Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə62/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________272________________________ 
 
xarici prosesləri izləməkdən və onlara reaksiya verməkdən 
ibarətdir  ki,  baş  vermiş  iqtisadi-sosial  dəyişikliklər 
müəssisənin  inkişafı  üçün  istifadə  edilsin  və  müəssisəyə 
ziyan  vurmasın.  Bunun  üçün  idarəedici  heyət  lider 
keyfiyyətinə  malik  olmalıdır,  situasiyanı  proqnozlaşdıra 
bilməlidir, daim dəyişən vəziyyətlərdə müəssisəni hökmən 
işlək vəziyyətdə saxlamalıdır. 
Müəssisədə  idarəetmə  məsələləri  səviyyələr  üzrə 
fərqlənirlər. 
Yüksək  səviyyə  idarəediciləri  uzunmüddətli 
strateji  qərarlar  qəbul  edirlər  və  fəaliyyətin  prinsipial 
baxımdan  həmin  qərarların  icrasına  yönəldilməsini 
izləyirlər. 
Orta  səviyyə  idarəediciləri  yüksək  səviyyədə 
qəbul  edilmiş  qərarları  reallaşdırırlar. 
Operativ  səviyyə 
idarəediciləri  müəssisədə  işlərin  cari  vəziyyətinə  cavab 
verirlər. Bu səviyyələrin hər birində işləyən idarəedicilərin 
hər  biri  üçün  müxtəlif  növ  informasiya  tələb  olunur  ki, 
bunun  da  böyük  bir  qismi  emaldan  alınmış  nəticə 
informasiya  deyil,  müəssisə  fəaliyyəti  barədə  ilkin 
informasiyadır. 
 
TƏŞKİLATIN FƏALİYYƏTİNİN TƏSVİRİ 
 
Ümumi  idarəetmə  mövqeyindən  müəssisənin 
fəaliyyətinin  strateji  səviyyədə  təsviri  şirkətin  qarşısında 
duran  əsas  məsələnin  ümumi  qoyuluşundan  ibarətdir. 
Sonra  şirkətin  fəaliyyətinin  iyerarxik  dəqiqləşdirilməsini 
əks  etdirən  modelləşdirmə  prosesi  həyata  keçirilir.  Bu 
mərhələ  analitik  və  idarəetmə  işlərinin  aparılması  üçün 
təməl  rolunu  oynayır.  Bundan  sonra  proseslərin  idarə 
edilməsi  metodları,  yəni,  məhsulun  qiymətliliyinin  idarə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________273________________________ 
 
edilməsi,  nəzarətin  idarə  edilməsi  sistemi  və  məhsulun 
dəyərinin idarə edilməsi metodları gəlir. 
Məhsulun  qiymətliliyinin  idarə  edilməsi  zamanı 
biznes-prosesin reinjirinqinin (Biznes-proseslərin reinjirinqi 
dedikdə,  məhsuldarlıq  və  keyfiyyət  göstəricilərinin 
yaxşılaşdırılması  yolunda  ciddi  irəliləyişə  nail  olmaq 
məqsədi ilə təşkilatın əsas biznes-proseslərinin və ya digər 
biznes-vahidlərin  yenidən  qiymətləndirilməsi,  təhlili, 
modelləşdirilməsi,  identifikasiya  edilməsi  və  sonra 
dəyişdirilməsi  prosesi  başa  düşülür.  Biznes-proseslərin 
reinjirinqi  həmişə  müəyyən  istiqamətə,  dəqiq  son 
məqsədə: xərclərin azaldılmasına, mənfəətin artırılmasına, 
keyfiyyətin  yüksəldilməsinə və  s.  yönəlmiş  olur.)  əsasları 
göstərilir. 
Nəzarətin  idarə  edilməsi  sistemi  fəaliyyətin 
tarazlaşdırılmış  göstəricilərinin  köməyi  ilə  müəssisənin 
idarəedilməsi sistemini təsvir edir. 
Məhsulun dəyərinin idarə edilməsi zamanı xərclərin 
idarə  edilməsinin  əsas  formaları  önə  çəkilir  və 
müəssisənin  idarə  edilməsi  üçün  informasiya  təməli 
yaradılır. 
Bütün 
bu 
proseslər 
kompüterləşdirilmiş 
tamfunksional 
informasiya 
sistemlərinin 
fəaliyyəti 
şəraitində uğurla həyata keçirilir. 
 
MÜƏSSİSƏ MODELLƏRİ SİSTEMİ 
 
Şirkətin  bazar  davranışı  strategiyasının  işlənib 
hazırlanmsı  fəaliyyətin  təşkilinin  birinci  addımıdır.  İkinci 
addım strategiyanın praktiki olaraq həyata keçirilməsidir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________274________________________ 
 
Bundan  ötrü  müəyyən  tapşırığı  müəssisənin  hər  bir 
bölməsinə  və  sahəsinə  çatdırmaq  və  həmin  tapşırığın 
icrasını izləmək lazımdır.  
 
SİSTEM TƏHLİLİNİN ELEMENTLƏRİ 
 
Müəssisənin  fəaliyyəti  dedikdə,  çoxsaylı  amillərin 
təsiri  altında  baş  verən  poseslər  yığımı  başa  düşülür. 
Müəssisənin  modelləşdirilməsi  dedikdə,  çoxsaylı  az 
əhəmiyyətli amillərin təsiri sərfnəzər edilərək, daha vacib 
elementlərin  imitasiyası  nəzərdə  tutulur.  Lakin  iqtisadi 
fəaliyyətin modelləşdirilməsi zamanı heç bir amilin təsirini 
diqqətdən  kənar  qoymaq  doğru  deyildir.  Bəzən  az 
əhəmiyyətli amillər hadisələrin gedişinə əhəmiyyətli təsir 
göstərə 
bilir. 
Buna 
görə 
də 
müəssisələrin 
modelləşdirilməsi  sistem  yanaşması  prinsiplərinə  xüsusi 
diqqət yetirmək tələb olunur. Çünki bu yanaşma sistemin 
ayrı-ayrı  hissələrinin  öz  aralarında  və  ətraf  mühitlə 
qarşılıqlı  əlaqədə  olduğunu  nəzərdə  tutur. 
Sistem 
yanaşması  informasiyanın  hərəkət  etdiyi  bütün 
altsistemləri  və  modulları  və  həmçinin,  həmin 
informasiyanın emalı ardıcıllığını bitkin şəkildə təsvir edir. 
Sistem  yanaşması  təşkilatın  strukturu  və  davranışının 
təsviri üçün də geniş istifadə edilir.  
Sistem təhlilinin əsas anlayışları: sistem, əks-əlaqə, 
ətraf mühit və sinergetik effektdir. 
Sistem  dedikdə,  müəyyən  məqsədin  reallaşması 
üçün birgə işləyən qarşılıqlı əlaqəli elementlər yığımı başa 
düşülür.  Ayrı-ayrı  elementlər  bir-biri  ilə  əlaqəli 
olduqlarından,  bir  elementdə  baş  verən  dəyişiklik  digər 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________275________________________ 
 
elementlərin dəyişilməsinə səbəb olur. Bu xassə qarşılıqlı 
asılılıq  adlanır.  Sistemdəki  asılılıq  müxtəlif  dərəcəli  ola 
biləndir:  sıx  əlaqəli  elementlər  var,  seyrək  əlaqəli 
elementlər var, əlaqəli olmayan elementlər var. Bir-biri ilə 
əlaqədar  olan  iki  sistem  arasında  intensiv  informasiya, 
məhsul və s. mübadiləsi baş verir. Bu əlaqələrin pozulması 
sistemin işində imtinalra səbəb ola bilir.  
Əks-əlaqə dedikdə, sistemin çıxışı ilə girişi arasında 
mövcud  olan  əlaqə  nəzərdə  tutulur.  Çıxışda  arzu  edilən 
nəticədən  kənarlaşma  baş  verdikdə,  girişə  düzəlişedici 
informasiya (təsir) ötürülür. 
Ətraf  mühit.  Sistem  tam  izolyasiyada  fəaliyyət 
göstərə bilmir. O, həmişə ətraf mühitlə təmasda fəaliyyət 
göstərir. 
Ətraf mühit dedikdə, sistemin  əlaqədar olduğu 
sistem və ya sistemlər, ya da ayrıca agent nəzərdə tutula 
bilər. Sistem ətraf mühitdən sərhədləri ilə ayrılır. Sistemin 
nəzarəti  altında  olanların  hamısı  sistemə  daxildir,  onun 
tərkib  hissələridir.  Sistemin  nəzarətindən  kənar  olanlar 
onun  tərkibinə  daxil  olmadıqlarından,  ətraf  mühit  hesab 
edilir. Sistemin sərhədləri sabit deyil, dəyişə biləndir. Ətraf 
mühitlə  əlaqə  də  müxtəlif  intensivlik  səviyyəsi  nümayiş 
etdirə biləndir. Bu baxımdan, sistemlər iki qrupa bölünür: 
açıq və qapalı sistemlər. 
Sinergetik  effekt  dedikdə,  sistemin  öz  tərkib 
hissələrinin cəmindən böyük olması nəzərdə tutulur. Ayrı-
ayrı  hissələr  birləşdirildikdə,  onların  heç  birinə  xas 
olmayan  yeni  xassə  yaranır  ki,  bu  da  sinergetik  effekt 
adlanır. Ayrı-ayrı sistemlər ayrılıqda əldə edə bilmədikləri 
nəticəni birgə fəaliyyət nəticəsində əldə edə bilirlərsə, bu 
sinergetik effekt hesabına baş verir.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə