 

etmək üçün məhz opera kimi demokratik və sintetik bir janra, yəni 

səhnəylə, məşhur sujetlə bağlı olan sənətə müraciət etməlidir. Xalq, 

bu mərhələdə məhz belə bir sintetik janrı qavramaq və qəbul etmək 

üçün hazır idi. 

Ənənəvi musiqi ilə  müşayiət olunan mərasim  tamaşalarından 

xüsusilə  birinin məhz  Azərbaycan  operasının  yaranmasında  əsas 

amillərdən  olması  haqda  Üzeyir  Hacıbəyli  özü  1925-ci ildə  belə 

yazırdı: “1907-ci sənədən bəri Azərbaycan türkləri arasında opera 

əmələ  gəlməsinin birinci amillərindən birisinin “şəbeh”  olduğu 

şübhəsizdir”. Lakin, bəstəkar həm də qeyd edirdi ki, “Təhavüt bir 

bundadır ki, operalar şəbehdən daha artıq və daha geniş bir surətdə 

mövcud muğam dəstgahlarımızdan istifadə edib səhnə tərtibatı və 

342 

 



“orkestr” istemalı ilə zahirdə Avropa operasına yavuq bir şəkil alır.” 

[Hacıbəyov, 1965: 222.] 

Lakin, fərq yalnız bunda deyildi. Üzeyir Hacıbəyli ilk növbədə 

operanın ümumi dramaturgiyasını, hadisələrin inkişafını hazırlamış 

və ona uyğun muğam dəstgahlarından parçalar, muğamlar seçmiş-

dir. Bəstəkar operada 22 adda muğamdan istifadə etmişdir. Onlar 

operada  ariyaları,  ariozo,  reçitativləri,  ansamblları  əvəz edərək 

demək olar ki, bütün iştirakçıların partiyasında vardır. Ü.Hacıbəyli 

muğamlara və onların şöbələrinə müraciət edərkən, zəngin muğam 

xəzinəsindən  yalnız  o  muğamları  seçmişdir  ki,  onlar  müəyyən 

səhnələrin  ümumi  əhval-ruhiyyəsinə  və  personajların  xasiyyətinə 

uyğun gəlsin. 

Bəstəkar operanın I pərdəsində – Leyli və Məcnunun lirik əhval-

ruhiyyəsinə uyğun gələn “Mahur-hindi” və “Segah” kimi açıq ruhlu, 

lirik xasiyyətli muğamlardan istifadə etmişdi. Leyli və Məcnunun 

qarşılıqlı məhəbbəti bu muğamların improvizasiyasının şən ruhuna 

uyğun  gəlir.  Gələcəkdə  Məcnunun  atasının  nigarançılığı  ilə  bağlı 

“Çahargah”  məqamının  həyəcanlı  intonasiyaları  bu  səhnənin lirik 

əhval-ruhiyyəsinə təzad gətirir. Bu səhnə gələcək faciənin ekspozi-

siyası  kimi  səslənir. Dramaturji cəhətdən  operanın  II  pərdəsində 

Leylinin atasının Məcnunun elçilərinə rədd cavabından sonra “Şur” 

muğamının  “Şur-Şahnaz”  şöbəsində  Məcnunun  iztirabları,  dərin 

ümidsizlik hissləri bərqərar olur. Bu pərdə İbn-Səlama ərə verilmiş 

Leylinin  “Qatar”  muğamında  oxuduğu  solosu  ilə  bitir. Dramatik 

cəhətdən çox  gərgin,  zildə  səslənən  bu  muğamda Leylinin  hədsiz 

dərdi,  fəryadı  əks edilmişdi.  Sonrakı  pərdələrdə  Məcnun  “Bayatı-

Şiraz”, “Şüştər”, “Bayatı-Kürd” kimi kədərli, qəm-qüssəli muğam-

lar ilə xarakterizə edilmişdi. Səhra səhnəsində Məcnunun əzab və 

iztirabları  əsasən qəmginlik  doğuran  “Bayatı-Şiraz”  muğamı  ilə 

ifadə edilir. Bu səhnəyə böyük təzad gətirən mərd xasiyyətli və marş 

ritmli Nofəlin partiyasıdır ki, “Heyratı” zərb muğamı ilə verilmişdi. 

Təzad yaradan digər hissə,  Məcnunun  “Leyli ilə  İbn-Səlamın 

toyunda  oxuduğu  “Şüştər”  muğamıdır.  Bu  hissədən sonra həmin 

muğamın əsasında Leyli ilə İbn-Səlamın dueti səslənir. Son pərdədə 

taleyindən  şikayət edən Məcnun,  özünün  qəm-qüssəsini  “Bayatı-

Kürd” vasitəsilə izhar edir. 

343 

 



Operanın  yaranma  tarixini  xatırlayan  bəstəkar  yazırdı:  “Mən 

xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi 

materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq 

Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng 

muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib 

hazırlamaq idi.” [Hacıbəyov: 274–275.] 

Bəstəkar operada solo şəklində muğamlarımızdan, xor şəklində 

isə təsniflərimizdən istifadə etmək qərarına gəlmişdir.Operanın xor 

səhnələri dramaturji cəhətdən böyük əhəmiyyətə malikdir, məşhur 

“Şəbi-hicran”  xoru  əsərin proloqunu təşkil  edərək,  onun  sanki 

epiqrafı olmuş və operanın ümumi əhval-ruhiyyəsini gözəl ifadə edə 

bilmişdi. Xorun musiqisi xalqındır, sözləri Füzulinin “Divan”ından 

götürülmüşdü. Bu xorun valehedici melodiyası Ü.Hacıbəylini hələ 

seminariya illərində özünə cəlb etmişdi. Operanın iki xoru “Şəbi-

hicran” və ərəblərin son xoru əsəri ümumi haşiyəyə alır. Epik planda 

verilmiş son xor qəhrəmanların faciəsini nəql edərək əsərin epiloqu 

kimi səslənir. 

Ü.Hacıbəyli qızların birinci xorunda lirik xalq mahnısı “Evləri 

var xana-xana”, qızların ikinci xorunda isə “Bu gələn yara bənzər” 

lirik xalq mahnısından istifadə etmişdi. “Söylə bir görək” xoru isə 

məhz “Leyli və Məcnun” operasından sonra məşhur olmuşdu. 

Ü.Hacıbəyli ilk dəfə bu operada çoxsəsliliyin sadə formalarını 

novatorcasına  Azərbaycan  xalq  musiqisinin  təksəsli  quruluşu  ilə 

uyğunlaşdıra bilmiş və bununla da milli ənənə olan məqamlarımızın 

major və minor sistemiylə birləşməsinə nail olmuşdu. 

“Leyli və Məcnun” operasında bəstəkarın Şərq və Qərb, milli və 

Avropa kimi iki məqam sistemlərinin vəhdətinin  novatorcasına 

həyata  keçirilməsi,  sonrakı  illərdə  həm  Ü.Hacıbəylinin  özü  üçün, 

həm də  digər Azərbaycan bəstəkarlarının  yaradıcılığı  üçün  bir 

ənənəyə çevrildi. 

Beləliklə, 12 yanvar 1908-ci il, Bakıda Tağıyev teatrında tama-

şaya qoyulan “Leyli və Məcnun” operasının Azərbaycanda və həm 

də bütün Şərqdə opera sənətinin əsasını qoyduğu tarix oldu. 

Qədim  tamaşa  ənənələrini davam etdirərək,  bu  ənənələrin 

əsasında  Üzeyir  Hacıbəyli  klassik opera janrının  muğam  operası 

kimi yeni formasını yaratdı. 

344 

 



Bu opera musiqi sənətində  ənənə  və  novatorluğun  vəhdətinin 

bariz təcəssümü oldu. 

İlk muğam operası kimi musiqi tarixinə daxil olmuş “Leyli və 

Məcnun”  inqilabdan  əvvəl  yaranmış  bəstəkarın  “Şeyx  Sənan”, 

“Rüstəm  və  Söhrab”,  “Şah  Abbas  və  Xurşud  Banu”,  “Əsli və 

Kərəm”. “Harun və Leyla”, Müslüm Maqomayevin “Şah İsmayıl”, 

Zülfüqar  Hacıbəyovun  “Aşıq  Qərib”  kimi  muğam  operalarının 

üslubunu müəyyən etdi. 

Əgər əvvəllər xanəndələr tərəfindən oxunan muğamlar konsert 

ifasında  mücərrəd  bir  halı,  əhval ruhiyyyəni,  məhəbbəti,  sevinci, 

kədəri ifadə  edirdilərsə,  “Leyli və  Məcnun”da həmin  muğamlar 

əsərin ümumi məzmununa tabe olaraq, ilk dəfə səhnədəki hərəkətlə, 

aktyor oyunu ilə birləşərək, operanın məzmununun açılmasına, onun 

əhval ruhiyyyəsinin  əks edilməsinə  kömək edən musiqi vasitəsi 

oldu. Bu da şübhəsiz, “Leyli və Məcnun” operasının əsas müvəf-

fəqiyyətlərindən sayıla bilər. 

“Leyli  və  Məcnun”  operasının  partiturası  olmamışdır,  ilk 

dövrdə  operanm  tamaşaları  “direksion”  əsasında  qoyulmuşdur. 

Həmin  “direksion”da  hansı  muğamların  harada,  hansı  iştirakçı 

tərəfındən, hansı sözlərə ifa edilməsi göstərilirdi. Muğam epizodları 

nə “direksion”a, nə də sonralar partituraya yazılmamışdır, muğamlar 

müğənnilər tərəfındən improvizə edilmişdir. 

Ü.Hacıbəyli  özü  qeyd  edirdi  ki,  “müğənnilərin  oxuduqları 

muğam  ladında  mətndən  kənara  çıxmamaqla  improvizasiya  ilə 

məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca 

çox  improvizasiya  variantı  vardır,  ona  görə  də  hər  bir  müğənni 

“Leyli və Məcnun”dan ariyaları öz bildiyi kimi oxuyurdu.” [Hacı-

bəyov: 275]. 

1983-cü ildə Səmərqənddə keçirilən ikinci beynəlxalq simpo-

ziumun iştirakçısı kimi, mən ora yeni çıxan “Uzeyir Hacıbəyli” və 

“Mir  Möhsün  Nəvvab”  kitablarımı  və  birinci  cildin  redaktoru, 

bəstəkar  Nazim  Əliverdibəyovla  nəşrini  hazırladığım  “Leyli  və 

Məcnun”  operasnın  partirurasını  aparmışdım.

1

  Simpoziuma  gələn 



qonaqlar, xüsusilə də Moskva musiqişiinasları qalın, böyük həcmli 

“Leyli  və  Məcnun”un partiturasını  görüb  soruşurdular  ki,  yəqin 

1

 Baş məqalə və şərhlərin müəllifi Z.Səfərovadır. 



345 

 

                                                           




muğamları da nota köçürmüsünüz? Biləndə ki, bu yalnız və yalnız 

Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqidir, çox təəccüb edirdilər

çünki  çoxları  bilmirdi  ki,  bəstəkarın  həmin  operaya  bu  həcmdə 

bəstələdiyi  musiqisi  var.  Etiraf  edək  ki,  bu  yalnız  simpozium 

iştirakçılarna aid deyildi, elə Bakıda da bir çoxları bu fıkirdə idilər. 

“Leyli və Məcnun” operasının özünə müraciət edək. Operada 

hansı musiqi parçaları Hacıbəylinindir və hansılar nota yazılmışdır?. 

Birinci pərdədə – Müqəddimə, proloq, xor “Şəbi-hicran”, Məcnun 

və Leylinin dueti, qızlar və oğlanların xoru, trio – Məcnunun atası, 

anası,  Məcnun.  İkinci  pərdədə  –  qızların  xoru,  ərəblərin  xoru 

“Vermə, vermə”, Məcnunun elçilərinin xoru, İbn-Səlamın elçiləri-

nin xoru. Üçüncü pərdədə – giriş, qonaqların xoru və rəqs, Leyli və 

İbn-Səlamın  dueti,  xor  “Məcnun,  Məcnun  dur  gedək”.  Dördüncü 

pərdədə – giriş, qızların xoru, xor “Söylə bir görək”, Nofəlin xor ilə 

səhnəsi,  xor  “Ey,  Nofəl”,  qasidlərin  xoru,  döyüş  səhnəsi.  Beşinci 

pərdədə – Arazbarı, Leyli və İbn Səlamın dueti, Məcnunun şikayəti, 

altıncı şəkildə giriş və son xor. 

Otuza yaxın nömrədən ibarət Üzeyir musiqisi “Leyli və Məcnun” 

operasının qalın, 400 səhifədən artıq partiturasını təşkil edir. 

Bu  hissələr  o  qədər  xalq  musiqisi  ruhuyla  aşılanmış  və  onun 

nümunələriylə üzvi vəhdət təşkil etmişdir ki, onları klassik muğam 

və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın artıq ilk əsərində 

xalq  musiqisinin  məqam  intonasiya  əsasına  sərbəst  yiyələnməsini 

göstərir və onun novator yaradıcılığına dəlalət edirdi. 

Bəs operada hansı muğamlardan istifadə olunmuşdur? 

Birinci pərdədə – Mahur-hindi, Şikəsteyi-fars, Cahargah (Mən-

suriyyə şöbəsi). İkinci pərdədə – Simai-şəms (hicaz şöbəsi), Sarənc, 

Şur,  Kürd  Şahnaz,  Zəmin-xara,  Qatar.  Üçüncü  pərdədə-Rast 

(Pəncgah),  Şüştər  (Tərkib).  Dördüncü  pərdədə  –  Bayatı-şiraz, 

Bayatı-kürd, Rast-Pəncgah, Əraq, Kabili. Beşinci pərdədə – Araz-

bari, Osmani, Segah, Sol diyez kökündə Xaric Segah, Bayatı-kürd, 

Şüştər (Tərkib). Bu muğamların adlarının dəqiqləşdirilməsində bizə 

tarzən  Bəhram  Mansurov  köməkçi  olmuşdur.  Mərhum  Bəhram 

Mansurov çox illər “Leyli və Məcnun”un tamaşalarında Q.Primov-

dan sonra orkestrdə tar çalırdı və bir çox Leylilərin və Məcnunların 

yetişməsində böyük rolu olmuşdur. Qeyd edək ki, bu muğamların 

346 

 



heç biri nota yazılıb partituraya salınmamış, yalnız müəyyən mətn 

əsasında ifaçılar bu muğamları improvizə etmişlər. 

Üzeyir  Hacıbəyli 30-cu illərdə  operanın  yeni  redaksiyasını 

hazırlamaq və zamanın tələblərinə uyğun muğam hissələrini klassik 

opera formaları ilə əvəz etmək fikrinə düşdüyü vaxt Məcnunun atası 

Əbül-Qeysin ariyasını yazmışdır. Bu geniş opera ariyası illər boyu 

SSRİ  xalq  artisti  Bülbülün  ifasında  böyük  uğurla  konsertlərdə 

səslənmişdir. 

Lakin  sonralar  bəstəkar,  qəti  qərara  gəlmişdi  ki,  “Leyli  və 

Məcnun” operası musiqi sənətimizin ilki kimi məhz muğam operası 

olaraq qalmalidir. Məcnunun atasının ariyası isə operanın klavirində 

çap edilmişdi.

1

 

Partituranı çapa hazırlayanda muğamları “yumşaq plastinkaya” 



yazıb partituraya daxil etmək fıkrimiz də olmuşdur. Lakin bu texniki 

və maddi cəhətdən o zaman mümkün olmadığına görə baş tutma-

mışdır. 

Ü.Hacıbəyli  “Leyli  və  Məcnun”da  opera  janrınm  və  digər 

musiqi  formalarının  inkişafı  üçün  möhkəm  bünövrə  yaratdı, 

Azərbaycan milli harmoniyasımn və polifoniyasının təməlini qoydu. 

Operanm bir sıra xor epizodlarında, məsələn, Məcnunıın elçi-

lərinin  və  ya  İbn-Səlamın  elçilərinin  xorunda  və  s.,  Ü.Hacıbəyli, 

polifoniyanm  ünsürlərini,  imitisiyasını  tədbiq  etmişdir. Polifonik 

ünsürlər  operanın  bəzi  orkestr  hissələrinə  də  xasdır,  onların 

içərisində  V  pərdənin  girişi,  “Arazbarı”  ritmik  muğamı  əsasında 

qurulmuş  orkestr  epizodu  xüsusilə  seçilir.  Bu  orkestr  epizodu 

özünün müstəqilliyi və bitkinliyi ilə diqqəti cəlb edir və şübhəsiz 

Azərbaycan  bəstəkarlarınm  simfonik  muğamlarının  sələfı  hesab 

edilə  bilər.  “Arazbarı”da  biz  milli  polifoniyanın  bəsit  üsullarını 

eşidirik. (Musiqi nümunəsi – “Arazbarı”dan bir parça) 

 

1

  “Leyli  və  Məcnun”  operasının  klaviri  bəstəkarın  musiqi  əsərlərinin 



akademik nəşrinin II cildini təşkil edir.  

 

347 



 

                                                           




Ü.Hacıbəyli. “Arazbarı” 

 

 

 



Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının əhəmiyyəti Azər-

baycan musiqisi tarixində oynadığı misilsiz rolu ilə məhdudlaşmır. 

Onun bir sıra Şərq xalqlarının professional musiqi mədəniyyətinin 

yaranmasında  da  mühüm  rolu  olmuşdur.  Hələ  inqilabdan  əvvəl 

Azərbaycan  artistləri  bu  operanı  Zaqafqaziyada,  orta  Asiyada  və 

İranda göstərmişlər. Hər yerdə bu əsl Şərq operası böyük hərarətlə 

qarşılanmışdı. 

348 


 


Dünya musiqi sənətində nadir hadisə olan “Muğam operaları” 

yalnız Ü.Hacıbəylinin yaradıcılıq yolunda deyil, bütün Azərbaycan 

musiqi sənətinin inkişafında böyük rol oynamışdır. 

Bu gün biz “Muğam operası”nı köhnəlmiş və şifahi professional 

xalq  yaradıcılığından  bəstəkarlığa  keçid  dövrü  kimi  deyil,  milli 

opera janrının müstəqil inkişaf yolu kimi qiymətləndiririk. Bizcə bu 

gün Azərbaycan simfonik muğamı kimi muğam operası da, muasir 

şəraitdə, muasir tələblərə uyğun olaraq davam etdirilə bilər. 

1920–1930-cu illərdə milli musiqinin inkişaf məsələləri, xüsu-

silə  opera  məsələləri  ciddi  mübahisələrə  və  disskusiyalara  səbəb 

olmuşdu. Bu disskusiyaların mərkəzində əsasən bir problem dururdu 

–  ənənə  və  novatorluq,  milli  opera  sənətinin  ənənələrini  davam 

etdirmək və yaxud onları “çadra və köhnə ərəb əlifbası ilə bərabər 

arxivə  təhvil  verərək”,  onlardan  tamamilə  imtina  etmək.  Bu  cür 

tənqid  proletkult  əyintisi  üçün  xarakter  idi  və  keçmişin  irsinə 

dialektik münasibətdən uzaq idi. Məlumdur ki, belə vəziyyət təkcə 

Azərbaycan üçün deyil, bütün sovet mədəniyyətində gedən ümumi 

proses ilə sıx bağlı idi. 

Ü.Hacıbəyli  bütün  yaradıcılığı  boyu  milli  musiqi  ənənələrini 

qorumaq və inkişaf etdirmək, dünya musiqisinin janr, forma və tex-

nikasının öyrənilməsi, mənimsənilməsi uğrunda mübarizə aparırdı. 

Məhz bu yol doğrü və perspektivli olmuş və Azərbaycan musiqisi 

bu yol ilə inkişaf etmişdir. 

100  ildən  artıqdır  ki,  “Leyli  və  Məcnun”  operası  səhnədən 

düşmür, yeni-yeni ifaçılar, Leylilər, Məcnunlar nəsli yetişir. 22 yaşlı 

gənc Üzeyir Hacıbəylinin yaratdığı “Leyli və Məcnun” operasının 

bir əsr ərzində daimi, stabil uğurunun sirri, səbəbi nədədir? Qədim 

muğamlarımızın gözəlliyində, təkrarsızlığında, yoxsa dahi Füzulinin 

eyni  adlı  dahi  poemasında,  ya  da  gənc  Üzeyirin  operaya  yazdığı 

musiqi parçalarında, bəlkə o vaxtlar Hüseyinqulu Sarabskinin yarat-

dığı  təkrarsız  Məcnun  rolunda?  Daha  doğrusu  bunların  ayrı-

ayrılıqda hec birində, Üzeyir bəyin böyük istedadı bunların hamı-

sının  vəhdətini,  sintezini  böyük  uğurla,  novatorcasına  yarada 

bilmişdir. 

“Leyli və  Məcnun”  operasının  uğurunun  sirri  və  səbəbi də 

bunda idi.  “Leyli və  Məcnun”un  “Azərbaycan  musiqi  tarixində, 

xalqımızın qəlbində tutduğu yer xüsusidir. Operanın bir əsrdən artıq 

349 


 


Azərbaycan səhnəsində böyük müvəffəqiyyətlə getməsi buna parlaq 

sübutdur.  Təsadüfi  deyil  ki,  2008-ci ildə  100  yaşlı  “Leyli və 

Məcnun”un  yubileyi  YUNESKO  xətti  ilə  bütün  dünyada  bayram 

edildi. 


 

İstifadə olunmuş ədəbiyyat 

Hacıbəyov Ü. Əsərləri, II c. Bakı, 1965. 

 

 

Zemfira Safarova 



Corresponding member of ANAS, 

head of department of “history and 

theory of azerbaijan music”, 

doctor of art, professor, honoured art worker, 

honoured science worker, Azerbaijan 

 

INCARNATION OF PROBLEMS OF TRADITION 



AND INNOVATION AND RECORDING OF 

DASTGAHS IN THE FIRST MUGHAM OPERA 

OF UZEYIR HAJIBEYLI “LEYLI AND MAJNUN” 

 

Abstract 

 

Keywords: Hajibeyli, Leyli and Majnun, Arazbarı. 

 

The opera “Leyli and Majnun” entered the history of musical 



culture as the first mugham opera not only in Azerbaijan but also in 

the whole East. It predetermined the stylistics of the following 

prerevolutionary mugham operas. 

The basic musical material revealing images of opera heroes are 

mughams. They  substitute arias, ariosos, recitatives in the part of 

each character. Unlike the rendering of these mughams by singers – 

khanende  in  concert  rendering  where  they  express  only  abstract 

feelings – love, joy, grief etc., in the opera “Leyli and Majnun” these 

mughams are for the first time connected with stage acts and acting, 

subjected  to  general  idea  of  the  work,  help  the  revealing  of  its 

content becoming musical means of passing and expressing common 

350 


 


mood. It is,  no  doubt,  one  of  reasons  of  “Leyli  and  Majnun’s” 

success. 

Polyphonic elements are inherent in some orchestra extracts of 

the opera among which there differs the prelude of the last act based 

on the material of the rhythmic mugham “Arazbary”, this orchestra 

episode is remarkable for its independence, completeness and it can 

be considered to be the forerunner of symphonic mughams of Azer-

baijan composers. 

Traditions created by the innovator U.Hajibeyli in the opera 

“Leyli and Majnun”  were developed successfully both in the 

author’s creation and in compositions created by Azerbaijan compo-

sers in various genres. Just in “Leyli and Majnun” U.Hajibeyli could 

for the first time connect organically traditions of musical culture of 

the East and West and solve the problem of compatibility of two 

musical systems. 

 

 



351 

 

Yüklə 65,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə