Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə58/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________255________________________ 
 
Qərar qəbulunu dəstəkləyən sistemləri, şərti olaraq, 
sənədlərə, 
modellərə, 
verilənlərə, 
biliklərə 
və 
telekommunikasiyalara  əsaslanan  altsistemlərə  bölmək 
olar.  Qərar  qəbulunu  dəstəkləyən  sistemlərin  modellərə 
və verilənlərə əsaslanan altsistemləri məzmunca iqtisadi-
riyazi metodlara daha yaxındır. 
 
 
SƏNƏDLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ 
 
Qərar  qəbulu  praktiki  olaraq  həmişə  sənədlərlə 
müşayiət  olunur.  Lazımi  sənədin  axtarılması  və  istinad 
edilməsi  xeyli  zəhmət  tələb  edir.  Odur  ki,  sənədlərə 
əsaslanan  Qərar  qəbulunu  dəstəkləyən  sistemlər 
altsistemi daxili sənəd dövrüyyəsini və xaricdən daxil olan 
sənədlərin  qoyulmuş  reqlamentlərə  uyğun  təqdim 
edilməsini  avtomatlaşdırır.  Daxili  sənəd  dövrüyyəsini 
avtomatlaşdıran  sistemlərə  nümunə  olaraq  IBM  Lotus 
Notes,  “AyTi”  şirkətinin  Boss-Referent  və  Documentum 
sistemlərini  göstərmək  olar.  Xarici  sənədlərə  müraciət 
etmək üçün çoxsaylı axtarış sistemləri mövcuddur. 
 
MODELLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ 
 
Modellər  həmişə,  hətta  informasiya  (kompüter) 
texnologiyalarına  qədər  də  qərarın  hazırlanması  və 
qəbulunda  əsas  rol  oynamışdır.  Güclü  İNTEX 
instrumentlərinin  meydana  çıxması  qərar  qəbuluna 
dəstəyi daha da möhkəmləndirmişdir. Qərar qəbulu üçün 
dəstək  verən  modellərə  ənənəvi  statistik,  balans  və 
optimallaşdırma  modelləri  nümunədir.  Biznes-planların 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________256________________________ 
 
tərtibində  və  mürəkkəb  işlər  ardıcıllığının  icrasında  qraf 
modelləri  tətbiq  edilir.  Bu  sistemlərin  əsas  vəzifəsi 
proqnoz 
qiymətləri 
əsasında 
qərar 
variantları 
hazırlamaqdan 
ibarətdir. 
Həm 
mikrosəviyyədə 
(Qiymətlərin  və  satışın  səviyyələrini,  istehsalın  həcmini 
təsvir edən modellər), həm də makrosəviyyədə (Sahələrin 
inkişafı ssenariləri əsasında bütövlükdə milli iqtisadiyyatı 
təsvir edən modellər) qərar qəbulu üçün modellər qurmaq 
mümkündür. 
Model tiplərindən asılı olaraq müxtəlif paketlər tətbiq 
edilir. Məsələn, statistik modellər üçün SAS və SPSS kimi 
dünyada məşhur paketlər, optimallaşdırma məsələlərinin 
həlli üçün GAMS paketi və s. mövcuddur. 
 
VERİLƏNLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ 
 
Bu,  formal  cəhətdən  ən  mürəkkəb  məsələ  olan 
aktual  verilənlərin  operativ  emalı  altsistemidir.  Burada 
söhbət,  faylların  yaddaşda  yerləşdirilməsi,  axtarışı  və 
təqdimatı  kimi  elementar  əməliyyatlardan  deyil,  ilk 
növbədə,  verilənlərin  saxlanc  yerlərindən  (Data 
Warehouse)  və on-line emal sistemlərindən (OLAP) gedir. 
OLAP-sistemlərə  əsaslanan  Qərar  qəbulunu  dəstəkləyən 
sistemlər irihəcmli aktual verilənlərin təhlili əsasında qərar 
qəbuluna  güclü  kompüter  dəstəyi  verə  bilir.  Belə 
sistemlərə  nümunə  kimi  coğrafi  informasiya  sistemlərini 
(CİS) göstərmək olar.  
Verilənlərin  saxlanc  yeri  dedikdə,  qərar  qəbulunu 
dəstəkləmək  üçün  formalaşdırılan  predmet  yönümlü, 
inteqrasiya  edilmiş,  zaman-zaman  zənginləşdirilən,  lakin 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________257________________________ 
 
qeyd  edildikdən  (yaddaşa  (bazaya)  yazıldıqdan)  sonra 
dəyişdirilməyən  verilənlər  yığımı  nəzərdə  tutulur. 
Verilənlərin  saxlanc  yerlərində  istifadə  edilən  nisbətən 
geniş yayılmış emal metodları çoxölçülü təsnifləşdirmə və 
asılılıqların bərpası kimi statistik metodlardan ibarətdir. Bu 
metodların bir qismi kəşfiyyat təhlili (Data Mining) deyilən 
kateqoriyaya aid olub, bazaya yığılmış verilənlərdəki gizli 
qanunauyğunluqları aşkarlamağa xidmət edir. 
 
TELEKOMMUNİKASİYALARA ƏSASLANAN 
QQDS ALTSİSTEMİ 
 
Qərar  qəbulunun  telekommunikasiya  dəstəyi  iki  və 
daha  çox  mütəxəssisin  ünsiyyət  qurmasına,  informasiya 
mübadiləsi etməsinə və birgə fəaliyyətlərini koordinasiya 
etməyə  (əlaqələndirməyə)  imkan  verir.  Belə  sistemlərə 
nümunə  kimi  audio-,  video-,  Veb-konfranslar,  elektron 
poçt göstərilə bilər ki, bunlara da bəzən qrupşəkilli qərar 
qəbulu sistemi də deyilir. Bu  tip altsistemlər mütəxəssis 
qrupları 
arasında 
əlaqə 
yaradaraq 
informasiya 
mübadiləsini  reallaşdırır  və  mütəxəssis  qruplarının  birgə 
işləməsini təmin edir.  
 
QQDS-İN REALLAŞDIRILMASI NÜMUNƏLƏRİ 
 
Rusiyada  geniş  tətbiq  tapmış  Qərar  qəbulunu 
dəstəkləyən  sistemlərindən:  ORACLE  OLAP,  mySAP, 
Hyperion Enterprise sistemlərini göstərmək olar.  
SAP (SAP- Software Applied Products) şirkətinin əsas 
məhsulu olan SAP-ERP R/3 sisteminin əsas özəyi - on-line 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________258________________________ 
 
transaksiya  emalı  sistemində  (OLTP)  R/3  funksional 
altsistemi:  maliyyə  (FI),  logistika  (LO),  kadrlar  (HR)  və 
sahəvi əlavələri (Industry Solitions - IS) özündə birləşdirir. 
QQDS-in intellektual  əlavələrinə adətən, modellərə, 
verilənlərə və biliklərə əsaslanan altsistemlər aid edilir. 
SAP şirkəti aşağıdakı intellektual əlavələri təklif edir: 
 Biznes-informasiya 
saxlanc 
yeri 
(Busines 
Information Warehouse BIW); 
 Biliklərin saxlanc yerinin idarə edilməsi (Knowledge 
Warehouse Management – KWM); 
 Korporativ  maliyyənin  idarə  edilməsi  (Corporate 
Finance Management – CFM); 
 Şirkətin strateji idarə edilməsi (Strategic Enterprise 
Management – SEM). 
Bu  siyahı  daim  artır.  Çünki  bu  sahədə  axtarışlar 
davam  edir.  Məsələn,  Malgöndərmə  zəncirinin  idarə 
edilməsi  sistemlərini  (SCM-  Supply  Chain  Management) 
nümunə göstərmək olar. 
Bu sistem malgöndərənləri, distribüterləri və alıcıları 
bir  məntiqi  prosesdə  birləşdirir.  Malgöndərmə  zənciri  - 
istehsal  müəssisələri,  topdan  ticarət  və  ya  distribüter 
mərkəzləri,  mal  göndərilməsi  və  ya  xidmət  göstərilməsi 
üzrə sifarişlərin icrası üçün birləşmiş insanlar kimi çoxsaylı 
iqtisadi agentlərdən əmələ gəlir. Malgöndərmə zəncirinin 
məntiqi  ardıcıllığı  belədir:  tələbatın  planlaşdırılması
 
tələbatın  proqnozlaşdırılması
tələbatın  spesifikasiyası 
(Bir 
şeyin 
dəqiqləşdirilmiş 
təsnifi)
sifarişin 
rəsmiləşdirilməsi
sifarişin 
yerləşdirilməsi
sifarişin 
icrası
nəqliyyatmalın (xidmətin) alınması.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə