Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə22/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________101________________________ 
 
Sinxronlaşdırıcı  impulsun  başlanğıcı  ilə  növbəti 
impulsun  başlanğıcı  arasındakı  zaman  müddəti 
takt 
adlanır (şəkilə nəzər sal). 
 
 
 
Prosessor  tərəfindən  yerinə  yetirilən  istənilən 
əməliyyat  taktın  müəyyən  hissəsində  baş  verir.  Bunun 
ardınca  fasilə  gəlir  ki,  bu  zamanda  heç  bir  əməliyyat 
həyata keçmir. Fasilənin olması prosessor üçün prinsipial 
faktordur.  Bu  faktor  fiziki  qanunlara  söykənir  və 
prosessorun  işini  idarə  edir.  Prosessorun  proqrama 
uyğun olaraq yerinə yetirdiyi əməliyyatlar ardıcıllığı takt 
daxilində,  takt  sərhədlərinə  uyğun  olaraq  t
0
,  t
1
,  t
2
  ... 
zaman  momentlərində  ani  olaraq  həyata  keçir.  Taktın 
sərhədləri sayılan sinxroimpulslar sıfırdan fərqli uzunluğa 
malik olduqları üçün t
0
, t
1
, t
2
 ... zaman momentləri takt 
impulslarının başlanğıcı sayılır. 
     


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________102________________________ 
 
İmpuls  generatorunun  vahid  zaman  müddətində 
hasil etdiyi taktların tezliyi hesablama texnikasında 
takt 
tezliyi adlanır və vacib texniki xarakteristikalardan biri 
hesab edilir. 
Takt  tezliyi  verilənlərin  emal  olunma  sürətini 
müəyyən  edən  əsas  faktorlardan  biridir.  İlk  istehsal 
olunan  kompüterlər  5-10  Mhers  tezlikdə  işləyirdilər. 
İndiki  zamanda  fərdi  kompüterlərdə  istifadə  olunan 
prosessorlar 100 MHers-lərdən 3-4 Hhers takt tezliyində 
verilənləri emal edirlər. Yaxın gələcəkdə bu kəmiyyətin 
10 Hhersə çatdırılacağı gözlənilir. Nəzəri hesablanmışdır 
ki, kəmiyyətin qiyməti 30-40 Hhersdən artıq ola bilməz. 
 
KOMPÜTERİN ƏMƏLİYYAT SİSTEMİ. 
ƏMƏLİYYAT SİSTEMİNİN FUNKSİYALARI 
 
Əməliyyat sistemi kompüterin ayrı-ayrı qurğularının, 
həmçinin  qurğularla  tətbiqi  proqramların  qarşılıqlı 
fəaliyyətini təmin edən proqram vasitələri kompleksidir.  
Müasir əməliyyat sistemləri aşağıdakıları təmin edir: 
 Proqramların icrasının idarə edilməsi; 
 Yaddaşın idarə edilməsi; 
 Giriş-çıxışın idarə edilməsi; 
 Fayl sisteminin idarə edilməsi; 
 Kəsilmələrin emalı; 
 Kompüterin aparat qurğularının idarə edilməsi; 
 İstifadəçilər  və  proqramlarla  qarşılıqlı  fəaliyyət 
(əməliyyat sisteminin istifadəçi interfeysi); 
 Çoxməsələli rejim; 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________103________________________ 
 
 Çoxistifadəçili rejim; 
 Əməliyyat sisteminin kompüterə yüklənməsi; 
 Əməliyyat  sisteminin  komponentlərinin  qoşulub-
açılması; 
 Əməliyyat sisteminin parametrlərinin sazlanması; 
 Kompüter 
cərəyana 
qoşularkən 
əməliyyat 
sisteminin yüklənməsi; 
 Kompüter  qurğularının  cari  konfiqurasiyasının 
avtomatik təyini; 
 Kompüterin  qurğularının  və  əməliyyat  sisteminin 
funksional  altsistemlərinin  testləşdirilməsi  və 
mümkün pozuntuların düzəldilməsi; 
 Kompüter  resurslarının  (operativ  yaddaşın, 
prosessorun  vaxtının,  xarici  yaddaşın,  periferiya 
qurğularının 
və 
s.) 
proqramlar 
arasında 
paylanması; 
 Kompüterin təhlükəsiz işləməsi (bir istifadəçi və ya 
proqram  tərəfindən istifadə  edilən yaddaşın  digər 
istifadəçi  və  ya  proqram  müdaxiləsindən 
qorunması); 
 Bir neçə proqram və ya istifadəçi tərəfindən birgə 
istifadə  edilən  verilənlərin  düzgünlüyünün  təmin 
edilməsi. 
Proqramların  icrasının  və  yaddaşın  idarə  edilməsi 
əməliyyat sisteminin əsas funksiyasıdır. 
Çoxməsələli 
rejimdə 
əməliyyat 
sistemləri 
aşağidakilara imkan verməlidir: 
 Bir neçə proqramın paralel (psevdoparalel) icrası; 
 Tapşiriqların  (daha  doğrusu,  proqramların)  icra 
növbəliliyinin yaradılması; 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________104________________________ 
 
 Prosessor  və  yaddaş  resurslarının  proqramlar 
arasında  bölünməsi  və  xarici  qurğulara  müraciət 
ardıcıllığının təmin edilməsi. 
Çoxistifadəçili rejim verilənlərlə bir neçə istifadəçinin 
paralel  işləməsini  nəzərdə  tutur.  Odur  ki,  əməliyyat 
sistemi  bu  rejimdə  əlavə  olaraq  aşğıdakılara  da  imkan 
verməlidir: 
 Prosessor  və  yaddaş  resurslarının  və  xarici 
qurğulara  müraciət  ardıcıllığının  istifadəçilərin 
prioriteti üzrə bölünməsinin təmin edilməsi; 
 Bir  istifadəçinin  verilənlərinə  başqa  istifadəçinin 
müdaxilə etməsinə imkan verilməməsi. 
Vaxt  bölgüsü  rejimi  vaxt  kvantları  ilə  işləməyi 
nəzərdə  tutur.  Belə  ki,  bu  rejimdə  çoxsaylı  proqram  və 
istifadəçilərə  öz  prioritetlərinə  uyğun  ardıcıllıqla  imkan 
yaradılır  və  onlara  yalnız  bir  kvantlıq  xidmət  göstərilir. 
Növbəti kvantda yarımçiq qalan məsələlər həll edilir. 
 
 ƏMƏLİYYAT SİSTEMİNİN TƏKAMÜLÜ 
 
İlk  zamanlar  bir  neçə  firma  tərəfindən  hazırlanmış 
müxtəlif  əməliyyat  sistemləri  variantları  mövcud 
olmuşdur.  1970-ci  illərin  ortalarında  bir  sıra  səbəblər 
üzündən  kompüterlərin  əksəriyyətində  IBM  firmasının 
Disk  Əməliyyat  Sistemi  (
DOS) istifadə  edilməyə başladı. 
İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır. 
Sonra 
DOS  əsasında  Mikrosoft  firması  MS  DOS 
əməliyyat  sistemini  yaratdı.  Sonra 
MS  DOS  üzərində 
Norton  Commander  adlı  proqram  örtüyü  yaradıldı.  Bu, 
istifadəçi interfeysini xeyli əyaniləşdirdi və işin etibarlılığını 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə