Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə114/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   117

etibarlıdır.  Ağciyər  taunu  ilə  xəstəlik  hallan  qeydə  alınmış  ölkədən  beynəlxalq 
reyslərə göndərişlər olduqda hər nəqliyyat vasitəsinə daxil olmuş hər bir şəx
v
s  6 
gün ərzində tibbi müşahidəyə götürülür. 
Gəmi, təyyarə, dəmiryolu qatarı və ya avtomobil nəqliyyatında taunla xəstə 
şəxs olarsa, o, yoluxmuş sayılır. 
Nəqliyyat  vasitəsi  dayanacağa  gəldikdə  aşağıdakı  hallarda  taunla 
yoluxmaya şübhəli hesab edilir: 
-
 
əgər  taunla  xəstə  yoxdur,  lakin  sərnişinlər  və  ya  heyət  arasında  əvvəlki  6 
gün ərzində xəstəlik baş vermişdir
-
 
naməlum ctiologiyadan gəmiricilərin ölməsi faktı aşkar edildikdə; 
-
 
taunun  enzootik  ocağından  gələn  nəqliyyat  vasitəsində  gəmiricilər  aşkar 
edildikdə; 
-
 
əgər sərnişinlər və ya heyət arasında ağciyər taunu ilə yoluxma təhlükəsinə 
məruz qalmış, lakin heyətin digər üzvlərindən və sərnişinlərdən izolyasiya 
olunmamış şəxs varsa. 
Gəmidə  reys  zamanı  aşkar  edilmiş  taunla  xəstə  (şübhəli)  şəxs  gəminin 
izolyatorunda yaxın limana çatana qədər təcili hospitali- zasiya edilir. 
Xəstəyə  kompleks  terapiya,  patogenetik  və  simptomatik  terapiya  aparılır. 
Etiolrop  terapiya apaımazdan  əvvəl  xəstədən  bakterioloji müayinə üçün  material 
(bəlğəm, burun-udlaqdaq yaxma, imkan varsa qan və bubonun punktatı) götürülür 
və  steril,  hermetik  bağlanan  qablara  yerləşdirilir  ki,  limana  çalana  qədər  o, 
soyuducuda  saxlanır,  limanda  taun  törədicisini  aşkar  etmək  üçün  laboıator 
müayinələr aparılır. 
Xəstə ilə təmasda olanlar üzərində 6 gün ərzində xəstəlik 
əlamətləri (38°C və yuxarı temperatur, iııtoksikasiya, limfadenit, 
pnevmoniya) olan şəxsləri erkən aktiv aşkaıiamaq məqsədilə tibbi 
müşahidə qoyulur. Epidemioloji gösitərişləro əsasən xəstə ilə tomasda 
olan şəxslərə antibiotiklərlə təcili prlfilaktika aparılır. Gəmidə 
dezinfeksiya, gəmiricilər aşkar edildikdə isə - deratizasiya və 
• • 
dezinseksiya aparırlar. Olmüş gəmiricilərin cəsədlərini bakterioloji müayinə üçün 
soyuducuda saxlayırlar. 
Taunla yoluxmaya şübhəli gəmi, təyyarə, dəmiryol qatarı və avtonoqliyyat 
vasitəsi ölkə ərazisinə gəldikdə aşağıdakı tədbirlər həyala keçirilir: 
-
 
Nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana aparılır; 
336 
downloaded from KitabYurdu.org


-
 
Sərnişinlər  və  heyət  üzvləri  üzərində  ölkə  ərazisinə  gəlmə  anından  6  gün 
ərzində  tibbi  müşahidə  qoyulur  və  cpidemioloji  göstərişlərə  əsasən  təcili 
profilaktika aparılır; 
-
 
Yoluxmuş  hesab  edilən  nəqliyyat  vasitəsinin  müxtəlif  hissələrinin  və 
əşyaların  dezinfeksiyası  və  dezinseksiyası,  gəmiricilər  aşkar  edildikdə  isə 
deıatizasiyası həyala keçirilir. 
Taunla  yoluxmuş  hesab  edilən  istənilən  nəqliyyat  vasitəsi  ölkə  ərazisinə 
gəldikdə aşağıdakı tədbirlər həyat keçirilir: 
-
 
Nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana aparılır; 
-
 
1.2.011.94-cü  il  Sanitar  qaydaların  (SQ)  tələblərinə  («1-11  qrup  palogen 
mikroorqanizmlərlə işin təhlükəsizliyi») müvafiq olaraq əksepidemik rejim 
gözlənilməklə xəstə mütləq hospitaliza- siya olunur; 
-
 
Xəstə  (şübhəli)  şəxslə  təmasda  olan  heyətin  üzvləri  və  sərnişinlər  gəlmə 
anından (gəmilər üçün reysdə xəstənin izolyasiyası anından) 6 gün ərzində 
izolyasiya olunur və təcili profilaktika aparılır; 
-
 
Yoluxmuş  hesab  edilən  nəqliyyat  vasitəsinin  hissələri  və  əşyalar,  o 
cümlədən  xəstə  (şübhəli)  şəxsin  və  xəstə  ilə  tomasda  olanın  yükü,  yataq 
dəsti  və  paltarı  dezinfeksiya  (lazım  gəldikdə  dezin-  seksiya);  gəmiricilər 
aşkar edildikdə deratizasiya edilir. 
Vəbanın  ölkə  ərazisinə  gətirilməsinin  qarşısının  alınması  üzrə  xüsusi 
tələblər 
Qüvvədə  olan  Beynəlxalq  tibbi-sanitar  qaydalara  əsasən  vəba  zamanı 
inkubasiya dövrü 5 gün təyin olunmuşdur. 
Reysdə  yoluxmuş  ərazilərdən  gələn  nəqliyyat  vasitəsinin  sərnişinləri  və 
heyət üzvləri arasında vəba əlamətləri (diareya, qusma) olan xəstə aşkar edildikdə 
nəqliyyat vasitəsinin rəhbərliyi istənilən ölkənin yaxınlıqdakı limanın, aeroportun, 
stansiyanın  sanitar  rəhbərliyinə  xəstə  haqqında  xəbərdarlıq  etməli  və  onun 
hospitali- zasiyasına icazə almalıdır. 
Reysdə  vəba  ilə  xəstə  (şübhəli)  şəxs  aşkar  edildikdə  xəstə  limana  çatana 
qədər  gəmi  izolyatorunda  hospitalizasiya  olunur  və  təcili  patogenetik  ctiotrop 
terapiya  aparılır.  Etiotrop  terapiyadan  əvvəl  gəmi  həkimi  bakterioloji  müayinə 
üçün nəcis və qusuntu kütlələrindən nümunələr götürül' və bu nümunələr limana 
çatana qədər içərisində 2%-li xörək duzu məhlulu olan hermetik bağlı bankalarda 
saxlanır. Vəba ilə xəstələrlə təmasda olanlar üzərində xəstəliyin əlamətlərini aktiv 
aşkar etmək məqsədilə tibbi müşahidə 
337 
downloaded from KitabYurdu.org


qoyulur,  açıq-aydın  yolııxma  riski  olduqda  isə  antibiotiklərlə  təcili  profilaktika 
aparılır. 
Vəba ilə xəstə (şübhəli) şəxs aşkar edilmiş nəqliyyat vasitəsi ölkə ərazisinə 
gəldikdə aşağıdakı tədbirlər həyata keçirilir: 
-
 
nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana aparılır; 
-
 
əksepidemik rejim gözlənilməklə xəstə mütləq hospitalizasiya olunur; 
-
 
sərnişinlər  və  heyət  üzvləri  izolyasiya  olunur  (yoluxma  riski  nəzərə 
alınmaqla  epidemioloji  göstərişlərə  əsasən)  və  ya  xəstəliyin  inkubasiya 
dövrü ərzində onlar tibbi müşahidəyə götürülürlər
-
 
epidemioloji  göstərişlərə  əsasən  vətəndaşların  bakterioloji  müayinəsi  və 
profilaktik müalicəsi aparılır; 
-
 
nəqliyyat vasitəsinin, həmçinin qida məhsularının emalı və saxlanması üçün 
avadanlığın,  tullantıların,  qida  qalıqlarının,  xəstənin  ifrazatlarının  və  ona 
qulluq  əşyalarının,  çirkab  sularının  və  ekskremcntlorin  dezinfeksiyası 
həyata keçirilir. 
Reys zamanı və limana gəldikdə xəstənin ifrazatlarının və 
onlara  qulluq  əşyalarının,  çirkab  sularının,  tullantıların,  qida  qalıqlarının, 
ekskrementlərin  zərərsizləşdirilmədən  üzmə  rayonundan  asılı  olmayaraq 
axıdılması  qadağan  edilir.  Reys  zamanı  həmçinin  su  ehtiyatı,  qida  məhsullarının 
emalı və saxlanması üçün avadanlıq da zərərsizləşdirilməlidir. 
Vəba ilə xəstə aşkar olunmuş nəqliyat vasitəsində gələn xarici vətəndaşlarda 
nəcis və qusuntu kütləəri bakterioloji müayinə üçün mütləq qaydada yalnız diaıeya 
və  qusma  olduqda  götürülür:  bu  zaman  onların  düz  bağırsağından  materialın 
götürülməsi üçün razılıq tələb etməyə icazə verilmir. 
Reys  zamanı  vəba  ilə  xəstəlik  hadisəsi  aşkar  edilən  nəqliyyat  vasitəsinin 
yükünə daxil olan qida məhsulları epidemioloji göstəriş zamanı yalnız bu yük ölkə 
ərazisində  istifadə  üçün  nəzərdə  tutulduqda  bakterioloji  müayinəyə  məruz  qalır. 
Yuxarıda  göstərilən  tələblər  yerinə  yetirildikdən  soııra  nəqliyyat  vasitəsi  öz 
hərəkətinə davam edir. 
Sarı qızdırmanın ölkə ərazisinə gətirilməsinin qarşısının alınması üzrə 
xüsusi tələblər 
Qüvvədə  olan  Beynəlxalq  tibbi-sanitar  qaydalara  əsasən  sarı  qızdırma 
zamanı inkubasiya dövrü 6 gün təyin olunmuşdur. 
338 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə