Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə115/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   117

Nəqliyyat vasitəsində reys zamanı və ölkə ərazisinə gəldikdə san qızdırma 
ilə xəstə (şübhəli) şəxs aşkar edildikdə sonuncu infeksion stasionarda (reys zamanı 
- ayrı kayutda) hospitalizasiya olunur. 
Sarı  qızdırmaya  görə  qcyri-sağlam  ölkədən  gələn  hər  hansı  nəqliyyat 
vasitəsində  dczinseksiyauın  aparılmasına  dair  məlumat  olmalıdır  ki,  o  da  dəniz 
sanitar  bəyannaməsinə  və  ya  hava  nəqliyyatı  vasitəsinin  ümumi  bəyannaməsinin 
sanitar  hissəsinə  qeyd  olunmalıdır.  San  qızdırmaya  görə  qeyri-sağlam  ölkədən 
gələn  hava  nəqliyyatı  vasitəsinin  komandirinə  ağcaqanadların  olması  faktı 
məlumdursa, bu zaman nəqliyyat vasitəsində dczinseksiya apanlır. 
Sarı  qızdırmaya  qarşı  vaksinasiya  haqqında  şəhadətnamənin  olması  sarı 
qızdırma ərazisində yerləşmiş istənilən liman və ya aeroportdan istifadə edən gəmi 
və  təyyarənin  hər  bir  üzvü  üçün  vacibdir.  Sarı  qızdırmaya  görə  qcyri-sağlam 
ərazilərin  siyahısı  ÜST  tərəfindən  müəyyən  edilir  və  məlumat  digər  ölkələrə 
yayılır. 
San  qızdırmaya  görə  qeyri-sağlam  ərazilərə  gedən  ölkə  vətəndaşlarına 
peyvənd  məntəqələrində,  müvafiq  tibb  müəssisələrində  profilaktik  vaksinasiyanın 
edilməsi tövsiyə olunur. Bu zaman sarı qızdırmaya qarşı aparılmış vaksinasiya və 
ya  rcvaksinasiya  haqqında  beynəlxalq  şəhadətnamə  verilir.  Bu  sənədin  olmaması 
vətəndaşa  ölkədən  çıxmağa  maneçilik  törətmir,  lakin  həmin  şəxs  Dövlət 
sanepidemioloji  xidmətin  məsul  işçisi  tərəfindən  onun  sarı  qızdırma  ilə  yoluxma 
təhlükəsinə  məruz  qalması  və  gedəcəyi  yerin  aeroportunda  (limanda)  onun 
saxlanılması  haqqında  xəbəıiıq  edilir.  Sarı  qızdırmaya  görə  qeyri-sağlam  ölkələrə 
gedən  şəxslərin  qeydiyyatı  jurnalında peyvənddən imtina  barəsində və  ona edilən 
xəbərlıq haqqında qeyd edilir ki və o, vətəndaş tərəfindən imzalanır. 
Kontagioz virus hemorragik qızdırmaların ölkə ərazisinə gətirilməsinin 
qarşısının alınması üzrə xüsusi tələblər 
Qüvvədə  olan  Sanitar  qaydalara  əsasən  Lass,  Ebol,  Marburq  virus 
hemorragik qızdırmalarının inkubasiya dövrü 21 gün təyin olunmuşdur. 
Dəniz  (çay)  nəqliyyat  vasitəsində  reys  zamanı  kontagioz  virus  hemorragik 
qızdırmaları  ilə  xəstə  (şübhəli)  şəxs  aşkar  edildikdə  aşağıdakı  tədbirlər  həyata 
keçirilir: 
-
 
xəstə (şübhəli) şəxs söndürülmüş sorucu ventilyasiyası olan gəminin 
izolyatoruna və ya ayrıca kayuta yerləşdirilir
-
 
xəstə (şübhəli) şəxslə bilavasitə təmasda olanlar ayrı kayutda izolyasiya 
edilirlər; 
339 
downloaded from KitabYurdu.org


-  xəstə  (şübhəli)  şəxslə  bilavasitə  təmasda  olmayanlar  ayrıca  kayutda  izolyasiya 
edilmirlər; onlar üzərində tibbi müşahidə qoyulur və yaşadığı əraziyə gəldikdə 
yerli səhiyyə orqanları 21 gün ərzində tibbi müşahidəni davam etdirirlər. 
Olkə  ərazisinə  gələn  nəqliyyat  vasitəsində  kontagioz  virus  hemorragik 
qızdırmaları  ilə  xəstə  (şübhəli)  şəxs  aşkar  edildikdə  dövlət  sərhədinin  keçid 
məntəqələrində  xəstəni  izolyatora  (hospitalizasiya  üçün  briqada  gələnə  qədər) 
yerləşdirmək  (bu  zaman  otaq  hermetik  olmalı  və  sorucu  ventilyasiya  sistemi 
söndürülməlidir) lazımdır. 
Kontagioz virus hemorragik qızdırmaları ilə xəstə (şübhəli) şəxs aşkar edilən 
nəqliyyat vasitəsini sanitar körpüyə, dayanacağa, dalana aparırlar. 
Kontagioz virus hemorragik qızdırmaları ilə xəstə (şübhəli) şəxs aşkar edilən 
xaricdən  gələn  istənilən  nəqliyyat  vasitəsində  mütləq  yekun  dezinfeksiya, 
deziııseksiya və deratizasiya aparılır. 
Kontagioz virus hemorragik qızdırmaları ilə xəstə (şübhəli) şəxsin daşınması 
1.2.011.94-cü  il  Sanitar  qaydaların  (SQ)  tələblərinə  (taunun  ağciyər  formasında 
olduğu kimi  - «1-11 qrup patogen mikroorqanizmlərlə işin təhlükəsizliyi») müvafiq 
olaraq  əksepidemik  rejim  gözlənilməklə,  imkan  varsa  -  alçaq  təzyiqli  plassmas 
bokslarda həyata keçirilir. 
Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli)  şəxs  hermetik 
şərait  yaratmaqla  və  sorucu  ventilyasiyası  söndürülməklə  infeksion  stasionarların 
bokslarına (imkan varsa - alçaq təzyiqli plassmas bokslara) hospitalizasiya olunurlar. 
Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli)  şəxslər  üçün 
infeksion  stasionarda  iş  xüsusi  hazırlıqlı  heyət  tərəfindən  I  tip  qoruyucu  geyimdə 
taunun  ağciyər  formasında  olduğu  kimi  əksepidemik  rejim  gözlənilməklə 
(1.2.011.94-cü  il  SQ  -  «1-11  qrup  patogen  mikroorqanizmlərlə  işin  təhlükəsizliyi))) 
aparılır. 
Qeyri-infeksion xəstəliklərin epidemiologiyası 
Son illər bütün xəstəliklərin populyasiya səviyyəsində öyrənilməsinin ümumi 
prinsipləri  və  metodiki  əsaslan  işlənib  hazırlanmışdı.  Bu  məqsədlə  epidemiologiya 
terminindən  geniş  istifadə  olunur.  Baktcrioloji  kəşflərdən  sonra  bir  əsrlik  inkişaf 
dövründə epidemio- 
340 
downloaded from KitabYurdu.org


logiya  -  epidemik  prosesin  qanunauyğunluqlarını  öyrənən  bir  elm  kimi 
formalaşmışdır. 
İ.S.Bezdenejnı  tərəfindən  cpidemiologiyaya  belə  tərif  verilmişdir: 
«Epidcmiologiya - tibb elminin müstəqil sahəsi olub insan cəmiyyətində yoluxucu 
xəsəliklərin  baş  verməsi,  yayılması  qanunauyğunluqlarını  öyrənməklə  yanaşı,  bu 
xəstəliklərə qarşı mübarizə və profilaktika tədbirlərini həyata keçirir». 
Profilaktikanın  sərhədlərinin  infeksion  patologiyanın  sərhədlərindən  kənara 
çıxması  nəticəsində  nəinki  təkcə  infeksion,  həm  də  qeyri-  infeksion  xəstəliklərin 
öyrənilməsində  populyasion  yanaşmanın  tətbiqi  nəticəsində  «Qeyri-infeksion 
epidsmiologiya anlayışı» meydana gəlmişdir. Bu proqressiv istiqamətin inkişafının 
ilk  dövrlərində  hesab  edilirdi  ki,  burada  epidemiologiya  termininin  işlədilməsi 
yersizdir.  Çünki  epidemiologiya  yoluxucu  (parazitaı)  xəstəliklərin  əmələ  gəlməsi, 
yayılması  və  sönməsi  qanunauyğunluqları  haqqında  elmdir.  Qeyri-infeksion 
xəstəliklərin cpidemiologiyası isə somatik, qeyri-infeksion mənşəli kütləvi yayılan 
xəstəlikləri  epidemioloji  müayinə  metodu  vasitəsilə  öyrənir.  Hazırda  bu  istiqamət 
sürətlə  inkişaf  etməkdədir  və  yoluxucu  xəstəliklərin  epidcmiologiyası  ilə  yanaşı, 
qeyri-infeksion xəstəliklərin epidcmiologiyası (QİXE) anlayışı tətbiq olunur. 
QIXE-nin  predmeti  -  epidemik  xarakter  daşıyan  və  həm  müəyyən  bioloji 
tibbi  amillərdən,  həm  də  sosial  şəraitdən  asılı  olan  bir  sıra  somatik  xəstəliklərin 
əmələ gəlmə səbəblərini və inkişaf qanunauyğunluqlarını öyrənməkdir. 
QIXE-nin  müayinələrinin  əsas  vəzifəsi  bu  xəstəliklərin  patogenezinə  dair 
materialların  toplanması  və  təhlilidir.  Bunun  əsasında  bədxassəli  şiş,  ürək-damar 
xəstəlikləri,  sinir,  psixi,  allcrgik  və  digər  xəstəliklərin  profilaktikası,  onlarla 
xəstələnmə səviyyəsinin azaldılması və ölümün qarşısının alınması üzrə mübarizə 
metodları  işlənib  hazırlanır  və  həyata  keçirilir.  QİXE-də  aparılan  müayinələr  bir 
çox  üsulları  özündə  birləşdirir  ki,  bunlar  epidemiologiyada  tibbin  köməyi  ilə 
konkret səbəb amillərini aşkar etməyə, onların təsir mexanizmini qiymətləndirməyə 
və  profilaktik  tədbirlər  işləyib  hazırlamağa  imkan  verir.  Müayinələr  kompleksinə 
həmçinin  ayrı-ayrı  ərazilərin  geoloji,  meteoroloji  və  coğrafi  parametrləri  ilə 
müqayisədə həmin ərazilər üçün atlasların tərtib edilməsi də daxildir. 
Ayrı-ayrı  qitələrdə  müxtəlif  qeyri-infeksion  xəstəlikləri  (QİX)  öyrənən 
zaman istifadə olunan diaqnostik testlərin özünəməxsus 
341 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə