Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Molloy  özünün  geniş  oxucu  kütləsi  qazanmış  «Uğur  naminə 
geyim»  adlı kitabında qeyd  edir;  «Ən  yaxşı  parça xırda mil- 
mil,  sonra  isə  iri  mil-mil,  daha  sonra  isə  qalın  ağ  zolaqlı  və 
şodlantka parçalardır. Əgər daha təsirli görünmək istəyirsənsə, 
onda  tündrəngli  xırda  mil-mil  parçadan  əl  çəkmə»).  Bədii 
ədəbiyyatda da qeyri-verbal ünsiyyətlə bağlı fikirlərə təsadüf 
olunur.  Yazıçı  Ceyms  Kleyvelin  «Gəlmə»  (GAI-JIN)  adlı 
əsərində  tərcüməçi  öz  atasının  diplomatik  görüşlər  haqqında 
dediklərini  tez-tez  xatırlayır:  «Həmişə  görüşdə  opponentinin 
əllərinə,  ayaqlarına  fikir  ver,  bunlar  həmişə  nəyisə  büruzə 
verir.  Gözlər  də,  üzlər  də  belədir,  lakin  onları  asanlıqla 
nəzarətdə  saxlamaq  olur.  Fikrini  cəmlə!  Fikir  ver,  ancaq 
ehtiyatlı  ol,  əks  təqdirdə  həmin  şəxsin  nə  düşündüyünü  bilə 
bilməzsən. Yadında saxla ki, şişirtmə, yalan hamıda var» (7, 
480). 
Qeyri-verbal ünsiyyətə aid gündəlik həyatdan da kifayət 
qədər  nümunələr  gətirmək  olar.  Dost  və  yaxınlarımıza 
bağışladığımız gül-çiçək dəstələri, hətta güllərin rəngi və sayı, 
taxdığımız  qiymətli  bəzək  əşyaları,  istifadə  etdiyimiz  ətirlər, 
geyimimiz-libasımız  bizim  zövqümüz,  həyat  tərzimiz,  sosial 
mənsubiyyətimiz,  hiss  və  duyğularımız,  fikirlərimiz  və  s. 
haqqında müəyyən məlumat verir. Olimpiadaların simvolları, 
həmin  olimpiadalarda  qalib  idmançının  şərəfinə  onun 
ölkəsinin  bayrağının  qaldırılması  və  himninin  çalınmasının 
insanlarda  nə  təəssürat  oyatması  hamıya  məlumdur. 
Qeyri-verbal  ünsiyyət  vasitələrinin  tarixi  rolunu  Qobustan 
qayalıqlarmdakı  rəsmlərin  qədim  əcdadlarımızın  bizdə  öz 
həyat  tərzləri  barədə  yaratdıqları  təsəvvürün  mahiyyəti  də 
təsdiq edir. 
Göründüyü  kimi,  qeyri-verbal  ünsiyyət  dillə  ifadə 
olunanları 
qüvvətləndirməyə, 
konkretləşdirməyə, 
tamamlamağa, 
digər 
yollarla 
təkrarlamağa, 
istiqamətləndirməyə, bəzən isə əvəz etməyə xidmət edir. Məhz 
qeyri-verbal  ünsiyyətin  yuxarıda  sadalanan  funksiyaları 
tərcümə  prosesində  onun  nəzərə  alınmasını  zəruriləşdirir. 
Tərcümədə 
74 


nitqin  növündən  asılı  olaraq  kontekst  və  tələblər  fərqlənir. 
Nəticədə  qeyri-verbal  ünsiyyətin  tərcümənin  müəyyən 
növündə iştirakı və rolu da fərqlənir. 
Məsələn,  yazılı  nitqdə  tərcüməçini  qeyri-verbal 
vasitələrdən  əsasən  müəyyən  işarələr,  o  cümlədən  durğu 
işarələri  maraqlandırır.  Şifahi  tərcümədə  bu  məsələ  daha 
mürəkkəbdir.  Əvvəla,  ardıcıl  tərcümə  zamanı  dilmanc 
müəyyən  qeydlər  götürür.  Bu  zaman  əslində  öz-özlüyündə 
işarə olan rəqəm və hərflərdən başqa, vaxta qənaət məqsədilə 
müxtəlif sadə rəsmlərdən, həndəsi fiqurlardan, riyazi, kimyəvi 
işarələrdən,  müxtəlif  istiqamətli  xətlərdən,  oxlardan  istifadə 
etməklə  öz  işini  asanlaşdırmağa  çalışır.  Məhz  bu  işarələrin 
arxasında hansı  fikirlərin durduğunu xatırlamaqla, tərcüməçi 
bütöv  bir  fikri  yazıda  olduğu  kimi  ifadə  etməkdən  yaxa 
qurtarır. Səsin tonu vasitəsilə fikrin müsbət, yaxud mənfi məna 
kəsb  etdiyini  daha  asan  duymaq  olur.  Üzdəki  ifadələr 
söylənilən fikrin bəyənilib- bəyənilməməsini bilməyə kömək 
edir.  Baş  işarəsi,  üzdəki  ifadə  tərcüməçiyə  öz  işinə  nə  vaxt 
başlamağı  və  ya  nə  vaxt  dayanmağı  hiss  etdirə  bilər. 
Məruzəçinin  bir  neçə  cümləni  dedikdən  sonra  susması  da 
tərcüməçiyə  «İndi  tərcümə  edə  bilərsən»  fikrini  çatdırmağa 
xidmət  edir.  Məlumatı  qəbul  edənlə  ötürənin  arasında 
müəyyən  anlaşılmazlıq  olduqda  da  bunu  qeyri-verbal 
vasitələrlə  daha  tez  duymaq  olar.  Əgər  səhv  tərcüməçinin 
səhlənkarlığı,  diqqətsizliyi  ucbatm-  dandırsa,  bunu  asanlıqla 
yoluna qoymaq mümkündür. Tərcüməçiyə ayrı-ayrı ölkələrdə 
fərqli  münasibət  göstərildiyini  nəzərə  alsaq,  onun  iş  zamanı 
oturuşu-duruşu,  ardıcıl  tərcümədə  dilmancın  məruzəçiyə 
yaxın  yerdə  oturması  və  ya  durması,  geyimi  (məsələn, 
ala-bəzək,  rəngbərəng  geyim  ciddi  danışıqlar  zamanı  fikrin 
yayınmasına  səbəb  ola  bilər)  də  əhəmiyyət  daşıyır.  Bəzən 
xarici  nümayəndələr  tərcümə  xidmətindən  istifadə  edən 
mötəbər  şəxsin  qonaqlarla  yanaşı,  tərcüməçi  ilə  də 
salamlaşmasına  diqqət  yetirir.  Bu,  subyektiv  münasibət  olsa 
da, tərcüməçiyə diqqət və etimad kimi 
75 


qiymətləndirilər,  eyni  zamanda,  onu  öz  işini  ən  yüksək 
səviyyədə görməyə ruhlandırar və mənəvi məsuliyyətini daha 
da artıra bilər. Bəzən uzun çəkən görüşlər zamanı adi jcstlər, 
məsələn,  xarici  nümayəndələri  qəbul  edən  yüksək  mənsəb 
sahibinin  saatına  baxması,  qeyd  dəftərçəsini  örtməsi  və  ya 
qarşısında olan digər əşyaları (çay stəkanını və s.) özündən bir 
qədər də uzaqlaşdırması görüşün tezliklə yekunlaşacağına bir 
işarə sayılır. Bu da yorğun tərcüməçini öz işini başa çatdırmaq 
üçün tükənməkdə olan qüvvəsini səfərbər etməyə ruhlandırır. 
Tərcüməçinin özünün istifadə etdiyi qeyri-verbal  vasitələr də 
tərcümə  prosesinə  müəyyən  dərəcədə  yardımçı  olar:  misal 
üçün,  sinxron  tərcümə  zamanı  cihazlarda  (mikrafonda, 
qulaqcıqlarda) baş verən nasazlığı işin gedişində bildirməkdən 
ötəri tərcüməçi texniki işçilərlə jest və əl hərəkətləri ilə əlaqə 
saxlaya bilər. Hərdən ardıcıl tərcümə zamanı hansısa anlayışın, 
terminin  tərcümə  dilində  ifadə  edilməsində  çətinlik  çəkən 
tərcüməçiyə  onu  dinləyənlər  əməkdaşlıq  əlaməti  olaraq  əl 
tutur.  Köməyə  ehtiyacı  dinləyicilər  heç  dilmanc  ağzını 
açmamışdan  onun  üzündəki,  xüsusən  gözlərindəki  axtarış 
həyacanı  ifadə  edən  baxışdan  duyurlar.  Bəzən  xarici 
nümayəndələrlə  onların  mənsub  olduqları  mədəniyyətin 
xırdalıqlarını  bilmədən  hansı  məsafədə  durub  danışmağın 
məqbul  sayıldığını  ayırd  etmək  çətindir.  Belə  ki,  konfrans, 
seminar  və  digər  görüşlərdə  istifadə  olunan  müxtəlif  texniki 
vasitələr,  əyani  vəsaitlər,  kompüter  proqramlarının  köməyilə 
yaradılmış slaydların, rəsmlərin, əşyaların nümayiş etdirilməsi 
də tərcüməçinin deyilən fikri daha tez tutmasına imkan yaradır. 
Qeyd  etmək  lazımdır  ki,  bu zaman  əyani  məlumatı  nəzərdən 
keçirməyə  çox  da  aludə  olmaq  və  bununla  da  arxasını 
dinləyicilərə çevirib tərcümə etmək də məqbul sayılmır. Daim 
başı aşağı salıb qeydləri oxumaq da yaxşı deyil. Çünki dilmanc 
ardıcıl  tərcümənin  gedişində  gözlə  əlaqədən  də  bir  ünsiyyət 
vasitəsi  kimi  istifadə  edir.  Yuxarıda  qeyd  etdiyimiz  rəsm, 
qrafik  və  digər  təsvirlərin  yazılı  tərcümədə  də  fikri 
konkretləşdir 
76 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə