Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə59/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________259________________________ 
 
Malgöndərmə  zəncirinin  idarə  edilməsi  dedikdə, 
sifarişin icrasını minimal maddi, vaxt, maliyyə məsrəfləri 
ilə həyata keçirməyi təmin edən şəkildə təşkil etmək başa 
düşülür.  SCM  sistemi  məhz  bu  məqsəd  üçündür. 
Malgöndərilməsinin  dəqiq  tələb  olunan  vaxtda  həyata 
keçirilməsi külli miqdarda itkilərdən qaçmağa imkan verir. 
Bu,  malgöndərmələrinin  optimallaşdırılması  yolu  ilə  əldə 
edilən əlavə səmərədir.  
Bundan  əlavə,  malgöndərmələri  ilə  əlaqədar 
sənədlərin rəsmiləşdirilməsinin avtomatlaşdırılması sənəd 
tərtibi zamanı mümkün səhvləri aradan qaldıraraq  əlavə 
itkilər yaranması risklərini minimumlaşdırır.  
 Malgöndərmə  zəncirinin  ilk 3  həlqəsində  yeni SCM 
köhnə MRP ilə “üst-üstə düşür”. Sonrakı həlqələr MRP-nin 
imkanı xaricindədir. Çünki MRP yalnız tələbatı təyin edir. 
Xüsusi  proqram  əlavələrinin  köməyi  ilə  MRP-ni  SCM-ə 
çatdırmaq mümkündür.  
MRP ilə SCM arasında prinsipial fərq ondadır ki, MRP 
yalnız daxilolan logistika parametrlərini təyin edirsə, SCM 
malgöndərmə  prosesini  bütövlükdə  həyata  keçirir. 
Bundan  əlavə,  MRP  ERP-nin  bir  hissəsidir.  SCM  isə  ERP 
üzərində  üstqurumdur.  Odur  ki,  SCM  həm  daxilolan 
logistikanı,  həm  də  çıxan  logistikanı  tamamilə 
avtomatlaşdırır. 
 
SCM-LƏRİN REALLAŞDIRILMASI 
(YARADILMASI MƏNASINDA) 
 
PricewaterhouseCoopers  şirkətinin  nəşr  etdiyi 
Technology  Forecast  sorğu  kitabında  göstərilmişdir  ki, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________260________________________ 
 
2000-ci  ildə 
SCM-in  inkişafında  lider  olan  i2TECHNO-
LOGİES  şirkəti  bazara  yeni  RHYTHM  proqram  paketi 
əsasında  genişləndirilmiş 
MRP-sistem  çıxarmışdır.  Bu 
paket  obyektyönümlü  texnologiyalara  və  süni  intellektə 
əsaslanan  malgöndərmə  planları  və  qrafikləri  tərtibini 
avtomatlaşdıra  bilir. 
MANUGİSTİCS  GROUP  şirkəti  isə 
SCM-sistemlərdə  malgöndərmələrin  optimallaşdırılması 
sistemlərinin inkişaf etdirilməsi üzrə liderdir. Bu iki şirkət 
ERP, xüsusən də SCM istehsalı üzrə lider olaraq qalır.  
 
İNFORMASİYA SİSTEMLƏRİNİN ÜMUMI TƏSVIRI 
 
Aşağıdakı  şəkildə 
SCM,  CRM  və  ERP  sistemlərinin 
qarşılıqlı fəaliyyəti təsvir edilmişdir. 
 
 
Müəssisənin idarə edilməsində biznes-əlavələrin qarşılıqlı 
fəaliyyəti 
 
Materialların 
satın 
alınması 
Dəyərin 
əlavə 
edilməsi 
Məhsulun 
satılması 
Malgöndərənl
ər 
SCM  ERP  CRM/ SCM 
Sifarişçilər 
Malgöndər-
mə zənciri 
İstehsal 
tsikli 
Satış 
zəncir



 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________261________________________ 
 
İnteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS) və 
korporativ  informasiya  sistemlərinin  qarşılıqlı  əlaqələri 
aşağıdakı  şəkildə  verilmişdir.  Şəkildən  göründüyü  kimi, 
korporativ  informasiya  sistemlərinin  nüvəsi 
ERP-
sistemidir.  Korporativ  informasiya  sistemləri  əsasən, 
şirkətdaxili funksional altsistemlərin məsələlərini həll edir. 
İnteqrasiya  edilmiş  idarəetmə  sistemləri  korporativ 
informasiya  sistemlərindən  fərqli  olaraq  daha  çox  xarici 
informasiya ilə işləyir. Bu informasiya 
SCM, CRM və DSS 
vasitəsilə daxil olur.  
İnteqrasiya edilmiş idarəetmə sistemlərinin fəaliyyət 
sferası korporativ informasiya sistemlərinə nisbətən daha 
genişdir. 
 
 
 
İnteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS) 
və korporativ İNSİ-lərin qarşılıqlı əlaqələri 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________262________________________ 
 
REAL İNFORMASİYA SİSTEMLƏRİNİN 
QURULUŞUNA NÜMUNƏLƏR 
 
Açasğıdakı  şəklildə 
ERP  SAP  R/3  sisteminin 
arxitekturası təsvir edilmişdir. 
Şəkildə: 
EDI  –  Electronic  Data  Interchange  – 
elektron verilənlər mübadiləsi sistemi; 
ALE – Application 
Link Enabling – proqram əlavələrini əlaqələndirən sistem; 
Firewall  –  korporativ  informasiya  sistemlərini  xarici 
sistemlərdən qoruyucu ekrandır. 
 
ERP SAP R/3 sisteminin arxitekturası 
 
İndi  isə  neft  şirkətində  gerçək  fəaliyyət  göstərən 
korporativ  informasiya  sistemlərinin  arxitekturasını 
nəzərdən keçirək (Cədvələ nəzər sal). Burada informasiya 
SCM 
CRM 
DSS 
INSI 1 
INSI 2 
INSI n 
ALE 
SAP R/3 
EDI 
 
 
Daimi 
partn-
yorlar 
IT-platforma 
FI 
LO 
HR 
WEB 
İnternet 
Fire-wall 
INSI 1  
INSI 2 
 
INSI n 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________263________________________ 
 
sistemlərinin  İNTEX  əməlini  təsvir  edərkən  ilk  baxışda 
informasiya  sistemləri  ilə  heç  bir  əlaqəsi  olmayan 
mühəndis sistemlərinə diqqət yetirəcəyik. 
Aydındır  ki,  bütünlükdə  texnoloji  avadanlığın,  o 
cümlədən  informasiya  texnologiyalarının  etibarlılığı 
elektroqidalanmadan, 
informasiya 
sistemlərini 
dəstəkləyən  bütün  avadanlıqların  müntəzəm  reqlamentli 
profilaktikasından birbaşa asılıdır. Güclü prosessorlar üçün 
server  otaqlarında  sabit  iqlim  təmin  etmək  olduqca 
vacibdir və s. Bir sözlə, şirkətdə real işləyən informasiya 
sistemləri  üçün  hər  şey  əhəmiyyətlidir.  İnformasiya 
sistemlərindən 
“uzaq” 
mühəndis 
sistemlərinin 
diqqətdənkənar qalması şirkət üçün baha başa gələ bilər. 
Burada 2 informasiya texnologiyaları “layı” barədə də 
bəhs etmək məqsədəuyğundur. Bunlardan biri, 
telematik 
sistemlər,  digəri  istehsal  tsiklinin  optimallaşdırılması 
sistemidir.  İstehsal  tsiklinin  optimallaşdırılması  sistemi 
neft  sahəsində  informasiya  texnologiyaları ilə  funksional 
altsistemlər  (FUNAS)  və  proqram  əlavələri  ilə 
həmsərhəddir. 
Göstərək  ki,  informasiya  texnologiyaları  ilə  FUNAS 
arasında real sərhəd tapmaq o qədər də asan deyildir. 
Telematik sistemlər şirkətin obyektlərindəki istehsal 
tsikllərinə  məsafədən  nəzarət  etmək  üçündür.  Bu 
sistemlər FUNAS üçün neft hasilatı və quyuların vəziyyəti 
barədə  informasiya  təqdim  edir.  Telematik  sistemlər 
məhdudimkanlı mexaniki sistemlərdir. Bunlarda “intellekt” 
elementi  yoxdur.  Lakin  telematik  sistemlər  qəzaları 
qabaqlaya,  neft  quyularını  dayandıra  və  yenidən  işlədə 
bilir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə