Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə61/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________267________________________ 
 
informasiya 
sistemlərinə 
qoyulmuş 
investisiyanın 
qaytarılmasını  təmin  və  informasiya  texnologiyalarının 
fəaliyyətini iqtisadi cəhətdən məqsədəuyğun edir.  
Sonda onu da qeyd etmək lazımdır ki, iqtisadiyyat və 
biznes mövcud olduqca, yeni tətbiqi informasiya sistemləri 
yaradıcılığı da davam edəcəkdir. Bunu nəzərə almayanlar 
rəqabət qabiliyyətini itirəcəkdir. 
 
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________268________________________ 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________269________________________ 
 
İNFORMASİYA SİSTEMİ VƏ 
İDARƏETMƏ 
 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLİ 
 
Müasir  şirkətlərin  idarə  edilməsində  informasiya 
texnologiyaları  geniş  istifadə  edilir.  Müəssisənin  idarə 
edilməsinin bir-birinə qarşılıqlı təsir edən 2 tərəfi vardır: 
müəsisənin  idarə  edilməsi  prinsipləri  və  informasiya 
texnologiyaları.  Müəssisənin  idarə  edilməsinin  müasir 
metodları  daha  mükəmməl  texnoloji  həllər  tələb  edir. 
Digər  tərəfdən  də,  texnologiyaların  bugünkü  səviyyəsi 
müəssisə  menecmenti  üçün  yeni  imkanlar  açır. 
Müəssisənin idarə edilməsi və informasiya texnologiyaları 
informasiya sistemləri ilə sıx əlaqədardır. 
İndi  də  informasiyanın  quruluşunu  idarəetmə 
baxımından  nəzərdən  keçirək.  Bəlli  olduğu  kimi, 
informasiyanın  bir  hissəsi  idarəetmə  işçilərinin  nəzarəti 
altındadır  və  qərar  qəbulunda  həmin 
nəzarət  edilən 
informasiyadan  istifadə  edilir.  İnformasiyanın  müəyyən 
hissəsi diqqətdən kənarda qalır və bu informasiya qərar 
qəbulunda  istifadə  edilmir.  Halbuki  qəbul  edilən  qərarın 
keyfiyyətinin  yüksəldilməsində  həmin  informasiyadan 
istifadə  edilməsi  xeyli  faydalı  ola  biləndir.  Odur  ki, 
idarəedici  işçi  heyətinin  çox  mühüm  vəzifələrindən  biri 
qəbul edilən qərarda 
nəzarət edilən informasiyanın xüsusi 
çəkisinin artırılmasından ibarətdir.  
Zəruri  verilənlərin  əldə  edilməsi  üsullarından  biri 
kompüterləşdirilmiş informasiya sistemlərinin satın alınıb 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________270________________________ 
 
müəssisədə  quraşdırılmasıdır.  Lakin  bundan  əvvəl 
aydınlaşdırılmalıdır  ki,  rəhbərliyi  hansı  hesablama  üsulu 
qane  edir.  Əgər  rəhbərlik  ənənəvi  yazı-posuya  üstünlük 
verirsə,  bu  məsələ  barədə  düşünməyə  dəyməz.  Əgər 
kompüter texnologiyasına üstünlük verilirsə, onda bu işə 
nə qədər vəsait ayrılması imkanı ön plana keçir. Bu imkan 
həll  ediləcək  məsələlərin  tərkibi  ilə  bağlıdır.  Yəni, 
müəssisə  rəhbərliyi  qərar  qəbuluna  cəlb  etmək  istədiyi 
yeni informasiyanı necə alacağını bildikdən sonra məlum 
olur ki, ayrılan vəsait bu məsələləri həll etməyə qadir olan 
hesablayıcı sistemi satın almağa imkan verir, ya yox.  
Müəssislərin  əksəriyyəti  üçün  aydın  olmuşdur  ki, 
nəzarətdən  kənar  qalan  informasiyanın  həcmi  çox 
olduqca,  müəssisəinin  işləməsi  mürəkkəbləşir.  Nəzarət 
edilən  informasiyanın  tələbatdan  az  olması  müəssisənin 
fəaliyyət  nəticələrinə  ciddi  təsir  göstərir.  Bu  baxımdan, 
informasiya  sistemlərinin  vəzifəsi  nəzarət  edilən 
informasiyanın artırılmasından ibarətdir.  
İnformasiya  texnologiyaları,  müəyyən  mənada, 
informasiya  vakuumunu  ləğv  etməyə  imkan  verir.  Bu 
informasiya  texnologiyaları  həm  müəssisədaxili,  həm  də 
ətraf aləm (İstahlakçıların sorğuları, bazarların vəziyyəti, 
tənzimləyici  qaydalar  və  s.)  barədə  geniş  spektrdə 
informasiya  verə  bilir.  Lakin  idarəedicilərin  bir  qismi  elə 
hesab edir ki, proqram məhsulları informasiya vakuumunu 
və şirkətin bütün problemlərini sərbəst surətdə, idarəedici 
işçilərin  fəal  iştirakı  olmadan  aradan  qaldırmaq 
iqtidarındadır.  Bu,  yanlış  fikirdir  və  idarəetmədə  insanın 
fəal  iştirakı  daim  zəruri  olacaqdır.  Çünki  müəssisələrin 
fəaliyyəti təkcə texnoloji prosesdən ibarət deyildir. Hətta 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________271________________________ 
 
bəzi  müəssisələrdə  eyni  texnoloji  proses  getsə  də, 
bunların  hər  birində  özəl  idarəetmə  situasiyası  mövcud 
olur.  Müəssisənin  idarəedilməsi  texnoloji  prosesin  idarə 
edilməsindən  daha  geniş  fəaliyyət  sferasıdır.  Hər  bir 
müəssisənin öz idarəetmə metodları olur.  
Beləliklə, 
idarəedici  informasiya  dedikdə,  təkcə 
istehsal  xarakterli  informasiya  deyil,  həm  də 
“müəssisəətrafı”  informasiya  və  müəssisənin  fəaliyyət 
göstərdiyi iqtisadi mühit barədə olan informasiya nəzərdə 
tutulur.  
Müəssisənin fəaliyyət göstərməsinə təsir edən bütün 
informasiya 
diqqət 
mərkəzinə 
çəkilməlidir. 
Bu 
informasiyanın  bir  hissəsi  qeydə  alınmış  idarəedici 
informasiya  sahəsinə  daxildir.  İstifadə  edilən  proqram 
təminatı  əlçatan  informasiyanın  təqdimat  keyfiyyətini 
yaxşılaşdırsa da, onun genişliyini artıra bilmir. Bu genişlik 
nəzarətedilən  daxili  və  xarici  informasiya  genişliyidir  ki, 
bunun da artırılması üsulu 
yeni məsələ həllindən ibarətdir. 
Yeni  məsələ  dedikdə,  mövcud  informasiya  sistemləri 
çərçivəsində və ya mövcud informasiya texnologiyaları ilə 
həlli mümkün olmayan məsələ nəzərdə tutulur. 
 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ 
 
Müəssisənin  idarəedilməsi  dedikdə,  müəssisə 
fəaliyyətinin  iqtisadi  və  sosial  ətraf  mühitdə  baş  verən 
dəyişiklilər nəzərə alınmaqla təşkil edilməsi başa düşülür. 
İdarəedici  işçi  heyəti  maliyyə,  əmək  və  material 
resurslarını elə paylamalıdır ki, nəzərdə tutulan məqsədə 
çatmaq  mümkün  olsun.  İdarəetmənin  vəzifəsi  daxili  və 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə