Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________63________________________ 
 
sahəli  şirkətlərə  məxsusdur.  Konqlomeratlar  müxtəlif 
sahələrdə  istehsala,  satışa  malik  olmayan  bir  neçə 
onlarla  xırda  və  orta  firmaların  böyük  şirkət  tərəfindən 
mənimsənilməsi yolu ilə yaranır. Konqlomeratlar ictimai 
şirkətdir,  onların  aksiyaları  fond  birjalarında  yerinə 
yetirilən sövdələşmədə iştirak edir. 
Offşor  vergidən  tamamilə  azad  olunmuş  və 
nəzarət  zəif  olan  ölkələrə  (zonalara)  deyilir.  Belə 
ölkələrdə qanunvericilik həm şirkətin təsisçilərini, həm də 
maliyyə  mənbələrini  gizlətməyə  imkan  verir.  Vergidən 
yayınmaq  istəyən  pullu  şəxslər  öz  kapitalını  belə 
zonalarda saxlayırlar. 
Offşor ərazilərin müəyyənləşdirilməsi ilə Beynəlxalq 
Valyuta Fondu məşğul olur. Hazırda fondun siyahısında 
26 dövlət var. Kipr, Panama, Makao və başqaları offşor 
ölkələr  sayılır.  Dünya  birliyi  offşor  ərazilərə  nəzarəti 
gücləndirməkdədir.
 
 
 
 
 
 
 
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________64________________________ 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________65________________________ 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN 
TEXNİKİ VƏ PROQRAM TƏMİNATI 
 
İnformasiya  xidmətinin  3  tərkib  hissəsi  olan 
avadanlıq, proqram təminatı və təşkilolunmanın hər üçü 
eyni  dərəcədə  vacibdir.  Bunlardan  hər  hansı  birinə 
üstünlük  vermək  doğru  deyil.  Odur  ki,  sözügedən 
aspektlərin eyni dərəcədə izahına ehtiyac vardır. 
 
İNFORMASİYANIN İŞLƏNMƏSİNİN 
AVTOMATLAŞDIRILMASININ ƏSASLARI. 
ALQORİTM ANLAYIŞI 
 
İnsanın zehni fəaliyyətinin, o cümlədən, hesablama 
işlərinin  formallaşdırılması  problemi  qədim  zamanlardan 
alimləri  məşğul  etmişdir.  Əsas  məsələ  hesablama 
prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki, 
hər bir əməl mütləq şəkildə formal təyin edilmiş olsun və 
hər əməldən sonra hansı  əməlin icra ediləcəyi birmənalı 
bəlli  olsun.  Bu  əməllər  ardıcıllığına  məsələnin  həll 
alqoritmi  deyilir.  Məsələnin  alqoritminin  qurulmasına 
məsələnin alqoritmləşdirilməsi deyilir. 
Alqoritm anlayışı informatikanın mərkəzi anlayışıdır. 
Alqoritm  sözü  IX  əsrdə  yaşamış  özbək  riyaziyyatçısı 
Məhəmməd  əl-Xörəzmin  (təxminən  783-  təxminən  850) 
adı  ilə  bağlıdır.  Alqoritmi  alqoritm  icraçısı  (operator) 
reallaşdırır.  
Alqoritmin  əsas  xüsusiyyəti  qoyulmuş  məqsədə 
çatdırmasıdır.  Maşın  üçün  yazılmış  alqoritm  proqram 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________66________________________ 
 
adlanır.  Kompüter  proqramla  işləyir.  Proqramı  olmayan 
məsələnin maşında həlli mümkün deyil. 
 
 
    
Abu Abdulla (və ya Abu Cəfər) Mühəmməd ibn 
Musa  əl-Xorezmi  (ərəbcə و بأ  دب ع  الله   دمحم  ن ب 
یس وم یمخواوزما) orta əsrin böyük özbək (fars) alimi, 
riyaziyyatçı,  astronom,  coğrafiyaçı  və  tarixçi  (IX  əsr), 
klassik cəbrin banilərindən biri. 
 
İntuitiv  alqoritm  anlayışı  proqram  anlayışından 
əhəmiyyətli dərəcədə genişdir.  
İlk proqramçılar Paskal, Dekart, Leybnis, Laplas və 
başqaları olmuşlar. 
Alqoritmin aşağıdakı xassələri vardır: 
1. Dilə  bağlılıq.  Alqoritm  alqoritmik  dildə  yazılır. 
Alqoritmik  dil  müəyyən  simvollar  və  qaydalar 
sistemidir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________67________________________ 
 
2. Diskretlik.  Alqoritm  ciddi  struktura  malik 
elementar  əməllər  (əmrlər)  çoxluğu  olub, 
sökülüb-yığılandır. 
3. Determinlik.  Alqoritm  tamamilə  formal  və 
müəyyən (birmənalı) olmalıdır. 
4. Kütləvilik.  Alqoritm  bir  sinif  məsələlərin  hamısını 
həll etməyə yararlı olmalıdır. 
5. Təkrarlananlıq.  Eyni  giriş  verilənləri  həmişə  eyni 
nəticə verməlidir. 
6. Sonluluq. Alqoritm ya məsələnin həll nəticəsini, ya 
da  həllin  mümkün  olmadığı  barədə  məlumatı 
verməlidir. 
Alqoritm 
prosesi 
əyaniləşdirən 
blok-sxem 
formasında təsvir edilir. 
 
ELEKTRON-HESABLAYICI MAŞINLAR 
 
1642-ci ildə Paskal cəmləyici maşın ixtira etdi. 1673-
cü  ildə  Leybnis  (1646-1716)  4  hesab  əməlini  icra  edən 
arifmometr  quraşdırdı.  19-cu  əsrin  1-ci  yarısında  ingilis 
riyaziyyatçısı Çarlz Bebbic ilk avtomat hesablayıcı maşının 
layihəsini verdi. 
Lakin bu maşın “Mark - 1” adı ilə 100 il sonra, 1943-
cü  ildə    ABŞ-da  İBM  kompaniyasının  müəssisələrindən 
birində quruldu. Bu, proqramla işləyən ilk elektromexaniki 
hesablayıcı maşın idi.  
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________68________________________ 
 
 
Qotfrid Vilhelm Leybnis 
 
Çarlz Bebbic 
 
1949-cu  ildə  müasir  kompüterlərin  ulu  əcdadı  olan 
ilk Con fon Neyman (1903-1957) maşını ingilis alimi Moris 
Uilks  (1913-2010)  tərəfindən  quruldu.  Bu,  elektron 
lampaları  üzərində  qurulmuş  ilk  elektron-hesablayıcı 
maşın idi. 
 
      
Con fon Neyman maşınının ümumiləşdirilmiş sxemi 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə